Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


Qeyri-şəxsi  rabitə  kanalları



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə22/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   235
A.S.A-UROV-marketinq..

Qeyri-şəxsi  rabitə  kanalları
.  Şəxsi  olmayan  bu  rabitə  kanalları  – 
şəxsi əlaqə və əks - əlaqə olmadığı şəraitdə müraciət ötürən informasiya 
yayımı  vasitələrindən  ibarətdir.  Onlara  kütləvi  və  seçmə  təsir  vasitələri, 
özünəxas mühit, hadisə xarakterli tədbirlər aid edilir. 
Kütləvi  və  seçmə  təsir  vasitələri  özündə  çap  reklamı  vasitələrini 
(qəzetlər, jurnallar, poçtla birbaşa reklam göndərilməsi), radio və televiziya 
reklamı  vasitələrini,  şəkiltəsviri  reklam  vasitələrini  (lövhələr,  plakatlar) 
birləşdirir.  Kütləvi  informasiya  vasitələri  iri  həcmli,  fərqləndirilməmiş 
auditoriyalara,  seçmə  təsir  vasitələri  isə  ixtisaslaşmış  auditoriyalara 
yönəldilir.  
 Özünəxas  mühit  alıcının  əmtəəni  almaq  və  ya  istifadə  etmək  mey-
linin  yaranmasına,  yaxud  möhkəmlənməsinə  xidmət  göstərən,  xüsusi  for-
malaşmış  mühitdir.  Məsələn,  hüquq  müəssisələri  və  banklar  müştərilərin 
nöqteyi-nəzərindən  qiymətli  sayıla  bilən  etimad  hissi  və  digər  təsəvvürlər 
yaradırlar. 
Hadisə  xarakterli  tədbirlər  –  məqsədli  auditoriyaya  konkret  müra-
ciətlərin  çatdırılması  üzrə  həyata  keçirilən  tədbirləri  nəzərdə  tutur.  Au-
ditoriyaya  bu  və  ya  digər  formada  təsir  etmək  üçün  ictimai  rəyin  öy-
rənilməsi  üzrə  şöbələr  müvafiq  mətbuat  konfransları,  təntənəli  açılış, 
buraxılış mərasimləri və s. keçirir. 
Şəxsi  rabitə  kanalları  kütləvi  yayım  vasitələrindən  təsirli  olsa  da, 
kütləvi  informasiya  vasitələrindən  istifadə  olunması  şəxsi  əlaqələrin  sti-
mullaşdırılmasına ciddi təsir göstərməklə bu prosesin əsas üsuluna çevrilə 
bilər.  Kütləvi  əlaqə  vasitəsinin  şəxsi  münasibətlərə  təsiri  informasiya 
axınının  ikipilləli  prosesi  sayəsində  baş  verir.  Çox  zaman  radioda  səs-
lənən  və  mətbuatda  yayılan  ideyalar  axını  rəy  liderlərinə,  onlardan  isə 
potensial alıcılara doğru yönəldilir.  


 
 
 
 
 
19 
Qeyd  olunan  ikipilləli  informasiya  axını  bir  sıra  nəticələr  əldə 
etməyə  imkan  verir.  Kütləvi  informasiya  vasitələrinin  ictimai  rəyə  təsiri, 
adətən düşünüldüyü qədər də birbaşa, güclü təsirə malik olmur. Əslində, 
kütləyə  müraciətin  təsirini  rəy  liderləri,  yəni  ilkin  auditoriyaya  mənsub 
olan, başqalarının bir və ya bir neçə əmtəə barəsində rəyi ilə hesablaşan, 
təsir göstərə bilən şəxslər formalaşdırırlar. 
J.J.Lamben  şəxsi  və qeyri  -  şəxsi kommunikasiyaların cədvəl  şəklində 
qarşılıqlı müqayisəsini vermiş və müvafiq nəticələr çıxarmışdır (8. s. 885). 
Aparılmış müqayisədən aşağıdakı nəticələri çıxarmaq mümkündür: 
- şəxsi kommunikasiyanın qeyri  - şəxsi kommunikasiyaya nisbətən 
daha effektli və təsirli olmasına baxmayaraq, eyni zamanda daha çox xərc 
tutumludur və baha başa gəlir.  
-  qeyri-şəxsi  kommunikasiya  müəyyən  müddət  ərzində  daha  çox 
istehlakçını və daha geniş auditoriyanı əhatə edir.  
-  məhsul  mürəkkəb  xarakterə  malik  olduqda  və  onun  istifadəsi  üçün 
xüsusi qayda tələb olunduqda, həmçinin, alıcıların sayı məhdud olduqda 
şəxsi kommunikasiyanın tətbiqi səmərəli hesab olunur.  
                                                                                      Cədvəl 1.1 
                        Şəxsi və qeyri - şəxsi kommunikasiyaların müqayisəsi
 
Kommunikasiya 
prosesinin 
elementləri 
Şəxsi kommunikasiya
 
Qeyri- şəxsi kommunikasiya
 
Məqsəd 
auditoriyası 
• Dəqiq müəyyən edilmişdir  •Orta xarakteristikalardan istifadə 
edilir 
Məlumat 
• Fərdidir 
•Arqumentlərin sayı çoxdur 
• Forması və məzmunu 
üzərində nəzarət zəifdir 
• Standartdır 
•Arqumentlərin sayı azdır  
• Forma və məzmuna nəzarət 
güclüdür 
Mediya  
•Fərdiləşdirilmişdir. şəxsi 
kontakt mövcuddur 
• Kontaktlar azdır 
• Kontaktlar qeyri - şəxsi 
xarakterlidir 
• Bir neçə kontakt olur 
Qəbul edən 
•Uzunmüddətli diqqət 
yetirilir 
•Kodun açılmasında yol 
verilən səhvlərin təsiri 
zəifdir  
•Diqqət yetirilmə qeyri - sabitdir 
• Kodun açılmasında yol verilən 
səhvlərin təsiri güclüdür 
Cavab 
reaksiyası 
•Davranış reaksiyasının 
dərhal göstərilməsi 
mümkündür. 
• Davranış reaksiyasının dərhal 
göstərilməsi çətindir 


 
 
 
 
 
20 
         Deməli,  firmalar  şəxsi  və  qeyri-şəxsi  kommunikasiya  vasitələrini 
seçərkən onların hər birinin spesifik xüsusiyyıtlərini  və təsir dərəcələrini  
nəzərə almalıdır. 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə