Katabolizm
- hüceyrələrdə sintez olunan mürəkkəb maddələrin son məh
sullara qədər parçalanması, çevrilməsi, mübadilənin son məhsullarının isə
onlardan ifrazat orqanları vasitəsilə xaric olunmasıdır. Metabolizm bütün sonrakı
proseslərin-böyümə, inkişaf, çoxalma, qidalanma, tənəffüs, həyat fəaliyyəti
məhsullarının xaric edilməsi, hərəkət, xarici mühitin dəyişilməsinə verilən
müvafiq cavab reaksiyası-həyata keçirilməsi üçün əsaslı zəmin yaradır. Bu
proseslər zamanı yaranan aralıq və son məhsullar hüceyrə tərəfindən istifadə
olunmayaraq böyrəklər, mədə-bağırsaq sisteminin selikli qişası, ağız suyu,
mədəaltı və digər vəzilərin sekretləri, dəri və tənəffüs orqanları vasitəsilə
hüceyrələrdən xaric olunur. Tənəffüs zamanı karbon qazı, tərlə isə- su, sidik
cövhəri və mineral duzlar orqanizmdən ixrac edilir. Lakin hücyrədən aralıq və
son metabolizm məhsullarının ixrac olunması, yəni ifrazat funksiyası başlıca
olaraq, böyrəklərin vasitəsilə həyata keçirilir. Bu proseslər böyrəyin əsas aparıcı
funksional vahidləri sayılan nefronların
vasitəsi ilə icra olunur. Qaramalın bir
böyrəyində 4, qoyunda-1, donuzda isə-1,5 milyon nefron vardır. Qeyd
olunanlardan belə nəticəyə gəlmək olur ki, həm insan, həm də heyvan və
quşlann orqanizmində baş verən bütün fizioloji, biokimyəvi və digər həyat üçün
vacib olan proseslərin hamısı məhz hüceyrələrdə baş verir və onlar ən aparıcı,
mərkəzi funksional vahid sayılır. Buna görə də hüceyrənin quruluşuna və
funksional fəaliyyətinə daha önəmli yer verilməsi, geniş və ətraflı şərh olunması
daha məqsədəuyğundur. İrsiyyətin sitoloji əsaslan da məhz hüceyrə və onun
komponentləri, xüsusilə nüvə ilə əlaqədardır.
Dünyanın məşhur bioloq, morfoloq, sitoloq, histoloq, genetik və fi-
zioloqlan elmi cəhətdən bir araya gələrək birmənalı surətdə hazırda hüceyrənin
tərifinin aşağıdakı kimi şərh olunmasını daha məqsədəuyğun hesab edirlər.
«Orqanizmlərin metabolizm-maddələr mübadiləsi proseslərini (anabolizm-
assimilyasifa və katobolizm-dissimilyasiya) icra edən, xaricdən sitoplazmatik
membranla əhatə olunan, çoxalma, dəyişkənlik, irsiyyət və qıcıqlanmaya
cavab reaksiyası vermə xüsusiyyətlərinə və mürəkkəb quruluşa malik olan,
yalnız mikroskopla müşahidə olunan bioloji vahid hüceyrə adlanır».
Bütün
canlı orqanizmlər milyardlarla hüceyrələrdən təşkil olunmaqla, onlann hamısı öz
başlanğıcını ata-erkək cinsiyyət hüceyərsi (spermatozoidin) ana-dişi cinsiyyət
hüceyrəsi
(yumurta
hüceyrəsi)
ilə
qarşılıqlı
assimilyasiyasından,
mayalanmasından başlayır. Bu iki hüceyrənin mayalanmasından ziqota əmələ
gəlir və embrional (bətndaxili, ana bətni) dövr başlayır. Embrional dövr ana
bətnində embrionun inkişafı və doğuma qədər olan mərhələdir. Cinsiyyət
hücerələri meyoz, ziqota isə mitoz bölünmə yolu ilə davam edir. Embrional
dövr postembrional (bətndən xarici) dövrlə əvəz olunur və bu mərhələlərdə ilk
günlərdən başlayaraq postnatal (doğumdan sonrakı)
dövr ayn-ayn orqanların,
toxumaların böyüməsi, mürəkkəbləşməsi, formalaşması, inkişafı ilə səciyyələnir
və bu dəyişikliklər müəyyən qanunauyğunluqlar üzrə baş verir. Böyümə və
inkişaf qarşılıqlı
vəhdətdə
olmasına baxmayvaraq
bir-birindən
fərqli
proseslərdir. Böyümə-hüceyrə
və toxumaların sayınm çoxalması, onlann
ölçülərinin həcmcə böyüməsi, yəni kəmiyyət dəyişkənliklərindən ibarətdir.
99
İnkişaf-isə
keyfiyyət dəyişkənliklərindən, hüceyrə və toxumaların fizioloji
funksiyalarının mürəkkəbləşməsi, differensiallaşması və təkmilləşməsindən
ibarət olan prosesdir. Orqanizm inkişaf etdikcə mürəkkəb qruluş kəsb edir,
müxtəlif funksiyaları yerinə yetirən toxuma və orqanlar formalaşır. Orqanizmin
müxtəlif funksiyaları yerinə yetirən, qan damarları və sinirlə təchiz olunan,
toxumalardan təşkil edilən hissəsi orqan
adlanır.
Morfoloji və funksional
cəhətdən oxşar olan müxtəlif orqanların məcmusu orqanlar sistemi,
quruluşu,
funksiyası və inkişaf dərəcəsi ilə bir-birindən fərqlənən ayrı-ayn orqanların,
yaxud orqanlar sisteminin məcmusu isə aparat
adlanır. Quşlar, qurbağalar və
eukariotlann bəzi növlərində fərdlər bir cinsiyyət hüceyrəsindən inkişaf edir
(partenogenez). Hüceyrələrin nəsli informasiyası maddi əsaslara malik olmaqla
sitogenetika (hüceyrə, onun quruluşu, ayrı-ayrı hissələrinin funksiyasından bəhs
edən sitologiya və genetikanın birləşməsi haqqında) elmi tərəfindən öyrənilir.
Sitogenetika hüceyrələrin irsi quruluşunun miqdar (kəmiyyət) və keyfiyyətcə
dəyişilməsindən bəhs edən elmdir.
Sitogenetik müayinələrin aparılması üçün
hər şeydən əvvəl bioloji və təsərrüfat xüsusiyyətlərinə görə bir-birindən
fərqlənən heyvan hüceyrələrinin quruluşu, çoxalma və bölünmə yollan və
genetik quruluşu ətraflı öyrənilməlidir.
Canlı m ateriya - üzvi aləm uzun müddət 2 əsas qrupa (bitkilər və
heyvanlar) bölünürdü. Hazırda isə alimlər bir araya gələrək üzvi aləmi 4 çarlığa
bölürlər: prokariotlar
(nüvəsiz hüceyrələr-göy və yaşıl yosunlar), viruslar
(həyatın yüksək molekulyar və genetik səviyyəyə malik olan qeyri-hüceyrəvi
forması), eukariotlar,
yaxud birhüceyrəli orqanizmlər (mikroorqanizmlər,
protozoalar və göbölöklər) və
çoxhüceyrəli orqanizmlər
(ali bitkilər və
heyvanlar). İlk orqanizmlər hüceyrə quruluşunda olmayan canlılardan yaranan
birhüceyrəli orqanizmlər-eukariotlar olmuşdur. Sadə canlılar içərisində ilkin (3,5
miliyard il əvvəl) canlılar yaşıl qamçılılar və amöblər hesab edilirdi. Tədricən
həyat şəraitinə uyğunlaşan bu bəsit orqanizmlər canlılara (bitki və heyvanlara)
başlanğıc verir və inkişaf edir. Hər iki ibtidai orqanizmdən divergensiya
(aralanma, haçalanma) yolu ilə digər canlılar yaranır, inkişaf edir (sxem 2 ).
100