Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

Professsor Bəşir Əhmədov iki  cəhətə  görə  bu qanunu dəqiq hesab etmir: a) bu qanun həm də təlimi 

əhatə  etdiyinə görə  spesifik sayıla bilməz; b) bu qanun daha mühüm bir qanunun konkret şəraitdə  təzahür  

formasıdır,yəni  törəmədir. O tərbiyənin aşağıdakı spesifik qanunlarını müəyyən etmişdir: 

1. Sözlə fəaliyyət arasındakı  əlaqəni əks etdirən qanun

2. Planlı təsirlə kortəbii təsir arasındakı  əlaqəni əks etdirən qanun. 

3. Hörmətlə  tələbkarlıq arasındakı  əlaqəni əks etdirən qanun. 

4. Müsbət keyfiyyətlərlə mənfi keyfiyyətlər arasındakı əlaqəni əks etdirən qanun. 

5. Fərdlə kollektiv arasındakı  əlaqəni əks etdirən qanun. 

İndi bu qanunların mahiyyətinə nəzər salaq. 

1. Tərbiyəçi tərbiyə olunanın rasional və emosional aləminə nə qədər birgə təsir göstərərsə və həmin 

təsiri tərbiyə olunanı müvafiq fəaliyyətə cəlb etməklə  nə qədər çox möhkəmləndirərsə, nəticə də bir o qədər 

səmərəli olar. 

2.  Planlı  təsirlə  (müəllimin  təsiri)  kortəbii təsir  (mühitin  təsiri)  bir-birini  nə  qədər  çoz  tamamlayarsa 

tərbiyə olunanın formalaşması bir o qədər sürətlənmiş olar. 

3.  Tərbiyəçi  şəxsə  olan  hörmət  və  tələbkarlığı  özünə  olan  hörmət  və  tələökarlığı  ilə  nə  qədər  çox 

uzlaşdırsa, şəxs onun  tələblərini bir o qədər yaxşı qəbul edər və  yerinə  yetirər. 

4.  Tərbiyəçi  tərbiyə  olunanların  müsbət  keyfiyyətlərini  nə  qədər  çox  inkişaf  etdirərsə,  mənfi  

keyfiyyətlərin inkişafını  bir o qədər  ləngitmiş olar. 

5. Fərdin hərəkətləri kollektiv tərəfindən nə qədər çox təqdir olunarsa, həmin hərəkət bir o qədər dərin 

intişar tapar, pislənərsə ləngiyər: kolektivin fərdə olan münasibəti nə qədər  parçalanarsa, nəticə bir o qədər 

zəifləyər. 

Bəzən  tərbiyəçi tərbiyə olunandan çox tələb edir, özünə isə tələbkar yanaşmır. Tələbəyə deyir: dərsə 

gecikmə, amma özü zəngdən beş dəqiqə sonra sinifə daxil olur. Belə halda tələbə  müəllimi eşitmir, onun 

tələbinə  əməl etmir. Deməli, müəllim özünə qarşı  da çox tələbkarlıq  göstərməlidir. Bu, üçüncü qanunun  

tələbi olub, müəllimlə tələbənin münasibətini müəyyən edir. 

 Müəllim şagirdə,  tələbəyə verdiyi tələblərə, ümumiyyətlə, bütün tələblərə özü  nə qədər riayət  edərsə

bir o qədər tərbiyə tələbləri səmərəli  şəkildə  həyata  keçirilər. 

Bütün  ictimai  elmlər  qanunu,  o  cümlədən  də  tərbiyə  qanunları-təbiət  qanunlarından  fərqli  olaraq,  - 

tendensiyaları  ümumi  istiqamətdə    ifadə  edir.  Ona  görə  də  bu  qanunlarda  konkret  şəraitdə  müəyyən 

müstəsnalıqlar, təsadüflər özünü göstərə bilər. 

 

Tərbiyənin  bu  qanunları  həmçinin  mədəniyyət  və  incəsənət  müəssisələrindəki  tərbiyələndirmə 



fəaliyyətində  də  hökm  sürən  əsas  qanunlardır.  Bu  müəssisələrdə  aparılan  tərbiyə  tədbirlərində  həmin 

qanunlar  əsas  götürülür.  Çünki  bu  cəmiyyətin  tələblərindən  doğan  tərbiyə  qanunlarıdır.  Mədənityyət 

müəssisələrində istər eyni yaş qruplarında aparılan tərbiyə işləri, istərsə də müxtəlif yaş səviyyəli insanlarda 

aparılan  tərbiyə  işləri  mövcud  tərbiyə  qanunları  əsasında  aparılır.  Asudə  vaxtın  səmərəli  təsirinə  xidmət 

edən  bütün  tələblər  cəmiyyətin  əxlaq,  ümumiyyətlə,  tərbiyə  tələbləri  baxımından  aparılır.  Ona  görə  də 

tədbirlər ümumpedaqoji tələblərə əsasında təşkil edilir və aparılır. 



Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.

 



Tərbiyənin elmi əsasları. 

2.

 



Tərbiyənin ümumi  qanunlarının  mahiyyəti. 

3.

 



Tərbiyə  qanunlarının mədəniyyət və həmçinin digər müəssisələrdə aparılan  tərbiyə  işlərində yeri. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


TƏRBİYƏ  PRİNSİPLƏRİ 

 

İstənilən fəaliyyətdə rəhbər tutulan qayda və qanunlar sistemi prinsip adlanır.  



Tərbiyə  prinsipləri  isə  tərbiyənin  bütün  qanunauyğunluqlarını  özündə  əks  etdirən,  şəxsiyyət 

formalaşdırılması işinin daha da səmərəli  və məqsədyönlü təşkilinə istiqamət verən, rəhbərlik edən qaydalar 

sistemidir. Bu prinsiplər ayrı-ayrı tərbiyəçilər tərəfindən uydurulmur, müəyyən edilmir, tərbiyənin obyektiv 

qanunları,  cəmiyyətin  pedaqoji  proses  qarşısında  qoyduğu  şəxsiyyət  formalaşdırması  məqsədinin  tələbləri 

və vəzifələri əsasında müəyyən edilir.. 

Son dövrdə nəşr edilmiş pedaqogika dərsliklərinin əksəriyyətində tərbiyə prinsipləri ümumi və xüsusi 

olmaqla  iki  qrupa  bölünür.  Ümumi  prinsiplər  həm  təlim,  həm  tərbiyə,  ümumimyyətlə,  bütün  pedaqoji 

prosesdə rəhbər tutulan prinsiplərdir. 

Bura  tərbiyənin  həyatla,  quruculuq  işi  ilə  əlaqələndirilməsi,  sistematiklik  və  ardıcıllıq,  şüurluluq  və 

fəallıq,  yaşa  uyğunluq  və  fərdi  yanaşma  prinsipləri  daxildir.  Bu  prinsiplərin  tətbiqi  zamanı  hər  sahənin 

spesifik  xüsusiyyətləri  nəzərə  alınır.  Məsələn,  təlim  prosesinin  əsas  məqsədi  maddi  aləm 

qanunauyğunluqlarını  dərk  etdirməkdir.  Ona  görə  də  ümumi  prinsiplər  bu  məqsədin  həyata  keçirilməsinə 

xidmət  edir.  Tərbiyənin  məqsədi  insanlarda  çoxcəhətli  münasibət  formalaşdırmaq  olduğundan  ümumi 

prinsiplər  tərbiyə  prosesində  məhz  bu  məqsədin  müvəffəqiyyətlə  həyata  keçirilməsinə  xidmət  edir. 

Ümumiyyətlə tərbiyə prinsiplərini aşağıdakı şəkildə təsnif etmək olar: 

1.  Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi. 

2.  Yaşauyğunluq. 

3.  Fərdi yanaşma. 

4.  Sistematiklik və ardıcıllıq. 

5.  Şüurluluq və fəallıq. 

6. Nikbinlik. 

7. Hörmət və tələbkarlıq. 

8. Kollektivdə tərbiyə. 

9. Tələblərdə vahidlik. 

Birinci  beş  prinsip  ümumi  prinsiplərdir.  Bu  ümumi  prinsiplərin  tətbiqi  zamanı  tərbiyəçi 

tərbiyələndirmə zamanı istinad edəcəyi, nəzərə alacağı məsələləri daha aydın şəkildə dərk etməlidir. 

Tərbiyənin həyatla quruculuq işi ilə əlaqələndirilməsi prinsipi bütün dövr və zamanlar üçün aktual olan 

bir prinsipdir. Belə ki, hər bir tərbiyə işi mövcud ictimai tələblərə cavab verməsə cəmiyyət onu qəbul etməz 

və  o  səmərəsiz,  yararsız  bir  işə  çevrilər.  Hər  bir  tərbiyəçiyə  yaşadığı  ictimai-iqtisadi  mühitin  tələb  etdiyi 

insan  modeli,  cəmiyyətdə  yaşayacaq  fəaliyyət  göstərəcək  şəxs  üçün  zəruri  olan  əxlaqi  keyfəyyətlər  aydın 

olmalıdır.  Ona  görə  də  bu prinsip əsas  və  aktual  prinsip  hesab edilir. Tərbiyəçi bütün tərbiyə  fəaliyyətini 

tərbiyə olunanların gündəlik həyatı və fəaliyyəti ilə bağlamalıdır. Bu işə kiçik yaşlarından başlanır. Məsələn, 

məktəbdə şagird fəaliyyəti əsasən təlimdir. Məhz təlim prosesində onlara intizamlılıq (dərsə gecikməmək, 

müəllimin  izahı  zamanı  diqqətli  olmaq,  yoldaşlarını  dinləmək  və  s.),  çalışqanlıq  (yaxşı  oxumaq,  inşa 

yazmaq, məsələ və misalları özü həll etmək, təcrübələr qoymaq, öyrədilən praktiki işləri icra etmək və s.), 

dözümlülük (görülən işi axıra çatdırmağa özünü məcbur etmək, məsələ və misalları düzgün həll etmə yolları 

axtarmaq və s.), yoldaşlarına hörmət etmə, müraciət etmə qaydaları və məqamları və s. kimi keyfəyyətlər 

aşılanır. Bu keyfəyyətlər isə gələcək şəxsin həyat və fəaliyyətini nizama salan əsas şərtlərdir. 

Tərbiyənin  quruculuq  işi  ilə  əlaqələndirilməsi  təlim  prosesində  materialın  məzmunu,  onun  həyatdakı 

rolunun izahı vasitəsi ilə də aparılır. 

Məktəbədənkanar tərbiyə müəssisələri, mədəniyyət müəssisələri və istehsalat müəssisələrində aparılan 

tərbiyə işləri də böyük əhəmiyyət kəsb edir. Bura yeniyetmə və gənclərnin ictimai hadisələrə cəlb edilməsi 

kütləvi hadisələr və tədbirlər də iştirakı və s. daxildir.  

Yaşauyğunluq prinsipi. 

Tərbiyə olunanlarla aparılan hər bir tərbiyəvi işlərdə onların yaşlarının, fiziki və psixoloji inkişaflarının 

xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Hər  yaşda  insanların  inkişaf  səviyyəsinə  uyğun  maraq  dairəsi,  qavrama 

qabiliyyətləri, təbiət və cəmiyyət hadisələrinə müxtəlif münasibətləri mövcud olur. Tərbiyə ilə məşğul olan 

hər kəs tərbiyələndirmə fəaliyyətində mütləq bu xüsusiyyətləri nəzərə almalıdır. Əks halda heç bir nəaliyyət 

əldə  edə  bilməz.  Məsələn,  kiçik  yaşlı  uşaqların  hərəkətləri  mütəhərrik  olur,  bir  yerdə  uzun  müddət  çətin 

dayanırlar. Bu isə onların orqanizmlərinin inkişaf sürətinin, böyümə prosesinin xüsusiyyətindən irəli gəlir. 

Həmçinin bu yaşda uşaqların diqqətləri və maraqları da davamsız, qısamüddətli olur. Bilik dairələri, əxlaq 

normaları  və  qaydaları  haqqında  məlumatları  məhdud  olur,  ona  görə  də  kiçik  yaşlarında  əxlaqi  adətlər 

formalaşdırmağa  xidmət  edən  təmrinlər,  əxlaqi  hərəkətlərin  mahiyyətinin  açılmasına,  əxlaqi  anlayışlar 

yaradılmasına xidmət edən əxlaqi söhbətlərə üstünlük verilir. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə