Н
! M
'v?ri
Г?гб
Şəkil 5. 1971-ci il Paris nomenklaturasına müvafiq olan insan xromosomlarmm
sxematik görünüşü (M.Babavev, 2006).
Xromosomlan anilın boyaları ilə boyadıqda onların bəzi sahələri
(heteroxromatin sahə) boyanı intensiv qəbul etdiyi halda, digər sahələri
(euxromatin) çox zəif boyanır. Heteroxromatin sahə genetik cəhətdən qeyrı-fəal
(genlərə malik olmadığı üçün), euxromatin sahə isə əksinə çox fəal (genlərə
malik olduğu üçün) olur. Rentgen - struktur analizinə əsasən hər bir xromosom
çoxlu
sayda
(60-64)
30A°-diametrli
xromonemlərdən
təşkil
olunur
Xromosomlann eni 0.2-1.5 mk, uzunluğu isə 2-50 mk olmaqla, onların kimyəvi
tərkibi əsasən (90-92%) nukleoproteidlərdən və nisbətən azlıq təşkil edən RNT,
Fe. Mq, Cavə s. ionlardan ibarətdir
Hüceyrə nüvəsinin elektron mikroskopu ilə müayinəsi göstərir ki. xro
mosom 2 ədəd çox nazik saplardan-xromatiddən təşkil olunub. Hüceyrənin hə
min
quruluş elementləri
irsiyyətin
maddi
bazası
hesab
olunur.
Dezoksıribonuklein turşusu (DNT) biopolimer birləşmə olmaqla, onun molekulu
ardıcıllıqla düzülən dezoksiribonukleotidlərdən (monomerlərdən) ibarətdir.Hər
bir monomerin tərkibi purin, (adenın, quanin), yaxud pirimidin (sitozin, tınıin)
əsasından, dezoksiribozadan və fosfat turşusunun qalığından təşkil olunur. DNT-
nin molekulu iki polinukleotid spiral şəklində birləşən, ardıcıl düzülmüş azot
əsasından, dezoksiribozadan və fosfat turşusu qalığından ibarət zəncirdən
ibarətdir. Zəncirin birinin adenini digərinin timini (A-T), quanıni isə sitozin ilə
(Q-S) birləşir, həm də zəncirlə qarşılıqlı olaraq biri digərini tamamlayır ki. bu da
kom plem entarlıq adlanır. Xromosomlann tərkibində az miqdarda olan RNT-
nin tərkibi də DNT-də olduğu kimi 4 azot əsasından (adenin, sitozin, alanin,
urasil) təşkil olunmaqla, timin urasil ilə, dezoksiriboza isə riboza ilə əvəz olunur.
RNT yalnız bir zəncirdən ibarətdir. Hər bir fərdin genetik informasiyası məhz
108
xromosomlarda yerləşir. Hüceyrələrin nüvəsində müxtəlif sayda dairəvi
cisimciklər - nüvəciklər yerləşir. Nüvəciklərdə ribosomal ribonuklein turşusu
(rRNT) və nüvə zülalları (histonlar) sintez olunur. Xromosomun rRNT sintez
olunan sahələri nüvəciyin təşkilatçısı adlanır. Məsələn, donuzlarda nüvəciyin
təşkilatçısı 8 və 10-cu xromosomlarda müşahidə olunur. Donuzların nüvəcik
əmələ gətirən xromosomlannda baş verən dəyişiklik müxtəlif xəstəliklərin
(ataksiya, hərəkət koordinasiyasının pozulması sindromu və s.) baş verməsi üçün
zəmin yaradır.
Məşhur genetiklər (S.Q.Navaşin, M.S.Navaşin, L.N. Delone, Q.A.Levitski
və b.) isbat etmişlər ki, xromosomlann mikroskopik müayinəsi zamanı onlar
müxtəlif forma və ölçülərdə müşahidə olunur və fərdi quruluşa malikdirlər.
Lakin xromosomlarda ümumi morfoloji əlamətlər də mövcuddur. Xromosomlar
əsasən iki teldən - paralel yerləşən xromatid və bir nöqtədə birləşən
sentromerdən-ibarətdir. Xromosomlann qurtaracaq hissəsi xüsusi spesifik
quruluşa malik olub, telomerdən sentromerə (xromosomlan iki çiyinə ayıran
xüsusi sahə) qədər olan hissəsi onun çiyini adlanır və hər bir xromosomun iki
çiyini olur. Çiyinlərin uzunluğundan və sentromerin yerləşdiyi yerdən asılı
olaraq xromosomlar dörd tipə bölünür (şəkil 6):
-
Metasentrik
-
çiyinləri bərabər olan xromosomlar;
-
Submetasentrik
-
çiyinləri bərabər olmayan və biri digərindən nisbətən
qısa olan xromosomlar;
-
Akrosentrik
xromosomlar - çiyinlərindən biri digərindən çox qısa olan və
aydın seçilməyən xromosomlar;
-
Telosentrik
xromosomlann çiyinlərindən biri ya tamamilə görünmür, ya
da olduqca çətin müşahidə edilir.
Xromosomlann kimyəvi müayinəsi göstərir ki, onlarda iki əsas komponent
- dezoksiribonuklein turşusu (DNT) və histon tipli zülallar, yaxud protaminlər
(cinsiyyət hüceyrələrində) mövcuddur. Xromosomlann hər birində xromonem
adlanan bir tel vardır, xromonemin özü isə bir DNT molekulundan ibarətdir.
K ariotip, onun növ xüsusiyyətləri. Heyvan və bitki hüceyrələrinin xromo-
som müayinəsi nəticəsində irsiyyət və dəyişkənliyin bir sıra ümumi qanu-
nauyğunluqlan elmi əsaslarla ətraflı öyrənilmiş və müəyyən edilmişdir ki, bir
növə mənsub olan müxtəlif toxumaların hüceyrələrində xromosomlann sayı eyni
olur. Məsələn, siçanlann sümük iliyi, dalaq, limfa düyünləri, qara ciyər, böyrək,
qalxanabənzər vəzi, bağırsaq epitelisi, peyer yığımı və s. hüceyrələrində eyni
forma və ölçülü 40 xromosom vardır. Xromosomlar xarici quruluşuna və
funksiyasına görə bir birindən fərqlənməklə irsi xüsusiyyətləri hüceyrələrin bir
generasiyasından digərinə keçir və valideynlərdən gələcək nəslə verilməsini
təmin edir. Somatik hüceyrələrdə xromosomlar cüt və xromosom yığımı diploid
(2n) olur. Formasına və böyüklüyünə görə eyni olan xromosom cütlüyü
homoloji xromosomlar
adlanır.
109