Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə29/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   117

Həm spesifik, həm də qeyri-spcsifık yoluxma iki yolla baş verir: inokulyasiya 
və  kontaminasiya.  İnokulyasiya  yolunda  keçirici  qansoran  zaman  onun  ağız 
aparatında  olan  törədici  zədə  yerindən  orqanizmə  daxujı  olur.  Kontaminasiya 
yolunda  isə  keçirici  öz  ifrazatı  ilə  dəri  və  selikli  qişaları  çirkləndirir.  İfrazatın 
tərkibində  olan  törədici  zədələnmiş  dəri  və  selikli  qişadan  orqanizmə  daxil  olur. 
Keçiricinin  orqanizminə  daxil  olmuş  xəstəlik  törədiciləri  müxtəxrmj)  miqrasiya 
mərhələləri  keçirirlər.  Gənəlorlə  yoluxdurulan  törədicilər  bəzən  onun  bir  inkişaf 
mərhələsindən  digər  inkişaf  mərhələsinə  keçir.  Belə  ötürülmə  transfazal  ötürülmə 
adlanır. Əksər hallarda törədici bədən boşluğundan cinsiyyət vəzilərinə, oradan isə 
inkişaf etməkdə olan yumurtaya keçir. Nəticədə belə yumurtadan əmələ gələn nəsil 
də  həmin  xəstəliyin  törədicisi  ilə  yoluxmuş  olur.  Belə  ötürülmə  transovarial 
ötürülmə  adlanır.  Bu,  gənə  ensefaliti,  rikketsiozlar,  hemorragik  qızdırma,  gənə 
qayıdan yatalağı və s. xəstəliklərin törədicilərində müşahidə edilir. 
Gənolər 
Gənələr hörümçəkkimilər sinfinə aid olub virus, bakteriya və rikketsiyaların 
törətdiyi  bir  sıra  təhlükəli  xəstəliklərin  keçiriciləridir.  Gənələrin  orqanizmində 
törədicilərin əksərujjəTH çoxalır və saxlanılır. Ən çox epidemioloji əhəmiyyəti olan 
gənələrə iksod, arqaz və qamazid gənələr aiddir. 
İksod  və  ya  otlaq  (çəmənlik)  gənələrinə  meşə  zonalarında  daha  çox  təsadüf 
edilir. İnkişafları sürfə, nimfa və yetişmiş gənə mərhələlərindən ibarətdir. Sürfə və 
nimfa mərhələləri xırda məməlilər və quşlar üzərində qidalanır, yetişmiş gənələr isə 
iri heyvanlarda parazitlik edirlər. Bu gənələr insana da hücum edirlər. Onlar bir neçə 
gün ərzində qan sorur və, erkək gənələr öz həcmini 1,5-2 dəfə, dişi gənələr isə 100 
dəfə artırırlar. Dişi gənələr bir neçə min yumurta qoyaraq məhv olurlar. 
İksod  gənələrin  əksəriyyəti  üç  sahiblidir:  inkişafın  hər  bir  mərhələsi  yeni 
sahibin  orqanizmində  gedir.  Ən  çox  tibbi  əhəmiyyəti  olan  Jxodes  persulcatus  və 
Jxodes ricinus gənələri öz inkişaflarını orta hesabla 3 ilə başa çatdırırlar. 
iksod gənələri gənə ensefaliti, Omsk və Krım hemorragik qızdırmaları, Orta 
Asiya  gənə  rikketsiozları,  Marsel  qızdırması,  Kü  qızdırması,  tulyaremiya  və  s. 
xəstəliklərinin törədicilərini yoluxdururlar. 
Arqaz  gənələri  içərisində  on  çox  tibbi  əhəmiyyəti  olanı  Ornithodoros 
cinsindən  olan  gonələrdir  ki,  onlar  əsasən  Orta  Asiya  və  Zaqafqaziyada,  həmçinin 
Şimali Qafqazın və Cənubi Ukraynanın 
88 
downloaded from KitabYurdu.org


bəzi rayonlarında yayılmışjıap. Bunlara sığınacaq gənələri də deyilir çünki, ən çox 
gəmirici  yuvalarında,  mağaralarda  yaşayırlar.  Ornilhodoros  papillipes  gənələri  isə 
həmçinin köhnə tikililərdə (Orta Asiyada) yaşayırlar və sinantropdurlar. 
İnkişafları  1  sürfə  və  3-5  nimfa  mərhələsindən  ibarətdir.  Bu  gənclər  uzun 
müddət ac qala bilirlər. Arqaz gənələri gənə qayıdan yatalağı və Kü qızdırmasının 
törədicilərini yoluxdurur. 
Qamazid  gənələri  gəmiricilərdə,  quşlarda,  sürünənlərdə  parazitlik  edən, 
ölçüsü lmm-ə bərabər xırda gənclərdir. Bunlar, demək olar ki, hər yerdə yayılmışlar. 
9 _ 
inkişafları yumurta, sürfə və J-ci nimfa (protonimfa), 2 nimfa (deytonimfa), 
yetişmiş  gənə  mərhələlərindən  ibarətdir.  İnsana  kütləvi  şəkildə  hücum  etdikdə 
dermatitlər  əmələ  gətirirlər.  Bu  gənələr  çiçəyəbonzor  ıikketsioz,  siçovul  səpgili 
yatalağı və çox ehtimal ki, hemorıagik nefrozo-nefritin törədicilərini yoluxdururlar. 
Həşəratlar  buğumayaqlılar  tipinin  ən  çoxsaylı  nümayəndələridir.  Bunların 
arasında bitlər, birələr, sinantrop milçəklər, ağcaqanadlar, mığmığalar, at milçəkləri 
və s. ikiqanadlı həşəratlar epidemioloji cəhətdən daha böyük əhəmiyyət kəsb edir. 
Bitlər  məməlilorin  parazitl  əridir.  İnsanda  parazitlik  edən  bitlərin  3  növü 
vardır:  baş  biti  -  Pediculus  himanus  capitis,  paltar  biti  -  P.  corporis,  qasıq  biti  - 
P.pubis. 
Bitlər  yumurtadan  çıxdıqdan  sonra  bütün  mərhələlərdə  qan  sorurlar.  Dişi 
bitlər yumurta qoyur, bu yumurtalar tükə və paltarın liflərinə yapışırlar. İnkişafları 3 
sürfə  mərhələsindən  ibarətdir.  İnkişaf  müddəti  yumurtadan  yetişmiş  bitə  qədər  16 
gün çəkir. Paltar biti 30- 40 gün yaşayır. 
Bitlər  epidemik  səpkili  yatalaq,  qayıdan  yatalaq  və  volm  qızdırmasının 
törədicilərini  yoluxdururlar.  Bitlər  əsasən  məməliləıdə  və  quşlarda  parazitİHK 
edirlər.  Onların  əksər  növlərinə  gəmiricilərdə  təsadüf  edilir.  Xarici  şəraitdən  asılı 
olaraq inkişaf müddəti 2-3 həftədən 0,5-1 ilə qədər davam edə bilər. 
Birələr taun və siçovul səpgili yatalağının törədicilərini yoluxdururlar. Taun 
xəstəliyinin yoluxdurulmasında birələrin 60-dan çox növü iştirak edir ki, onların da 
içərisində siçovul birəsi - Xenopsylla chcopis mühüm rol oynayır. 
Yoluxucu xəstəlik törədicilərinin keçirilməsində ikiqanadlı həşəratlar xüsusi 
rol  oynayırlar.  Onlardan  sinantron  milçəklər,  ağcaqanadlar  və  mığmığaların 
epidemioloji əhəmiyyəti daha böyükdür. 
89 
downloaded from KitabYurdu.org


Sinantrop milçəklər  içərisində  ən  çox  tibbi  rolu  olanlara  əsil  milçəklər,  göy-
yaşıl ət milçəkləri və boz milçəklər aiddir. Onların əksəriyyəti qansoıan deyildir, çox 
vaxt xəstəlik törədicilərini (bağırsaq infeksiyasını, helmint yumurtalarını) mexaniki 
yolla  keçirirlər.  Zaqafqaziyada  ən  çox  yayılan  milçək  növləri  otaq  milçəyi  (Musca 
domestica),  kiçik  otaq  milçəyi  (Fannia  canicularis)  və  bazar  milçəyidir  (Musca 
sorbens). Qansoran milçəklərə də təsadüf edilir ki, onlara afrika tripanosomozunun 
(yuxu  xəstəliyi)  törədicilərini  keçirən  Sc-se  milçəyini  və  qara  yaranın 
yoluxdurulmasmda  iştirak  edən  payız  milçəyini  (Stomaxus  calcitrans)  misal 
gətirmək olar. 
Qansoran  ağcaqanadlardan  Anopheles,  Culex  və  Acdcs  cinslərinə  aid 
ağcaqanadlar  dah  çox  yayılmışlar.  İnkişafları  yumurta,  sürfə,  pup  mərhələlərindən 
ibarətdir.  Sürfə  mərhələləri  (I-IV  yaşlar)  suda  keçir.  Anopheles  cinsindən  olan 
ağcaqanadlar  malyariyanın  spesifik  keçiricilərdir.  Onlara  çox  vaxt  malyariya 
ağcaqanadları da deyilir. 
Tropik  və  subtropik  ölkələrdə  onlar  vuxcrerioz  və  brugioz  xəstəliklərinin 
törədicilərini 

mikrofılyariləri 
yoluxdurur. 
Azərbaycanda 
malyariya 
ağcaqanadlarının  7  növünə  təsadüf  edilir  ki,  oıuıap/taH  3-ü  effektiv  keçirici  hesab 
olunur:  An.maculipennis,  An.  sacharovi,  An.subalpinus.  Culex  cinsindən  olan 
ağcaqanadlar  Yapon  ensefalitinin,  Aedes  cinsindən  olan  ağcaqanadlar  isə  sarı 
qızdırmanın spesifik keçiriciləridir. 
Bunlardan  başqa,  ağcaqanadlar  bioloji  yolla  denge  qızdırmasının,  mexaniki 
yolla isə qarayara və tulyarcmiyanın törədicilərini də yoluxdururlar. 
Mığmığalar  (hünülər)  xırda  ikiqanadlı  həşəratlardır.  Onlara  alatoranlıq 
həşəratları  da  deyilir.  Əsasən  gəmiricilərdə,  digər  xırda  məmolilordə  və  quşlarda 
parazitlik  edirlər.  Onlara  təbiətdə,  heyvan  və  quş  yuvalarında,  mağaralarda,  qaya 
yarıqlarında,  yaşayış  məntəqələrində  isə  müxtəlif  tikililərdə  xüsusən  də  qapalı 
yerlərdə,  zirzəmilərdə  təsadüf  edilir.  Mığmığalar  dəri  leyşmaniozu  və  visseral 
leyşmanioz,  hünü  qızdırması,  Cənubi  Amerikada  isə  bartonelyoz  xəstəliyinin 
törədicilərinin keçiriciləridir. 
Yoluxucu  xəstəlik  törədicilərinin  keçirilməsində  iştirak  edən  ikiqanadlı 
həşəratlara  mozalanları  da  misal  göstərmək  olar.  Onlap  tulyaremiya  törədicilərinin 
mexaniki,  onxoserkoz  xəstəliyinin  törədicilərinin  mikrofilyarilərinin  spesifik 
keçiriciləridir. 
90 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə