Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə12/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   130

 

36 


Ölkədə maarifçiliyin əsas ideyasını vətənpərvərlik təĢkil 

edirdi.  Mütəfəkkir  ziyalı  M.F.Axundov,  H.Zərdabi,  N.Vəzi-

rov  və  baĢqaları  ruhani  tərbiysi  verən  məktəblərin  fəaliy-

yətinə qarĢı mübarizə aparırdılar. Azərbaycan maarifçilərinin 

və xalqın bu mübarizəsi təkcə ruhani tərbiyəsi verən  məktəb-

lərə qarĢı deyildi, onlar məktəblərdə təhsilin səviyyəsinin yük-

səldilməsinə,  yeni  dərsliklərin,  yeni  nəzəriyyənin  yaradılma-

sına can atırdılar.  

ġərqĢünas  professor  L.Z.Budaqov  1840-cı  ildə  Qazan 

Universitetinin  ġərq  fakültəsini,  Həsənbəy  Zərdabi  1865-ci 

ildə  Moskva  Universitetinin  təbiət-riyaziyyat  fakültəsini, 

Nəcəfbəy  Vəzirov  Moskva    Petrovski  Akademiyasını  bitir-

miĢdilər.  

       1879-cu ildə Gürcüstanın Qori Ģəhərində Qori müəllimlər 

seminariyasında  Azərbaycan  bölməsi  açılmıĢdı.  Azərbaycan 

bölməsinə  A.O.Çernyayevski  müdir  təyin  olunmuĢdu.  Semi-

nariyada  Azərbaycanın  gələcək  maarif  xadimləri,  istedadlı 

metodistlər  RəĢid  bəy  Əfəndiyev,  Cəlil  Məmmədquluzadə, 

Süleyman  Sani  Axundov,  Fərhad  Ağazadə,  Müslüm  bəy 

Maqomayev,  Həbib  Mahmudbəyov,  Mahmud  bəy  Mah-

mudbəyov,  Nəriman  Nərimanov,  Üzeyir  Hacıbəyov  və  baĢ-

qaları təhsil alırdılar. Qori müəllimlər seminariyasının məzun-

ları  hesabına  Azərbaycanda  pedaqoji  kadrların  sayı  artmıĢ, 

təhsil və maarif uğurla inkiĢaf etmiĢdir.  

Bu dövrdə Mirzə Fətəli Axundov yeni əlifba layihəsinin 

həyata  keçirilməsi  üçün  ciddi-cəhdlə  çalıĢırdı.  M.F.Axundov 

1836-1842-ci  illərdə  Tiflisdə  yaĢamıĢ,  Ģəhər  qəza  məktəbində 

Azərbaycan dili müəllimi iĢləmiĢdir. O, müəllim iĢlədiyi müd-

dətdə ərəb əlifbasının törətdiyi çətinlikləri görmüĢ, həmin əlif-

banı  dəyiĢmək  üçün  uzun  müddət  mübarizə  aparmıĢdır.  M.F. 

Axundov  ərəb  əlifbasının  türk  xalqlarına  münasib  olmadığı 

haqqında ilk fikir söyləyənlərdən biri olmuĢdur.  

Mütəfəkkir  ərəb  əlifbasının  öyrədilməsi  üçün  asan 

yollar  düĢünmüĢ,  yeni  əlifba  tərtib  etmiĢdir.  M.F.Axundov 

1857-ci  ildə  yazdığı  əlifba  layihəsində  ərəb  əlifbasının  nöq-



 

37 


sanlarını belə izah edirdi: 

1)  ərəb  əlifbasında  bir  çox  hərflərin  bir  Ģəkildə  olması, 

nöqtələrin  bəzən  yerində  qoyulmaması  nəticəsində  hərflər 

çətinliklə ayird edilməsi

2) bu yazıda saitlərin çox zaman yazılmaması; 

3)  bir  neçə  samitlə,  bir  neçə  sait  səsi  ifadə  edən  hərflərin 

olmaması və s. 

M.F.Axundovun  hazırladığı  (1854)  yeni  əlifba  layi-

həsi12  sait  və  32  samit  səsli  hərfdən  ibarət  idi.  O,  hərflərin 

söz daxilində iĢlənməsi, onların yazılıĢ qaydasına dair  meto-

dika hazırlamıĢdı. 

M.F.Axundov  ömrünün  axırına  kimi  (20  ildən  artıq) 

hazırladığı  yeni  əlifbanı  xalq  arasında  təbliğ  etmək  üçün 

yorulmadan  iĢ  apardı.  QarĢısına  qoyduğıı  məqsədə  nail 

olmaq üçün dünya əlifba xətlərinə diqqət yetirdi. Birinci xətti 

Çin  əlifbası  (heroqlifli  xətt),  ikinci  xətt  ərəb  və  fars  əlifbası 

(sillabi xətt, sağdan sola), üçüncü xətt avropa əifbası (alfabet 

xətt, soldan sağa). 

Mütəfəkkir bu əlifba xətlərinin içərisində Avropa əlifba 

xətlərinə  üstünlük  vermiĢdir.  Ona  görə  ki,  Avropa  əlifbası 

soldan  sağa  yazılır.  Hərf  sıraları  sait  və  samit  səslərindən 

ibarətdir.  Hərflərin  yazılıĢ  formasında  nöqtələrin  qoyulma-

sına ehtiyac yoxdur. M.F.Axundov bu səbəblərə görə 1870-ci 

ildə  Azərbaycanda  ərəb  əlifbasının  latın  əlifbası  ilə  əvəz 

edilməsi  məsələsini  irəli  sürmüĢ,  “Yeni  əlifba  haqqında  mən-

zumə‖  əsərini  yazmıĢdır.  O,  əsərdə  qeyd  etdi  ki,  müsəlman 

uĢaqlarına  ərəb  əlifbasını  öyrənmək,  riyaziyyatı  öyrən-

məkdən  çətindir.  Onlar  ərəb  əlifbasının  oxusu  və  yazısını 

öyrənməkdə yüksək səviyyəyə çatmırlar.  

M.F.Axundov  yeni  tərtib  etdiyi  əlifba  layihəsini  mək-

təblərdə və xalq arasında təbliğ etmək üçün 1863-cü ildə Os-

manlı  və  Ġran  hökumətlərinin  baĢçılarına  və  maarifpərvər-

lərinə  müraciət  etdi,  lakin  hökumət  məmurları  mütəfəkkirin 

arzu  və  istəyinə  qarĢı  çıxdılar,  müraciəti  cavabsız  qaldı. 

Mütəfəkkir  Osmanlı  və  Ġran  hökumətlərindən  ümidini  kə-



 

38 


sdikdən  sonra  öz  dost  və  tanıĢlarına  müraciət  edib,  yeni 

hazırladığı  əlifbanı  xalq  arasında  təbliğ  etməyə  çağırmıĢdır. 

Azərbaycanın  görkəmli  maarifçiləri  M.F.Axundovun  bu 

təĢəbbüsünü bəyənmiĢ, “Kavkaz‖ qəzetinin səhifələrində dö-

nə-dönə sanballı məqalələr çap etdirmiĢlər. 

Artıq  1880-1890-cı  illərdə  Azərbaycanda  böyük  müəl-

limlər kollektivi yaranmıĢdı. Məktəblərdə dərslər Azərbaycan 

və  rus  dillərində  aparılırdı.  Bu  məktəblərə  xalq  kütlələrinin 

axını  çoxaldığından  rus-tatar  məktəbləri  tez  bir  zaman 

içərisində  orta  məktəb  Ģəbəkəsi  kimi  geniĢləndi.  1887-ci  ildə 

ilk  dəfə  Bakı  Ģəhərində    rus-tatar  məktəbi  açıldı.  Məktəbin 

açılmasının  təĢəbbüskarları  S.M.Qənizadə  və  M.Mahmud-

bəyov  olmuĢdur.  Azərbaycanda  1913-cü  ilə  qədər  rus-tatar 

məktəblərinin  sayı  18-ə  çatdı.  Bu  məktəblərdə  337-dən  çox 

qız  təhsil  alırdı.  Məktəblərdə  Azərbaycan  dilini  tədris  edən 

müəllimlər  azərbaycanlılar  idi.  Eləcə  də  Bakıda  N.Vəzirov 

realnı  gimnaziya,  ġamaxıda  S.Ə.ġirvani  ―Məclisi-üns”,  Or-

dubadda Məmmədtağı Sidqi ―Əxtər‖ adlı məktəblər açdılar. 

Azərbaycanda  təhsil  ocaqlarının  sayı  get-gedə  çoxalır, 

təlim-tərbiyə  iĢlərinin  sferası  geniĢlənirdi.  Yeni  dərsliklərin 

yazılması  və  bu  dərsliklərə  aid  iĢləmələrin  hazırlanması 

tələbatı güclənmiĢdi. 

 XIX əsrdə Azərbaycanda maarifçiliyin  fəaliyyətini üç 

mərhələyə bölmək olar. 



Birinci mərhələdə - ilk təĢəkkül dövrü 1830-cu illəri əha-

tə edir ki, bu dövrdə M.ġ.Vazeh, A.Bakıxanov, M.Kazımbəy, 

M.C.TopçubaĢov, ġ.Əfəndiyev və s. kimi maarifçilər meyda-

na çıxdılar. Onlar Azərbaycanda maarifçiliyin  ibtidai rüĢey-

mini  yaratdılar.  Xalq  arasında  maarifçiliyi  yaydılar.  Maari-

fın müstəqil inkiĢafında əqli ideyalara istinad etdilər.  



Ġkinci  mərhələ  -  1850-1870-ci  illəri  əhatə  edir.  Bu  illər 

Azərbaycanda  maarifçıliyin  yetkin  dövrü,  pedaqoji  və  psi-

xoloji  aləmi  təzahür  edir.  Azərbaycan  maarifçiləri  rus 

maarifçilərinə  yaxınlaĢır,  məktəblərdə  savad  təlimində  sövti 

üsuldan istifadə edilir, yeni tipli (qəza, üsuli-cədid, əxtər, rus-



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə