Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə234/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 229 ____________________________ 
 
 
 
Şəkil 33. Kub ölçülərində məhsul həcmlərinin regionlar üzrə 
aqreqatlaşdırılmış dəyişilmələri
 
 
Səviyyələr  ölçülərlə  eyni  vaxtda  yaradılır  və  ölçülərin 
müəyyən  edilməsində  iştirak  edən  sütunlara  əsaslanır.  Ölçülər 
iyerarxiyası ölçü üzvləri çoxluqları sırasından və bu çoxluqların 
bir-birinə nəzərən yerləşməsindən ibarətdir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 230 ____________________________ 
Verilənlərin əldə edilməsi modelindəki ölçü üçün iyerarxiya 
model  düyünlərinin  strukturundan  ibarətdir.  Piramidaşəkilli 
iyerarxiya  elə  təşkil  edilir  ki,  iyerarxiya  üzrə  yuxarıdan  aşağı 
hərəkət  etdikdə  daha  xırda  ölçülərə  keçilir.  Məsələn, 
COĞRAFİYA  ölçüsü  KONTİNENT,  ÖLKƏ,  ŞƏHƏR  səviyyələri 
sırası  kimi  iyerarxiyaya  malikdir.  Bu  iyerarxiyada,  məsələn, 
Avropa yüksək, Almaniya orta, Berlin aşağı səviyyə ölçüsüdür.  
Baxılan 
OLAP-sistem 
ölçülərin 
tarazlaşdırılmış, 
tarazlaşdırılmamış  və  qismən  tarazlaşdırılmış  iyerarxiyaları  ilə 
də  işləməyə  imkan  verir.  Tarazlaşdırılmış  iyerarxiyada  bütün 
ölçü  şaxələri  öz  səviyyələrinə  enir.  Tarazlaşdırılmamış 
iyerarxiyada  şaxələr  müxtəlif  səviyyələr  enir.  Qismən 
tarazlaşdırılmış iyerarxiyada isə şaxələrdən heç olmazsa, biri öz 
səviyyəsinə  enməmiş  olur.  Bu  sistem,  həmçinin,  müxtəlif 
iyerarxiyalara  aid  ölçülərlə  də  işləyə  bilir.  Bu  ölçülər  kubdakı 
verilənlərin  alternativ  təsvirini  almaq  üçündür.  Məsələn,  VAXT 
ölçüsü iki iyerarxiyada – adi təqvim iyerarxiyasında və maliyyə 
ili  iyerarxiyasında  verilə  bilir.  Bu  halda  VAXT  ölçüsünə 
VAXT.TƏQVİM və VAXT.FİKSAL kimi dəqiqləşdirmələr edilir. 
Səviyyə,  ölçü  iyerarxiyasının  elementi  olmaqla,  ölçünü 
yuxarıdan  aşağı  (aqreqatlaşdırılmışdan  xırdalaşdırılmışa)  təsvir 
edir.  Səviyyələr  yalnız  ölçülər  üçündür.  Səviyyələr  ya  ölçü 
cədvəllərinin sütunlarına, ya da ölçü üzvlərinin xassələrinə görə 
təyin  edilir.  Səviyyə  təyin  edilərkən  iyerarxiyaya  daxil  edilən 
ölçü  üzvləri  və  onların  bir-birinə  nəzərən  yerləşməsi  bəlli 
olmalıdır. Səviyyələr ölçülərlə eyni zamanda yaradılır.  
Obyektlərdən  biri  də  ölçmələrdir.  Ölçmələr  kuba  daxil 
olandır və kubla eyni zamanda yaradılır. Şəkil 34 və cədvəl 10-
da İl, Rüb, Ay kimi üç səviyyədən ibarət olan Təqvim ölçüsünə 
nümunə verilmişdir. 
 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə