36
Ölkədə maarifçiliyin əsas ideyasını vətənpərvərlik təĢkil
edirdi. Mütəfəkkir ziyalı M.F.Axundov, H.Zərdabi, N.Vəzi-
rov və baĢqaları ruhani tərbiysi verən məktəblərin fəaliy-
yətinə qarĢı mübarizə aparırdılar. Azərbaycan maarifçilərinin
və xalqın bu mübarizəsi təkcə ruhani tərbiyəsi verən məktəb-
lərə qarĢı deyildi, onlar məktəblərdə təhsilin səviyyəsinin yük-
səldilməsinə, yeni dərsliklərin, yeni nəzəriyyənin yaradılma-
sına can atırdılar.
ġərqĢünas professor L.Z.Budaqov 1840-cı ildə Qazan
Universitetinin ġərq fakültəsini, Həsənbəy Zərdabi 1865-ci
ildə Moskva Universitetinin təbiət-riyaziyyat fakültəsini,
Nəcəfbəy Vəzirov Moskva Petrovski Akademiyasını bitir-
miĢdilər.
1879-cu ildə Gürcüstanın Qori Ģəhərində Qori müəllimlər
seminariyasında Azərbaycan bölməsi açılmıĢdı. Azərbaycan
bölməsinə A.O.Çernyayevski müdir təyin olunmuĢdu. Semi-
nariyada Azərbaycanın gələcək maarif xadimləri, istedadlı
metodistlər RəĢid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə,
Süleyman Sani Axundov, Fərhad Ağazadə, Müslüm bəy
Maqomayev, Həbib Mahmudbəyov, Mahmud bəy Mah-
mudbəyov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və baĢ-
qaları təhsil alırdılar. Qori müəllimlər seminariyasının məzun-
ları hesabına Azərbaycanda pedaqoji kadrların sayı artmıĢ,
təhsil və maarif uğurla inkiĢaf etmiĢdir.
Bu dövrdə Mirzə Fətəli Axundov yeni əlifba layihəsinin
həyata keçirilməsi üçün ciddi-cəhdlə çalıĢırdı. M.F.Axundov
1836-1842-ci illərdə Tiflisdə yaĢamıĢ, Ģəhər qəza məktəbində
Azərbaycan dili müəllimi iĢləmiĢdir. O, müəllim iĢlədiyi müd-
dətdə ərəb əlifbasının törətdiyi çətinlikləri görmüĢ, həmin əlif-
banı dəyiĢmək üçün uzun müddət mübarizə aparmıĢdır. M.F.
Axundov ərəb əlifbasının türk xalqlarına münasib olmadığı
haqqında ilk fikir söyləyənlərdən biri olmuĢdur.
Mütəfəkkir ərəb əlifbasının öyrədilməsi üçün asan
yollar düĢünmüĢ, yeni əlifba tərtib etmiĢdir. M.F.Axundov
1857-ci ildə yazdığı əlifba layihəsində ərəb əlifbasının nöq-
37
sanlarını belə izah edirdi:
1) ərəb əlifbasında bir çox hərflərin bir Ģəkildə olması,
nöqtələrin bəzən yerində qoyulmaması nəticəsində hərflər
çətinliklə ayird edilməsi;
2) bu yazıda saitlərin çox zaman yazılmaması;
3) bir neçə samitlə, bir neçə sait səsi ifadə edən hərflərin
olmaması və s.
M.F.Axundovun hazırladığı (1854) yeni əlifba layi-
həsi12 sait və 32 samit səsli hərfdən ibarət idi. O, hərflərin
söz daxilində iĢlənməsi, onların yazılıĢ qaydasına dair meto-
dika hazırlamıĢdı.
M.F.Axundov ömrünün axırına kimi (20 ildən artıq)
hazırladığı yeni əlifbanı xalq arasında təbliğ etmək üçün
yorulmadan iĢ apardı. QarĢısına qoyduğıı məqsədə nail
olmaq üçün dünya əlifba xətlərinə diqqət yetirdi. Birinci xətti
Çin əlifbası (heroqlifli xətt), ikinci xətt ərəb və fars əlifbası
(sillabi xətt, sağdan sola), üçüncü xətt avropa əifbası (alfabet
xətt, soldan sağa).
Mütəfəkkir bu əlifba xətlərinin içərisində Avropa əlifba
xətlərinə üstünlük vermiĢdir. Ona görə ki, Avropa əlifbası
soldan sağa yazılır. Hərf sıraları sait və samit səslərindən
ibarətdir. Hərflərin yazılıĢ formasında nöqtələrin qoyulma-
sına ehtiyac yoxdur. M.F.Axundov bu səbəblərə görə 1870-ci
ildə Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəz
edilməsi məsələsini irəli sürmüĢ, “Yeni əlifba haqqında mən-
zumə‖ əsərini yazmıĢdır. O, əsərdə qeyd etdi ki, müsəlman
uĢaqlarına ərəb əlifbasını öyrənmək, riyaziyyatı öyrən-
məkdən çətindir. Onlar ərəb əlifbasının oxusu və yazısını
öyrənməkdə yüksək səviyyəyə çatmırlar.
M.F.Axundov yeni tərtib etdiyi əlifba layihəsini mək-
təblərdə və xalq arasında təbliğ etmək üçün 1863-cü ildə Os-
manlı və Ġran hökumətlərinin baĢçılarına və maarifpərvər-
lərinə müraciət etdi, lakin hökumət məmurları mütəfəkkirin
arzu və istəyinə qarĢı çıxdılar, müraciəti cavabsız qaldı.
Mütəfəkkir Osmanlı və Ġran hökumətlərindən ümidini kə-
38
sdikdən sonra öz dost və tanıĢlarına müraciət edib, yeni
hazırladığı əlifbanı xalq arasında təbliğ etməyə çağırmıĢdır.
Azərbaycanın görkəmli maarifçiləri M.F.Axundovun bu
təĢəbbüsünü bəyənmiĢ, “Kavkaz‖ qəzetinin səhifələrində dö-
nə-dönə sanballı məqalələr çap etdirmiĢlər.
Artıq 1880-1890-cı illərdə Azərbaycanda böyük müəl-
limlər kollektivi yaranmıĢdı. Məktəblərdə dərslər Azərbaycan
və rus dillərində aparılırdı. Bu məktəblərə xalq kütlələrinin
axını çoxaldığından rus-tatar məktəbləri tez bir zaman
içərisində orta məktəb Ģəbəkəsi kimi geniĢləndi. 1887-ci ildə
ilk dəfə Bakı Ģəhərində rus-tatar məktəbi açıldı. Məktəbin
açılmasının təĢəbbüskarları S.M.Qənizadə və M.Mahmud-
bəyov olmuĢdur. Azərbaycanda 1913-cü ilə qədər rus-tatar
məktəblərinin sayı 18-ə çatdı. Bu məktəblərdə 337-dən çox
qız təhsil alırdı. Məktəblərdə Azərbaycan dilini tədris edən
müəllimlər azərbaycanlılar idi. Eləcə də Bakıda N.Vəzirov
realnı gimnaziya, ġamaxıda S.Ə.ġirvani ―Məclisi-üns”, Or-
dubadda Məmmədtağı Sidqi ―Əxtər‖ adlı məktəblər açdılar.
Azərbaycanda təhsil ocaqlarının sayı get-gedə çoxalır,
təlim-tərbiyə iĢlərinin sferası geniĢlənirdi. Yeni dərsliklərin
yazılması və bu dərsliklərə aid iĢləmələrin hazırlanması
tələbatı güclənmiĢdi.
XIX əsrdə Azərbaycanda maarifçiliyin fəaliyyətini üç
mərhələyə bölmək olar.
Birinci mərhələdə - ilk təĢəkkül dövrü 1830-cu illəri əha-
tə edir ki, bu dövrdə M.ġ.Vazeh, A.Bakıxanov, M.Kazımbəy,
M.C.TopçubaĢov, ġ.Əfəndiyev və s. kimi maarifçilər meyda-
na çıxdılar. Onlar Azərbaycanda maarifçiliyin ibtidai rüĢey-
mini yaratdılar. Xalq arasında maarifçiliyi yaydılar. Maari-
fın müstəqil inkiĢafında əqli ideyalara istinad etdilər.
Ġkinci mərhələ - 1850-1870-ci illəri əhatə edir. Bu illər
Azərbaycanda maarifçıliyin yetkin dövrü, pedaqoji və psi-
xoloji aləmi təzahür edir. Azərbaycan maarifçiləri rus
maarifçilərinə yaxınlaĢır, məktəblərdə savad təlimində sövti
üsuldan istifadə edilir, yeni tipli (qəza, üsuli-cədid, əxtər, rus-
Dostları ilə paylaş: |