hövzələrində El-Tor vibrionları ilə törədilən vəba ocaqları aşkar olunmuşdur.
4-
cü dövr 1977-1990-cu illəri əhatə edir. Bu dövrdə xəstələrin sayı tədricən
azalmağa başlamış, lakin El-Tor vəbası yer kürəsinin bütün qitələrində yayılmış
(27-43 ölkədə ildə 20-50 minə qədər xəstə qeyd olunurdu), hətta klassik vəbanın
yayılmadığı
ölkələri do
i •• ••
• • < • *
burumuşdur.
Dünyanın bir çox ölkələrində (Afrika, Cənubi-şərqi Asiya, ABŞ, Meksika
körfəzinin sahil boyu suyunda) El-Tor vəbasının ikincili endemik ocaqları
formalaşmışdı. Avropada və yüksək inkişaf etmiş ölkələrdə də xəstəliyin gətirilmə
halları qeydə alınır. 1980-ci ilə qədər xəstələnmənin 83%-i Asiya ölkələrinin payına
düşürdü. Növbəti 5 il ərzində xəstələnmənin xüsusi çəkisi Afrikada yüksəlmiş və
62%-ə çatmışdır. 4-cü dövrdə xəstələnmənin səviyyəsi Asiya vəbasını 7-10 dəfə
üstələmişdir. 1986-cı ildən başlayaraq yenidən xəstələnmə Asiya qitəsində
artmışdır.
5-
ci dövr 1991-ci ildən indiki dövrə qədər davam edir. Bu dövrdə dünyada
xəstələnmə 125 mindən 700 minə qədər xəstə təşkil etmiş və hazırda xəstəlik 50-70
ölkədə qeyd olunur.
VII pandemiyanın başlanmasından etibarən onun endemik ocaqlardan digər
ölkələrə yerdəyişməsi qeyri-bərabər olmuşdur, tik onilikdə vəba ancaq Asiya
sərhədlərində yayılmış və yalnız 1970-ci ildə Afrika ərazisinə və Avropaya keçmiş,
1973-cü ildə isə ilk vəba xəstəsi Amerika qitəsində - ABŞ-da aşkar edilmişdir.
Vəbanın Cənubi Amerikaya keçməsi üçün 30 il vaxt tələb olundu (1991-ci il) və
tezliklə yalnız Latın Amerikasının ayn-ayrı ölkələrində vəba qeyd edilmirdi.
Epidemiya cənubi Amerika qitəsinin əksər ölkələrini əhatə etmişdir.
Ümumilikdə, dünya üzrə 7-ci pandemiya zamanı vəba ilə xəstələrin ümumi
sayı endemik ölkələri təyin etmişdir. 1961-69-cu illərdə Cənubi Asiya (
Hindistan,
Banqladeş, Nepal) və Cənubi-Şəıqi Asiyada (Filippin, Malaziya, Birma, Tailand)
dünya üzrə qeydə alınan vəba ilə xəstələrin 89,4%-i cəmlənmişdir. Bir sıra Afrika
ölkələrində (Zair, Burundi, Qana və s.) davamlı endemik ocaqlar formalaşmışdır və
orada vəba hər il yüksək səviyyədə aşkar olunur.
Azərbaycanda vəba xəstəliyinin I epidemiyası 1823-cü ildə baş vermişdir.
Növbəti 100 il ərzində vəbanın daha 10 epidemiyası olmuşdur. Epidemiyalar hər
dəfə İrandan keçmişdir. Yalnız 1907-ci ildə şimaldan Həştərxandan keçmişdir.
Epidemiyalar 1926-cı ilə
180
downloaded from KitabYurdu.org