Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə36/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   142

 
72 
öz  qoşunlarına  Tiflis    istiqamətində  irəliləməyi  əmr    etdi.  Qacar    hələ    Gəncədə    olarkən  yenə  də  Şuşaya  qasid  göndərərək  
İbrahimxəlil xandan tabe olmağı tələb etmiş və əvvəldə olduğu kimi, rədd cavabı almışdı. 
 
Ağa  Məhəmməd xan Qacarın hücumunun istiqamətləri 
 
 
 
Qacarın Tiflisi tutması (1795) 
Ağa  Məhəmməd xan  Şuşanın  mühasirəsindən əl çəkdikdən sonra 1795-ci  ilin avqustunda Tiflis  istiqamətində irəlilədi. 
Qacarın 1795-ci ildə Tiflisə yürüşünün əsas məqsədi bunlar idi: 

 
Gürcüstanın Rusiyanın təsirindən çıxarmaq. 

 
Cənubi Qafqazda rus nüfuzuna zərbə vurmaq. 
Ağa    Məhəmməd  xan    Qacar Tiflisə  hücum  etməzdən  əvvəl  gürcü  çarı  II  İrakliyə  ultimatum  göndərərək  onu  tabe  olmağa 
çağırsa da II İrakli buna məhəl qoymadı.  
Gəncəli    Cavad  xan  və  İbrahimxəlil  xanın  düşmənləri    olan  Məlik  Məcnun  və  digər  məliklər  də  öz  dəstələri  ilə  Qacara  
qoşularaq,  ona Gürcüstana yürüşündə kömək və bələdçilik  etdilər. Gəncəli  Cavad xanın Ağa  Məhəmməd xan  Qacarın  yürüşü 
zamanı xana qoşun və ərzaqla kömək göstərməkdə  məqsədi  gürcülərin və Qarabağ xanlığının asılılığından çıxmaq idi. Qacarın 
qoşunu  avqustun  20-də    Ağdamdan  Tiflisə  doğru    irəlilədi.  Qacarın  Gürcüstana  hücumu  vaxtı  Gürcüstanda    siyasi  vəziyyət 
aşağıdakı kimi idi: 

 
Siyasi böhran içində idi 

 
Gürcü çarının ailəsində  çəkişmə  hökm sürürdü 
Bu  səbəblərə  görə  Qacarın  hücumu  zamanı  Tiflisin  müdafiəsini  təşkil  etmək  mümkün  olmadı.  Bu  zaman  Rusiya  da 
Gürcüstana kömək etmədi.  Qacar 1795
-ci il sentyabrın 12-də
  Tiflisə daxil oldu. Beləliklə, Ağa Məhəmməd xan Qacarın 1795-ci 
ildə Tiflisə yürüşü nəticəsində Tiflis tutuldu. Səkkizgünlük  qarətdən  sonra Qacar Tiflisdə çox qala bilmədi və şəhəri tərk etməli 
oldu. Qacarın Tiflisi tərk etməyə məcbur olmasının səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
İran ordusunun ərzaqla  təminatı vəziyyətinin  pisləşməsi. 

 
Şimali Qafqazdan rus qoşununun hücum təhlükəsinin gözlənilməsi. 

 
Nadir şahın nəvəsi Şahrux Mirzənin Xorasanda qiyam qaldırması. 
 
Qacarın Tiflis üzərinə yürüşü zamanı onun müttəfiqləri 
 
 
 
Qacarın Muğana gələrək xanlıqların işğalını davam etdirməsi 
Tiflisdən  qayıtdıqdan  sonra  Ağa  Məhəmməd  xan  Qacar  qışlamaq  üçün  1795-ci  ilin  noyabrında  Muğana    gəldi.  Qacarın 
Muğana  gələrək  burada  qışlamasının  məqsədi  Şimali  Azərbaycan  xanlıqlarını  ələ  keçirmək  siyasətini  davam  etdirmək  idi. 
Xanlıqlar  arasındakı  ədavət    daxili  çəkişmələr  Qacarın  Şimali  Azərbaycan  xanlıqlarının  işğalı  üçün  əlverişli  şərait  yaradırdı. 
Tabe  olmaq  barədə  Ağa  Məhəmməd  xanın  fərmanlarına  Şimali  Azərbaycan  xanlarının  əksəriyyətinin  mənfi  cavab  verməsi  onun 
həmin xanlıqlar üzərinə hərbi dəstələr göndərməsinə səbəb olurdu. Məsələn, Şuşa qalasını zəbt etmək məqsədi ilə Süleyman  xanın   
başçılığı ilə Muğandan hərbi dəstə  göndərdi, Şirvanın  tabe edilməsi məqsədilə isə Mustafa xan Dəvəlini oraya  göndərdi. Şirvana 
yürüşdə şəkili Məhəmmədhəsən xan Mustafa xan Dəvəliyə kömək göstərdi. Düşmən  qüvvələrinin yaxınlaşmasından xəbər tutan 
Şamaxı xanı Mustafa  xan vaxt itirmədən şəhər əhalisini Fit dağında yerləşən  qalaya  köçürtdü və 1796-cı ilin fevralınadək   orada  
qaldı.  Ağa Məhəmməd xan və Məmmədhəsən xanın birləşmiş qüvvələrinin Şamaxı xanlığına hücumu nəticəsində: 
Muğan, Şirvan və Dağıstan
 
Naxçıvan və İrəvan
 
Qarabağ  və Gürcüstan
 
I dəstə 
III dəstə 
II dəstə 
Gəncəli Cavad xan 
 
Qarabağ məlikləri 
 


 
73 

 
Müttəfiqlər müqavimətsiz Şamaxı şəhərinə daxil olaraq buranı  qarət etdilər. 

 
Ağa Məhəmməd xan Qacar Mustafa xan Dəvəlini Şamaxıya hakim təyin etdi 
Lakin, Məmmədhəsən xan Mustafa xanın qüvvələrini mühasirəyə  alarkən  qardaşı Səlimin Şəkidə özünü  xan elan  etməsi  
xəbərini  eşidib,  təcili  geri  qayıtdı. Mustafa xan Dəvəlini isə sonra yerli əhali qətlə yetirdi. 
 
Ümumilikdə,  Qacarın  1795-ci  ildə  Şimali  Azərbaycana  birinci  yürüşü  zamanı  İrəvan,  Naxçıvan,  Lənkəran,  Qarabağ, 
Şamaxı  xanlıqları  onun  hücumlarına  məruz  qaldı.  Bu  zaman  şimaldan  V.Zubovun  başçılığı  ilə  rus  qoşunlarının  Azərbaycana 
hücumu  Qacarın  Azərbaycanın şimal torpaqlarını tərk etməsinə  səbəb oldu.  Beləliklə,  Ağa  Məhəmməd  xan  Qacarın  Azərbaycan 
xanlıqlarına birinci yürüşü nəticəsində: 

 
Qacar yalnız bir neçə xanlığa  hakimiyyətini qəbul etdirə bildi. 

 
Qacar Şimali Azərbaycan xanlılarının hamısını özünə tabe  edə bilmədi 
General V.Zubovun başçılığı ilə rus ordusu Dərbəndə hücum etdiyi zaman Qacar Şimali Azərbaycanı tərk etdi
 
 
XVIII əsrin sonlarında Rusiyanın Azərbaycanın şimal torpaqlarını işğal etmək təşəbbüsü 
 
General Savelyevin komandanlığı  altında rusların Azərbaycana yürüşü 
Kərim  xan  Zəndin    ölümündən  sonra  İranda    ara  müharibələrinin  kəskinləşməsindən  istifadə    edən  Rusiya  yenidən 
Xəzəryanı  bölgələrə  yürüşü  başladı.  Bu  məqsədlə  Rusiya  1781-ci  ilin  iyununda  qraf  Voynoviçin  komandanlığı
 
altında 
Həştərxandan  Astrabada  eskadra    göndərdi.  Bu  hadisə,  rus  generalı  Medemin  yürüşündən  sonra  (1775)    Rusiyanın  üçün 
bölgədə  hərbi  qüvvə  tətbiqi    sahəsində      mühüm  addımı  idi.    Voynoviçin    ekspediyası  geri  qayıdarkən  1782-ci  ilin  avqustunda  
Bakı  limanına daxil   oldu.  Yalnız  Fətəli xanın diplomatik səyi nəticəsində  gərginlik aradan qaldırıldı. 
1795-ci ilin dekabrında ruslar Savelyevin komandanlığı  ilə  Dərbəndi iğal etmək üçün  hərəkətə  başladılar və 1796-cı il 
fevralın 15-də  şəhərə çatdılar. Bu hadisə ilə çarizmin Azərbaycana qarşı müstəmləkəçilik siyasəti başlandı. 
Rus qoşunlarının  Dərbəndə  yaxınlaşdığını  görən Quba hakimi Şeyxəli xan (1891-1810) müdafiə   üçün qonşu  xanlardan 
kömək    istədi.   Lakin  Şeyxəli  xanın    çağırışına    təkcə    Bakılı    Hüseynqulu  xan  (1892-1806)  cavab  verdi. Bu zaman  Dərbəndin  
özündə ikitirəlik  yaranmışdı: əhalinin  az bir hissəsi rus qoşunlarının gəlişini alqışlayır, digər əsas  hissəsi  isə  bunu  istəmirdi
Odur ki, Şeyxəli xan başlıca qüvvələrə arxalanaraq Dərbəndin müdafiəsini təşkil etdi. 
 
General V.Zubovun komandanlığı  altında rusların Azərbaycana yürüşü 
1795-ci  ildə  Ağa  Məhəmməd  xanın  Tiflisi    tutması  xəbəri  II  Yekaterinaya    çatdırıldıqda,  II  Yekaterina    1795-ci    il  16 
noyabrda sərəncam imzaladı. Sərəncamda Rusiyanın sarsılmış nüfuzunu bərpa etmək məqsədilə bütün  Cənubi Qafqazı, eləcə də 
Xəzər  dənizi  sahillərini  İran  təcavüzündən  “qorumağı”    general  Qudoviçdən  tələb  edirdi.  Şübhəsiz  “qorumaq”  dedikdə 
Azərbaycanın   torpaqlarını   ələ   keçirmək siyasətinin həyata keçirilməsi  nəzərdə  tutulurdu. Bu dövrdə  Rusiyanın  Azərbaycanın 
şimal torpaqlarını işğal etmək planlarının sürətləndirilməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi: 

 
Ağa Məhəmməd xan Qacarın Tiflisi  tutması. 

 
Cənubi Qafqazda İranın möhkəmlənməsi təhlükəsi. 
II  Yekaterina  Azərbaycana  qarşı  hərbi    yürüşə  rəhbərliyi  general  V.Zubova  həvalə  etmiş  və  bu  yürüşə  böyük  əhəmiyyət 
vermişdi. Bu məqsədlə,  sələfi I Pyotrun  dövründə olduğu kimi, xüsusi Manifest də vermişdi. Bu Manifest  məzmun və mahiyyət 
etibarilə  1722-ci il manifestinə  oxşayırdı.  
1796-cı  il  aprelin  18-də  V.Zubovun  Azərbaycana  hərbi  yürüşü  başlandı.  General    V.Zubovun    Qızılyar  yaxınlığında  
toplanmış  qoşununun  tərkibində  ermənilər  də  var  idi.    Onlar  məliklərini  Rusiya  tərəfinə  çəkmək  üçün  ruslara    məktublar  yazır, 
burada  xristian    dövlətinin  yaradılmasının  zəruriliyini  bildirirdilər.  V.Zubov 
1796-cı  il  may  ayının  2-də
  Dərbənd  yaxınlığında 
general Savelyevin qüvvələrilə  birləşərək şəhərə hücuma keçdilər. Generalların Dərbənd şəhərinə hücumu nəticəsində: 

 
Şeyxəli xanın müqavimətinə baxmayaraq, qısa  vaxtda Dərbən şəhəri zəbt edildi. 

 
Şeyxəli xan əsir alınaraq Zubovun düşərgəsinə gətirilsə də sonra çar tərəfindən bağışlandı. 

 
V.Zubov xanlığın idarəsini  Şeyxəli  xanın Rusiyaya meyilli bacısı Pəricə xanıma tapşırdı. 
Dərbənd  şəhərinin  belə    asanlıqla    ələ  keçirilməsində  şəhərin  müdafiəsindəki    çətinliklər  və  orada  yaşayan    ermənilərin 
satqınlığının böyük rolu olmuşdur. 
Dərbənd şəhəri ələ keçirildikdən sonra rus qoşunu V.Zubovun başçılığı ilə Quba və Bakı istiqamətində yürüşə başladı. 
1796-
cı il iyunun 6-da
    Quba işğal  olundu.  Quba işğal olunduqdan  sonra, rus qoşunları üçün  Bakı,   Şamaxı    Salyana yol açıldı.  
Müqavimətin  mənasız  olduğunu görən  Bakı  xanı  Hüseynqulu xan 
1796-cı il yunun 13-də
  Bakı qalasının   açarını   Zubova 
təslim etdi. Hüseynqulu xanın Bakı qalasının açarını Zubova təslim etməsinin səbəbi müqavimətin  mənasız  olduğunu görməsi 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə