Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə3/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   130

 

Azərbaycan  dili  təliminin  mahiyyətini  açmaq,  bu  pro-



sesin  obyektiv  qanunlarını  aĢkara  çıxarmaq,  habelə  həmin 

qanunlardan  əməli  fəaliyyətdə  istifadə  etmək  imkanlarını 

Ģərh  edib  əsaslandırmaq  Azərbaycan  dili  tədrisi  metodikası 

elminin əsas vəzifəsidir. 

Azərbaycan dili təliminin qarĢısında duran vəzifələri iki 

qrupa  ayırmaq  olar:  ümumi  vəzifələr;  konkret  didaktik 

vəzifələr. 

Ümumi vəzifələr: 

 



Ģagirdlərin  ümumi  dünyagörüĢünün  yüksəlməsinə  kö-

mək etmək; 

 

Ģagirdlərin  təfəkkürünü,  müstəqilliyini  inkiĢaf  etdir-



mək; 

 



Ģagirdləri Ģəxsiyyət kimi yetiĢdirməyə kömək etmək; 

 



Ģagirləri həyata hazırlamağa kömək etmək. 

Konkret didaktik vəzifələr: 

 

Ģagirdlərin nitqini və təfəkkürünü inkiĢaf etdirmək;  



 

Ģagirdlərə  ana  dili  ilə  bağlı  müəyyən  həcmdə  bilik  və 



bacarıqlar vermək; 

 



Ģagirdlərin  düzgün  tələffüz,  ifadəli  oxu  vərdiĢlərini, 

rabitəli nitq vərdiĢlərini inkiĢaf etdirmək; 

 

Ģagirdlərdə  orfoqrafiya  və  durğu  iĢarələri  ilə  bağlı 



vərdiĢlər yaratmaq və s. 

Ġbtidai  siniflərdə  Azərbaycan  dili  tədrisinin  qarĢısında 

aĢağıdaki vəzifələr durur : 

 



  Ģagirdlərə öz fikrini Ģifai və yazılı Ģəkildə məzmunlu, 

rabitəli, məntiqi, dəqiq, canlı, obrazlı ifadə etməyi öyrətmək; 

 

  Ģagirdlərə  düzgün,  surətli,  Ģüurlu,  ifadəli  oxumaq, 



kitablardan müstəqil istifadə etmək vəqdiĢləri aĢılamaq; 

 



  Ģagirdlərə  dəqiq,  aydın,  səliqəli,  rabitəli  kalliqrafiya 

vərdiĢləri aĢılamaq; 

 

  Ģagirdlərə ilkin orfoqrafiya və punktuasiya vərdiĢləri 



aĢılamaq; 


 



 

  Ģagirdləri Ģifai xalq ədəbiyyatının gözəl inciləri, milli 

adət və ənənələrimizlə tanıĢ etmək; 

 



  Ģagirdlərə  ətraf  aləm,  təbiətdə  və  cəmiyyətdə  baĢ 

verən hadisələr haqqında məlumat vermək

 

  Ģagirdlərin idrak fəaliyyətinin fəallığını təmin etmək; 



 

  Ģagilərdə yüksək əxlaqi keyfiyyətlər(doğma dilə, xal-



qa,  vətənə  məhəbbət,  mənəvi  təmizlik,  ədalətlilik,  xeyirxah-

lıq, rəhimdillik) tərbiyə etmək; 

 

  Ģagirdlərdə  müstəqillik,  təĢəbbüskarlıq,  yaradıcılıq 



tərbiyə etmək. 

        Azərbaycan  dilinin  tədrisində  son  məqsəd  Ģagirdlərin 

Ģifahi və yazılı nitq bacarıqlarını inkiĢaf etdirməklə, onların 

nitq  mədəniyyətinə  yiyələnməsindən  ibarətdir.  ġagirdlər  öz 

fikirlərini Azərbaycan dilində  Ģifahi və yazılı Ģəkildə düzgün 

ifadə  etməkdə  çətinlik  çəkmirlərsə,  təlimin  müvəffəqiyyətlə 

həyata keçdiyi qənaətinə gəlmək olar. Ġbtidai siniflərdə Ģagird-

lərə Azərbaycan dilinin fonetikası, leksikası, söz yaradıcılığı, 

qrammatikası  ilə  bağlı  müəyyən  həcmdə  bilik  və  bacarıqlar 

vermək,  dilin  ictimai  həyatdakı  rolu  haqqında  anlayıĢ 

yaratmaq zəruridir. 

        ġagirdlərin  düzgün  tələffüz  və  oxu  vərdiĢlərini,  rabitəli 

nitqini  inkiĢaf  etdirmək,  onlarda  sözə,  dilin  ifadəlilik  vasi-

tələrinə,  onun  zənginliklərinə  həssas  münasibət  və  diqqətlə 

yanaĢmaq  meyli  tərbiyə  etmək  daim  müəllimin  diqqət  mər-

kəzində  olmalıdır.  ġagirdlərdə  orfoqrafiya  və  durğu  iĢarələri 

ilə  bağlı  möhkəm  vərdiĢlər  yaratmaq  da  vacib  məsələ-

lərdəndir. Azərbaycan dilinin öyrənilməsi Ģagirdlərin ünsiyyət 

imkanlarını  geniĢləndirir,  onlarda  düĢünmə,  öyrənmə  və 

danıĢma  bacarıqlarını  formalaĢdırır.  Nəticədə  Azərbaycan 

dili düĢünmə, öyrənmə, danıĢma vasitəsinə çevrilir.        

Azərbaycan  dili  ümumtəhsil  məktəblərində  tədris  olun-

maqla  Ģagirdlərdə  nitq  mədəniyyətinin  formalaĢmasına  xidmət 

edir.  ġagirdlər  bu  fənnin  vasitəsilə  milli  mədəniyyət  nümunəsi 

kimi  ana  dilini  öyrənir,  onun  səs  sisteminə,  lüğət  ehtiyatına, 



 

10 


üslubi-qrammatik  xüsusiyyətlərinə  yaxından  bələd  olur,  elmi, 

bədii,  publisistik  və  digər  üslublarda  yaradılmıĢ  ədəbiyyat  nü-

munələri  ilə  tanıĢ  olmaq  imkanı  qazanırlar.  Eyni  zamanda,  bu 

dildən  istifadə  edərək  öyrənəcəkləri  digər  fənlərin  daha  yaxĢı 

mənimsənilmə potensialını geniĢləndirirlər. 

Hər bir Ģəxs müxtəlif formalı və məzmunlu mətnləri səlis, 

Ģüurlu  oxumağa,  yazılı  və  Ģifahi  Ģəkildə  səmərəli  və  yaradıcı 

ünsiyyət  qurmağa  qadir  olmalıdır.  Bu  baxımdan,  Azərbaycan 

dilinin bir fənn kimi təlim əhəmiyyəti çox böyükdür. 

 

Ədəbiyyat 

1.Abdullayev  A.S.  Ġbtidai  məktəbdə  Azərbaycan  dilinin 

tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s. 

2.Abdullayev  A.S.  Orta  məktəbdə  Azərbaycan  dilinin 

tədrisi metodikası. Bakı: Maarif, 1968, 262 s. 

3.

 

Abdullayev  N.Ə.  Ədəbi  tələffüz  təliminin  metodikası. 



Bakı: Maarif, 1986, 162 s. 

4.

 



Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəbləri 

üçün Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər 

üçün)  fənni kurikulumu.Bakı, 2010 

5.Balıyev H.B. Ana dilinin tədrisi metodikası. Bakı: 3 №li 

Sənaye Liseyi, 1997,102 s. 

6.Balıyev  H.B.  Orta  məktəbdə  Azərbaycan  dilinin  tədrisi 

metodikası. Bakı: ADPU-nun nəĢri, 2003, 426 s. 

7.Həsənov  M.,Cəfərova  N.  Ġbtidai  siniflərdə  Azərbaycan 

dilinin tədrisi metodikası. Bakı: Elm və təhsil,  2013, 404 s. 

8.Kərimov  Y.ġ.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı: 

Nasir, 2003, 520 s. 

9.Rəhimov  A.N.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı, 

2003, 408 s. 

10.


 

Tağıyev B. Oxu təlimi. Bakı, 2006, 315s. 

11.

 

Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu. 



Bakı, 2009, 5 sentyabr 

 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə