264
çirməkdə fəal iştirak etmişdir. Britaniya ordusu Malayzi-
yanı tərk etdikdən sonra isə ölkə öz silahlı qüvvələri ilə
müdafiə olunmağa başlamışdır.
Müsəlman ölkələri olmalarına və yaxın qonşuluq müna-
sibətlərinə baxmaya raq, Malayziya ilə İndoneziya arasın-
da münasibətlərin hamar müstəviyə keçməsi heç də tez
asanlıqla baş vermir. İndoneziya Prezidenti Sukarnonun
zamanında münasibətlər ən kəskin həddinə çatmışdır. Bu
iki ölkə arasında münaqişə Sukarnonun Bruney üsyanı-
nı müdafiə etməsi, Malayziyaya kəskin ərazi iddiaları ilə
yadda qalmışdır.
1
Lakin Sukarnonun siyasi səhnədən get-
məsi və Suxartonun hakimiyyətə gəlməsi ilə İndoneziya-
nın mövqeyində dəyişikliklər baş vermişdir. Bu gün hər
iki ölkə ASEAN və ATEC təşkilatlarının üzvü kimi yaxın
mövqedə fəaliyyət nümayiş etdirir. Ölkələrin arasında
hazırda yalnız Ambalat adası üstündə mübahisələr qal-
mışdır. Həmin ada isə neftlə zəngin olduğu üçün tərəflər
iddialarından əl çəkmək istəmirlər.
Malayziya ilə Sinqapur arasında əsas münaqişə Sinqa-
puru içməli su ilə təmin edən ölkənin meliorasiya prob-
lemləri ilə bağlıdır. Belə ki, Sinqapur tərəfindən həddən
artıq içməli suyun istifadəsi Malayziyanın ekoloji duru-
muna mənfi təsir göstərməkdədir. Malayziya-Sinqapur
münaqişələri göstərir ki, dünyada yeni dövrün qarşıdur-
malarında su problemi kəskinləşməkdədir.
Lakin sülh və əmin-amanlıq tərəfdarı olan Malayziya
dövləti bu mübahisələri dialoq qurmaq və danışıqlar yolu
ilə həll etməyə çalışır. Bu cür danışıqlardan sonra 2009-cu
ildə Bruney Saravakda yerləşən Limbanqa ərazisinə olan
1
Капица М. С., Малетин Н. П. Сукарно: политическая биография / М.: Мысль,
1980, с.222
265
iddialarından əl çəkmiş, bir sıra dəniz sərhədlərinə dair
mübahisələri isə danışıqlarla həll etməyə doğru düşünül-
müş addımlar atmışdır.
Malayziyanın digər iri müsəlman ölkəsi olan Pakistanla
da isti münasibətləri mövcud idi. Lakin 1965-ci ildə İndo-
neziya ilə Malayziya arasında münaqişəni həll etmək üçün
vasitəçi rolunu oynamağa çalışan Pakistan heç bir uğur
əldə etmədikdən sonra Malayziya ilə diplomatik əlaqələri
pozmalı olmuşdur. Bu zaman Malayziya Hindistana me-
yillənmiş və onu BMT Təhlükəsizlik Şurasında müdafiə
etməyə başlamışdır. Malayziyanın baş naziri isə ölkəsinin
addımını belə izah etməyə çalışır ki, Malayziya üçün bey-
nəlxalq əlaqələr dini əlaqələrdən daha üstündür. Bununla
belə, hər iki ölkə arasında 2008-ci ildə imzalanmış ticarət
müqaviləsi əsasında ölkələrarası əlaqələr müəyyən səviy-
yədə davam etməkdədir.
Sakit Okean hövzəsi regionunda Malayziyanın Yapo-
niya ilə münasibətləri daha çox iqtisadi münasibətlərə
əsaslanır. İri Yaponiya şirkətlərinin Malayziyada böyük
müəssisələri vardır. 2011-ci ilin statistikasına görə, Yapo-
niyanın Malayziya ərazisində 1400 şirkəti fəaliyyət göstə-
rir. Məhz bu prosesin nəticəsində Malayziya da yeni tex-
niki nailiyyətlərin inkişafı sürətlənmişdir. Bundan başqa,
Malayziya Yaponiyada istehsal olunan “Halal” markalı
yeyinti məhsullarına da daha çox üstünlük verir. Malay-
ziya-Yaponiya əlaqələri nəticəsində bu ölkədə də müa-
sir informasiya texnologiyalarına əsaslanan yerli sənaye
özünəməxsus inkişaf tapmaqdadır.
Beləliklə, bir müsəlman dövləti kimi qloballaşan dün-
yada Malayziyanın sürətli inkişaf təcrübəsi Azərbay-
266
can üçün də əhəmiyyətlidir. Həmçinin ASEAN regionu
ölkələri ilə əlaqələrin yaradılması baxımından da inkişaf-
da olan Azərbaycan üçün Malayziya cəlbedici və əlverişli
ölkə sayıla bilər.
Bütün bunlarla bərabər, Malayziyada xaricə ixrac edilən
məhsullarla yanaşı, iqtisadiyyatın inkişafında dövlət sek-
torlarının böyük yeri vardır. Kənd təsərrü fa tı nın inkişafı
və sənaye istehsalına görə Malayziya iki coğrafiyaya bö-
lünür. Qərbi Malayziyanın qərb və cənub hissəsi təsərrü-
fat və sənaye baxımından aktiv, şimal və şərq rayonları
isə bir qədər passiv iqtisadi inkişafa malikdir. Ölkənin ki-
fayət qədər böyük valyuta ehtiyatları olduğu üçün bura-
da iqtisadi inkişafın qarşısına çıxan maneələr, böhranlar
güclü təsirə malik ola bilmir. Malayziyanın daxili borcu-
nun az olması da iqtisadi inkişafın sürətinə müsbət təsir
göstərən amillərdəndir. İraq müharibəsi zamanı baş ver-
miş 1997-ci il böhranı ölkə iqtisadiyyatına güclü təsir et-
məsə də, 2008-ci il dünya böhranı proseslərində ölkənin
iqtisadi inkişafında geriləmələr müşahidə olunmuşdur.
Lakin Malayziya hökumətinin qəbul etdiyi yeni proqram-
lar əsasında ölkədə aparılan islahatlar yenidən dirçəlişin
təmin olunmasına şərait yaratmışdır.
XX əsrin sonu, XXI əsrin əvvəlləri Cənub-Şərqi Asiya
regionunda elmi-texniki və iqtisadi inkişafın sürətlənmə-
sində, bölgənin ixrac potensialının artmasında Malay-
ziyanın böyük payı vardır. Artıq dünyanın hər yerində
Cin, İndoneziya, Malayziya, Tailand, Sinqapur, Cənubi
Koreya istehsalı olan məhsullar yayılmışdır. Politoloqla-
rın fikrincə, “Asiya ölkələrində iqtisadi partlayışla yanaşı,
burada daha çox inteqrasiya proseslərinin genişlənməsi
267
müşahidə olunur. Bu proses Cin, Tayvan, Honq Konq,
Aomının daxil olduğu “Böyük Çin” regionunun yara-
dılmasına gətirib çıxara bilər. İkincisi, böyük masştablı
olan Cənub-Şərq inteqrasiyasında Hind-Cin ölkələri, xü-
susilə, sürətlə inkişaf edən Tayvan, nəhayət, Asiya-Sakit
okean ölkələri: İndoneziya, Malayziya, Sinqapur, Bruney
çox fəal iştirak edir”.
1
2009-cu ilin statistik məlumatlarına
əsasən, ölkənin ümumi daxili məhsulun real artım nisbəti
1.7 faizdir.
1967-ci ildə ASEAN təşkilatının ilk təsisçilərindən olan
Malayziyanın xarici siyasəti, beynəlxalq münasibətləri re-
gional əməkdaşlıq istiqamətində iştirak etmək d ə dir. Təşki-
latın fəaliyyətində ayrı-ayrı illərdə idarəedici funksiyaya
malik olan Malayziya ASEAN ölkələrinin 39-cu Daimi
Komitəsinin sədri seçilmiş və səmərəli dialoq yarada bil-
məsi ilə fərqlənmişdir. Həmçinin 2005-ci ilin dekabr ayın-
da ASEAN ölkələri Sammitinə və Cənubi Asiya dövlət-
ləri sammitinə ev sahibliyi etmiş Malayziya regional in-
kişafa dəstək verdiyini nümayiş etdirmişdir. 2006-cı ilin
iyul ayında ASEAN-ın Nazirlər Toplantısının və ASEAN
ölkələri Regional Forumunun Malayziyada keçirilməsi də
ölkənin regiondakı nüfuzunu göstərən faktlardandır.
Malayziyanın xarici siyasətində islam ölkələri arasında
lider olmaq kimi istəyi də vardır. 2003-cü ildə İKT-nin (Is-
lam Konfransı Təşkilatının) və BQH-nın (Bloklara Qoşul-
mama Hərəkatının) sədri seçilməsi Malayziyanın dünya
arenasında maraq obyektinə çevrilməsində mühüm ha-
disə sayılır. Həmin ildə Malayziya-Rusiya münasibətləri
də yeni səviyyəyə çatdırılmışdır. Rusiya Federasiyasının
1
Bax. Ağalar Abbasbəyli. Dünya siyasəti. Bakı, 2011, səh. 435
Dostları ilə paylaş: |