Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Göstərilən hansı əlamətlər anafilaktik şokun gedişinin abdominal variantı üçün səciyyəvidir?



Yüklə 1,64 Mb.
səhifə5/18
tarix06.05.2018
ölçüsü1,64 Mb.
#41643
1   2   3   4   5   6   7   8   9   ...   18

282) Göstərilən hansı əlamətlər anafilaktik şokun gedişinin abdominal variantı üçün səciyyəvidir?

A) Beyin ödemi simptomlarının

B) Boğulma tutmaları

C) «Kəskin qarın» simptomlarının mövcudluğu

D) Kəskin ürək çatışmamazlığı

E) Kəskin tənəffüs çatışmamazlığı


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Анафилактический шок. Лечение болезней легких» 2005 г.
283) Hansı xəstəliklərdə allergik iltihab qeyd olunur?

A) Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri (AXOX)

B) Timusun hiperplaziyası

C) Pollinoz

D) Ooforit

E) Zəhərlənmə


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
284) Uzun təsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?

A) Heç biri

B) Residiv verən və uzanmış gediş

C) Abortiv gediş

D) Kəskin xoşxassəli gediş

E) Kəskin bədxassəli gediş


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г., s. 487
285) Anafilaktik şokun gedişinin serebral variantı üçün nə səciyyəvidir?

A) Beynin ödemi simptomları

B) Kəskin tənəffüs çatışmamazlığı

C) «Kəskin qarın» simptomları

D) Kəskin ürək çatışmamazlığı

E) Boğulma tutması


Ədəbiyyat: Под ред. А. И. Грицюка. «Неотложные состояния в клинике внутренних болезней» 1985 г.
286) Anafilaktik şokun kəskin dövrdə baş verən fəsadları nə ilə xarakterizə olunur?

A) Kəskin ürək qan-damar çatışmazlığı simptomlarının olmaması ilə

B) Kəskin tənəffüs çatışmazlığı simptomlarının olmaması ilə

C) Həyati vacib orqanlarda ağır,geri dönməz dəyişikliklər ilə

D) Qarın ağrılarının olmaması ilə

E) Arterial təzyiqin artması ilə


Ədəbiyyat: Под ред. А. И. Грицюка. «Неотложные состояния в клинике внутренних болезней» 1985 г.
287) Şok əleyhinə tədbirləri zamanı hansı preparatların istifadəsi mütləqdir?

A) Hemodez

B) β-adrenoblokatorlar

C) Antibakterial preparatlar

D) Diuretiklər

E) Adrenalin və qlükokortikosteroidlər


Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
288) Anafilaktik şokun müalicəsi zamanı aparılan tədbirlər nədən başlamalıdır?

A) Antibakterial preparatlarının yeridilməsindən

B) İxtisaslaşmış «Təcili yardım» briqadasının çağrılmasından

C) Yerindəcə təcili tibbi yardımın göstərilməsi və adrenalinin yeridilməsindən

D) Xəstənin tibbi müəssisəyə nəql olunmasından

E) Mədənin yuyulmasından


Ədəbiyyat: Под ред. Е. И. Чазова. «Неотложные состояния и экстренная медицинская помощь» 1990 г.
289) Allergenin təsirindən sonra hansı vaxt ərzində anafilaktik şok yarana bilər?

A) 24 saat sonra

B) Bir neçə saniyədən 1-2 saata qədər

C) 7 saat sonra

D) 2-ci sutkada

E) 10-12 saat sonra


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г. с. 530
290) Anafilaktik şokun müalicəsində işlədilən ilk seçim preparatı hansıdır?

A) Dimedrol

B) Eufillin

C) Dekstran

D) Ventolin

E) Adrenalin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
291) Qansorucu həşəratların dişlədiyi yerdə yaranmış allergiyanın yerli təzahürü hansıdır?
A) Yerli reaksiya müşahidə edilmir

B) Dərinin kəskin quruması və/və ya lixenifikasıya

C) Dərinin çatlaması

D) Düyünlü eritema və/və ya qabıqların yaranması

E) Kəskin eritema və/və ya vezikulyoz - bullyoz səpgi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 500
292) Həşərat sancması nəticəsində yaranmış anafilaktik şokda əsas ölüm səbəbi hansıdır?
A) Kollaps və ya nəfəs yollarının obstruksiyası

B) Böyrək çatışmazlığı

C) Ensefalit

D) Övrə


E) Sepsis
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 501
293) Dərman vasitələrinin istifadəsi nəticəsində yaranmış hansı dəri təzahürü qeyri - allergik reaksiyalara aiddir?
A) Lixenoid səpgilər

B) Artüs fenomeni

C) Layell sindromu

D) Övrə


E) Allergik vaskulit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 524
294) Hansı dərman(lar) İgE asılı anafilaksiya yarada bilər?
A) İnsulin

B) Siprofloksasin

C) Dekstranlar

D) Aspirin

E) Rentgenkontrast maddələr
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 530
295) Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq anafilaktik şokun gediş variantı hansı deyil?
A) Abdominal variant

B) Serebral variant

C) Asfiksik variant

D) Abortiv variant

E) Hemodinamik variant
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 10
296) Hamilə qadında anafilaktik şok baş verərsə kaval kompressiyanın qarşısını almaq məqsədlə onu hansı vəziyyətdə saxlanılması tövsiyə olunur?
A) Kürək üstə uzadılması

B) Sol böyrü üstə uzadılması

C) Vəziyyətin əhəmiyyəti yoxdur

D) Sağ böyrü üstə uzadılması

E) Oturaq vəziyyət
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
297) Anafilaktik şok zamanı hansı xəstələrdə oturaq vəziyyətə üstünlük verilə bilər?
A) Hipertoniyalı xəstələrdə

B) Serebral pozuntuları olan xəstələrdə

C) Qanaxmalı xəstələrdə

D) Hamilə qadınlarda

E) Tənəffüs pozulması olan xəstələrdə
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
298) Anafilaktik şok zamanı hansı antihistamin preparatın istifadəsi tövsiyyə olunmur?

A) Prednizolon

B) Setirizin

C) Adrenalin

D) Pipolfen

E) Tavegil


Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 19
299) Anafilaktik şokun ilkin yardımı zamanı dərman preparatlarının ilk növbədə hansı üsulla yeridilməsi tövsiyyə olunur (daha tez icra olunmasının mümkünlüyü baxımından)?
A) Əzələ daxili

B) Per os

C) Vena daxili

D) İnhalyasion

E) Per cutaneus
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 17
300) Anafilaktik şokun klinik gedişatına hansı xarakter deyil?
A) Xroniki gediş

B) Kəskin bədxassəli gediş

C) Ləng gediş

D) Abortiv gediş

E) Residivləşən gediş
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 8
301) Əgər, hər dəfə süd qəbulundan sonra həzm olmursa və diareya müşahidə olunursa, bu nəyin əlaməti ola bilər?

A) Südə yalançı allergiya

B) Laktaza fermentinin defisiti

C) Südlə qida zəhərlənməsi

D) Südə allergiya

E) Saxaraza - izomaltaza fermentlərinin defisiti


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568
302) Qida allergiyasının ən ağır sistem təzahürü hansıdır?
A) Oral allergik sindrom

B) Atopik dermatit

C) Anafilaktik şok

D) Övrə


E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 299
303) Qırtlağın allergik ödeminin başlanğıc simptomlarına hansılar aid deyil?

A) İnspirator təngənəfəslik

B) Ekspirator təngənəfəslik

C) Xırıltılı səs

D) “Tutqun” öskürək

E) “Stridoroz” tənəffüs


Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
304) Qırtlağın allergik ödemi zamanı hansı təxirəsalınmaz tədbirlər məqsədə uyğun deyil?

A) Qlukokortikoidlərin vena daxili yeridilməsi

B) İsti ayaq vannaları

C) Antihistamin preparatların həb şəklində qəbulu

D) Adrenalinin parenteral yeridilməsi

E) Laziksin parenteral yeridilməsi


Ədəbiyyat: Лолор, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
305) Astma tutmasını tez aradan götürən preparat hansıdır?

A) Salmeterol

B) İntal

C) Kalsium qlukonat

D) Salbutamol

E) Ketotifen


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
306) Aspirin astmasının müalicəsində uyğun preparat hansıdır?

A) Omalizumab

B) Tayled

C) Teopek

D) Dezloratadin

E) Montelukast


Ədəbiyyat: А. Г. Чучалин. «Глобальная стратегия лечения и профилактики бронхиальной астмы» 2006г.
307) Bronxial astmanın atopik (allergik) variantının baş verməsində əsas səbəb amili

hansıdır?

A) Endokrin sistemində pozğunluq

B) Aspirin keçirməməzliyi

C) Allergenlər

D) Mərkəzi sinir sistemində pozğunluq

E) Vegetativ sinir sistemində pozğunluq


Ədəbiyyat: Н. Р. Палеева. «Болезни органов дыхания. Руководство для врачей» 1990г.
308) Döş qəfəsi orqanların rentgenoqrafiyasında “arı pətəyi” əlaməti və düyünlü infiltratlar hansı xəstəlik üçün xarakter ola bilər?

A) Ekzogen allergik alveolit

B) Hemotoraks

C) Bronxial astma

D) Aspirin astması

E) Pnevmokokk pnevmoniyası


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 585
309) Atopik forma bronxial astmanın müalicəsində ‘‘bazis terapiyasına‘‘ aid preparat hansıdır?

A) Berotek

B) Ventolin

C) Teofillin

D) Berodual

E) Budesonid


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
310) Bronxial astmanın idarə edilməsində istifadə olunan yüngülləşdirici preparat hansıdır?

A) Fenoterol

B) Akolat

C) İntal


D) Flutikazon propionat

E) Omalizumab (ksolar)


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
311) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?

A) Ağciyərin interstisial toxumasının xronik xəstəliyi

B) Tənəffüs yollarının xronik iltihabi xəstəliyi

C) Boğulma tutması ilə xarakterizə olunan sporadik xəstəlik

D) Kəskin Respirator Xəstəlik

E) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
312) Bronxial astmadan əziyyət çəkən xəstə xarici tənəffüs funksiyasına özü nəzarət etmək üçün hansı tibb avadanlığından istifadə edir?

A) Qanın qaz tərkibini yoxlayan analizator

B) Spiroqraf

C) Pnevmotaxoqraf

D) Pikfluometr

E) Pletizmoqraf


Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
313) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?

A) Adrenoreseptorların fəallaşması

B) Dərman qəbulu

C) Sürətli tip allergiya

D) Fiziki iş

E) Kimyəvi qıcıqlandırıcı maddələr


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
314) Atopik bronxial astmanın immunoloji mexanizmi hansıdır?

A) Autoimmun mexanizm

B) Sürətli tipli allergik reaksiya

C) Ləng tipli allergik reaksiya

D) Həm sürətli tipli, həm də ləng tipli allergik reaksiya

E) İmmunokompleks reaksiyalar


Ədəbiyyat: И.Д. Копылев. «Болезни органов дыхания» 2000г.
315) İntalın inhalyasiyası üçün göstəriş nədir?

A) Yuxarı tənəffüs yollarının kəskin infeksiyasının müalicəsi

B) Bronxial astmanın kəskin tutmasının müalicəsi

C) Astmatik statusun müalicəsi

D) Xroniki bronxit

E) Bronxial astma tutmasının profilaktikası


Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005 г.
316) ß2-adrenoreseptorları stimulyasiya edən qısa müddətli təsirə malik olan adrenomimetiklərdən hansı məqsədlə istifadə olunur?

A) Bronxial astma tutmalarının uzunmüddətli profilaktikası üçün

B) Boğulmanın kəskin tutmasının aradan qaldırılması üçün

C) Bronxların qalınlaşmasının qabağını almaq üçün

D) Tənəffüs çatmamazlığını azaltmaq üçün

E) Astmada ilitihabəleyhinə təsirinə görə


Ədəbiyyat: В. А.Остапенко, В.А.Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
317) Sürətli tipli allergik reaksiyanın gecikmiş (2-4 saat ərzində) fazasında əmələ gələn mediator aşağıdakılardan hansıdır?

A) Histamin

B) Leykotriyenlər

C) Bradikinin

D) Serotonin

E) Asetilxolin


Ədəbiyyat: : Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
318) Atopik bronxial astmanın kəskinləşmə səbəbi daha çox hansıdır?

A) Kif göbələklərinin sporları

B) Helmintlər

C) Xlamidiyalar

D) Havada olan bakteriyaların həyat fəaliyyətinin maddələri

E) Ev tozu


Ədəbiyyat: И.Д. Копылев. «Болезни органов дыхания» 2000г.
319) İmmunoqlobulinlərin sinifləri arasında reaginlərə ən uyğun olanı hansıdır?

A) İgA


B) İgE

C) İgM


D) İgG

E) İgD
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.


320) Qida allergiyası anlayışına nə aiddir?

A) Qida maddələrinin uyğunlaşmaması

B) Qida maddələrinə davamsızlıq

C) Qida maddələrinə allergik reaksiya

D) Qida maddələrinin toksiki təsiri

E) Qida maddələrinə toksiko-allergik təsir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
321) Müalicəyə başlamazdan əvvəl bronxial astmanın ağırlıq dərəcəsini hansı müayinə üsulu ilə təyin etmək olar?

A) Dəridə allergik testlərin aparılması ilə

B) EKQ və pikfluometrapiya ilə

C) Rentgen müayinəsi ilə

D) Spirometriya ilə

E) Yalnız obyektiv müayinə ilə


Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
322) Aspirin mənşəli bronxial astma xəstələrinə hansının qəbul edilməsi məsləhət görülmür

A) Qeyri-steroid iltihab əleyhinə preparatların

B) Maqnezi sulfatın

C) Sulfanilamid preparatların

D) Antikoaqulyantların

E) Azitromisinin


Ədəbiyyat: Под ред. Лолора, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
323) Bronxial astmanın kəskinləşməsinə hansı qrup preparatlar səbəb ola bilər?

A) Kalsi ionlarının antaqonistləri

B) Tiazid qrup diuretiklər

C) Angiotenzin II reseptorlarının antaqonistləri

D) Bronxolitiklər

E) β-adrenoblokatorlar


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
324) Allergik rinitin əsas simptomlarından biri hansıdır?

A) Baş gicəllənmə

B) Ürəkdöyünmə

C) Təngənəfəslik

D) Baş ağrıları

E) Burundan selikli ifrazat


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
325) Allergik rinitin əsas simptomlarından biri hansıdır?

A) Hərarətin yüksəlməsi

B) Bradikardiya

C) Burunda qaşınma

D) Arterial hipotenziya

E) Akrosianoz


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
326) Ekzogen allergik alveolitin kəskin forması tipik hallarda nədən sonra inkişaf edir?

A) Antigenin konsentrasiyası kəskin ifadə olarkən, böyük və ağır kontakt

B) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri varsa

C) Antigenin təsiridən asılı deyil

D) Antigenin aşağı konsentrasiyası ilə kontakt olduqda

E) Antigenin aşağı konsentrasiyası ilə birinci kontaktdan sonra


Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987 г.
327) Ekzogen allergik alveolitin kəskin formasının təzahürü antigenlə kontakdan neçə saat sonra inkişaf edir?

A) 12-24 saat

B) 24-36 saat

C) 48-72 saat

D) 4-6 saat

E) 36-48 saat


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 229
328) Ekzogen allergik alveolitin kəskin forması üçün nə xarakterikdir?

A) EÇS-in kəskin artması

B) Yüksək eozinofiliya

C) Neytrofilez, eozinofiliya

D) Leykositoz, neytrofilez

E) Limfositoz


Ədəbiyyat: А.Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
329) Ekzogen allergik alveolitin kəskin forması üçün hansılar xarakterikdir?

A) Bronxopulmonal limfa düyünlərinin böyüməsi

B) Ağ ciyərlərin fibrozunun əlamətləri

C) Ağciyərlərdə ocaqlı infiltratlar

D) Plevral boşluqda maye

E) Bütöv bir payı tutan infiltrativ dəyişikliklər


Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
330) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :

A) «Bazar ertəsi fenomeni», öskürək, təngənəfəslik

B) Bronxektoziya

C) Miliar vərəm

D) Quru öskürək

E) Bronxial astma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 585
331) Ekzogen allergik alveolitin xroniki forması nədən sonra inkişaf edir?

A) Antigenin konsentrasiyası və təsir müddətindən asılı deyil

B) Yalnız bir neçə antigen birlikdə təsir edirsə

C) Antigenin kəskin ifadə edilmiş konsentrasiyasında böyük, geniş kontakt yarandıqda

D) Antigenin aşağı kontentrasiyası ilə ilk kontaktdan sonra

E) Antigenlərin kiçik dozalarının uzunmüddətli və təkrar təsiri olduqda


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 229
332) Ekzogen allergik alveolitin bütün formaları üçün hansılar xarakterikdir?

A) Quru öskürək

B) Öskürək, təngnəfəslik, yorğunluq

C) Ürəkbulanma

D) Qanhayxırma

E) Qusma
Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.


333) Ekzogen allergik alveolitin bütün formalarında ağ ciyərlər üzərində nə eşidilir?

A) Quru xırıltılar

B) Tənəffüsün zəifləməsi

C) Yaş xırıltılar

D) Fitli xırıltılar

E) Plevranın sürtünmə səsi


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 230
334) Kəskin ekzogen allergik alveoliti nə ilə differensasiya etmək lazımdır?

A) Plevritlə

B) Ağciyər absesi ilə

C) Pnevmoniyalarla

D) Ağciyərlərin exinokokkozu ilə

E) Ürək xəstəlikləri ilə


Ədəbiyyat: А. Г. Хоменко, Ст. Мюллер, В. Шиллинг. «Экзогенный аллергический альвеолит» 1987г.
335) Allergik rinitin erkən mərhələsinin əlamətləri hansı hüceyrələrin mediatorları ilə əlaqədardır?

A) Monositlərin

B) Tosqun hüceyrələrin

C) Eozinofillərin

D) Neytrofillərin

E) Bazofillərin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
336) Allergik rinitin əlamətləri bu hüceyrələrin iştirakı ilə əlaqədardır, birindən başqa?

A) Alveolositlərin

B) Neytrofillərin

C) Bazofillərin

D) Eozinofillərin

E) Tosqun hüceyrələrin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
337) Kromonlar hansı xəstəlikdə istifadə olunmur?

A) Bronxial astmada

B) Allergik övrədə

C) İdiopatik ağciyər fibrozlarıında

D) Pollinozda

E) Allergik rinitdə


Ədəbiyyat: А. Г. Чучалин. «Пульмонология. Клинические рекомендации» 2005г.
338) Əksər hallarda gecə saatlarında obstruksiya güclənərsə, istifadə olunan preparatlardan üstünlüyü hansına verirlər?

A) Fenoterola

B) Efedrinə

C) Beroduala

D) Salbutamola

E) Seretidə


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство»

2008 г.
339) Restriktiv pozuntular üçün spirometriyanın hansı göstəricilərinin azalması səciyyəvidir?

A) Alveolyar ventilyasya

B) Tiffno indeksi

C) Ekspirasiyanın ehtiyat həcmi

D) Ağciyərlərin həyat tutumu

E) Tənəffüs həcmi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
340) Bunların hansı ağciyər eozinofiliyasının səbəblərindən biri deyil?

A) Göbələk sensibilizasiyası

B) Tozcuq sensibilizasiyası

C) Alkoqol qəbulu

D) Nikel istehsalatında işləmək

E) Şiş xəstəlikləri


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
341) Sadə ağciyər eozinofiliyanın (Leffler sindromu) patogenezində aparıcı rolu hansı mexanizmlər oynayır?

A) İmmunosupressiv mexanizmlər

B) Autoimmun mexanizmlər

C) Ləng tipli reaksiya

D) Reagin + immunokompleksli mexanizmlər

E) Sitotoksik mexanizm


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
342) Ekzogen allergik alveolit Gell-Kumbs təsnifatına görə hansı tipdə inkişaf edir?

A) Sürətli tip

B) I tip (İgE-asılı)

C) Sitotoksik

D) heç biri

E) İmmunokompleks və ləng tip


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 585
343) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər səciyyəvidir?

A) Bronxopulmonal limfa düyünlərinin böyüməsi

B) Ağciyər fibrozu əlamətləri

C) Plevra boşluğunda maye

D) İnterstisial dəyişikliklər

E) Ağciyərlərdə hər iki tərəfdən miqrasiyaedici infiltratlar


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
344) Ekzogen allergik alveolitdə klinik simptomlar adətən antigenlə təmasdan nə qədər müddət sonra inkişaf edir?

A) 40 dəqiqədən sonra

B) 4-12 saat sonra

C) ilk 10 dəqiqədə

D) 25 dəqiqədən sonra

E) 12 sutkadan sonra


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
345) Allergik bronx-ağciyər aspergilyozunun fərqli əlamətlərinə hansı aid deyil?

A) Ocaqlı pnevmoskleroz

B) İgE-in yüksək miqdarı

C) Residivləşən bronxial astma tutmaları

D) Ağciyərlərdə infiltrasiya zamanı qanda eozinofiliyanın olması

E) Asperqilla antigeninə qarşı presipitasiya edici İgG anticisimlərin tapılması


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
346) Allergik bronx-ağciyər aspergilyozunun müalicəsində hansı preparatlar istifadə olunur?

A) Antibiotiklər

B) İmmunostimulyatorlar

C) Qlükokortikosteroidlər

D) Sulfanilamidlər

E) İltihab əleyhinə qeyri-steroid preparatlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə