21
proqramlarda müxtəlif kommunikasiya üsullarından və vasitələrindən
istifadə edilir.
F.Kotler və başqaları marketinqin kommunikasiya sistemini sxem
şəklində göstərmişlər. Ümumiləşdirilmiş formada həmin sxemi. şəkil 1.4
də vermək olar.
Şəkil 1.4. Marketinqin kommunikasiya sistemi.
Marketinqin kommunikasiya sistemi istehlakçılara təsir vasitəsi
kimi, əsasən beş elementi - beş istiqamətdə stimullaşdırma tədbirləri kom-
pleksini özündə birləşdirir: reklam, satışın stimullaşdırılması, şəxsi satış,
birbaşa marketinq, ictimaiyyətlə əlaqə. Son dövrlərdə birbaşa marketinq
kommunikasiya sistemində olduqca mühüm rol oynamağa və sürətlə
inkişaf etməyə başlamışdır.
Reklam
- hər hansı bir şəxsin sifarişilə firma, məhsul, xidmət və
ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu ya-
yım formasıdır. Bu gün reklamın aktuallığı heç bir şübhə doğurmur. Belə
ki, o, bazar iqtisadiyyatının vacib elementi hesab edilir və onun inkişa-
fında olduqca mühüm rol oynayır. Reklam marketinqin kommunikasiya
sisteminin əsas elementlərindən biri olmaqla tələbin formalaşmasında və
satışın artırılmasında güclü təsirə malikdir və bu baxımdan, ona ayrıca bir
bölmə kimi baxılır.
Reklam
- hər hansı bir şəxsin sifarişilə firma, məhsul, xidmət və
ideyalar haqqında, şəxsin iştirakı olmadan, zəruri məlumatların pullu
Dostları ilə paylaş: