23
agentlərinin şəxsi görüşləri, bacarıqları və səyləri sayəsində həyata ke-
çirilir. Satışın həvəsləndirilməsi satış yerində reklamın, məhsul satışının
və alışının stimullaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilmə-
sini nəzərdə tutur. Birbaşa marketinq müxtəlif vasitələrdən (kataloqlar,
birbaşa poçt göndərişləri, telefonla satış, telemarketinq, faks, internet və
s.) istifadə etməklə satıcı ilə alıcı arasında birbaşa əlaqələrin yaradılmasını
təmin edir. İctimaiyyətlə əlaqə spesifik xüsusiyyətlərə malik müvafiq
tədbirlərin həyata keçirilməsi nəticəsində firma ilə ictimaiyyət arasında
xoş münasibətlərin yaradılmasını təmin edir.
Göründüyü kimi, kommunikasiya sisteminin qeyd olunan əsas
elementləri müxtəlif istiqamətlərdə stimullaşdırma tədbirlərinin həyata
keçirilməsini təmin etməklə yanaşı, eyni zamanda, firmalara səmərəli
marketinq fəaliyyətini həyata keçirməyə, rəqabətqabiliyyətli olmağa im-
kan yaradır. Lakin kommunikasiyanın stimullaşdırma tədbirləri qeyd olu-
nan əsas vasitələrlə tamamlanmır. Məhsulların xarici görünüşü, qiyməti,
qablaşdırılması, sərgilər, yarmarkalar və digər bu kimi elementlər də alı-
cılara müəyyən məlumatları verir. Son dövrlərdə kompyuter və infor-
masiya texnologiyalarında baş verən mütərəqqi dəyişikliklər marketinqin
kommunikasiya texnologiyalarında da ciddi dəyişikliklərə səbəb olmuşdur.
Marketinqin kommunikasiya sisteminin
tətbiqi, ümumilikdə isteh-
lakçıların məlumatlandırılması, onlara təsir edilməsi, onlarda məhsula
tələbat formalaşdırılması, mal alışının və satışının həvəsləndirilməsi,
müəssisənin imicinin yüksəldilməsi və s. bu kimi tədbirlərin həyata ke-
çirilməsi tək bir kommunikasiya vasitəsindən deyil, onlardan kompleks
şəkildə istifadə edilməsini nəzərdə tutur.
Bu gün firmalar əmtəə bazarlarında güclü rəqabət şəraitində
fəaliyyət göstərir və onların əksəriyyətini məhsullarına daha çox isteh-
lakçını cəlb etmək, daha çox məhsul satmaq, daha çox mənfəət əldə et-
mək maraqlandırır. Bu baxımdan, firmalar arasında kommunikasiya sis-
teminin tətbiqi üzrə də rəqabət yaranır və hər bir firma daha təsirli
kommunikasiya sistemini yaratmağa və tətbiq etməyə çalışır. Nəticədə
firmalar kommunikasiya tədbirlərinə daha çox vəsait xərcləməkdə maraq-
lı olur. Bu da son nəticədə həm ayrı -ayrı firmalar, həm də ümumilikdə
ölkələr üzrə kommunikasiya xərclərinin ildən ilə artmasına gətirib çıxarır.
Eyni zamanda, qeyd etmək lazımdır ki,. ölkə üzrə kommunikasiya
xərclərinin ümumi məbləğinin hesablanması olduqca çətin bir prosesdir.
Kommunikasiya xərclərini əks etdirən göstəricilər müəssisələr üzrə
nisbətən dəqiq hesablanılır. Lakin ölkələr üzrə bu göstərici təqribi
24
hesablamalar əsasında müəyyənləşdirilir. Bununla belə müxtəlif ölkələr
üzrə marketinq kommunikasiyasına çəkilən xərclərin təhlili olduqca
mühüm əhəmiyyət kəsb edir. Bir sıra Avropa ölkələri üzrə kommuni-
kasiya xərclərinin səviyyəsini və strukturunu xarakterizə edən göstə-
riciləri cədvəl 1.2-də nəzərdən keçirək:
Cədvəl 1.2
Altı Avropa ölkəsində marketinq kommunikasiyasına çəkilən
xərclər
(Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya,
Belçika) (8 s. 887)
1996
1997
Artım
1997/1
996
mln $
%
mln $
%
%
Dostları ilə paylaş: