nin patfıziologiya, patanatomiya kafedrasında assistent 1952-cı ildə namizədlik
dissertasiyasını müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi
almışdır. 1952 - 1954-cü illərdə ADAU-nun "Patoloji anatomiya və patoloji
fiziologiya” kafedrasında assistent, 29 fevral 1956-ci ildə Fiziologiya,
patfıziologiya və farmakologiya kafedrasının dosenti elmi adı. 1954 - 1973-cü
illərdə isə dosent vəzifəsində çalışmışdır. Alim 15 dekabr 1970-cı ildə doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi
dərəcəsi almış və kafedranın professoru vəzifəsində işləmiş, 1971-ci ildə
baytarlıq təbabəti fakültəsinin dekanı seçilmişdir. M.Mustafayev ADAU-nun
baytarlıq təbabəti fakültəsində kənd təsərrüfatı heyvanları və quşlarının patoloji
fiziologiyası fənninin tədrisi ilə məşğul olan ilk alim olmuşdur. Onun baytarlıq
təbabətinin aktual problemlərinə aid elmi əsərləri Rusiya Federasiyasının
mərkəzi jurnallarında və külliyyatlarında nəşr olunmuşdur. 7 iyul 1973-cü il -
AKTİ-nin Elmi Şurasının qəran ilə patanatonomiya, patfıziologiya və
parazitologiva kafedrasının professoru.
Quliyev Hacı Cəbrayıl oğlu
(1925-1982)
Azərbaycanda baytarlıq təbabəti kadrlarının
hazırlanmasında olduqca önəmli xidmətləri olan
məşhur alim və pedaqoq, baytarlıq elmləri doktoru,
professor Hacı Quliyev 1941-ci ildə Gəncə şəhərində
fəaliyyət göstərən 2 illik Pedaqoji İnstituta daxil olub,
1943-cü ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirərək Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsinə qəbul olmuş və 1943 -
1948-ci illərdə AKTİ tələbə.
1948-ci ildə əla
qiymətlərlə təhsilini başa çatdırmışdır. O, 1948-ci ildə baytarlıq təbabəti
fakültəsində "Kənd təsərrüfatı heyvanlarının cərrahiyyəsi” kafedrasında həmin
ixtisas üzrə aspiranturaya daxil olub, 1949 - 1951-ci illərdə aspirantura
(vaxtından əvvəl) müdafiə edib. 1951-cı ildə kafedrasında assistent. 1951-ci ildə
namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi elmi
dərəcəsi almış, 1951-ci ildə “Anatomiya və hıstologiya”, 1952 - 1954-cü illərdə
“Cərrahiyyə və mamalıq” kafedrasında assistent, 18 may 1954 - 1964-cü illərdə
isə dosent vəzifələrində işləmişdir. H.Quliyev 25 oktyabr 1964-cü ildən həmin
kafedranın müdiri vəzifəsində çalışmış, 1969-cu ildə Xarkov Baytarlıq
İnstitutunun elmi şurasında doktorluq dissertasiyasını müdafiə edərək baytarlıq
elmləri doktoru elmi dərəcəsi, 19 iyun 1970-ci ildə Ali Attestasiya komitəsi
qəran ilə Baytarlıq elmləri doktoru, 19 mart 1971-ci ildə isə kafedrada professor
elmi adını almış, uzun müddət baytarlıq təbabəti fakültəsinin dekanı vəzifəsində
işləmişdir. Onun baytarlıq təbabətinin aktual problemlənnə həsr olunan elmi
əsərləri həm nəzəri, həm də prakriki cəhətdən xüsusi əhəmiyyətə malikdir. 23
fevral 1980-ci ildən - 1982-ci ilədək fakültə dekanı.
62
Əliyev Sadıq Yusif oğlu
(1927-1997)
1943-1948-cı illərdə AKTİ-da tələbə. Yüksək
intellektual səviyyəyə, erudisiyaya və elmi elitaya
malik olan, məşhur alim Sadıq Əliyevin milli
baytarlıq təbabəti, biologiya, parazitologiya və
zoologiya elmimizin inkişafında və kadrların
hazırlanmasında böyük və çox önəmli xidmətləri
olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət
Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsini
fərqlənmə diplomu ilə bitirdikdən sonra "Cərra
hiyyə” kafedrasının assistenti kimi saxlanılmış,
1948 - 1949-cü illərdə assıstent, ordınator. 1949 - 1954-cü illərdə əvvəlcə
Samux rayonunun Baytar həkimi zoobaytarlıq sahəsinin, sonra isə Azərbaycan
Respublikası
Kənd
Təsərrüfatı
Nazirliyinin
rayonlararası
baytarlıq
laboratoriyasının müdiri vəzifəsində işləmiş, 1954-cü ildə ADAU-nun əyani
aspiranturasına daxıl olub, 1954 - 1957-ci illərdə AKTİ-nin aspirantı. 1957-ci
ildə namizədlik dissertasiyasını müdafiə etmiş və universitetin təkmilləşmə
kursunun rəhbəri təyin edilmişdir. 1957 - 1958-ci illərdə AKTt - İxtilas artırma
kursunun müdiri. 1958-ci ildən biologiya elmlər namizədi. Alım 1959-cu ildə
ADAU-nun tədris şöbəsinin müdiri, 1959 - 1961 -cı illərdə AKTI Tədris hissə
rəisi. 1961-ci ildən “Zoologiya, baytar - sanitar ekspertizası və parazitologiya”
kafedrasının dosenti vəzifəsində çalışmış. 1961 - 1968-ci illərdə AKTİ -
Zoologiya, parazitologiya və baytarlıq sanitar eksprertıza kafedrasının dosent
1968-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti seçilmişdir
1968 - 1972-ci illərdə ADPİ-nin Zoologiya kafedrasının dosenti 1971-ci ildə
doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi
aldıqdan sonra 1972-cı il professor
1972 - 1976-cı illərdə ADPİ-nin
kafedrasının müdiri 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru, 1976-cı ildə isə “Zoologiya" kafedrasının müdiri vəzifəsində
çalışmışdır. S.Əliyev sonralar yenidən Gəncə şəhərinə qayıdaraq ADAU-nun
tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 1990-ci ildən AKTI
parazitologiya və baytarlıq sanitariya eksperıza kafedrasının müdiri.
Əliyeva Nəcibə Abbas qızı
(1927-2006)
Əliyeva
Nəcibə
Abbas
qızı
1948-ci
ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsini bitınb, 1949-cu ilin mayına kimi