Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu-12. Ozon qatının mühafizəsi yolları



Yüklə 137,16 Kb.
səhifə18/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu-12. Ozon qatının mühafizəsi yolları

Plan:
1. Atmosferin ozon təbəqəsi
2. Ozon təbəqəsində yaranan problem
3. Ozon qatının mühafizəsi yolları

Atmosferin ozon təbəqəsi . Ozon ilk dəfə 1839 – cu ildə K.F.Şonbeyn tərəfindən elektirik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir.1850 – ci ildən sonra ozonun atmosferin bir hissəsi olduğu aşkar edilmişdir. «Ozon» - yunan sözü olub «kəsgin iy» deməkdir. 1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17 km - ə qədər və strotosfer ozonu -50 km qədər, ozonun ən sıx qatı isə yer səthindən -50 km-ə qədər hündürlükdə yerləşir. 1998 - ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun çox hissəsi strotosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və mövsüm üzrə o, həm də havanın çirklənmə dərəcəsindən asılıdır. Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Alimlər belə hesab edir ki, hər il atmosferdə 16 mln ildırım çaxması müşahidə edilir. Ozonun əsas rolu onun udma spektrinin xaraktri ilə əlaqədardır. Ultrabənövşəyi (UB) və infraqırmızı (İQ) spektr sahələrində intensiv udma zolağına malikdir. Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» UB – B şüalanmanı (280 – 315nM) tamamilə udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan UB – B şüalanmanın miqdarı da hiss olunacaq dərəcədə artır. Ozon qatının 10% dağılması zamanı Yer səthində UB – B şüalanmanın intensivliyi təxminən 20% artır. Planetin ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.Əldə olunan məlumatlara görə ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adlanan xəstəliyin inkişafına səbəb olmuşdur.Yer üzərində UB – B şüalarının artması «katarakt» göz xəstəliyinə, göz billurunun deformasiyasına gətirib çıxarır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə