260
yaratmamışdır. Bu o deməkdir ki, Malayziya İsraili döv-
lət kimi rəsmi olaraq tanımır.
1
Bu mənada Malay liderləri
Qüds şəhəri paytaxt olmaqla müstəqil Fələstin muxtariy-
yətinin yaradılması tələbləri ilə çıxış edirlər. Malayziya
belə hesab edir ki, məhz bu yolla regionda sülhün bərqə-
rar olmasına nail olmaq mümkündür. Malayziya son za-
manlar İsrailin Qəzzadakı hərbi əməliyyatlarını müsbət
qarşıla mır və həmin prosesləri beynəlxalq hüquqa zidd
akt kimi qiymətləndirməkdədir. Ölkə rəsmiləri bu fikirdə-
dirlər ki, İsrail tərəfindən nəiinki Fələstində hərbi cinayət-
lər törədilir və insan hüquqları pozulur, hətta muxtariy-
yətin ərazi bütövlüyünə qarşı beynəlxalq hüquqa mane
olan münasibətlər göstərir. Buna görə Malayziya İsrailin
cəzalandırılması üçün Beynəlxalq Cinayət Məhkəmə-
sinə müraciət etmişdir (Bax: Lee Yuk Peng (7 June 2010).
«Malaysia wants Israel referred to International Criminal
Court (Updated)». The Star. Retrieved 21 May 2011. http://
www.thestar.com.my/story/?file=%2f2010%2f6%2f7%2f-
nation%2f20100607121340&sec=nation).
Ümumiyyətlə, Malayziya Amerika Birləşmiş Ştatları-
nın və Qərbin “terrorçu dövlət” adı ilə damğaladığı bir
sıra müsəlman ölkələrinə münasibətlərinə mənfi müna-
sibət bəsləyir. Ölkə liderləri hesab edirlər ki, dünya ic-
timaiyyəti müsəlman ölkələrinə qarşı fərqli münasibət
nümayiş etdirməlidir. Malayziya belə fikirdədir ki, istə-
nilən münaqişənin həlli onun əhalisinin sosial və iqtisadi
problemlərinin həllində öz əksini tapmalıdır. Ona görə
də Birləşmiş Millətlər Təşkilatının köməkliyi ilə İraqda da
iqtisadi və siyasi sabitliyin yaradılmasına nail olunması
1
«Malaysia: Anti-Semitism without Jews». Jerusalem Center for Public Affairs. Retrieved
5 September 2010. http://jcpa.org/publication/phas/
261
Malayziyanın təklifləri sırasında mühüm yer tutur. Bu
mənada, Kuala-Lumpur İraqda xarici müdaxilənin da-
yandırılmasını, başqa sözlə, ölkədən ABŞ qoşunlarının
tam olaraq çıxarılmasını və buraya BMT sülhməramlıla-
rının cəlb olunması çağırışlarını irəli sürür.
Malayziyanın illərdən bəri davam edən Əfqanıstan
məsələsində xüsusi mövqeyi vardır. Ölkə belə hesab edir
ki, Əfqanıstanda təhlükəsizliyin və sabitliyin bərqərar ol-
ması üçün orada xarici hərbi qüvvələrin yerləşdirilməsi
vacib deyildir. Malayziyanın fikrincə, tədricən ölkədən
xarici qüvvələr çıxarılmalı, Əfqanıstanın milli ordusu ye-
nidən qurularaq öz xalqını və ərazilərini qorumalıdır.
Son zamanlar İranın nüvə silahı istehsal etmək məqsə-
di dünya ictimaiyyətini narahat etməkdədir. Nüvə si-
lahına qarşı çıxış edən Malayziyanın mövqeyi Tehra n la
MAQATE arasında konstruktiv danışıqların aparılmasına
istiqamətlən miş dir. Malayziya belə hesab edir ki, MAQA-
TE real vəziyyəti öyrənib dünya ictimaiyyətini obyektiv
şəkildə məlumatlandırmalı və bundan sonra obyektiv qə-
rarlar qəbul edilməlidir.
Ümumiyyətlə, beynəlxalq münasibətlərdə Malayziya
sülhməramlı mövqeyi ilə beynəlxalq aləmin diqqətini cəlb
etməkdədir. Malayziya hər hansı bir məsələnin həllində
zor və güc tətbiq olunmasına, həmçinin iqtisadi sanksiya-
lara qarşı mövqe nümayiş etdirməkdədir. Məsələn, Ma-
layziya həm İranın, həm də Şimali Koreyanın nüvə proq-
ramına qarşı dövlətlərin iqtisadi sanksiya təkliflərinin
əleyhinə çıxış etmiş, dünyada baş verən problemlərin həl-
lində birgə iqtisadi tədbirlərin, maliyyə və ticarət korpo-
262
rasiyaların yaradılması, dialoqdan istifadə kimi kollektiv
tədbirlərin tərəfdarı olduğunu göstərmişdir.
Malayziya Sakit okean hövzəsi regionunda aktiv inves-
tor ölkə kimi özünü təqdim edir. Məsələn, Malayziya ar-
tıq uzun illərdir ki, Sinqapurda, Kambocada, Tayvanda,
Vyetnamda, İslam Əməkdaşlıq Təşkilatına daxil olan bir
sıra müsəlman ölkələrində və Millətlər Cəmiyyəti çərçivə-
sində (xüsusən də Afrikada) reallaşmaq da olan layihələrə
investisiyalar qoymaqdadır. Həyata keçirdiyi investisiya
proqramları iqtisadi əhəmiyyəti ilə yanaşı, eyni zaman-
da ölkənin siyasi etimadının da artmasına müsbət təsir
göstərir.
Malayziyanın rəsmi xarici siyasəti ilk növbədə ölkənin
müstəqilliyinə və suverenliyinin təhlükəsizliyinə, həm-
çinin siyasi sistemindən asılı olmayaraq dünya ölkələ-
rini planetdə sülhün bərqərar olmasına cəlb etməkdən
ibarətdir. Eyni zamanda Cənub-Şərqi Asiya regionunda
təhlükəsizliyin və sabitliyin saxlanılması na nail olmaq,
yerləşdiyi regionun sürətli iqtisadi inkişafının təmin edil-
məsinə kömək etmək də Malayziyanın xarici siyasətinin
prioritetlərinə daxildir. Bundan başqa, Malayziya hö-
kuməti tarixən islam dininin ən mütərəqqi ideyaları ilə il-
hamlanmış və onun bütün müsəlman ölkələri üçün örnək
olduğunu sübut etməyə çalışmışdır. Bu mənada, Malay-
ziya ölkələrinin həm daxili, həm də xarici siyasətinə praq-
matik yanaşır. Malayziya dövlətlər arasında ortaya çıxan
istənilən problemi güc və zorakı yollarla deyil, beynəlxalq
qanunlar çərçivəsində və beynəlxalq məhkəmələrin qəra-
rı əsasında həll etməyə istiqamətlənmişdir. Təsadüfi deyil
ki, Malayziyanın tarixində Çin, Bruney və Sinqapurla ya-
263
ranan ərazi və dəniz sərhədləri münaqişələrinin həllində
ölkə liderləri daim konstruktiv mövqe göstərə bilmişlər.
Malayziyanın hərbi qüvvələri də ölkənin beynəlxalq
statusunda müəyyən rola malikdir. Ölkə aktiv şəkildə
sülhməramlı qüvvələrdə iştirak edir. Livanda və BMT-
nin bir sıra sülhməramlı missiyalarında Malayziya ordu-
su böyük çəkiyə malik olmuşdur. O, Sinqapur, Avstraliya,
Yeni Zelandiya, Birləşmiş Krallıq kimi ölkələrlə bağladı-
ğı müqavilələr əsasında ölkənin ordu birləşmələri həmin
dövlətlərin silahlı qüvvələri ilə bərabər müxtəlif vaxtlar-
da suda, həm də quruda və havada hərbi təlimlər keçir-
mişdir.
Lakin əksər dövlətlər kimi Malayziyanın da qonşuları
olan ölkələrlə müəyyən münaqişələri vardır. Ümumiy-
yətlə, Malayziyanın bir neçə qonşu ölkələrlə, xüsusən də
İndoneziya, Bruney kimi dövlətlərlə ərazi mübahisələri
öz həllini tapmamışdır. 1957-ci ildə Britaniyanın koloni-
yalarından biri kimi müstəqillik əldə edən Malayziya eyni
zamanda, Millətlər Birliyinin üzvü seçilməklə, İngiltərə
ilə müştərək müdafiə razılaşması imzalamışdır. Bu müqa-
vilə Britaniyaya Malayziya nın sərhədlərini müdafiə etmək
bəhanəsi ilə öz qoşunlarını yeni yaranmış dövlətin ərazi-
sində saxlamaq məqsədini reallaşdırmaq imkanlarını ver-
mişdir (1948-1960). Müqavilə həm də Britaniyanın Malay-
ziya ərazisini digər torpaqların hesabına genişləndirmək
imkanı da yaratmışdır. Belə ki, 1962-1966-cı il hadisələ-
rində göründüyü kimi, ölkə ərazisində yerləşən Britaniya
qüvvələri İndoneziya ilə ərazi münaqişəsinin Malayziya-
nın xeyrinə həll olunmasına kömək edir və Sinqapuru,
Saravakı və Şimali Borneonu Malayziyanın tərkibinə ke-
Dostları ilə paylaş: |