Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə64/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   60   61   62   63   64   65   66   67   ...   216

Bunun  nəticəsində  aqrosenozun  məhsuldarlığının  davamlılığı  təbii 

ekosistemlərdən aşağıdır. 

3.

 

Müxtəlif  fenoloji  ritmə  malik  olan  bitkilərin  növ  tərkibinin 



müxtəlifliyinin  mövcudluğu  bütün  vegetasiya  dövründə  fitosenoza  tam 

(bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə, 

istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə 

imkan yaradır. 

Aqrosenozda  mədəniləşdirilmiş  bitkilərin  vegetasiya  dövrü  vegetasiya 

mövsümündən qısa olur. Təbii fitosenozlarda müxtəlif bioloji ritmiərə malik 

olan  növlər  vegetasiya  mövsümünün  müxtəlif  vaxtlarında  maksimum 

biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və 

inkişaf mərhələlərinin ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır. 

Təbii  ekosistemlərdə  bitkilərin  inkişafının  müxtəlif  vaxtlarda, 

aqrosenozlarda  isə  eyni  vaxtda  baş  verməsi  məhsulvermə  prosesi  ritminin 

müxtəlif olmasına gətirib çıxarır. 

4.

 

rəbii  və  aqroekosistemlərin  mühüm  fərqi  ekosistemlərin daxilində 



maddələr mübadiləsinin kompensasiya (əvəz) olunma dərəcəsi hesab olunur, 

'fəbii  ekosistemlərdə  maddələr  dövranı  (kimyəvi  elementlər)  qapalı  tsikllə, 

yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə 

daxil  olması  orta  hesabla  tsikldən  xaric  olan  maddələrin  miqdarına  bərabər 

olur,  bu  səbəbdən  də  tsikl  daxilində  hər  bloka  daxil  olan  maddə,  təxminən 

oradan çıxan maddəyə bərabər olur. 

Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda 

maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür. 

5.

 

Təbii  ekosistemlər  «avtotənzimləyici»  sistemdir,  aqrosenozlar  isə 



insan tərəfindən idarə olunur. Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii 

faktorların  təsirini  dəyişir  və  ya  ona  nəzarət  edir,  bitkinin  böyümə  və 

inkişafına,  xüsusilə  qida  məhsulvermə  komponentlərə  üstünlük  verilir. 

Bununla  əlaqədar  əsas  vəzifə  minimal  enerji  və  maddə  sərf  etməklə 

məhsuldarlığın yüksəlməsinə şərait tapmaq, torpağın münbitliyini artırmaqdır. 

Bu  vəzifənin  həlli  aqrofıtosenozlar  tərəfindən  təbii  resurslardan  daha  tam 

istifadə etmək və aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olunan 

tskillərini  yaratmaqdır.  Resurslardan  istifadə  dolğunluğu  sortun  genetik 

xüsusiyyətləri,  vegetasiyanın  uzunluğu,  birgə  səpinlərdə  komponentlərin 

müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur. 

Buna  görə  M.S.Sokolov  və  b.  (1994)  belə  nəticəyə  gəlir  ki,  aqrosi- 

stemlərin vəziyyətinə ən ciddi nəzarət daha çox enerji sərfi tələb olunan qapalı 

sahədə yerinə yetirilə bilər. Bu qrupa yaniıiaçıq sistemlər aiddir, burada xarici 

mühitlə  (istixana,  heyvandarlıq  kompleksi)  əlaqə  olduqca  məhdudlanır, 

temperatur,  radiasiya,  mineral  və  üzvi  maddələrin  dövranı  tənzimlənir  və 

yüksək dərəcədə nəzarət olunur. Bu - idarəolunan aqroeko- 



161 


sistemlərdir.  Qalan  digər  aqroekosistemlər  -  açıq  sistemlərdir.  İnsan 

tərəfindən effektiv nəzarət nə qədər çox olarsa, onlar bir o qədər sadə olar. 

Yarımaçıq  və  açıq  sistemlərdə  insanın  səyi  orqanizmlərin  böyüməsinə 

optimum şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur. 

Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir: 

 



birincisi, mümkün qədər arzu olunmayan növləri tam kənarlaşdırmaq; 

 



ikincisi,  yüksək  potensial  məhsuldarlığa  malik  olan  genetik  tiplərin 

seçilməsi; 

 

bütövlükdə  qurumuş  bitkilər  və  ölmüş  fitofaqlarla  birlikdə  əvvəl 



udulmuş enerjinin --ü ölü üzvi maddələrin tərkibində saxlanır, .-dən bir qədər 

çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kənar edilir. 

Ekosistemin  biokütlə  istehsal  etmək  qabiliyyəti  sayəsində  insan  özünə 

zəruri  olan  qida  və  bir  çox  texniki  resursları  əldə  edir.  Qeyd  edildiyi  kimi, 

sayca  artan  bəşəriyyətin  qida  (ərzaq)  ilə  təmin  edilməsi  problemi  -  başlıca 

olaraq  aqroekosistemin  (kənd  təsərrüfatının)  məhsuldarlığını  yüksəltmək 

problemi hesab olunur. 

Ekoloji sistemlərin insanın təsiri ilə əlaqədar dağılması və ya çirklənməsi 

bilavasitə  enerji  axınının  maddələrə  daxil  olmasının  kəsilməsinə 

(dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə səbəb 

olur.  Odur  ki,  bəşəriyyət  qarşısında  duran  ilkin  vəzifə  -  aqroekosistemin 

məhsuldarlığının  aşağı  düşməsinin  qarşısını  almaqdır.  Bu  məsələ  həll 

olunduqdan  sonra  ikinci  mühüm  vəzifənin  -  məhsuldarlığın  artırılması 

vəzifəsinin həlli mümkün ola bilər. 

XX  əsrin  90-cı  illərində  şumlanan  torpaqların  ilk  illik  məhsuldarlığı 

planetimizdə 8,7 mld. ton, enerji ehtiyatı isə 14,7-10'^ kC təşkil etmişdir. 

Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir. Bu 

hadisəni  Ç.Elton  «ekoloji  partlayış»  adlandırır.  Tarixən  belə  «ekoloji 

partlayişlar»  müşahidə  olunmuşdur.  XIX  əsrdə  fitoftor  göbələyi  Fransada 

bütün  kartof  sahələrini  məhv  etmiş  və  aclığa  səbəb  olmuşdur.  Kolorado 

böcəyi Amerikada Atlantik okeanına qədər yayılmış, XX əsrin başlanğıcında 

Qərbi  Avropaya,  1940-cı  illərdə  isə  Rusiyanın  Avropa  hissəsinə  keçmişdir. 

Müharibənin  sonrakı  ağır  illərində  bu  böcək  Rusiyanın  bütün  tarlalarını 

«boşaltmışdır». Bu hadisənin qarşısını almaq üçün zərərvericilərin sayını süni 

yolla  nizamlamaq  tələb  olunur.  Lakin  kənd  təsərrüfatı  praktikasında  bu  yol 

bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi 

ekoloji  baxımdan  təhlükəlidir.  Bunu  nəzərə  alaraq  bütün  təbii  landşaftları 

aqrotəsərrüfat landşaftına çevirmək olmaz, onun müxtəlifliyini qorumaq üçün 

toxunulmayan qoruq sahələri saxlanılmalıdır. Bu sahələr təbii qruplaşmaların 

suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır. 



1 6 2  


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə