Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu-11. Atmosferin nəqliyyat tullantıları ilə çirklənməsi və ona qarşı mübarizə tədbirləri



Yüklə 137,16 Kb.
səhifə15/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu-11. Atmosferin nəqliyyat tullantıları ilə çirklənməsi və ona qarşı mübarizə tədbirləri.

Plan:
1. Avtomobil yanacağının keyfiyyətinin artırılması
2. Elektromobil
3. Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə avtomobil hərəkətinin təşkili
Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Avtomobillər atmosfer havasını yalnız işlənmə qazların toksik komponentləri ilə deyil, həm də yanacağın buxarı, təkərlərin tozu ilə cirkləndirir. Hər bir avtomobil atmosferə ildə 10 kq rezin tozu buraxır. Şəhər şəraitində mühərriklərin buraxdığı qazların tərkibinə həm də avtomobillərin iş rejimi təsir göstərir. Aşağı sürətli hərəkətdə və sürəti tez-tez dəyişdikdə, tez-tez tormoz verdikdə və ötüş zamanı zərərli qazların çoxalması baş verir.
Avtomobil benzininin keyfiyyətinin artırılması. Hazırda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil yanacağı kimi etilli benzindən istifadənin qadağan edilməsi böyük əhəmiyyət daşıyır. Kontinentin şimal ölkələrinin çoxunda praktiki olaraq etilli benzindən daha istifadə edilmir. Bununla yanaşı bütün yeni avtomobillər xüsusi katalizatorla təczhiz olunmuş və yalnız etilsiz yanacaqla doldurulur. Belə katalizatorlar daha köhnə nəqliyyat vasitələrində də qoyulur.
Neytrallaşdırıcılar. Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır. Məsələn, ABŞ-da neytrallaşdırıcılar 1980-cı ildəki 76 mln. tondan 1985-ci ildə 55 mln. tona qədər azaltmışdır. Bu ölkədə 85% avtomobillər neytrallaşdırıcılarla təchiz edilmişdir. Ən yaxşı katalizatorun PLATİNDƏN olması müəyyən edilmişdir. Lakin baha olması ondan geniş istifadə edilməsinə imkan verə bilməz. Digər ucuz və çox tapılan katalizatorların axtarışı göstərdi ki, platini palladi, ruteni, həmçinin mis oksidi, xrom oksidi, nikel oksidi, manqan-2-oksid əvəz edə bilər.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə