|
![](/i/favi32.png) Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyininkitab20120427032409824II abidə - İmirisqora
diametri 90 m, hündürlüyü orta hesabla 4m,
ümumi sahəsi 1 hektar olan, cənub-qərbdən şimal-şərqə doğru yayılmış
təpədir. Burada təxminən 70 çiy kərpicdən ibarət olan tikilinin qalıqları aşkar
olunmuş, 7 tikinti təbəqəsi müəyyən edilmişdir. Yaşayış arxitekturasının əsas
tipi dairəvi planlı-gümbəzli və oval evlərdir. İmirisqoradakı tikililər öz
düzgün həndəsi formaları və dəqiq planlaşdırılması ilə seçilir.
Qədim yaşayış məskənlərinin ikinci qrupu
Arıxlı
kəndi yaxınlığında,
Xrami çayının sağ sahilində 800 hektarlıq bir ərazidə yerləşir. Özündə 5
yayılmış təpəsini birləşdirir. Sahəsi 150x100 m, hündürlüyü 6 m olan, 4
tikinti təbəqəsindən ibarət Arıxlı daha ətraflı tədqiq olunmuşdur. Evlərin
birinin döşəməsinin altından basdırılmış uşaq kəllə sümüyü tapılmışdır.
Ümumilikdə, burada dəqiq planlaşdırılma müşahidə olunmamışdır. Məskənin
ətrafında arx çəkilmişdir. Alimlər belə hesab edirlər ki, bu arxlardan suvarma
və müdafiə məqsədi üçün istifadə olunmuşdur.
Dostları ilə paylaş: |
|
|