Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

83 
 
Sarıtəpədə  aşkar  olunan  ev  saray  tipli  tikili  hesab  olunur.  Yaşayış 
məskəninin  qalıqlarına  əsasən  binanın  ilkin  planını  bərpa  etmək  mümkün 
olmuşdur.  Daxili  hissədə  ümumi  sahəsi  300  km
2
  olan  böyük  zal,  zalda 
«Persopol»  (İran)  üslubunda  dirəklər  vardı.  Kompleks  e.ə.  I  minilliyə  aid 
hesab  olunur  və  ona  ən  yaxın  olan  analoji  arxeoloji  abidələr  İran-Əhəməni 
imperiyası  abidələridir.  E.ə.  I  minilliyin  I  yarısı  Azərbaycan  ərazisində 
sənətkarlıq,  xüsusilə  də  metallurgiya  və  metalişləmə  inkişaf  etmişdir. 
Təəssüflər olsun ki, sənətkarlıq texnikası və inkişaf səviyyəsi haqqında yalnız 
dövrə aid tapılmış əşyalara əsaslanaraq məlumat vermək mümkündür. Çünki 
sənətkarlıq  emalatxanaları  hələ  arxeoloqlar  tərəfindən  aşkar  edilib,  tədqiq 
olunmamışdır. 
Tədqiqatçılar  müəyyən  etmişlər  ki,  e.ə.  VII  əsrdə  Sarıtəpədə  güclü 
yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş kül qatından ibarət təbəqənin 
qalınlığı  0,7  m-ə  çatır.  Həmin  təbəqədən  aşkar  olunmuş  yerüstü  binaların 
inşasında çay daşlarından, saman qarışıqlı palçıqdan, həmçinin ağacdan geniş 
istifadə  olunmuşdur.  Binanın  divarları  və  döşəmələri  saman  qarışıqlı  gillə 
suvanmışdır. Arxeoloji qazıntılar zamanı Sarıtəpədən xeyli təsərrüfat və dini 
xarakterli binaların qalıqları aşkar olunmuşdur. Öyrənilmişdir ki, bu abidələr 
öz xarakterləri baxımından bir ailə və ya kiçik bir kollektivə aid deyil, böyük 
icmaya  məxsus  olmuşdur.  Elə  buna  əsaslanaraq  tədqiqatçılar  Sarıtəpəni 
böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. 
Sarıtəpə bina qalıqlarının birinin şimal divarları yaxınlığında 14 ədəd 
təsərrüfat  küpü  aşkara  çıxarılmışdır.  Küplərdə  taxıl  və  çaxır,  həmçinin  un 
saxlanılmışdır.  Sarıtəpənin  gil  qabları  narın  gildən  yanma  üsulu  ilə,  yaxud 
dulus çarxında hazırlanmış, çox sayda qara rəngli küp, bardaq, cam, nehrə və 
s.-dən  ibarətdir.  Qablar  çox  səliqəli  cilalanmış,  üzəri  cızma  və  ya  yapma 
üsulu ilə naxışlanmışdır. Qabların qulpları əsasən zoomorf formalıdır. 
Sarıtəpədən  çox  sayda  dörkünc  və  dairəvi  formalı  möhürlər 
tapılmışdır.  Möhürlərin  işlək  üzündə  çərxi-fələk  (günəş  simvolu)  nişanları 
təsvir olunmuşdur. 
Qazıntılar zamanı məişətdə işlədilən daş və sümük alətlərə də təsadüf 
edilmişdir. Abidədə dən daşları və sümükdən düzəldilmiş iy başlıqları, metal 
əşyalar  üstünlük  təşkil  edir.  Metal  məmulatı  tuncdan  hazırlanmış  Cənubi 
Qafqaz tipli ox ucluqları, at fiquru formalı asma və s.-dən ibarətdir. 
Dəmir  dövrü  abidələrinin  bir  qismi  arxeoloji  ədəbiyyatda  Muğan 
mədəniyyəti  adı  ilə  məşhurdur.  Bu  mədəniyyətin  izləri  ilk  dəfə 
İ.M.Cəfərzadə  tərəfindən  Cəlilabad  rayonundakı  Uzuntəpə  adlı  yerdə  aşkar 
edilmişdir.  Muğan  mədəniyyətinin  əsas  səciyyəvi  xüsusiyyətləri  silah 
nümunələrində  -  tunc  və  dəmirdən  düzəldilmiş  müxtəlif  ölçülü  qılınc  və 
xəncərlərdə  əks  olunmuşdur.  Qılıncların  özünəməxsus  dəstəkləri  vardır. 
Yuxarı  hissədə  onlar  yanlara  əyilmiş  dairəvi  formaya  malik  olub,  tiyələri 


84 
 
uzun  və  itidir.  Xəncərlər  eyni  zamanda  yastı  tiyəli  olub,  kəsmə  həndəsi 
naxışlarla  bəzədilmişdir.  Bu  xəncərlər  Qızılvəng,  Talış,  Xocalı-Gədəbəy, 
Mingəçevir  və  başqa  yerlərdən  tapılan  xəncərlərlə  oxşardırlar.  Muğan 
mədəniyyətinin  bəzək  nümunələri  tunc  bilərzik  və  üzüklərdən,  eləcə  də 
müxtəlif  minerallardan  düzəldilmiş  muncuqlardan  ibarətdir.  Saxsı 
məmulatına  qara  və  qırmızı  rəngli  qablar  daxildir.  Bu  qablar  bəzi 
əlamətlərinə görə Naxçıvan və Xocalı-Gədəbəy mədəniyyətinin gil qabları ilə 
oxşardırlar. 
İ.M.Cəfərzadə Muğan mədəniyyətini e.ə. VIII-VII əsrlərə aid edir. 
 
 
 


85 
 
VI HİSSƏ. ANTİK DÖVR 
 
VIII FƏSİL 
 
QAFQAZIN ANTİK DÖVR ARXEOLOJİ ABİDƏLƏRİ 
 
1. Qafqazda antik dövr arxeoloji abidələrinin xüsusiyyətləri 
 
Qafqazda erkən dövlət qurumlarının formalaşması e.ə. X-IX və e.ə.V-
IV  əsrləri  əhatə  edir.  Bir  çox  alimlər  e.ə.  IV əsri  cəmiyyətdə ən  vacib  ciddi 
sosial dəyişikliklərin baş verdiyi bir dövr kimi dəyərləndirirlər. 
Urartu  dövləti  haqqında  yazılı  tarixi  mənbələr  arasında  Aşşur 
əlyazmaları,  məktublar,  həmçinin  Urartu  mətnləri  -  heroqlifləri  və  cızma 
yazılar  əsas  yerlərdən  birini  tutur.  Bir  çox  hallarda  bu  yazılar  qələbələr 
haqqında məlumat verən qısa xəbərlər şəklindədir. Bəzən isə döyüşdən əldə 
olunmuş  qənimət  geniş  təsvir  olunur.  Lakin  başlıca  mənbə  sözsüz  ki, 
arxeoloji  materiallardır.  Arxeoloji  tədqiqatlar  Qərbi  Azərbaycan  və  Türkiyə 
ərazisində Van gölü ətrafında aparılmışdır - (Topraqqala, Altıntəpə, Karmir-
blur,  Arinberd,  Armavir  qazıntıları).  Urartu  dövlətinin  mövcud  olduğu  dövr 
Cənubi Qafqaz regionunda şəhərsalma prosesinin başlanğıc mərhələsi ilə üst-
üstə  düşür.  Sinfi  cəmiyyətin  formalaşması  və  dövlətçilik  ənənələrinin  təbii 
nəticəsi  kimi  şəhərlərin  salınması  xüsusi  sosial  orqanizm  sayılır  və  yeni  tip 
yaşayış məskəni kimi qəbul olunur. 
B.e.ə. I minillikdə Azərbaycanın qədim ərazilərindən biri olan İrəvan 
mahalı  yaxınlığında,  Göyçə  gölü  ərazisində,  Qədim  Şərq  tipli  ilk  quldarlıq 
dövləti  olan,  etnik  tərkibi  etibarilə  müxtəlif  tayfaları  birləşdirən  Urartu 
yaranır. Urartu abidələri hələ keçən əsrdən alimlərin diqqətini cəlb etmişdir. 
XIX əsrin ortalarında Göyçə gölü sahilində yüksək qayalıqda b.e. əvvəl VIII 
əsrdə  yaşamış  I  Rusanun  əmri  ilə  yazılmış  ilk  epiqrafik  abidə  aşkar 
edilmişdir. Sonralar Karmir-Blur (qırmızı daşlar) təpəsindən gil plitə tapılmış 
və həmin plitə üzərində son Urartu padşahlarından birinin adı yazılmışdır. Bu 
sahədə  aparılan  axtarışlar  nəticəsində  əsası  II  Rusa  tərəfindən  qoyulmuş 
(təxminən  e.ə.  675-650-ci  illərdə)  Teyşebaini  şəhərinin  xarabalığı  aşkar 
olundu. 
1936-cı ildən Tarixi Abidələrin Mühafizə Komitəsi (Ermənistan SSR) 
tərəfindən  abidədə  sistemli  şəkildə  (22  mövsümdə)  arxeoloji  qazıntı  işləri 
aparılmışdır (1942-1944-cü illərdə abidədə qazıntı işləri dayandırılmışdır). 
Bu  şəhərin  mərkəzi  hissəsi  4  hektara  yaxın  olub,  ətrafına  daş  və 
möhrədən  qala  divarları  çəkilmişdir.  Narınqalanın  divarları  ətrafında  eyni 
növ  daşlardan  tikilmiş  (evlərdən  ibarət)  məhəllələr  yerləşirdi.  Narınqalada 
canişinin saray kompleksinin qalıqları aşkar edilmişdir. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə