Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə66/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   117

qusma, adinamiya, yuxululuq, beldə və ətraflarda ağrılar, tonik və klonik qıcolmalar, 
tərləmə, bəzən huşun itməsi müşahidə edilir. 
İflic dövrndd iflic 3-5 gündən sonra qəflətən baş verir və bir-neçə saat ərzində 
inkişaf  edir.  Bu  zaman  ən  çox  ətraf  əzələləri  (proksimal  şöbələr),  çox  vaxt  ayaqlar, 
gövdə  əzələləri,  boyun  əzələləri  zədələnir.  Ən  ağır  zədələnmələr  bunlardır:  tənəffüs 
əzələlərinin  zədələmnəsi,  diafraqmanm  zədələnməsi  tənəffüs  pozğunluğu  ölüm, 
uzunsov beynin zədələnməsi. 
Bərpa  dövrü  bəzi  əzələlərin  və  əzələ  qruplarının  funksiyalarının  bərpası  ilə 
(xüsusən ilk iki həftə ərzində) xarakterizə olunur, 1,5- 3 il davam edir. 
Oulıq  əlamətlər  dövrü:  davamlı  periferik  ifliclər,  zədələnmiş  əzələlərin 
atrofiyası,  kontrakturalar,  sümüklərin  və  əzələlərin  deformasiyası,  çıxıqlar, 
zədələnmiş ətrafların inkişafdan qalması, onurğanın əyilməsi ilə müşayiət olunur. 
İflicsiz forma - seroz meningiti xatırladın qısamüddətli temperatur, baş ağrısı, 
başgicəllənmə,  ümumi  halsızlıq,  ayaqların  parezi  və  iflici  müşahidə  edilir.  Bir  neçə 
gündən  sonra  simptomlar  tamamilə  keçib  gedir.  İflicsiz  formada  ancaq  meningial 
əlamətlər  və  onurğa  beyni  mayesində  dəyişiklik  nəzərə  çarpır.  Qalıq  əlamətləri  baş 
vermir, iflicsiz forma müxtəlif epidemik alovlanmalarda poliomielitlə xəstələnənlərin 
30-70%-də aşkar edilir. 
Abortiv  poliomielit  xəstəlik  formasında  mərkəzi  sinir  sisteminin  zədələnməsi 
əlamətləri qeyd edilir, xəstələrdə uzun sürməyən temperatur yüksəlməsi, baş ağrıları 
və  kataral  hallar  görünür.  Qrip,  yuxan  tənəffüs  yollannın  katan,  ishal  və  qusma  ilə 
müşayiət  olunan  mədə-bağırsaq  xəstəlikləri  şəklində  keçir,  sinir  sisteminin  ocaqlı 
zədələnmə  simptomları  olmur.  Abortiv  forma  ancaq  epidemioloji  anamnez  və  ya 
virusoloji müayinə vasitəsilə aşkar edilir. 
Əlamətsiz infeksiya poliomielitdə ən çox (bütün hadisələrin 90- 95%-i) təsadüf 
edilən formadır. Onun nəticəsində əkscisimlər əmələ gəlir və mədə-bağırsağın təkrari 
yoluxmağa qarşı rezistenliyi yaranır. 
Poliomielit xəstəliyinin yüksəlişi dövründə iflicli forma əlamətsiz (inapparant) 
formaya görə 1:1100-1500, xəstəliyin azalmış səviyyəsində isə l:40-a nisbətində qeyd 
edilir.  Xəstəlik  keçirmiş  şəxslər  virusu  bir  neçə  ay  ərzində  gəzdirə  bilərlər. 
Xəstəlikdən sonra ömürlük möhkəm immunitet yaranır. Təkrari xəstələnmə çox nadir 
hallarda, çox güman ki, başqa növ viruslar tərəfindən baş verir. 
Ağırlaşmaları:  Pnevmoniya,  ağ  ciyər  atelektazları,  interstisial  mio-  kardit, 
mədə genəlməsi, mədə yarası, mədə yarasının deşilməsi, bağırsaq keçməməzliyi. 
194 
downloaded from KitabYurdu.org


 
Epidemioiogiyası. Poliomielit antroponoz xəstəlikldir. Poliomie- litdə yeganə 
infeksiya  mənbəyi  insandır.  Poliomielitin  bütün  formalarında  xəstələr, 
törədicigəzdirənlər  (rekovalessentlər  və  sağlam  törədici-  gəzdirənlər)  infeksiya 
mənbəyi  rolunu  oynayırlar.  Xəstə  prodromal  dövrdə  yoluxdurma  qabiliyyəti  əldə 
edir,  xəstəlik  inkişaf  etdikcə  xəstələrin  yoluxduruculuq  qabiliyyəti  zəifləyir.  Əksər 
hallarda  xəstəliyin  40-cı  günündən  xəstə  infeksiyam  yaymaq  imkanından  məhrum 
olur. Bəzi hallarda xəstələr törədicini bir neçə ay ərzində ifraz edirlər. Infeksiyanın 
yayılmasında yüngül və atipik formalı xəstələr əsas rol oynayırlar. 
Yoluxma mexanizmi. Poliomielit əsasən alimentar yolla, fekal- oral yoluxma 
mexanizmi  ilə  yayılır.  Hava-damcı  mexanizmi  (yoluxma  amili  -  hava)  ilə  də 
yoluxuma  mümkündür.  Poliomielit  xəstəliyində  yoluxma  amilləri  bağırsaq 
infeksiyalarında olduğu kimidir. Xəstəliyin yayılmasında çirkli əllər, məişət əşyaları, 
qida  məhsulları  və  su  iştirak  edir.  Qida  məhsulları  üzərindən  törədici  milçəklərlə 
keçirilə  bilər.  Poliomielit  xəstəliyində  məişət  və  qida  epidemiyaları,  xüsusilə  süd 
epidemiyaları daha ətraflı öyrənilmişdir. 
Həssaslıq.  Əhalinin  viruslara  həssaslığı  aşağıdır.  Belə  ki,  yenido- 
ğulmuşlarda  anadangəlmə  passiv  immunitet  olur,  xəstəlikdən  sonra  davamlı 
immunitet yaranır. Yaşlılarda isə immunitet latent infeksiya nəticəsində də yaranır. 
Epidemioloji  xüsusiyyətləri.  Poliomielit  hər  yerdə  yayılmış  xəstəlikdir, 
dünyanın  müxtəlif  iqlim  zonalarında  təsadüf  edir.  Onun  üçün  fəslilik  səciyyəvidir. 
Xəstəlik üçün yay-payız mövsümiliyi xarakterdir. Xəstəlik mayda artmağa başlayır, 
avqust-sentyabr  aylarında  yüksək  səviyyəyə  çatır.  Bəzən  qışda  da  poliomielitin 
epidemik  alovlanmsı  baş  verir.  Xəstələnmənin  səviyyəsi  aktiv  immunizasiyanın 
təşkili ilə müəyyən olunur. 
Poliomielit müxtəlif yaş qruplarında rast gəlir. Ən çox uşaqlar arasında qeyd 
olunur.  Xəstəlik  ən  çox  məktəbəqədər  yaşlı  uşaqlar  arasında  baş  verir.  Uşaqlar 
doğulandan  6  aya  qədər  və  böyüklər  kütləvi  peyvənddən  sonra  nadir  hallarda 
poliomielitlə  xəstələnirlər.  Son  illər  uşaqlar  körpələr  evində  uşaq  bağçalarına 
nisbətən daha çox xəstələnirlər. Uşaq kollektivlərində qeydə alman epidemik ocaqlar 
çox vaxt bir hadisəli olur. Təkrari yoluxmalar ailəvi ocaqlarda baş verir. 
Kənd yerlərində bəzi hallarda poliomielitlə xəstələnmə oraya şəhərdən çoxlu 
şəxslərin gəlməsi (kənd təsərrüfatı işləri ilə əlaqədar olaraq) nəticəsində artır. Şəhər 
uşaqları kənd uşaqlarına nisbətən daha tez-tez xəstələnirlər. 
195 
downloaded from KitabYurdu.org


Profilaktika  və  mübarizə  tədbirləri.  Poliomielitə  qarşı  mübarizə  kompleks 
tədbirlərlə aparılır. Poliomielitli və ona şübhə oyadan xəstələr mütləq təcrid edilərək 
infeksion  xəstəxanaya  göndərilirlər.  Klinik  əlamətlər  olmasa,  xəstəliyin 
başlanmasından 30 gün sonra evə yazılırlar. Xəstəxanaya göndərilənə qədər onlar ayrı 
otaqda  saxlanılırlar.  Epidemik  ocaqda  infeksiya  mənbəyini,  yoluxma  yollarını  və 
xəstə ilə təmasda olanları aşkar etmək üçün epidemioloji müayinə aparılır. Xəstə ilə 
təmasda  olan  uşaqlar  xəstə  təcrid  edildikdən  20  gün  sonra  karantində  saxlanılır. 
Xəstəliyin 40-cı günündən tez xəstənin evə yazılmasına icazə verilmir. Evə yazılmış 
xəstə uşaqlar sağlamlardan 12 gün müddətində ayrı saxlanılır. Xəstə ilə təmasda olan 
qida və uşaq müəssisələrinin işçiləri 21 gün işdən kənar edilirlər. 
Uşaq  müəssisəsində  poliomielitli  xəstə  aşkar  etdikdə,  xəstə  tapılan  qrup  20 
gün karantində saxlanılır, bu dövr ərzində uşaqların gündə hərarəti ölçülür, onlar tibbi 
müayinədən  keçirilirlər,  nəcisləri  virusoloji  müayinəyə  göndərilir.  Hərarətli,  burun-
boğazmda  və  bağırasağında  iltihab  prosesi  olan  və  nevroloji  dəyişiklik  qeyd  edilən 
uşaqlar xəstəxanaya qoyulurlar. Təkrari xəstəlik baş verdikdə qrup və uşaq müəssisəsi 
bütünlükdə (yasli, uşaq bağçası) 20 gün müddətində gecə-gündüz iş rejiminə keçirilir. 
Xəstəliyin diaqnozu qoyulan andan ocaqda cari dezinfeksiya aparılır. Xəstənin 
təmasda  olduğu  əşyalar,  alt  paltarı,  üst  geyimi,  qab-  qacağı,  yataq  dəsti,  ifrazatı 
dezinfeksiya  edilir.  Otaq,  ayaqyolu  və  nəqliyyat  xəstə  hospitallaşdırılandan  sonra 
dezinfeksiya  edilir.  Qida  qalığı  15  dəqiqə  qaynatmaqla  və  ya  quru  xlorlu  əhənglə 
qarışdırılaraq (l:2-yə nisbətində) 1 saat saxlamaqla dezinfeksiya edilir. 
Məktəbdə  tək-tək  hallarda  xəstələnmə  qeyd  edildikdə  xəstəlik  qeyə  alınan 
siniflərdə uşaqların gündəlik hərarəti ölçülür və onlar tibbi müayinədən keçirilirlər. 
Poliomielitin  profilaktikasında  ÜST  3  valentli  diri  vaksini  3  dəfəyə  istifadə 
etməyi  məsləhət  görür:  6,  10  və  14  həftəlikdə  AGDT  ilə  birlikdə.  Son  zamanlar 
peyvəndi  4  dəfəyə,  birincisini  isə  uşaq  anadan  olan  kimi  BSJ  vaksini  ilə  birlikdə 
edirlər.  1,  II,  III  tipli  diri  vaksin  ştamlarmdan  hazırlanmış  preparatla  peyvəndin 
aparılması həlledici rol oynayır. Vaksin ağız vasitəsilə (duru şəkildə) verilir. Ondan 
sonra uşağa süd, isti çay və ya su verilir. Poliomielitə qarşı vaksinasiya doğum evində 
başlanır  və  2,3,4  aylığında  1  ay  intervalla  3  dəfəyə  verilir.  Bundan  sonra 
revaksinasiya aparılır. 1-ci revaksinasiya 18 ayında, sonuncu isə 6 yaşında aparılır. 
196 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə