Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?



Yüklə 1,64 Mb.
səhifə1/18
tarix06.05.2018
ölçüsü1,64 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

Allerqologiya
1) Allerqoloji kabinetdə mütləq nə olmalıdır?

A) Elektrokardioqraf

B) Xarici tənəffüs funksiyasının müayinəsi üçün portativ cihazlar

C) USM aparatı

D) İmmun qan serumu

E) Şok əleyhinə komplekt


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006.
2) Allerqoloji kabinet şəraitində dispanser nəzarətində hansı bronxial astmalı xəstələr olmalıdır?

A) Yalnız qeyri - spesifik terapiya üsulları istifadə edənlər

B) Spesifik immunoterapiya alanlar

C) 1 ildən çox müddətdə stabil remissiyada olanlalar

D) Onkoloji xəstəliyi olanlar

E) Yanaşı vərəmi olanlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
3) İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?

A) Bağırsağın peyer piləkləri

B) Qaraciyər

C) Limfa düyünləri

D) Sümük iliyi

E) Timus
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


4) Hansı immun sistemin mərkəzi üzvlərindən biridir?

A) Dalaq


B) Qaraciyər

C) Sümük iliyi

D) Limfa vəziləri

E) Qalxanabənzər vəzi


Ədəbiyyat: Г.Долор младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
5) Hansı xüsusiyyət İgG - yə xas deyil?

A) İnfeksiyaya qarşı mühafizəni təmin edir

B) II və III tip allergik reaksiyalarda iştirak edir

C) Blokadaedici anticismləri formalaşdırır

D) Plasentadan keçmir

E) Dörd yarımsinifdən ibarətdir


Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 12-13
6) Göstərilən II nəsil H1 histamin reseptorlarının blokatorlarından hansı EKQ - də PQ intervalının uzanmasına gətirib çıxardır?

A) Feksofenadin

B) Loratidin

C) Terfenadin

D) Erius

E) Setirizin


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
7) A immunoqlobulini hansında iştirak edir?

A) Yavaşımış (ləngimiş) hiperhəssaslıq reaksiyalarında

B) Yerli immunitetin (sIg A) formalaşmasında

C) İmmun kompleksi şəklində baş verən allergik reaksiyalarda

D) Sitotoksiki reaksiyalarda

E) Dərhal baş verən allergik reaksiyalarda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
8) E immunoqlobulini hansında iştirak edir?

A) Helmintlərdən müdafiənin formalaşmasında iştirak etmir

B) Sitotoksik tipli immun reaksiyalarda

C) İmmun kompleksli allergik reaksiyalarda

D) Hiperhəssaslığın ləng tipli reaksiyasında

E) Sürətli tip allergiya reaksiyalarında


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
9) E hiperqlobulinemiyası bu halların hansında müşahidə edilə bilməz?

A) Ürəyin işemik xəstəliyində

B) Allergiyalı ağciyər-bronxların aspergillyozunda

C) Selektiv İg A – defisitində

D) Timusun hipoplaziyasında (Di-Corc sindromu)

E) Allergik xəstəliklərdə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
10) Psevdoallergik reaksiyaların əmələ gəlməsi üçün hansı xarakter deyil?

A) Maddənin ilk dəfə yeridilməsinə reaksiya

B) Sensibilizasiya dövrünün olması

C) Allergenin dozasından reaksiyanın asılılığı

D) Allergenlərlə mənfi dəri sınağı

E) Ümumi və spesifik İg E-nin normal səviyyəsi


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
11) Sitotoksiki reaksiyalar üçün hansı xarakter deyil?

A) Komplementin iştirakı

B) İgM - in iştirakı

C) Hüceyrənin səthində antigenin mövcudluğu

D) Antigeni öz membranı üzərində daşıyan hüceyrələrin məhvi

E) İg E - nin iştirakı


Ədəbiyyat: Лолор-младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
12) Miqdarı ən çox olan immunoqlobulin hansıdır?
A) İgM

B) İgD


C) İgA

D) İgE


E) İgG
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
13) Hansı tam dəyərə malik allergen deyil?

A) Qida maddələri

B) Su

C) Bəzi həşaratların zəhərlərinin komponentləri



D) Heyvanların proteinləri

E) Bitkilərin tozcuğu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
14) Hansı reagin anticisimlərin əmələ gəlməsinə şərait yaratma qabiliyyətinə malik allergenlərə aid deyil?

A) Ərzaq - qida maddələri

B) Ev heyvanlarının yunu və epidermisi

C) Hava


D) Kif göbələklərinin sporları

E) Evin tozu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
15) Reagin mexanizmi aşağıdakılardan hansının əsasında dayanır?
A) Zərdab xəstəliyi

B) Ekzogen allergen alveoliti

C) Atopik bronxial astma

D) Artyus fenomeni

E) Kontakt dermatit
Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д.Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
16) Aşağıdakılardan hansı spesifik immun cavabın nümunəsidir?
A) Komplementlərin aktivlənməsi

B) Zədələnən hüceyrələrdən histaminin azad olunması

C) Makrofaqın mikroba meyilliliyi

D) Virus - infeksiyalı hüceyrələrdən interferonun azad olunması

E) İgG molekulları tərəfindən antigenin opsonizasiyası
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
17) İgE hasil edən plazmatik hüceyrələr harada olmur?

A) Yuxarı tənəffüs yollarının selikli qişalarında

B) Peritoneal limfa düyünlərində

C) Bağırsaqların selikli qişasında

D) Peribronxial limfa düyünlərində

E) Кoronar damarlarda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
18) T- hüceyrələr və B- hüceyrələr haqqında aşağıdakılardan hansı doğrudur?
A) Limfositlərdir

B) Makrofaqlardır

C) Komplementin bir hissəsidir

D) Faqositlərdir

E) Anticismlərdir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
19) Hapten nədir?
A) Mikrobları opsonizasiya edən maddə

B) İmmunoqlobulin molekuluna antigenin birləşdirildiyi yer

C) Ləng tipli reaksiyalarda iştirak edən antigen

D) Toxuma proteinlərinə birləşdikdən sonra antigen olan kiçik maddə

E) İmmunoqlobulin molekulunun ağır zənciri
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
20) Allergik reaksiyaya cəlb olunmuş anticismlər:
A) T- limfositlər tərəfindən istehsal olunur

B) Allergen adlanılır

C) İgE qrupa aiddir

D) Plazmatik hüceyrələrdir

E) Tosqun hüceyrələr tərəfindən sekresiya edilir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
21) At kəpəyi allergeni hansı ilə çarpaz allergen xüsusiyyətlərinə malikdir?

A) Qovaq, ağcaqayın ağacının tozcuğu

B) Qeyri - patogen kif göbələyi allergeni

C) Tetanus əleyhinə zərdab

D) Balış lələyi allergeni

E) Ev tozu allergeni


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
22) Heyvan mənşəli qida allergeninə hansı aiddir?

A) Xardal

B) Pomidor

C) Paxla


D) Kofe

E) Quş əti


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
23) Bitki mənşəli qida allergeninə hansı aiddir?

A) Süd


B) Ət

C) Balıq


D) Paxlalılar

E) Pendir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
24) Anticismlər:
A) İnterferonlardır

B) Qamma qlobulin proteinləridir

C) T- limfositlərdir

D) Plazmatik hüceyrələrdir

E) B- limfositlərdir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
25) Aşağıdakılardan hansı bədənin spesifik qorunma mexanizminin nümunəsidir?
A) Dərinin hiperemiyası

B) Anticism istehsalı

C) İltihab

D) Temperaturun yüksəlməsi

E) Faqositoz
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
26) Xəstədə sulfadimetoksinə allergiya vardır. Nə əks-göstərişdir?

A) Tetraolean

B) Albusid

C) Levomisetin

D) Neomisin

E) Streptomisin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
27) İmmunitetə birincili cavabdeh olan hüceyrələr hansıdır?
A) Monositlər və makrofaqlar

B) Limfositlər və makrofaqlar

C) Limfositlər və eozinofillər

D) Neytrofillər və limfositlər

E) Eritrositlər və retikulositlər
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
28) Ev tozunun əsas allergeni hansıdır?
A) Kif göbələklərinin sporları

B) Kitabxana tozu

C) Ev tozu gənəsi

D) Ev bitkilərinin tozcuğu

E) Mikroorqanizmlər
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
29) Hansı respirator sensibilizasiya əmələ gətirmir?

A) Zeytun yağı

B) Aspergilla

C) Fuzarium

D) Kandida

E) Penisillin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
30) Aşağıdakılardan hansı qeyri - spesifik rezistentliyə aiddir?
A) Dermatofaqoides pteronissinusa qarşı hiperhəssaslıq

B) Müəyyən bitkiyə qarşı ləng tipli hiperhəssaslıq

C) Qızılca peyvəndinə cavab olaraq B- hüceyrələrin klonlaşması

D) Alternativ yolla komplementin aktivlənməsi

E) Allergenin tosqun hüceyrələrin üstündə olan İgE-yə bağlanması
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
31) İnterferonların funksiyası hansıdır?
A) Virusların replikasiyasının qarşısını almaq

B) Mikrobları opsonizasiya etmək

C) Limfositlərin istehsalı

D) Bakterial hüceyrələrin divarlarının pozulması

E) Bakterial DNT (dezoksiribonuklein turşusunun) fraqmentlənməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
32) Aspergill qismindən olan göbələklərə sensibilizasiya baş verdikdə bronxial astmanın kəskinləşməsi nə zaman baş verir?

A) Sentyabrdan oktyabra kimi

B) Mayda

C) Maydan avqusta kimi

D) Bütün il boyu

E) Dekabrdan marta kimi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
33) Bir şəxsin patogen mikrob tərəfindən invaziya edilmə riskini aşağıdakı hansı faktor artırar?
A) Bağırsaq hərəkətliliyin yüksəlməsi

B) Arterial təzyiqin yüksəlməsi

C) Epidermal toxumanın itirilməsi

D) Sidik ifrazının artması

E) Siliar aktivliyin yüksəlməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
34) Lizosim nədir?
A) T-helper hüceyrələr tərəfindən istehsal edilən sitokindir

B) Müəyyən bakteriyaları parçalamaq üçün epitelial səthlərdə mövcud olan bədən mayelərində tapılan fermentdir

C) Komplement komponentidir

D) Hüceyrəni faqositlər tərəfindən daha yaxşı tanıdan bir anticism növüdür

E) Antigeni - tanıdan hüceyrələrin səthində autoantigenlərdən biridir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
35) Dəriiçi yeridilən yad maddələr limfatik sistemə necə daxil olur?
A) Daxil ola bilməyəcək, çünki limfatik qapaqlar bunun qarşısınıı alır

B) Sadalananların heç biri düz deyil

C) Daxil ola bilməz

D) Yavaş - yavaş

E) Sürətlə
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
36) Aşağıdakı ifadələrdən hansı dalağı təsvir edir?
A) B - limfositləri istehsal edir

B) Mediastinumda yerləşən ikipaylı orqandır

C) Həyati vacib orqandır

D) Böyük limfa düyününə bənzəyir

E) T-limfositləri istehsal edir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
37) Bazofillərdə və tosqun hüceyrələrdə qabaqcadan nə ifraz olunur?

A) Leykotrienlər

B) Histamin

C) Monosit hemotoksiki amil

D) Prostaqlandinlər

E) Limfosit hemotoksiki amil


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
38) Allergik reaksiyanın gedişində I sıra hədəf hüceyrələrdən nə azad olur?

A) Histamin

B) Arilsuplataza B

C) Fosfolipaza D

D) Təməl xüsusiyyətlərinə malik başlıca eozinofil zülalı

E) Monosit hemotoksiki amil


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
39) Allergik reaksiyanın gedişində II sıra hədəf hüceyrələrindən nə azad olmur?

A) Eritrositlər

B) Leykotrienlər

C) Neyropeptidlər

D) Eozinofil kation proteini

E) Prostaqlandinlər


Ədəbiyyat: Лолор- младший, Т.Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
40) Nəyi stimulyasiya edəndə mədə sekresiyasının artması baş verir?

A) III tip histamin reseptorları

B) II tip histamin reseptorları

C) Hüceyrədaxili reseptorlar

D) I tip histamin reseptorları

E) Bütün tipdən olan histamin reseptorları


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
41) Aşağıdakılardan hansı limfa düyünlərinin funksiyası deyil?
A) İnfeksiyaya qarşı baryer

B) Yad cismlərin filtrasiyası

C) Plazma proteinlərinin istehsalı

D) Hüceyrələrin deqradasiya məhsullarının filtrasiyası

E) Limfositlərin istehsalı
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin
42) Timus vəzisinin ölçüsü hansı şəxsdə daha böyük olacaq?

A) 25 - yaşlıda

B) 60 yaşdan sonra

C) İki - yaşlıda

D) Üçüncü trimestrdə olan döldə

E) 12 - yaşlıda


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
43) T - limfositlərin özünə xas olan yaxud yad antigenlərin tanıma qabiliyyəti harada inkişaf edir?

A) Mərkəzi sinir sistemdə

B) Qaraciyərdə

C) Plazmatik hüceyrələrdə

D) Timusda

E) Dalaqda


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
44) Leykotrienlər nəyin məhsuludur?

A) Araxidon turşusunun lipooksigenaz metabolizmi

B) Araxidon turşusunun metaoksigenaz metabolizmi

C) Metiltranferazının aktivləşməsi

D) Araxidon turşusunun siklooksigenaz metabolizmi

E) Araxidon turşusunun triptaz metabolizmi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
45) Aşağıdakılardan hansı dalağın funksiyası deyil?
A) Köhnəlmiş qan hüceyrələrin və trombositlərin makrofaqlar tərəfindən xaric olunması

B) Dalaq sütun hüceyrələrin T və B hüceyrələrə qədər yetişmə yeridir

C) Trombositlərin saxlanılması

D) Qanda olan patogenlərin makrofaqlar tərəfindən destruksiya

E) Dalaq limfoid üzv kimi fəaliyyət göstərir
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
46) Limfa düyünləri orqanizmdə qruplaşmış şəkildə rast gəlinir. İstisnalıq təkil edən hansıdır?
A) Mezenterial

B) Çənəaltı nahiyyədə

C) Mərkəzi sinir sistemində

D) Ağciyərlərdə

E) Qasıq nahiyəsinin birləşdirici toxumasında
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
47) Trombositlərin fəallaşması amilinin əmələ gəlməsini hansı tormozlayır?

A) Qlükokortikosteroidlər

B) Setirizin

C) İntal


D) Ketotifen

E) Erius
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


48) Hansı bronxospastik təsirə malik deyil?

A) Trombositlərin fəallaşması amili

B) Prostaqlandin D2

C) C4, D4, E4 leykotrienləri

D) Adenozin

E) Teofillin


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
49) Aşağıdakı komplementlərdən hansı anafilotoksin təsiri göstərir?

A) C2


B) C5-9

C) C5A


D) C1q

E) C3B
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


50) Orqanizmdə immunoqlobulin E-nin istehsalını nə artıra bilər?

A) Tütün çəkmə

B) Soyuq və rütubətli hava

C) Piylənmə

D) Fiziki gərginlik

E) Bakterial infeksiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
51) Allergik reaksiyanın hansı tip mexanizmində (Qell və Kumbsa görə) immunoqlobulin E istehsalı artır?

A) Reagin mexanizmdə (I tip)

B) Dəqiqləşdirilməmiş mexanizmdə

C) İmmun kompleksi mexanizmində (III tip)

D) Sitotoksik mexanizmdə (II tip)

E) Hüceyrə mexanizmdə (IV tip)


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
52) Bronxların spazmını hansı mediator törədir?

A) Histaminaza

B) Fosfolipaza D

C) Elastaza

D) Arisulfataza B

E) Histamin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
53) Bradikinin orqanizmdə hansı patofizioloji pozğunluğu yaradır?

A) Bronxların spazmını aradan götürür

B) Ağciyər hipertenziyasına səbəb olur

C) Bronxların selikli qişasının ödemini azaldır

D) Damarların keçiriciyini artırır

E) Arterial təzyiqi yüksəldir


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
54) Kəskin bakterial infeksiyaların erkən dövründə, zədələnmə sahəsində ən çox toplanan iltihab hüceyrəsi hansıdır?
A) Histiosit

B) Neytrofil

C) Limfosit

D) Tosqun hüceyrə

E) Plazmosit
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
55) Histaminin H1 reseptorlarının aktivləşməsi zamanı hansı xarakterik deyil?

A) Burnun selikli qişasında sekret ifrazının stimulyasiyası

B) Damar keçiriciliyinin artması

C) Sinir köklərinin qıcıqlanması

D) Bronxların saya əzələlərinin yığılması

E) Bronxların saya əzələlərinin boşalması


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
56) Histaminin neçə tip spesifik reseptorları mövcuddur?

A) 5 tip


B) 2 tip

C) 1 tip


D) 6 tip

E) 4 tip
Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.


57) Komplement sistemində klassik yol hansı komplementin antigen-anticism kompleksinə bağlanması ilə başlanır?

A) C3B


B) C5

C) C1


D) C3A

E) C2
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


58) Aşağılardakılardan hansı II nəsil H1 histamin reseptorlarının antaqonistlərinə aid deyil?

A) Setirizin

B) Terfenazin

C) Hidroksizin

D) Loratidin

E) Astemizol


Ədəbiyyat: Р. Паттерсон, Лесли Л. Грэммер, Пол А. Гринбергер. «Аллергические болезни. Диагностика и лечение» 2000 г.
59) Hansı termin T-limfositlər populyasiyasına aid deyil?

A) T-supressorlar

B) T-killerlər

C) T-adaptorlar

D) T -xelperlər

E) T-effektorlar


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
60) İmmunoqlobulinlər nədən əmələ gəlir?

A) Limfositlərdə

B) Plazmatik hüceyrələrdə

C) Polimorfnüvəli leykositlərdən

D) Epitelial hüceyrələrdən

E) Makrofaqlardan


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
61) İmmunoqlobulinlərin neçə sinfi mövcuddur?

A) 1


B) 3

C) 4


D) 2

E) 5
Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.


62) Nozoloji formaların hansının patogenezində allergik reaksiya iştirak etmir?

A) Atopik bronxial astmanın

B) İdiotapik interstisial pnevmoniyaların

C) Zərdab xəstəliyinin

D) Övrə və Kvinke ödeminin

E) Atopik dermatitin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
63) Hansı reaksiyalarda hüceyrə imuniteti mühüm rol oynamır?

A) Şiş əleyhinə immunitetdə

B) Virus və göbələk əleyhinə immunitetdə

C) Anafilaktik şokda

D) Transplantantın ayrılmasında

E) Hüceyrə daxili parazitlərə qarşı müdafiyədə


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
64) Aşağıdakılardan hansında polimorf nüvə infiltrasiyası olmaz?

A) Virus infeksiyası

B) Karbunkul

C) Fleqmona

D) Absses

E) Pnevmokok pnevmoniyası


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
65) Hansı maddə ən az allergen olma ehtimalına malikdir?

A) Bitki tozları

B) Ultra bənövşəyi şüalar

C) Zülallar

D) Qlikoproteidlər

E) Lateks


Ədəbiyyat: Лолор- младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
66) Böyüklərin atopik xəstəlikləri zamanı ən tez-tez təsadüf edilən sensibilizasiya yolu hansıdır?

A) İnhalyasiya

B) Vena daxili

C) Enteral

D) Dəri altı

E) Dəri
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.


67) Bunlardan hansıları dərhal (reagin) tipli allergiya zamanı tez-tez təsadüf edilən «şok» orqan və toxumalar sırasına daxil deyil?
A) Burun-udlağın selikli qişası

B) Mədə-bağırsaq traktı

C) Bronx və ağ ciyərlər

D) Dəri


E) Sinir toxuması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
68) İmmunoloji cəhətdən reaginlər hansı immunoqlobulinlər sinflərinə məxsusdur?

A) İgE və IgG4

B) İg D

C) İg M


D) İg A

E) İgG və İg M


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
69) Hansı agentlər tosqun hüceyrələri qeyri-immunoloji yolla deqranulyasiya etmir?

A) Rentgen kontrast maddə

B) Zülallar

C) Miorelaksantları

D) Giriş narkozu vasitələri

E) Opiatlar


Ədəbiyyat: Под ред. А. М. Земского. «Клиническая иммунология» 2005 г.
70) Qeyri-infeksiya mənşəli ekzoallergenlərə hansılar aid deyil?

A) Ev tozu gənəsi

B) Bitki tozları

C) Kitabxana tozu

D) Asperqilla

E) Ev heyvanlarının yunu və epidermisi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
71) Bunların hansı məişət allergenlərinə aiddir?

A) Kandida

B) Ev tozu gənəsi

C) Ağ stafilokokk

D) Bitki tozu

E) Neysseriya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
72) Bunların hansı epidermal allergenlərə aiddir?

A) Ev tozu gənəsi

B) Bitki tozu

C) Pişik tükü

D) Tonqal tozu

E) Kitabxana tozu


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
73) Xəstənin tetrasiklinə qarşı allergiyası var. Ona aşağıdakı preparatlardar hansı əks göstərişdir?

A) Doksisiklin

B) Klindamisin

C) Oleandomisin

D) Neomisin

E) Penisillin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
74) Aşağıdakılardan hansı B - hüceyrələrin inkişafı nəticəsində alınan ən son məhsuldur?

A) Normoblast

B) Limfosit

C) Eritrosit

D) Plazma hüceyrəsi

E) Miyelosit


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
75) Kəskin iltihabi cavabda, aşağıdakı maddələrdən hansı hüceyrələrdə əvvəlcədən sintezlənərək depolanmış olaraq tapılır?

A) Sitokinlər

B) Trombosit aktivedici faktor

C) Prostaqlandinlər

D) Leykotriyenlər

E) Histamin


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə