Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə5/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   130

 

14 


 

Azərbaycan  dili  proqramını(kurikulumunu)  elmi  və 



metodik cəhətdən təhlil etmək

 



I-IV siniflər üçün ―Azərbaycan dili‖ dərsliklərini elmi 

və metodik cəhətdən təhlil etmək

 

proqram(kurikulum)  və  dərsliklərin  təlim-tərbiyə  im-



kanlarını açmaq və onlardan yaradıcılıqla istifadə etmək; 

 



Ģagirdlərin  milli  ruhda  tərbiyə  olunmasında  Azər-

baycan dili dərslərinin bütün imkanlarından istifadə etmək; 

 

öz  oxusu  və  nitqi  ilə  I-IV  sinif  Ģagirdlərinə  nümunə 



olmağı bacarmaq

 



hər  bir  mövzunun  xüsusiyyətinə  uyğun  olaraq  əyani 

və  texniki  vasitələr  üçün  materiallar  hazırlamağı  və 

bunlardan yaradıcılıqla istifadə etməyi bacarmaq; 

 



hər  bir  mövzunun  tədrisi  ilə  əlaqədar  iĢ  vərəqləri, 

müxtəlif xarakterli çalıĢmalar, testlər hazırlamaq; 

 

 bunları elmi-texniki cəhətdən düzgün təhlil etmək



 

Azərbaycan  dili  üzrə  hər  bir  mövzunun  tədrisini 



metodik tələblərə uyğun planlaĢdırılmaq; 

 



sinifdənxaric  və  məktəbdənkənar  tədbirlərin  planını 

hazırlamaq; 

 

sinifdənxaric  və  məktəbdənkənar  metodik  iĢlərin 



təĢkili xüsusiyyətlərini bilmək

 



Ģagirdlərin  Azərbaycan  dilinə  aid  bilik,  bacarıq  və 

vərdiĢlərini düzgün qiymətləndirmək

 

yazı iĢindəki səhvləri düzgün qruplaĢdırıb təhlil etmək 



və  Ģagirdləri  bu  səhvlər  üzərində  iĢlətmək  yollarını  müəy-

yənləĢdirmək; 

 

 təlim  prosesində  Azərbaycan  dilinin  digər  fənlərlə 



inteqrasiyasından    istifadə etmək

 



nitq  mədəniyyəti,  nitqin  inkiĢaf  etdirilməsi  ilə  əlaqə-

dar aparılacaq iĢlər, bunların məzmun və formalarını bilmək 

və həyata keçirmək. 

        Bilik  yalnız  yadda  saxlamaq  üçün  Ģagirdlərə  ötürülmüĢ 

hazır  informasiya  deyildir.  Müəllim  təlim  prosesi  zamanı 



 

15 


Ģagirdlərə  bələdçilik  etməli,  onların  “tədqiqat”  aparmaları, 

bilikləri  dərk  etmələri  üçün  Ģərait  yaratmalıdır.  Müəllim 

Азярбайъан  дили  tədrisini  Ģagirdləri  düĢünməyə  yönəltmə, 

düĢünmə  və  dərketmə    yolu  ilə  həyata  keçirməli  və  ünsiyyət 

yaratmaq imkanı ilə təmin etməlidir. Bu məqsədə yalnız hər 

bir  fənnin  tədrisində  fəal/interaktiv  təlim  metodlarından 

istifadə etməklə nail olmaq olar. 

 

Ədəbiyyat 



 

1.

 



Azərbaycan  Respublikasında  təhsilin  inkiĢafı  üzrə 

Dövlət strategiyası. Bakı, 2013 24 oktyabr, 

2.

 

Balıyev  H.B.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı:  3 



№li Sənaye Liseyi, 1997,102 s. 

3.

 



Balıyev H.B. Orta məktəbdə Azərbaycan dilinin tədrisi 

metodikası. Bakı: ADPU-nun nəĢri, 2003, 426 s. 

4.

 

Həsənov M.,Cəfərova N. Ġbtidai siniflərdə Azərbaycan 



dilinin tədrisi metodikası. Bakı: Elm Nvə təhsil,  2013, 404 s. 

5.

 



Kərimov  Y.ġ.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı: 

Nasir, 2003, 520 s. 

6.

 

Rəhimov  A.N.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı, 



2003, 408 s. 

7.

 



Текучев А.В.  Методика русского язаыка в среднии 

школе. M.:1980 

8.

 

Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları 



(kurikulumları)// Kurikulum, 2010, № 3, s.117-130 

 

Azərbaycan dilinin tədrisi metodikasının  



tədqiqat metodları 

 

         Cəmiyyətdə  yeni  ictimai  münasibətlərin  yaranması, 

informasiya  əsrinin  tələbləri  təhsilin  müasir  tələblərə  cavab 

verməsini  zəruri  edir.  Azərbaycan  dilinin  tədrisi  metodikası 

daim inkiĢafda olan elm sahəsidir və onun təhsilin müasir tələb-

lərinə  cavab  verməsi  üçün  tədqiqi  hər  zaman  davam  etdirilir. 




 

16 


Digər  elmlərdə  olduğu  kimi,  Azərbaycan  dilinin  tədrisi  meto-

dikası da elmi tədqiqatların nəticəsində inkiĢaf edir, zənginləĢir. 

Azərbaycan  dilinin  tədrisi  metodikasına  dair  tədqiqatlar 

Azərbaycan dili tədrisi prosesini təkmilləĢdirmək, qanunauyğun 

əlaqələri üzə çıxarmaq məqsədini daĢıyır. 

       Tədqiqatlar  müxtəlif  metodların  köməyi  ilə  aparılır.  Tədqi-

qatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın 

müvəffəqiyyəti  onun  metodlarını  düzgün  seçməkdən  asılıdır. 

Azərbaycan dilinin tədrisi metodikası elminin tədqiqat metod-

ları  dedikdə,  müəyyən  elmi  problemi  həll  etmək  üçün  istifadə 

olunan  yol  və  vasitələrin  məcmusu  baĢa  düĢülür.  Bu  metodları 

Ģərti olaraq qruplara bölmək olar: a) empirik tədqiqat metodları; 

b)  nəzəri  tədqiqat  metodları;  v)  empirik-nəzəri  tədqiqat  me-

todları;  q)  pedaqoji  tədqiqatda  riyazi,  statistik  metodlar. 

Empirik  tədqiqat  metodları  müəyyən  faktlar  toplamağa  xidmət 

edir. Bu metodlara daxildir: müĢahidə, müsahibə, anket sorğusu, 

pedaqoji  konsilium,  məktəb  sənədlərinin  və  fəaliyyət  məh-

sullarının öyrənilməsi metodları.  



MüĢahidə metodu-pedaqoji prosesi müəyyən məqsədlə və 

planlı  Ģəkildə  izləməkdir.  Tədqiqatçı  müĢahidə  prosesində 

müəllim və ya Ģagirdlərin, ya da hər ikisinin birlikdə fəaliyyətini 

diqqətlə  müĢahidə  edir,  müvafiq  faktlar  toplayır,  qeydə  alır, 

onları  təhlil  edir,  qruplaĢdırır  və  nəticə  çıxarır.  Tədqiqatçı 

müĢahidə zamanı nəyi, nə məqsədlə izləyəcəyini müəyyən edir. 



Müsahibə  metodu-müəyyən  pedaqoji  hadisənin  mahiy-

yətini,  səbəblərini,  baĢvermə  Ģəraitini  aĢkara  çıxarmaq  məqsədi 

ilə  aparılan  sual-cavab  metodudur.  Müsahibə  -  müəllim,  vali-

deyn,  məktəb  iĢçiləri  və  Ģagirdlərlə  təĢkil  olunur.  Müsahibəyə 

hazırlıq  zamanı  onun  nə  məqsədlə,  kimlərlə,  hansı  suallar  əsa-

sında aparılacağı müəyyənləĢdirilir. Müsahibə prosesində alınan 

cavablar dəqiq qeyd olunur (və  ya lentə  yazılır), sonra isə ciddi 

təhlil olunur. 



Anket sorğusu - bu və ya digər pedaqoji məsələ (problem) 

barədə  müəllim,  Ģagird  və  ya  valideynlərin  mövqeyini,  rəyini 

öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəyyən et-



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə