E.coli-nin kommensial əhəmiyyətini göstərirdi. Sonralar bağırsaq çöplərinin
patogenliyi haqqında danışmağa başladılar. Eyni zamanda peritonit, sidik yollarının
iltihabı, appendisit və bir sıra xəstəliklərdə bu mikroblann iştirak etməsi haqqında
məlumatlar toplanırdı. Bununla əlaqədar belə fikir yarandı ki, E.coli bağırsaqdan
kənar üzv və toxumlara düşərkən orada patoloji prosesə səbəb ola bilər, başqa sözlə
desək, mikrob yaşama şəraitini dəyişərsə və sahibinin orqanizmi zəifləyərsə iltihab
törədə bilər.
Dispepsiyadan ölən uşaqların nazik bağırsağında bağırsaq çöplərinin
tapılması yenidən E.coli - nin bağırsaq pozğunluqlarında etioloji əhəmiyyət
daşıdığını göstərdi. Lakin 40-50-ci illərdən başlayaraq bağırsaq çöplərinin antigen
quruluşunun öyrənilməsi zamanı bağırsaqda patoloji proses törədən bakteriyalaria
xəstəlik törətməyənlər arasında fərq müəyyən edildi.
Bağırsaq çöpləri 3 növ antigenə malikdir: O, K və N və ya somatik səthi və
qamçı antigenləri. O - antigeninə görə 150-dən çox bağırsaq çöpləri qrupu müəyyən
edilmişdir ki, hər qrupun öz səthi antigeni var. Qamçı antigeni həmişə olmur
(hərəkətsiz növləri qeyd edilir). Xəstəlik törədən bağırsaq çöplərinin səthi
antigeninin olması onun patoloji prosesdə əhəmiyyətili rol oynadığını göstərir. Bəzi
hallarda qamçı antigenin də patologiyada əhəmiyyəti var.
Hazırda bağırsaqda patoloji proses törədən bağırsaq çöpləri arasında 4 qrupu
ayırd edilir:
1.
Entropatogen bağırsaq çöpləri (EPBÇ), bunlar çox vaxt kiçik yaşlı, əsas
etibarilə 1 yaşlı uşaqlann nazik bağırsaqlarında iltihab (enterit) törədirlər (026,
155,0111, 0125, 0142 və s.).
2.
Enteroirıvaziv bağırsaq çöpləri (EİBÇ) uşaqlarda (1 yaşdan yuxan) və
böyüklərdə yoğun bağırsağın epitel hüceyrələrində inkişaf edərək dizenteriyaya
bənzər xəstəlik törədirlər. Şigellalarda olduğu kimi, kulturaların çoxu hind donuzu
və dovşanlarda keratokonyunktivit törədir. EİBÇ qrupuna hazırda 0124, 0143, 0151,
0164 və s. seroqruplar daxildir.
3.
Enterotoksigen bağırsaq çöpləri (ETBÇ) əsasən uşaqlarda (1-3 yaşlı) və
böyüklərdə (onlarda “səyahətçilərin xəstəliyi adlanır”) vəbayabənzər xəstəlik törədir
(06, 08, 020, 0128, 0148 və b.). Enterotoksigen çöplər termostabil enterotoksin ifraz
etmək qabiliyyətinə malikdir ki, bu da bağırsaq boşluğunda külli miqdarda maye
ifraz olunması ilə müşayiət olunur. Nəticədə orqanizm dehidratasiya (susuzluq)
vəziyyətinə düşür və ağır hallarda vəbayabənzər xəstəlik inkişaf edir.
175
downloaded from KitabYurdu.org
A .Ent er ohemorragık bağırsaq çöpləri (BHBÇ) uşaqlarda və böyüklərdə
kolitik sindromla müşayiət olunan dizenteriyayabənzər xəstəlik törədir (0157, 0145
və s.). Enterohemorragik çöplər sitotoksin ifraz edirlər və adheziya amilinə malikdir.
Qeyd etmək lazımdır ki, EPBÇ və EtBÇ qrupuna aid bakteriyalar da
enterotoksin ifraz edirlər. ETBÇ, EİBÇ, EPBÇ ştamlanmn virulentliyi daimi deyil,
törədicinin dövr etmə vaxtı, epidemik prosesin gərginliyi zamanı virulentlik artır.
Hazırda
sübut
edilmişdir
ki,
xəstələrdən
əldə
edilmiş
kulturalar
törədicigəzdirənlərdən əldə edilmiş ştamlardan daha viruientlidir. Patoloji proses
törədən bağırsaq çöpləri xarici mühitdə davamlıdırlar, hətta nəcis quruduqdada onlar
sağ qalırlar. Bu mikroblar saprofit qidalanma vasitəsilə də yaşaya bilirlər, onlar
kommensial çöplərin antoqonik təsirinə məruz qalmırlar.
EPBÇ tərəfindən törədilən xəstəliklərdə uşaqlar əsas infeksiya mənbəyidirlər:
uşaqlarda qısa inkubasiya dövründən (1-3 gün, nadir hallrda 7-8 gün) sonra ishal
başlayır. Nəcislə külli miqdarda törədici ifraz edilir. Tədqiqatçıların əksəriyyətinin
məlumatına görə xəstəliyin 1-ci həftəsində nəcis kütləsində EPBÇ-nin təmiz kulturası
aşkar edilir, onun
O Q
miqdarı 1 q nəcisdə 10 -10 -a çatır. Təmiz kulturanın alınması bağırsaqdan
kommensial mikroblarm müvəqqəti sıxışdınlıb çıxarılmasına gətirib çıxarır. Xəstəlik
nə qədər ağır keçirsə, bir o qədər törədici çox miqdarda və uzun müddət ifraz olunur.
EPBÇ zamanı ilkin törədi ci gəzdirəni ik 2-3 həftədir.
EİBÇ-lə yoluxduqda yoğun bağırsağın aşağı hissəsinin epitelinin zədələnməsi
inkubasiya dövrünün 3-6 günü baş verir. Dizenteriyayabənzər klinik əlamətlər
törədicinin güclü ifrazı (lq nəcisdə 10
8
mikrob hüceyrələri) ilə müşayiət edir, ancaq
bu, qısamüddətlidir, 7- 10 gündən çox davam etmir. EİBÇ-nin gəzdiriciliyi uşaqlar
və böyüklər arasında qeyd edilir.
ETBÇ-lə yoluxma zamanı çox qısa inkubasiyadan (1-2 gün) sonra xəstəlik
başlanır, törədici yüksək miqdarda (lq nəcisdə 10
8
mikrob hüceyrələri) 7-10 gün
ərzində ifraz edilir, rekonvalessentlərdə xəstəliyin başlanmasmdan 3 həftə ərzində
mikroblar ifraz olunur.
EPBÇ - əsasən təmas-məişət yoluyla yayılır. Xəstəliyin yayılmasında uşaq
müəssisələrində işləyən işçilərin çirklənmiş əlləri mühüm rol oynayır. Bu zaman
uşaqların qidalandınlması üçün nəzərdə tutulan müxtəlif əşyalar (əmziklər və b.) və
ərzaq çirklənir. Süd və süd məhsullarının, əmziklərin və digər əşyalann
çirklənməsinin əsas səbəbi ondadır ki, eyni işçilər həm uşaqların tualetində, həm də
176
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |