Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

Başqalarına    hörmətlə  yanaşan    insanlarda  isə    özündən  razılıq,    başqalarına  yuxarıdan  aşağı  baxma  

münasibətləri  olmur, onlar yüksək ünsiyyət mədəniyyətinə malik  olurlar. 

Başqalarını incitməmək, təhqir etməmək, onlar üçün arzu  olunmaz vəziyyət yaratmamağa  əsaslanan  

diqqətlilik  insanlara    əmək    sevərlilik  kimi  yanaşma  özü  insanı    yuxarıda  qeyd    edilən    şəkildə    hərəkət 

etməyə məcbur edir. 

Dözümlülük  və  genişürəklilik    insanlarda    başqalarının  zəif  cəhətlərini,  çətinliklərini  başa  düşərək 

onları bağışlamaq haqqında pis fikrə düşməmək münasibətləri  formalaşdırılır. Bura həmçinin başqalarının 

çətinliklərini vaxtında görüb hiss edərək ona imkan  dairəsndə kömək etmək, heç olmazsa  dərdinə  şərik 

olmaq  da  daxildir.  Bu  münasibətlər  insanlarda  kiçik  yaşlarından  formalaşdırılmalıdır,  əks  halda  onlarda 

başqalarına, onları əhatə edən insanlara qarşı  etinasızlıq və qəddarlıq yarana bilər.   

Humanizmin  mühüm  tərkib  hissələrindən  biri  də  zəifləri  müdafiə  etməkdir.  Bu    uşaqlarda  kiçik 

yaşlarından  başlanır  və    əvvəlcə  heyvanları,  bitkiləri  qoruma,  göcalara,  analara  kömək  formalarından  

başlayaraq getdigcə  mürəkkəbləşən işlər şəklində aparılır. 

Humanist    münasibətlər  tərbiyənin  digər  tərkib  hissələri  kimi  sistemli  təlim-tərbiyə  müəssisələrində 

paralel şəkildə həmçinin təhsil müddəti bitdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda da aparılır. Yaşlı 

insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər 

sahələrində  daha  geniş  şəkildə  aparılır.  İdarə  və    müəssisələrdə  ayrı-ayrı    tədbirlərin  tərkibində  verilir. 

Məsələn mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə 

real  şəkildə  mövcud  olan)  aktlarına  qarşı  etiraz  tədbirlərində,  xəstələrə,  qaçqın  və  köçkünlərə, 

valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında  və digər şəkildə həyata keçirilir.  

 

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Əxlaqın sosial və ictimai mahiyyət anlayışları. 

2. Mədəniyyət və incəsənət işçilərinin əxlaq  tərbiyəsində rolu. 

3. Şüurlu əxlaqi fəaliyyət. 

4. Əxlaq tərbiyəsinin vasitələri. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



ESTETİK  TƏRBİYƏ 

 

Şəxsiyyətin  hərtərəfli  və  harmonik  inkişafında,  onun  yüksək    bəşəri  tələblərə  cavab  verəcək  bir 

səviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik  tərbiyə də  böyük əhəmiyyət kəsb 

edir. İndi görək estetik  tərbiyə nədir, onun mahiyyəti nədən ibarətdir. 

«Estetika»  qədim  yunan  «estanomay»  sözündən  olub  hərfi  mənası  «hisslərlə  qavramaq»  deməkdir. 

Müasir dövrdə estetika maddi aləmin, obyektiv gerçəkliyin insan tərəfindən bədii surətdə qavranılmasının 

ümumi    qanunauyğunluqları  haqqında    elmdir.  Estetika  gözəllik  haqqında  elmidir.  Estetik    tərbiyə  isə  

pedaqoji məfhumdur. Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir. 

Estetik  tərbiyə  isə  tərbiyənin  ayrılmaz  tərkib  hissəsindən  biri  olub,  gənc  nəsli  gözəllik  aləminə 

yaxınlaşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, 

sevmək və qiymətləndirmək bacarıqları tərbiyə  edir. Estetik tərbiyə  insanlarda gözəlliyə  olan həssaslığı 

artırır, onları həyata gözəllik  ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə  qüvvətli təsir 

göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində  və klassik pedaqoqların  

pedaqoji  irslərində  böyüyən  nəslin,  ümumiyyətlə    insanların  estetik    tərbiyəsinə  böyük  əhəmiyyət 

verilmişdir.  

Müasir dövrdə estetik  tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin  hərtərəfli formalaşmasında 

əhəmiyyətli rol  oynadığı  qeyd edilir, gənclərin gözəlliyi, bədii hisslərə  dolğun və dərindən  yiyələnməsinə, 

onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. 

Estetik  tərbiyənin məqsədi və vəzifələri. 

Deməli  estetik  tərbiyə  -  insanda  bədii  hisslər,  zövq,  bədii  mühakimənin  təşəkkül  tapıb 

möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. 

Bu  prosesdə    tərbiyə  olunanlar  gözəlliyin  mahiyyətini    dərk  edir,    ona  qiymət  verməyi  öyrənir, 

gözəlliyin  yaradılmasında, mühafizəsində iştirak  etməyə  hazırlanır, özlərinin  estetik keyfiyətlərini inkişaf 

etdirir, müvafiq bilik və vərdişlərə yiyələnirlər. 

İnsanda  gözəlliyə  münasibətində  onun  maddi  təlabatı  da  mühüm  rol  oynayır.  Təbiət  və  cəmiyyət 

hadisələri    şəxsiyyətin    təlabatını  ödəyən    zaman  onlarda  gözəl  düyğu  və  hisələr  baş  qaldırır.  Məsələn, 

müxtəlif  vaxtlarda  təbiət  hadisələrinə  münasibət  də    mənfi  və  müsbət  olmuşdur.  Cəmiyyət  hadisələri  də 

həmçinin fərddə  müsbət və mənfi  keyfiyyətlər doğura bilər. Bu  həmin  hadisələrin  fərdin öz maddi və 

mənəvi tələbləri ilə bağlılığından asılı olur. 

Təbiət  və  cəmiyyət  qanunlarını  öyrənmək,  bu  qanunlardan  çıxış  edərək  təbiət  və  cəmiyyəti  insan 

təlabatına  uyğunlaşdırmaq  məsələsi,  gögzəllik  qanunları  əsasında    yaratmaq  prinsiplərinə  uyğun  şərh 

edilməlidir.  Danışıqda  və  bəzi  pedaqoji  ədəbiyyatlarda  «estetik    tərbiyə»  anlayışı  bəzən  «bədii  tərbiyə» 

anlayışı  ilə  eyniləşdirilir.  Əslində  isə  bunlar  başqa  anlayışlardır.  Beləki,  «bədii  tərbiyə»  dedikdə    başlıca 

olaraq incəsənət əsərləri (ədəbiyyat, musiqi, rəsm) vasitəsilə verilən tərbiyə nəzərdə tutulur. Bədii tərbiyə-

incəsənət  əsərlərini  başa  düşmək  və  həmin  əsərlərin  təsiri  ilə    ruhən  yaşamaq  qabiliyyəti  tərbiyə  etməyi 

nəzərdə tutur.

6

 

Estetik    tərbiyə  isə  həm  incəsənət  əsərləri,  həm  də    təbiətdə,  həyatda,  fikir  və  davranışda  olan 



gözəllikləri  qavramaq,  başa  düşmək,  sevmək  və  qiymətləndirmək  qabiliyyətinin,  habelə  bədii  yaradıcılıq 

qabiliyyətlərinin tərbiyə  etdirilməsini nəzərdə tutur. Deməli estetik  tərbiyə daha  geniş sahəni əhatə  edir  

və bədii tərbiyə də onun tərkibinə daxildir. 

Estetik  tərbiyə qarşısında aşağıdakı vəzifələr durur: 

1.Estetik    tərbiyə  estetik    hissələr    yaratmalı  və    inkişaf  etdirməlidir.  Bura  estetik  həvəs,  estetik 

qavrama,  duyma  daxildir.  İnsanların  yaşadığı  mühitdə    olan  bütün  gözəl  şeylər-təbiət  mənzərələri,  təsviri 

sənət əsərləri, incə musiqi, memarlıq abidələri, qiymətli əmək  məhsulları və s.  onu  diqqətini cəlb etməli, 

həssaslığını  artırmalı,  bədii hisslərini təşəkkül  və inkişaf etdirməlidir. Müəllim şagirdlərə gözəlliyi bütün 

təzahür formalarında  qavramaqda gömək  etməlidir. 

2.  Estetik  tərbiyə  insanlarda  estetik  baxışlar  və  mühakimələr  yaratmalıdır.  İnsanların  gözəllikdən 

sadəcə  həzz  almaları  ilə  kifayətlənmək  olmaz.  Onlarda  həmçinin    gözəlliyi  qiymətləndirmə  bacarığıda 

yaradılmalıdır.  Hər  bir tərbiyə  olunan  gözəlliyi    ayıra,  dərk  edə    bilməli,  təkcə  baxmaq  və  eşitmək  deyil, 

həm  də    görməyi    və    dinləməyi  də  bacarmalıdır.  Ancaq  belə    halda    uşaqlarda  yeniyetmə  və  gənclərdə  

estetik  baxış və mühakimə tərbiyə edilə, yaradıla bilər. 

3.  Estetik  tərbiyə  insanlarda  estetik  yaradıcılıq  qabiliyyətini  təşəkkül  və  inkişaf  etdirməli,  onlarda 

incəsənətin müvafiq sahələri üzrə bilik, bacarıq və vərdişlər yaratmalıdır. Estetik  tərbiyə insanın incəsənət 

                                                           

6

 А.Рзаев, Б.Ахмедов «Педагогикадан мцщазиря конспектляри» Б. Маариф, 1983. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə