Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə60/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   117

qidalandın İmasında iştirak edirlər. Digər amillər (su, hava, milçək və b.) EPBÇ-nin 
yayılmasında həlledici əhəmiyyət daşımır. 
EPBÇ-nin  törətdiyi  xəstəliklər  üçün  kəskin  ocaqlılıq  səciyyəvidir,  bu, 
xüsusilə  xəstəxana  şəraitində  aydın  görünür.  EİBÇ  və  ETBÇ-də  ocaqlılıq  yarana 
bilər  (törədicinin  qidada  toplanması  nəticəsində  qida  alovlanmaları  zamanı). 
Mütəşəkkil  kollektivlərdə  uşaqlar  evdə  tərbiyə  olunanlara  nisbətən  daha  çox  bu 
xəstəliklərlə yoluxurlar. 
Bağırsaq  eşerixozlarına  qarşı  görülən  tədbirlər  kəskin  bağırsaq  xəstəlikləri 
üzərində  aparılan  nəzarət  məlumatlarına,  epidemioloji  diaqnostika  isə  bakterioloji 
məlumatlara  əsaslanır.  Uşaq  müəssisələrində,  həmçinin  kiçik  uşaqlar  yerləşdirilən 
xəstəxanalarda  kəskin  bağırsaq  xəstəliklərinin  alovlanması  baş  verdikdə  EPBÇ-dən 
şübhələnmək  lazımdır.  Alovlanmanın  səbəbini  öyrənmək  məqsədilə  müxtəlif 
eşerixiya  qruplarının  yayılmasının  əsas  aparıcı  əlamətlərini  (EPBÇ-də  uşaq 
kollektivləri,  təmas-məişət  yolu;  EİBÇ  və  ETBÇ-də  su  yolu  və  ya  qida 
alovlanmaları) nəzərə alınmalıdır. 
Alovlanma  baş  verdikdə  xəstələr  mütləq  təcrid  olunmalıdır  (xəstəxanada, 
evdə  və  s.).  Uşaq  müəssisələrində,  eləcə  də  uşaq  xəstəxanalarında  xəstələrə  fərdi 
qulluğu  təşkil  etmək  mümkün  olmadıqda,  bir  işçiyə  düşən  xəstə  uşaqların  sayını 
azaltmaq məqsədəuyşundur. 
Doğum  evlərində  hər  ananın  öz  uşağına  qulluq  etməsi  praktikasını  tətbiq 
etmək  lazımdır.  Belə  müəssisələrdə  alovlanma  baş  verdikdə  təmasda  olanların 
(onların içərisində infeksiya mənbəyi ola bilər), yemək hazırlayanların hamısı olmaq 
şərtilə  bütün  işçilər  bakterioloji  müayinədən  keşməlidirlər,  otaqlarda  yekun 
dezinfeksiya aparılmalıdır, yataq ləvazimatı, mələfələr və xüsusilə uşaqların ağzına 
düşə  bilən  əşyalar,  qidalandırma  qabları,  əziklər  dezinfeksiya  edilməlidir.  De-
zinfeksiya (qaynatma) mütəmadi olaraq aparılır. 
Bağırsaq 
eşerixiozlarınm 
profilaktikasında 
başlıca 
tədbir 
uşaq 
müəssisələrində  sanitar-gigiyenik  tədbirlərin  aparılmasıdır  -  işçilərin  şəxsi 
gigiyenası,  uşağın  tualetilə  məşğul  olduqdan  sonra  və  əmizdirdikdən  əvvəl  əllərin 
sabunla  yuyulması  və  dezinfeksiya  edilməsi,  qab-qacaqlarm  və  əmziklərin 
istifadədən  sonra  mütləq  qaynadılması,  qida  üzərində  nəzarət  (donor  südünün, 
şirələrin,  qarışıqların  pasterizasiyası,  suyun  qayna-  dılması  və  s.).  EİBÇ  və  ETBÇ 
törətdiyi xəstəliklər zamanı su təchizatı  və qida üzərində nəzarət, yayda  milçəklərə 
qarşı  mübarizə  aparılmalıdır.  Uşaq  müəssisələrinə  yeni  qəbul  olunanlar  və  ya  plan 
üzrə  xəstəxanaya  daxil  olunanlar  törədicigəzdiriciliyə  görə  müayinə  edilməlidirlər, 
insanların vaksinlə spesifik profilaktikası bir o qədər də effektiv deyildir. 
177 
downloaded from KitabYurdu.org


VƏBA 
Vəba  -  kəskin  infeksion  xəstəlik  olub,  mədə-bağırsaq  yolunun  zədələnməsi, 
intoksikasiya,  orqanizmin  su-duz  mübadiləsinin  pozulması,  ürək-damar  sisteminin 
fəaliyyətinin aşağı düşməsi ilə səciyyələnir. Ağır klinik gedişi, yüksək ölüm faizi və 
pandemik  yayılması  ilə  əlaqədar  vəba  konvcnsion  (kaıantin)  infeksiyalar  qrupuna 
aiddir. 
Xəstəlik  bir  neçə  minillik  tarixə  malikdir.  Lakin  o,  uzun  müddət  özünün 
qədim  endemik  ocağı  olan  Hindistandan  kənarda  müşahidə  edilməmişdir.  Vəba 
xəstəliyini  eramızdan  əvvəl  IX  və  ya  VII  əsrlərdə  həkim  Susrut  tərəfindən  hind 
ensiklopediyalarında təsvir edilmişdir. O, xəstəliyi Vishuka adı ilə təsvir edərək onun 
simptomlarmı belə göstərir: xəstəlik zamanı şiddətli ishal və qusma baş verir, bunun 
ardınca xəstə bərk aııqlayır, səs itir, gözlər çuxura düşür, bədən soyuyur, ölüm faizi 
yüksək  olur.  Heç  şübhəsiz  ki,  Susrutun  bu  əlamətlərlə  təsvir  etdiyi  xəstəlik  vəba 
olmuşdur.  Bundan  sonra  vəba  yenə  do  Hindistanda  ilk  dəfə  XVI  əsrdə  Korrea 
tərəfindən  təsvir  edilmişdir.  XIX  əsrin  əvvələrində  ilk  dəfə  olaraq  Hindistandan 
keçərək  100  ildən  çox  bir  müddət  (1817-1925)  ərzində  dövrü  pandcmiya  şəklində 
özünü  birüzə  vermişdir.  Qəflətən  baş  vermə,  epidemiyaların  yayılması,  yüksək 
xəstələnmə  və  ölüm,  əhali  arasında  yüksək  həyəcan,  uzun  müddət  həkimlərin  və 
bütün ölkələrin hökümətlərinin xəstəlik qarşısında acizliyi - bunların hamısı vəbanın 
6 pandemiyaları üçün xarakterikdir. Vəbanın bu pandemiayları bəşəriyyət tarixində 
dərin iz qoymuşdur. 
I  pandcmiya  1817-ci  ildən  başlamış  1823-cü  ilə  qədər  davam  etmişdir. 
Xəstəliyin  ilk  epidemik  şiddətlənməsi  Hindistanda  baş  vermiş  və  buradan  da 
dünyanın  başqa  ölkələrinə  yayılmışdır.  Vəba  xəstəliyinin  bu  pandcmiyası  Asiya, 
Afrika  və  Avropaya  sirayət  edir  (Asiyada,  Avropada  bu  xəstəliyi  «asiya  qonağı» 
adlandırmışlar). 
Vəba  xəstəliyinin  II  pandemiyası  1826-cı  ildə  Benqaliyada  xəstələnmə 
hallarının  artması  ilə  başlamışdır.  1832-ci  ildə  dəniz  yolları  ilə  vəba  Amerika  və 
Avstraliya  qitələrinə  gətirilmişdir.  Beləliklə,  11  il  davam  edən  2-ci  pandemiya 
zamanı xəstəlik tədricən yayılaraq dünyanın bütün qitələrini əhatə etmiş və 1937-ci 
ilə qədər davam etmişdir. 
178 
downloaded from KitabYurdu.org


Vəbanın III pandemiyası 1844-cü ildə başlamış və 1859-cu ilə qədər davam 
elmişdir. 
Vəbanın  IV  pandemiyası  1865-1873-cü  illəri  əhalə  edir.  1871-  1872-ci 
illərdə vəba bütün Zaqafqaziyanı bürümüşdür. 
V pandemiya 1883-cü ildə başlamış və 1896-cı ilədək davam elmişdir. 
Bütün  dünyanı  bürüyən  vəbanın  VI  pandemiyası  1902-1903-cü  ildən 
başlayaraq  1925-ci  ilə  qədər  davam  etmişdir.  Həmin  müddətdə  hər  yerdə 
xəstəlikdən 35-40% ölüm qeydə alınmışdır. 
1926-cı  ildən  1960-cı  ilə  qədər  infeksiya  Hindistanda  nadir  hallarda  digər 
regionlara keçmişdir. 
1958-ci ildə Beynəlxalq Səhiyyə Assambleyası tərəfindən elan edilmişdir ki, 
vəba  xəstəliyi  bəşəriyyətə  daha  real  təhlükə  yaratmır  və  spontan  olaraq  ləğv  olma 
şansı  qarşısındadır.  El-Tor  vibrionu  ilə  törədilən  xəstəlik  isə  vəba  xəstəliyi  hesab 
olunmamalıdır.  Lakin  bu  xəstəliyin  1960-cı  ildə  epidemik  partlayışı  ÜST-ün 
ekspertlərinin öz fikirlərini kökündən dəyişməyə məcbur etdi. 
1962-ci ildə El-Tor vəbası karantin infcksiyaları qrupuna daxil edildi. El-Tor 
vibrionu  ilə  törədilən  vəbanın  VII  pandemiyası  1960-cı  ildə  başlanmışdır.  Onun 
yayılmasında 5 dövr ayırd edilir: 
1-
 
ci  dövr  1960-1962-ci  illəri  əhatə  edir.  Epidemiya  özünün  endemik 
ocağından  (İndoneziyanın  Sulavesi  adası)  çıxaraq  Cənub-  Şərqi  Asiya  ölkələrini 
əhatə edir. Onu da demək lazımdır ki, müstəqillik əldə edən ölkələrdə mədəni-siyasi 
əlaqələrin  genişlənməsi  ilə  əlaqədar  olaraq  vəbanın  yayılmasına  geniş  imkanlar 
açıldı. 
2-
 
ci dövrdə pandcmiyanın yayılması 1962- 1967-cı illərə qədər 
davam edir. Asiya qitəsi daxilində 1964-cü ildə El-Tor vəbası Cənubi 
Vyetnamdan Hindistana gətirilmiş və tez bir zamanda klassik vəbanı 
sıxışdırıb çıxarmış, onun yerini tutmuşdur. Xəstəlik 1965-ci ildə • % 
Özbəkistanın  Karapalpak  və  Xorezm  vilayətlərinə  də  keçmişdir.  1971-ci  ildən 
Banqladeş  adlandırılan  Şərqi  Pakistanda  epidemiyalar  eyni  vaxtda  2  törədici 
tərəfindən  törədilmişdir,  ancaq  El-Tor  vibrionu  ilə  yoluxan  xəstələrin  sayı  klassik 
vibrionlarla yoluxmuşlardan 10 dəfə çox olmuşdur. 
3-
 
cü dövrdə (1967-1976-cı illər) vəbanın pandemiyası Orta və Yaxın Şərqə, 
Afrika və Avropaya yayılmışdır. Xəstələnmə səviyyəsi çox yüksək olmuşdur, dünya 
üzrə  70-80  ölkədə  yayılmışdır,  Afrikada  xəstəlikdən  lctallıq  göstəricisi  50%  təşkil 
etmişdir.  1970-ci  ildə  eyni  vaxtda  Xəzər  dənizi  (Həştərxan)  və  Qara  dənizin 
(Odessa, Kerç) 
179 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə