Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə20/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   117

ho/vosiva 
Fvdo izolvasiva 
Hospita lizasiyn 
► Hospiializasivaya dair gösiəriklər 
* Kiiııiki 
xostoliyiıı gedişinin ağırlığı 
yaş 
1 ipiclem ioloji 
xostonin peşəsi 
tomasda olan insanların peşosi 
sanitar-məişət yaşayış şəraiti 
mütəşəkkil kollektivlər (köq>ələr evi 
uşaq ev lori, lıorbi kontingent lor) 
İnfeksiya mənbəyinə qarşı tədbirlər. 
Xəstəlik  törədicisinin  yayılmasının  qarşısını  almaq  məqsədilə  ətraf  mühitdə 
dezinfeksiya  işləri  (yoluxma  amillərini  zərərsizləşdirmək  üçün)  həyata  keçirilir. 
Yoluxucu xəstəliyin epidcmioloji xüsusiyyətlərindən asılı olaraq, bəzi xəstəliklərdə 
(taun,  endcmik  rikketsiozlar  və  s.)  dezinfeksiya  ilə  yanaşı  dezinseksiya  və 
deratizasiya  da  aparılır.  Vəba,  qarın  yatalağı,  paratiflər,  dizenteriyanın  epidemik 
ocaqlarında yay fəslində dezinfeksiya ilə yanaşı dezinseksiya da aparılır (milçəkləri 
məhv  etmək  üçün).  Qızılca,  epidemik  parotit,  qrip,  göyöskürək  xəstəliklərində 
törədicilərin xarici mühitə həssaslığını nəzərə alaraq, otağın havasını dəyişməklə və 
yaş üsulla dezinfeksiya elməklə kifayətlənirlər. 
Xəstə  ilə  təmasda  olanlara  qarşı  aparılan  tədbirlər  yoluxucu  xəstəliyin 
epidemioloji xüsusiyyətlərindən asılıdır. Kontagioz yoluxucu xəstəliklərdə təmasda 
olan şəxslər mümkün qədər tez - inkubasiya dövründə təcrid edilməlidirlər. Karantin 
xəstəliklərində (taun, vəba, sarı qızdırma) bütün tomasda olan şəxslər xüsusi təşkil 
edilmiş  hospitallarda  təcrid  edilirlər.  Xəstə  aşkar  edilmiş  ərazidə  karantin  qoyulur. 
Təcrid  edilmiş  xəstələrə  qulluq  etmə  qaydaları  xəstəliyin  epiderailoji 
xüsusiyyətindən  asılı  olaraq  tərtib  edilir.  Səpgili  yatalaq,  bağırsaq  sistemi 
xəstəlikləri,  difteriya,  skarlatina,  qızılca  və  bir  sıra  xəstəliklər  aşkar  edildikdə 
təmasda olan bütün şəxslər qeydə almır və onların üzərində tibbi müşahidə aparılır. 
Tibbi nəzarətin 
61 
downloaded from KitabYurdu.org


vaxtı  və  həcmi  yoluxucu  xəstəliyin  epidemioloji  xüsusiyyətlərindən  və  kliniki-
laborator müayinənin nəticəsindən asılıdır. 
Yoluxucu  xəstəliyin  epidemik  ocağında  yeni  xəstələnmənin  qarşısını  almaq 
üçün  profilaktik,  bəzi  xəstəliklərdə  isə  qoruyucu  kimyəvi  profilaktika  tədbirləri 
həyata  keçirilir.  Spesifik  profilaktika  aktiv  və  passiv  immunizasiya  vasitələrilə 
(vaksin,  immunoloji  zərdab,  bakteıiofaq  və  s.)  aparılır.  Bəzi  hallarda  antibiotik  və 
başqa kimyəvi preparatla qoruyucu müalicə yerinə yetirilir. 
İNSANIN YOLUXUCU XƏSTƏLİKLƏRİNİN TƏSNİFATI 
İnsanın  yoluxucu  xəstəliklərinin  təsnifatlaşdınlmasma  dəfələrlə  cəhd 
göstərilmişdir.  Təsnifatlar  arasında  son  vaxtlara  qədər  təcrübi  və  təkamül  əsasında 
yaradılan təsnifatlara dair çoxlu fikirlər vardır. Lakin təklif olunmuş təsnifatların bir 
çoxu dar çərçivəli olduğundan təcrübi təsnifat idilər. Tədqiqatçılar müxtəlif nozoloji 
növlər arasında yaranmış əlaqəni  tapa bilmədiklərindən  sadələşdiribmiş  təsnifatlara 
müraciət  edirdilər.  Belə  ki,  bəzi  müəlliflər  yoluxucu  xəstəlikləri  əlifba  sırası  ilə, 
klinsistlər  isə  ayrı-ayrı  tibb  sahələri  üzrə  (uşaq  xəstəlikləri,  dəri  xəstəlikləri) 
bölüşdürməklə tərtib etməyi məsləhət görürdülər. 
Bununla  yanaşı,  təcrübi  təbabət  tərəfindən  yoluxucu  xəstəliklərin  müxtəlif 
qrupları  arasında  yaranan  əlaqəni  aydınlaşdırmaqla,  bütün  tibb  sahələri  nəzərə 
alınmaqla hazırlanmış təsnifat təklif edildi. Nəticədə etio- loji əlamətlərə (mikrokok, 
bakterial,  göbələk,  spiroxetoz,  parazitar,  virus-  lu),  klinik-patogenetik  əlamətlərə 
(kəskin,  xroniki  yoluxucu  xəstəlikləri  və  ya  ümumi  və  yerli  sindromlu  yoluxucu 
xəstəliklər), epidemioloji əlamətlərə (endemik, epidemik, pandemik və ya bağırsaq, 
tənəffüs  yolları,  torpaq,  heyvanlar  tərəfindən  yayılan  və  həşəratlar  tərəfindən 
keçirilən yoluxucu xəstəlikləri və s.) əsaslanan təsnifat təklif edildi. Bu təsnifatların 
hər  biri  bir  neçə,  hətta  bir  əlamətə  əsaslanırdı,  ona  görə  də,  ondan  dar  çərçivədə 
istifadə etmək olardı. 
Keçən  əsrin  70-ci  illərində  tədqiqatçıların  əksəriyyəti  yoluxucu  xəstəliklərin 
təsnifatının L.V.Qromaşevskinin nəzəriyyəsinin əsasında qurulmasını məqsədəuyğun 
hesab  edirdilər.  Bu  nəzəriyyəyə  görə,  yoluxucu  xəstəlik  törədicilərinin  sahibin 
orqanizmində  lokalizasiyası  onların  bioloji  xüsusiyyətlərinin  cəmi  ilə  təyin  edilir, 
təkamül prosesində qazanılmış parazit həyat tərzi isə öz sahibinin daxili mühitinə və 
spesifik yoluxma mexanizminə növ adaptasiyasıdır. 
62 
downloaded from KitabYurdu.org


Buna əsalanaraq L.V.Qromaşevski ilk dəfə olaraq, yoluxucu xəstəliklərin 
təkamül  qaydasını  yaratmağa  cəhd  göstərdi.  Bu  qaydanın  üstünlüyü  ondadır  ki, 
xəstəlik  törədicisi  onun  patogenezi  və  yoluxma  mexanizmi  arasında  təbii  əlaqə 
yaratmışdı.  L.V.Qromaşevskinin  təsnifatı  həm  epidemioloqlar,  həm  də 
klinisistlər  arasında  geniş  yayıldı  və  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST) 
tərəfindən qəbul edildi. 
insanın  yoluxucu  xəstəliklərini  L.V.Qromaşevski  5  qrupa  bölür:  I  qrup  - 
bağırsaq  yoluxucu  xəstəlikləri  (törədicinin  bağırsaqda  və  ətraf  orqanlarda 
lokalizasiyası),  II  qrup  -  tənəffüs  yollarının  yoluxucu  xəstəlikləri  (törədicinin 
tənəffüs  yollarının selikli  qişalasında  və  ağ  ciyərlərdə  lokalizasiyası),  III  qrup  - 
qan sisteminin yoluxucu xəstəlikləri (törədicinin qan və limfada lokalizasiyası), 
IV qrup - xarici örtüyün yoluxucu xəstəlikləri (törədicinin əsasən xarici örtükdə - 
dəridə  və  selikli  qişalarda  lokalizasiyası),  V  qrup  -  müxtəlif  yoluxma 
mexanizminə malik olan yoluxucu xəstəliklər. 
Yoluxucu xəstəliklərin müxtəlif qrupları üçün infeksiyanm yoluxma 
mexanizmləri, yolları və amilləri (L.V.Qıomaşcvki)______________________  
Orqanizmdə 
törədicinin 
lokalizasiyası 
Yoluxma 
mexanizmi 
Yoluxma 
yollan 
Yoluxma amilləri 
Mədə-bağırsaq 
yolu 
Fekal-oral 
Alimentar 
Qida 
Su 
Su 
T əmas- məişət 
Çirkli əllər 
Qab-qacaq və s. 
Respirator yol 
Aerogen 
(respirator) 
Hava-damcı 
Hava 
Hava-toz 
Toz 
Qan 
• 
Transmissiv 
• 
Qansoran 
keçiricilərin 
dişləməsi ilə 
Ektoparazitlər Qan 
Şprislər Cərrahi 
alətlər İnfuziya 
məhlullan və s. 
Parenteral 
Cinsi 
Xarici örtüklər 
Təmas 
Yara 
Güllə və s. 
Məişət-cinsi 
Kəsici əşyalar və s. 
Rüşeym 
hüceyrələri 
 
Vertikal 
 
63 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə