Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə77/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   86
kitab20120427032409824

Beyləqan. 
Şəhərin Örənqala adı ilə tanınan xarabalığı indiki Beyləqan 
rayonu  ərazisində  -  Kəbirli  kəndi  yaxınlığında  yerləşir.  Yazılı  mənbələrdə 
Paytakaran  adı  ilə  məşhur  olan  bu  şəhər  dəfələrlə  yadelli  işğalçıların 
hücumlarına məruz qalmışdır. Şəhər xarabalığının Qala divarlarından içəridə 
olan sahəsi 40 hektara yaxındır. 
Örənqalanın  ümumi  sahəsi  düzbucaq  şəkilli ayrıca  qala  divarı  ilə iki 
hissəyə bölünür, elmi ədəbiyyatda böyük və kiçik şəhər adı ilə tanınır. Böyük 
şəhərin ətrafına çəkilmiş qala divarlarının uzunluğu 24000 m., kiçik şəhərinki 
isə 1525 m-dir. 
Tədqiqatçıların  fikrincə,  Beyləqan  ilk  dəfə  Örənqaladan  7  km  cənub-
şərqdə,  indiki  Təzəkənd  ərazisində  yerləşmişdir.  Təzəkəndin  şəhər  sahəsi  5 
hektardan çox ərazini əhatə edir. Qazıntılar nəticəsində burada təxminən 4 m 
qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. 
Müəyyən  edilmişdir  ki,  Təzəkənd  sahəsindəki  şəhər  eramızın 
ərəfəsində meydana gəlmişdir. VII əsrdən isə burada həyat kəsilmişdir. 
Arxeoloji  qazıntılar  VI  əsrdən  başlayaraq  Beyləqanın zəngin mədəni 
təbəqələrini  üzə  çıxarmışdır.  Beyləqanda  əsas  tikinti  materialı  kimi  çiy  və 
bişmiş  kərpicdən  istifadə  edilmişdir.  Beyləqanın  8-10  m  hündürlüyündə 
qədim qala divarı dördkünc formada olmuş və müxtəlif ölçülü çiy kərpicdən 
hörülmüşdür. 
Qala  divarlarının  əhatə  etdiyi  sahədə  metalişləmə,  dulusçuluq,  şüşə 
istehsalı, daşişləmə və digər sənətkarlıq sahələrinə məxsus istehsalat ocaqları, 
əmək alətləri, istehsalat tullantıları və s. tapılmışdır. 
Bərdə 
mənbələrdə «Partava»,  «Firuzabad»,  «Bərdə» adları ilə  şöhrət 
tapmış  bu  şəhər  Tərtərçayın  sol  sahilində  yerləşmişdir.  Alban  tarixçisi 
Moisey  Kalankatlının  yazdığına  görə,  Bərdəni  Sasani  hökmdarı  Firuzun 
dövründə Alban hökmdarı Baçe (459-488) bina etmişdir. 
Həmdulla  Qəzvini  şəhərin  tikilmə  tarixini  daha  qədimlərə  apararaq 
Makedoniyalı  İskəndərin  adı  ilə  bağlayır  və  Sasani  hökmdarı  Qubad 
tərəfindən genişləndirildiyini göstərir. 
Şəhərin  yaşı  barədə  dəqiq  fikir  Bərdənin  xarabalıqlarında  aparılacaq 
arxeoloji araşdırmalardan sonra söyləniləcəkdir. 
Şəhərin  qədim  xarabalıqlarında  aparılan  araşdırmalar  zamanı  tapılan 
maddi  mədəniyyət  qalıqları  (pul  dəfinələri  və  s.)  sübut  edir  ki,  hələ  antik 
dövrdə bu ərazidə iri yaşayış məskəni olmuşdur. 
Mənbələr  VII-IX  əsrlərdə  Bərdənin  təxminən  30  km

sahə  tutduğunu 
və ətrafına qala divarları çəkildiyini bildirir. Şəhərdə 100 mindən çox insanın 
yaşadığı göstərilir. Şəhərdə dörd böyük bazar, ayrıca sənətkar məhəllələri, bir 
neçə  hamam  və  çox  sayda  dini,  ictimai  binalar  mövcud  olmuşdur.  Bərdə 
zərbxanasında  müxtəlif  hökmdarların  adına  mis,  gümüş  və  qızıl  pullar 
kəsilmişdir. 


101 
 
Tarixi  faktlar  göstərir  ki,  Bərdənin  ən  çiçəklənən  vaxtı  VI-XI  əsrlər 
olmuşdur. Dağıdıcı monqol istilaları bu məskənin inkişafını xeyli aşağı saldı. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə