Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə187/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   183   184   185   186   187   188   189   190   ...   205

-  Kiçik Qafqazın mülayim quru iqlimə malik aşağı zonaları;

-  Böyük Qafqazın  rütubətli zonası;

-  Kəskin kontinental iqlimə malik Naxçıvan zonası;

-  Soyuq dağlıq zonası

Belə  müxtəlif iqlim  şəraitində,  Azərbaycan xalqı  hələ  qədimdən  təbiətin 

bu  tələblərinə  uyğunlaşan  yerli  qaramal  cinslərinin  yaradılması  ilə  məşğul 

olmuşlar.  Maldarlıq  özündə  iri  buynuzlu  malları,  camışları,  zebulan, 

dəvələri  və  atları  birləşdirir.  Onlar  südlük,  ətlik  və  qismən  iş  heyvam  kimi 

istifadə edilir.  İqlim və yem şəraitindən asılı olaraq respublikada maldarlığın 

3  tipi  yaranmışdır:  köçəri,  yarımköçəri  və  oturaq.  Aparılan  eksperimental 

işlərə əsasən, alimlərimiz yerli  malları 2 cinsə ayırırlar:

Böyük  Qafqaz  dağlarının  ətəklərində  yetişdirilən  Böyük  Qafqaz 



malları.

*  Kiçik  Qafqaz  dağlarının  ətəklərində  və  bu  dağların  arasındakı 

ovalıqlarda  yetişdirilən  Kiçik  Qafqaz  malları.  Azərbaycan  Böyük  Qafqaz 

malı  əsasən  qara  və  qara-ala  rəngdə  olur.  Bədən  quruluşuna  görə  onlar 

Kiçik Qafqaz mallarına yaxındır, ondan ölçüsünün kiçikliyinə görə fərqlənir.

Kiçik  Qafqaz  cinslərinə  Qazax  bölgəsində  (Qazax,  Tovuz,  Gədəbəy, 

Şəmkir, Daşkəsən  rayonlarında) yaranmış və  burada yayılan Qırmızı Qazax 

malları  aiddir.  Kiçik  Qafqaz  malının  75%-i  açıq  qırmızı  rəngdədir.  Qırmızı 

Qazax  cinsli  mallar  gözlərinin  ətrafındakı  tünd-qırmızı  rəngli  həlqə  ilə 

fərqlənir.

Azərbaycan  zebusu  -   cənub  dağ  və  əsasən  Lənkəran,  Astara,  Ixnk  vo 

Yardımlı  rayonlarının  meşə 

zonalarında 

yayılmışdır.  Bu  növ  heyvanlar 

Zaqafqaziya  respublikalarından  təkcə 

Azərbaycanda 

yetişdirildiyi  üçün 

Azərbaycan  zebusu  adlanır  və  müstəqil 

növ 

kimi  tanınır.  Azərbaycan  zcbu- 



sunun  bədən  quruluşunda  ən 

böyük 


fərqləndirici  xüsusiyyətləri  belində  hür- 

kücün mövcudluğu, buynuzlarının 

böyüklüyü 

vo 


düz 

istiqamətdə olmasıdır.

Azərbaycan camışı. 

O m ışçılığın inkişaf 

tarixi 

eramızdan  3-5 



min  il 

əvvəl 


başlayır.  Öz  bioloji  xüsusiyyətinə  görə  camışlar  çox  su 

və 


gölməçələr  olan 

yerlərdə  yetişdirilir.  Ona 

görə 

də  onlar 



h id ro fil

 

heyvanlar 



hesab  olunur. 

Akademik  A.A.Ağabəylinin  məlumatlarına  əsasən,  keçmiş  SSRİ-nin 

ərazisində  camışlar  əsasən  Azərbaycanda  məskunlaşmışdır.  Sabiq  SSRİ-də 

camışçüıq  üzrə 

damazlıq 

müəssisələri  məhz  Azərbaycanda  (Şəki  rayonunun 

"Daşüz", 

Zərdab  camışçılıq 

və  Neftçala 

rayonunun  "Xəzər"  təsərrüfatları) 

yaradılmışdır. 

Hazırda 


Zaqafqaziya  regionlarında  camışçılıq  əsasan  Azər­

baycanda fermer 

və 

fərdi  təsərrüfatlarda  böyük  müvəffəqiyyətlə  inkişaf etdi­



rilir.  Bunu  nəzərə  alaraq  camışları  "Azərbaycan  camışı"  adlandırmaq  olar. 

Camış  müxtəlif infeksion  və  hemosporigioz xəstəliklərə davamlı,  südü yağlı, 

çox  da  tələbkar  heyvan  deyildir,  günün  çox  hissəsini  suda  uzanıqlı  vəziy­

yətdə  keçirməklə,  isti  hava  şəraitinə  çox  dözümlüdür.  Camışlar  Azərbay­

canın əsasən  Salyan, Mil-Muğan,  Şəki  bölgələrində cəmləşmişdir.

Dəvə  -   qədim  dövrlərdən  uzaq  məsafəyə  sürülən  və  köçəri  heyvandar­

lıqda,  xüsusilə  qoyunçuluqda  əvəzsiz  yük  heyvamdır.  Hazırda  Azərbaycan

427



dəvələri  genofond  kimi,  Abşeron  rayonunun  "Qobu"  damazlıq  təsərrüfatın­

da saxlanılır.

Atçılıq.  Ən  qədim  vaxtlardan  Azərbaycan  qiymətli  minik  atları  olan 

Qarabağ  və  Dilbaz  at  cinslərinin  vətənidir.  Qiymətli  nadir  genofond  kimi, 

Qarabağ  atları  Ağdam  at  zavodunda,  Dilbaz  atları  isə  Şəki  rayonunun 

"Daşüz" və Ağstafa rayonunun  "Sadıxlı"  atçılıq zavodunda yetişdirilir.

Qoyunçuluq  -   Azərbaycan  heyvandarlığının  ən  qədim,  əsas  və  aparıcı 

sahələrindən  biridir.  Qoyunlardan  yun,  qoyun  və  quzu  dərisi  almır, 

həmçinin,  qiymətli  yeyinti məhsulları -  ət,  quyruq  yağı və süd almır.  Qoyun 

südündən  motal  pendiri,  şor,  qurut,  yağ  və  s.  hazırlanır.  Azərbaycan 

Respublikasında  9  müxtəlif təbii-iqlim və iqtisadı zona vardır.  Bu zonalarda 

müxtəlif yerli (aborigen) qoyun cinsləri yetişdirilir.  Bu cinslərin yetişdirilməsi 

Azərbaycan  Respublikasının  dağ,  dağətəyi  və  aran  zonalarının  təbii  yem 

ehtiyatlarından  və  xüsusilə  müxtəlif  otlaq  sahələrindən  tam  və  səmərəli 

istifadə  etməyə  imkan  verir.  Respublikanın  bütün  zonalarında,  qoyunların 

ən  yaxşı  cinslərinin  yetişdirilməsi  əhaliyə  yüksək  gəlir  gətirir.  Bəzi  rayon­

larda  o,  gəlirin  başlıca,  digər  zonalarda  isə  əlavə  mənbəyidir.  Azərbaycan 

Respublikasının  9  təbii-iqlim zonasının  hər  birində,  aşağıdakı  müxtəlif yerli 

(aborigen) yağlıquyruq qoyun cinsləri yetişdirilir:

1.  Qarabağ  və  Mil  bölgələrində  Qarabağ  qoyun  cinsi və onun  bir  qolu 

■olan Qaradolaq qoyunları yetişdirilir.

2.  Naxçıvan  Muxtar  Respublikasında  Balbas  və  Mazex  cinsindən  olan 

yerli  aborigen  qoyunlar  yetişdirilir.  Onlar  yerli  sərt  kontinental  iqlim  və 

yaylaq şəraitinə yaxşı uyğunlaşmışlar.

3.  Muğan-Salyan bölgəsində qədim dövrlərdən yerli  qabayunlu -  Şirvan 

qoyunları  yetişdirilir.  Onlar  sərt  isti  iqlimə  uyğunlaşmışlar.  Şirvan 

qoyunlarının  bu  xüsusiyyəti  bölgədə qoyunçuluğun  yalnız  oturaq  şəraitində 

saxlanması  üçün çox vacibdir.

4 .

  Abşeron  bölgəsində quru  subtropik iqlim şəraitində 



Q a l a   q o y u n l a r ı  

yetişdirilir.  Onlar  qabayunlu  Şirvan  qoyunlarının törətmələridir.  Bu  qoyun­

ların  yetişdirilməsilə  2  damazlıq  təsərrüfatı  məşğul  olur.  Aran  və  dağətəyi 

zonalarda  istifadə  elmək  üçün,  bu  təsərrüfatlardan  ildə  damazlıq  material 

kimi  1000-1500 baş qoyun satılır.

5.  Quba-Xaçmaz  bölgəsində  qədim  zamanlardan  yerli  qabayunlu 

G ö d ə k  

qoyunları  yetişdirilir.  Onlar  yerli  şəraitə  çox  yaxşı  uyğunlaşmışlar, 

uzaq  məsafədə  yerləşən  qış  və  yay  otlaqlarına  sürülmək  qabiliyyətinə 

malikdirlər.

6. 

Şirvan  bölgəsində  qədim  zamanlardan  yerli  qabayunlu 



Şirvan 

qoyunları yetişdirilir.  Bu qoyunlar dağ və dağətəyi rayonlarda üstünlük təşkil 

etməklə, köçəri vəyarımköçəri şəraitində saxlanılmağa  uyğunlaşmışlar.

7.  Şoki-Zaqatala  bölgəsində  yerli  aborigen  qoyunları  -Ləzgi  cinsi 

saxlanılıb  yetişdirilir.  Onlar  Böyük  Qafqazın  yerli  iqlim  və  yem  şəraitinə 

uyğunlaşmışlar,  ildə  yay  və  qış  otlaqları  arasındakı  300-400  km  uzaq 

məsafəyə sürülmək qabiliyyətinə malikdirlər.

428



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə