Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

Yeniyetmə  və  gənclər  artıq  müəyyən  intellektual  hazırlığa  zəruri  əxlaqi  adətlərə,  fiziki  kamilliyə, 

əxlaqi  anlayışlara  malik  olduqları  üçün  onlarla  problem  xarakterli  işlər  aparılır.  Həmçinin  mədəniyyət 

müəssisələrində aparılan tərbiyəvi tədbirlər də dövrün aktual problemlərinə həsr edilir. 

Bu müəssisələrdə  müxtəlif yaşlı uşaq, yeniyetmə, gənc və yaşlıların asudə vaxtlarının səmərəli təşkili 

üzrə  işlər  aparılır,  ona  görə  də  aparılan  hər  bir  tərbiyə  tədbirləri  marağa  görə  birləşmiş  müxtəlif  yaşlı 

kollektivlərin yaş, bilik, maraq, görüş dairələr baxımından aparılır. Uşaq və yeniyetmələrlə aparılan işlər sırf 

öyrədici,  alışdırıcı  və  s.  xarakteri  daşıyırsa,  gənclər  və  yaşlılarla  aparılan  işlər,  tədbirlər  dövrün  aktual 

problemlərinin  müzakirə  və  həlli  istiqamətində  aparılır.  Cəmiyyətdə  baş  verən,  yaranan  neqativ  hallar  və 

bunların  yeniyetmə  və  gənclərə,  ümumiyyətlə  insanların  həyat  tərzinə  təsiri  kimi  məsələlər,  belə  neqativ 

halların aradan qaldırılması yollarına aid  aparılan işlər buna misal ola bilər. 

Həm təlim-tərbiyə müəssisələri, həm mədəniyyət, həm də digər dövlət müəssisələrində həyata keçirilən 

rəğbətləndirmə  və  cəza  tədbirlərində  də  yaşa  uyğunluq  nəzərə  alınır.  Ona  görə də  müxtəlif  müəssisələrdə 

(sistemli  təlim,  mədəniyyət,  istehsalat,  dövlət  və  s.)  tərbiyə  işləri,  tədbirləri  həmin  idarələrin  aid  olduğu 

nazirliklər  və  ya  baş  idarələr  tərəfindən  hazırlanmış  və  ya  təsdiq  edilmiş  tərbiyə  proqramaları  əsasında 

aparılır.  

 

Fərdi yanaşma prinsipi. 



Cəmiyyətdə, hətta bir ailədə eyni xarakterli iki insan tapmaq qeyri mümkündür. Belə ki, eyni şəraitdə, 

eyni valideynlərin təsiri və tərbiyəsi altında böyüyən uşaqlar eyni yaş səviyyəsində özlərini müxtəlif şəkildə 

aparırlar.  Ayrı-ayrı  fərdi  xüsusiyyətlərə  malik  uşaqlar  eyni  ailədə  müxtəlif  fiziki  inkişafa,  əsəb  sisteminə 

malik  olurlar.  Onların  xarici  aləm  hadisələrinə  münasibəti,  qavrama  qabiliyyətidə  müxtəlif  olur.  Məsələn, 

ailədə ilk uşaq, tutaq ki, 7 yaşında sərbəst danışır, riyazi təfəkkürü inkişaf etmiş olur, fəaldır, fiziki cəhətdən 

sağlamdırsa,  ikinci  uşaq  da  həmin  yaşda  sərbəst  və  məntiqi  danışır,  riyazi  təfəkkürü  zəifdir  və  yaxud  da 

fiziki cəhətdən daha yaxşı inkişaf etmişdir, ətrafdakılara qarşı aqressivdir və s. 

Cəmiyyəti təşkil edən insanlar da məhz bir-birindən bu fərdi xüsusiyyətlərinə görə fərqlənirlər. Tərbiyə 

prosesində  fərdi  yanaşma  insanların  malik  olduğu  fərdi  xüsusiyyətlərdən  istifadə  edərək  onları  ümumi 

məqsədə tabe etməyi nəzərdə tutur. Yəni tərbiyə prosesində eyni yaşlı tərbiyə olunanların fiziki, emosional, 

intellektual xüsusiyyətlərinin nəzərə alınması və onlardan tərbiyə məqsədilə istifadə edilməsi fərdi yanaşma 

adlanır.  Əgər  yaşauyğunluq  prinsipi  ayrı-ayrı  yaş  dövrlərində  aparılacaq  tərbiyə  işlərinin  məzmununu, 

aşılanacaq  əxlaqi  keyfəyyətləri,  formalaşdırılacaq  adətləri  müuəyyən  edirsə,  fərdi  yanaşma  həmin  yaş 

dövründə tərbiyə olunanların fərdi xüsusiyyətlərinə istinad etməyi irəli sürür. 

Fərdi yanaşma eyni səviyyəli tərbiyə olunanların fərdi xüsusiyyətlərindən istifadə edərək onları ümumi 

tələbə  tabe  edir.  Bu  tərbiyə  məqsədlərinin  müvəffəqiyyətlə  həyata  keçirilməsinin  əsas  və  mühüm 

şərtlərindən biridir. Fərdi yanaşma tərbiyə olunanın bütün daxili aləmini, marağını, əsəb sisteminin quruluşu 

və inkişafı ilə bərabər onların yaşadığı mühitin, təsir edən digər amillərin də təhlil edilib öyrənilməsini tələb 

edir. Tərbiyəçi tərbiyə etdiyi insana (uşaq, yeniyetmə, gənc, yaşlı adam) onunla bərabər kimlərin necə təsiri  

səviyyəsini bilməsi onun tərbiyə fəaliyyətinin səmərililiyini daha da artırır. Çünki bu ona tərbiyə fəaliyyətini 

düzgün  qurma  imkanı  verir.  Fərdi  yanaşmadan  tərbiyənin  bütün  mərhələlərində  istifadə  edilməlidir.  Hər 

kəsin  fərdi  xüsusiyyətlərindən  istifadə  edərək  onu  cəmiyyət  üçün  fəal  şəxsiyyətlər  kimi  formalaşdırma 

mümkündür. 

Bu  prinsipdən  mədəniyyət  və  incəsənət  müəssisələrində  təşkil  edilən  tədbirlərdə,  aparılan  təlim  və 

tərbiyə xarakterli işlərdə də istifadə edilməlidir. Məsələn tərbiyə probleminə həsr edilmiş disputlar zamanı 

elmi  dünyagörüşə  malik,  hadisələri  obyektiv  şəkildə  təhlil  edərək  münasibət  bildirən  şəxs  aparıcı  kimi 

seçilməlidir. Bu həm disputun səmərəli aparılması, səviyəssini artırır, həm də həmin şəxsin yaradıcılıq və 

digər qabiliyyətlərinin daha da inkişafına imkan yaradar. 

Sistematiklik və ardıcıllıq prinsipi. 

Mövcud  pedaqogika  dərsliklərinin  əksəriyyətində  sistematiklik  və  ardıcıllıq  təlim  prinsipi  kimi 

verilmişdir. Lakin professor N. M. Kazımov, professor B. A. Əhmədov, V. A. Slastenin

8

 və bir sıra başqa 



pedaqoqlar  sistematiklik  və  ardıcıllıq  prinsipini  tərbiyə  prinsipi  kimi  də  qəbul  etmişlər.  M.Kazımov  və  B. 

Əhmədov bunu tərbiyənin ümumi prinsiplərinə aid etmişlər.  

Qeyd  etdik  ki,  tərbiyə  cəmiyyətin  qarşıya  qoyduğu  məqsədlərə  müvafiq  şəxsiyyət  formalaşdırılması 

prosesidir.  Bu  isə  məqsədyönlü,  ardıcıl  sistem  şəklində  aparılan  təsirlər  vasitəsilə  həyata  keçirilir. 

Sisitematiklik və ardıcıllıq tərbiyənin ilk mərhələlərindən başlayaraq həyata keçirilir. Yəni aşılanacaq əxlaqi 

keyfiyyətlər,  formalaşdıralacaq  adətlər  zəncirvari  sistem  halında  əvvəlcədən  birləşmiş  şəkildə  həyata 

                                                           

8

 Казымов Н. Щяшимов Я. «Педагоэика» Бакы, Маариф, 1996   Ящмядов Б. Рзайев А. «Педагоэикадан 



мцщазиря конспектляри» Бакы, Маариф, 1983  «Педагогика» Москва, Просвещение, 1981.  


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə