Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə52/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   117

başlanğıcında  qeyd  edilir.  Bu  ərazidə  xəstəliyin  ən  aşağı  səviyyəsi  yaz  aylarında 
aşkar edilir. 
Müasir dövrdə epidemik prosesin təzahür etməsi peyvənd işinin təşkilindən 
asılıdır. Ümumi peyvəndləmə 150-180% olduğu halda, ayrı- ayrı şəhərlərdə o, 50-
80%-ə  qədər  aşağı  endirilmişdir,  peyvənd  aparılmayan  digər  şəhərlərdə  isə  bu 
göstərici 500% və daha yuxarı səviyyədədir. 
Profilaktika  və  mübarizə  tədbirləri.  Spesifik  profilaktika  məqsədilə 
A.A.Smorodintsev  (1954)  tərəfindən  toyuq  embriomlarında  parotit  əleyhinə  diri 
vaksin  hazırlanmışdır  (Sankt-Petereburq  1,  2,  3  ştamlanndan).  Təklif  edilmiş 
vaksinlərin  parotit  ocaqlarında  effektivlik  indeksi  9,5-24,  göstəricisi  isə  90,0-
95,6%-dir. Bu, imkan verir ki, onlar epidemioloji göstərişə əsasən istifadə edilsin. 
Peyvənd ilk növbədə 1-7 yaşlı uşaqlar arasında aparılır. MDB ölkələrində epidemik 
parotitə  qarşı  peyvənd  1980-ci  ildən  başlanmışdır.  Peyvəndin  epidemioloji 
effektivliyi  göstərilmişdir  (peyvənd  olunanlar  arasında  olunmayanlara  nisbətən 
xəstəlik  on  dəfələrlə  azalır).  Kütləvi  peyvənd  zamanı  ən  yaxşı  nəticə  xəstəliyin 
dövrü qalxmasının enməsi mərhələsində aparıldıqda əldə edilir. Epidemik parotitlə 
xəstələnmənin  xeyli  aşağı  salınması  üçün  böyük  şəhərlərdə  1-14  yaşlı  uşaqların 
30%,  kiçik  şəhərlərdə  15-20%-nin  peyvənd  edilməsi  vacibdir.  Lakin  bu  yolla 
yaranmış  immun  təbəqə  epidemioloji  salamatlığın  uzun  müddət  saxlanması  üçün 
kifayət deyildir, ilk növbədə uşaqların (1 yaş və yuxarı) kütləvi peyvənd edilməsi, 
sonra  məktəb  yaşında  onların  təkrar  revaksinasiyası  məsləhət  görülür.  Hazırda 
parotit, qızılca, məxmərək polivaksinindən istifadə olunur. 
Laborator diaqnostikası. Epidemik parotitin laborator diaqnostikası parotit 
virusunun  əldə  edilməsi  və  ona  qarşı  yaranmış  əkscisimlərin  aşkar  edilməsinə 
əsaslanır. 
Virusu əldə etmək üçün toyuq embrionlarından və hüceyrə kulturalarından 
(Detroyt-6,  Ner-2,  insan  ciftinin  amnion  hüceyrələri,  insan  embrionu,  meymun 
böyrəyi)  istifadə  edilir.  Alınmış  virusun  təyin  edilməsi  üçün  spesifik  immun 
zərdablarla İFA, KBR, HALR, NR üsullardan istifadə edilir. 
Seroloji diaqnostika xəstənin qan zərdabında əkscisimlərin aşkar edilməsinə 
əsaslanır. Bunun üçün qan zərdabı müayinə olunur (xəstəliyin 7-8 günü və 2-3-cü 
həftəsində), bu dövrdə (7-8-ci) əkscisimlər əmələ gəlir və ən yüksək titrə qalxır (2-
3  həftə).  Bu  məqsədlə  neytralizasiya,  hemaqqlutinini  ləngidən,  komplementi 
birləşdirən, eritrositləri birləşdirən üsullardan istifadə edilir. 
157 
downloaded from KitabYurdu.org


HERPES VİRUS İNFEKSİYALARI 
Herpesvirusların  ümumi  xarakteristikası.  Virus  xəstəlikləri  içərisində 
herpesvirus  infeksiyalan  (HVI)  aparıcı  yerlərdən  birini  tutur.  Bu,  herpesvirusların 
(HV)  geniş  yayılması,  xəstəliyin  klinik  təzahürlərinin  müxtəlifliyi,  bir  qayda  olaraq 
xıonik gedişatı və törədicinin müxtəlif yoluxma yolları ilə şərtlənmişdir. 
Herpcsviridac  ailəsinə  (yunanca  hcıpes  -  sürünən)  80-dən  artıq  HV  aiddir  və 
daha tam təsnifatlaşdırılmışdır. Onlardan 8-i insanın xəstəliklərini törədir: sadə herpes 
virusunun  1-ci  tipi  (SHV  1),  sadə  herpes  virusunun  2-ci  tipi  (SHV  2),  su 
çiçəyi/kəmərləyici dəmrov virusu (SÇV), insanın sitomeqalovirusu (tSMV), insanın 4-
cü tip herpes virusu (İHV 4) və ya Epşteyn-Barr virusu (EBV), 6, 7 və 8-ci tip herpes 
viruslar (İHV 6, İHV 7, İHV 8). HV-nın bütün 8 tipi oxşar, elektron mikroskopunda 
diferensiasiya olunmayan struktura malikdirlər. Bunlar iri DNT - genom viruslarıdır, 
onlara  yüksək  mutasiya  etmə  qabiliyyəti  xasdır.  Onların  virionu  kapsiddən  ibarətdir 
və tərkibində lipidlər olan qişa ilə əhatə olunmuşdur. Ştamlar arasında antigen fərqləri 
mövcuddur. 
Herpes infeksiyasının patogenezi. Herpcsviridac ailəsi virusları 

ilə törədilən xəstəliklər arasında sitomeqalovirus infeksiyası (SMVI) aparıcı yerlərdən 
bilini  tutur.  Əksər  hallarda  SMVI  simptomsuz  virusgəzdirmə  kimi  gedir  və  yalnız 
birincili və ya ikincili immundefisit zamanı klinik təzahür edən xəstəlik kimi meydana 
çıxa  bilir  ki,  bu  da  xəstəliyin  patogenezində  yoluxmuş  şəxsin  immun  sisteminin 
funksiyasının zəifləməsinin aparıcı rol oynadığını göstərir. 
Sitomeqalovirus infeksiyası - həmçinin sitomeqaliya, tüpürcək vəzlərinin virus 
xəstəliyi,  inklüzion  sitomeqaliya,  əlavələrlə  birgə  xəstəlik,  SMV  «sivilizasiya 
xəstəliklərinə))  aid  edilir  ki,  onlar  son  onillikdə  dünyada  geniş  yayılmışlar. 
Sitomeqaliya  -  kifayət  qədər  geniş  yayılmış  virus  mənşəli  infeksion  xəstəlik  olub 
təzahürləri  daxili  orqanların  və  mərkəzi  sinir  sisteminin  simptomsuz  formalarından 
ağır zədəiənmələrinə qədər dəyişə bilər. 
Sitomeqalovirus  infeksiyası  ilk  dəfə  XIX  əsrin  sonunda  «öpüş  xəstəliyi))  adı 
altında təsvir edilmişdir, belə ki, güman olunurdu ki, yoluxma öpüş zamanı tüpürcək 
vasitəsilə  baş  verir.  Sitomeqaliyanın  həqiqi  «səbəbkarı»  olan  sitomeqalovirus  isə 
yalnız 1956-cı ildə aşkar edilmişdir. Elə o zaman sübut olunmuşdur ki, sitomeqaliya 
təkcə tüpürcək vasitəsilə deyil (halbuki virus həqiqətən də tüpürcək 
158 
downloaded from KitabYurdu.org


vəzilərində  tez-tez  aşkar  edilir,  ona  görə  də  xəstəliyin  adlarından  biri  -  tüpürcək 
vəzilərinin  virus  xəstəliyi  də  buradan  götürülmüşdür),  bom  də  cinsi  əlaqə, 
tıansplasentar  -  hamilə  qadından  dölə,  həmçinin  sıx  məişət  tomasları  zamanı  da 
ötürülür. Bundan başqa, qanköçürmə zamanı, orqan və toxumaların transplantasiyası 
zamanı  sitomcqa-  lovirusla  yoluxma  hallan  molumdur.  Sitomcqaloviuıs  infeksiyası 
geniş yayılmışdu, lakin virusgəzdirənlərin əksəriyyəti bundan heç şübhələnmirlər. 
insanın infcksion patologiyasında SMVT- yə əhəmiyyətli rol aynlır, bu zaman 
klinik  əlamətlərin  müxtəlifliyi  patoloji  prosesin  lokaliza-  siyasından  və 
yayılmasından,  xəstənin  immıın  statusundan  asılıdır.  Ağız  boşluğunun  selikli 
qişasının virus xəstəlikləri yayılma miqyasına görə əsas yerlərdən birini turur. Ağız 
boşluğunun  selikli  qişasının,  dodaqlann  qırmızı  haşiyəsinin,  dəri  öldüklərinin, 
cinsiyyət  üzvlərinin  zədələnməsi  ilə  SMVİ  arasında  əlaqənin  olduğu  təsdiq 
edilmişdir. 
SMV  hər  yerdə  yayılmışdır.  Müxtəlif  coğrafi  mövqedə  və  iqtisadi  durumda 
olan  şəxslər  həyaünın  erkən  dövrlərində  yoluxurlar  və  xəstəlik  çox  vaxt  klinik 
simptomsuz  şəkildə  sürür.  Sitomcqaloviras  infeksiyasının  klinik  əlamətləri  adətən 
əsas  sindromlar  şəklində  təzahür  edir  hamiləlik  dövıündə  birincili  SMVT  olan 
analarda  ycnidoğulmuşlaıın  perinatal  infeksiyası;  infeksion  mononuklcoza  oxşar 
kəskin  qazanılmış  SMVI;  immunkompromentə  olunmuş  şəxslərdə  (ÜV-
infeksiyalaşmış  insanlar  da  daxil  olmaqla)  SMVI-sindrom.  SMV  reünopaüyalann, 
müxtəlif  qastrointestinal  infeksiyalann,  mərkəzi  sinir  sisteminin  xəstəliklərinin  və 
çox  güman  ki,  aterosklerozlann  bəzi  tiplərinin  səbəbkan  ola  bilər. 
İmmunkompromentə olunmuş şəxslərdə ağız boşluğunun xoralaşması çox vaxt SMV 
ilə bağlı ola bilər. 53% İİV-müsbət pasiyenüərdə xoralar SMV ilə və daha 28%-də 
qanşıq  SMV  və  SHV  infeksiyası  ilə  əlaqədardır.  Bəzən  bu  proseslərə  dişəünin  və 
parodontun toxumalan cəlb edilə bilər ki, bu da gələcəkdə sümüklərin dcstruksiyası 
və ostcomicliün inkişaf etməsinə gətirib çıxara bilər. 
Müasir  dövrdə  czofaqitlərin,  pncvmanitlərin  və  digər  xəstəliklərin 
patogcnezində  SMVİ-nin  rolu  müəyyən  edilmişdir,  əvvəllər  onların  yaranma 
səbəbləri yalnız bakterial mənşəli sayılırdı. 
İnsan  orqanizmində  törədicinin  yaşama  müddətindən  asılı  olaraq,  virusun 
sahib  orqanizmlə  qarşılıqlı  əlaqəsinin  müxtəlif  formalan  ayırd  edilir.  Orqanizmdə 
vims  qısa  müddət  qaldıqda,  infcksion  proses  ya  kəskin  (qısa  inkubasiya  dövrü  və 
xarakter  simptomlann  inkişaf  etməsi),  ya  da  inapparcmt  (simptomsuz)  formada  gedə 
bilər. Virusun uzunmüddətli 
159 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə