Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə38/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   212

Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub. Məktəbə on 

yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Bacarıqlı və qabiliyyətli olduğuna 

görə  nəzərdə tutulan təhsili vaxtından  əvvəl başa vurub. Qayğikeş müəllimlərinin səyi və  şəhərin 

sayılan hacılarından olan atasının köməkiiyi ilə türk-rus məktəbinə daxil olan Xəlil burada da 

şagirdlərə nümunə göstərilib. 1917-ci ildə pedoqoji kursa daxil olub. Bir il təhsil alıb. Buranı  əla 

qiymətlərlə bitirərək Bakıda fəaliyyət göstərən "Nəşri-maarif" cəmiyyətinin təsis etdiyi 

"Darülmüəllimi"ndə təhsil almışdır. Yaraşıqlı boy-buxuna, fiziki gücünə və əsil idmançı şücaətinə 

görə onu "Bəhriyyə məktəbi"nə (Dənizçilik məktəbi) götürmüşlər. 

Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov on yeddi yaşında "Nəşri maarif "in 

nəzdində Mirzağa  Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Tezliklə bacarıq və 

təşkilatçılıq məharəti ilə Hüseyn Ərəblinski və Əbülfət Vəli kimi səhnə xadimlərinin diqqətini cəlb 

etmişdir. Hüseyn Ərəblinskinin dəfələrlə  Aşqabada, Krasnovodska, Hacıtərxana, Dərbəndə

Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərlərində  Xəlil Hüseynov dəstənin 

qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini 

olmuşdur. Hətta yeri gələndə özü də  məsxərələri və  hətta operettaları, operaları tamaşaya 

hazırlamışdır. 

Bugünkü Akademik Milli Dram Teatrı 1919-cu ilin 24 oktyabrından  İsa bəy Aşurbəylinin 

"Azərbay-Can" ("Azərbay və Can") dramının tamaşası ilə rəsmi dövlət mədəniyyət müəssisəsi kimi 

fəaliyyətə başladığı gündən Xəlil Hüseynov truppanın əsas heyətində olmuşdur. 1924-cü ilə qədər 

burada işləmişdir. Abbasmirzə  Şərifzadənin, Aleksandr İvanovun quruluşlarında rejissorluq və 

yaxud assistentlik etmişdir. 

Bütün bunlarla bərabər, Xəlil Hüseynov ilk növbədə aktyor idi. Bacarıq və istedadını daim 

özünün peşəkarlıq fəaliyyətinin təkmilləşməsinə yönəldib. Aktyor milli teatrımızın dəstələr şəklində 

fəaliyyət göstərdiyi və dövlət sənət ocağı kimi çalışdığı illərdə çoxlu səhnə obrazları yaratmışdır. 

Abbasəli ("Pulsuzluq", İvan Turgenev), Pərviz-Cavidan və Zabit ("Dəmirçi Gavə",  Şəmsəddin 

Sami), Əliəşrəf bəy ("Vətən", Namiq Kamal), Teymur ağa, Əsgər bəy ("Lənkəran xanının vəziri" və 

"Hacı Qara", Mirzə  Fətəli Axundzadə),  Şleyme ("Yəhudilər", Yevgeni Çirikov), Yusif İzzəddin 

("Sultan  Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Mürtəzaqulu xan, Qurban, Fərhad, Nəcəf bəy 

("Ağa Məhəmməd  şah Qacar", "Pəri cadu", "Bəxtsiz cavan" və "Dağılan tifaq", Əbdürrəhim bəy 

Haqverdiyev), Don Enrikos ("Əl Mənsur", Henrix Heyne), Cəbi ("Zorən təbib", Jan Batist Molyer), 

Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), Heydərqulu ağa, Rəsul bəy, Hacı  Qəmbər, 

Fəxrəddin, Şahmar bəy ("Adı var, özü yox", "Ev tərbiyəsinin bir şəkİi", "Hacı Qəmbər", "Müsibəti-

Fəxrəddin" və "Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Rüfət, Cəmil bəy, Əbdülrəhman ("Ədirnə 

fəthi", "Bakı müharibəsi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Rzaqulu xan ("Nadir şah", 

Nəriman Nərimanov),  Əbül Üla ("Əmir  Əbül Üla", Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət), 

Edmund ("Kral Lir", Vilyam Şekspir), Arif ("İblis", Hüseyn Cavid), Qaçaq Kərəm ("Qaçaq Kərəm", 

Vano Mçedaşvili), Yavər ("Lakme", Səkinə Axundzadə). 

Hüseynqulu Sarabskinin "Cəhalət", Nəcəf bəy Vəzirovun "Ev tərbiyəsinin bir şəkli", 

Sultanməcid Qənizadənin "Xor-xor", Mirmahmud Kazımovskinin "Daşım-daşım" məzhəkələrinə, 

"Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" operalarına səhnə quruluşu verib. 

Aktyor Xəlil Hüseynov Azərbaycanın ilk qiraət ustalarındandır. Nizami Gəncəvidən, 

Məhəmməd Füzulidən, Molla Pənah Vaqifdən, Nəbatidən çoxlu poetik nümunələri əzbər bilən Xəlil 

Hüseynov Bakıda vaxtaşırı keçirilən "Şərq müsamirəsi"ndə onlardan nümunələri bəlağətlə,   şövqlə 

söyləyirdi. 

"Divertisınent" adlanan yumorlu müzikl axşamlarında səhnəyə Mirzə  Ələkbər Sabirin, 

Səməd Mənsurun satirik şeirlərilə çıxardı. 

18 sentyabr 1941-ci ildən Gənc Tamaşaçılar Teatrında inzibatçı  işləyib. Eyni zamanda 

Abdulla  Şaiqin "Vətən" (Kəndli), "E1 oğlu" (Birinci bəy),  Əliməmməd Atayevlə  Əhməd 




Əhmədovun "Seyran" (Şükür) pyeslərinin və  həmçinin digər  əsərlərin tamaşalarında epizod rollar 

oynayıb. 

 

 

 



CAHANGİR ZEYNALOV 

(1865-1918) 

 

Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi 



Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi 

Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl 

bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə  qız rolunda çıxıb. Bakıda fəaliyyət 

göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından  əlaqəsi vardı, 

şəhərə  gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916-1918-ci illərdə baxdığı 

tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə 

("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri 

itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. 

Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı 

edirdi. O, indiki Hüsü Hacıyev və Dilarə  Əliyeva küçələrinin kəsişməsində yerləşən  Şahmat 

klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində xərc çəkib 

səhnə  də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa  Əliyev, Məhəmməd bəy  Əlvəndi, Hüseyn 

Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy 

Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq 

etmiş, tamaşalar hazırlamışlar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı  və  xərci 

Kərbəlayı özü ödəyərdi. 

Cahangir Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin 

hazırladıqları tamaşalarda oynayıb. 

XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 

1900-cü illərdə Müsəlman dram artistləri  şirkətinin ("Şirkət" də deyilib) təşkilində Zeynalovun 

müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri 

nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və  həm də tamaşalara 

quruluşlar verərdi. "Səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-

cu ildə yaranmışdı. "Səfa"nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun 

fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" 

məktəbində  Səməd Mənsur, Abbasmirzə  Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir 

Zeynalov da dərs deyirdi. O, dəfələrlə, "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasma 

seçilmişdi. Hətta 1914-cü ildə  sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy 

Hacınski tutmuşlar. 

Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley 

("Yomi ali") keçirib. Səhnə  fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Qurban 

bayramı günündə (30 noyabr 1910) Tağryev teatrında keçirdiyi yubiley təntənəsində  rəsmi hissə 

olmuş, fasilələrdə xanəndə  və sazəndələr çalıb-çağırmış, Mirzə  Fətəli Axundzadənin "Lənkəran 

xanının vəziri" komediyası oynanılmış, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa etmişdi. Yubiley 

münasibətilə      "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya 

kopeyna" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası 

aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etmişdi. 

Yubiley gecəsi "Nicat" tərəfindən Səməd bəy Acalov, Gürcü nəşri-maarif cəmiyyətindən 

Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, "Maloross", "Kulturnıy soyuz", 

"Prosvita", "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri, "Yeni Fyüzat", "Molla Nəsrəddin" 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə