Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə34/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 36 ____________________________ 
məlumatlara,  həm  də  operativ  səviyyədə  yaranan 
informasiyaya ehtiyac duyur. 
Biliklərin  emalı  da  taktiki  səviyyədə  həyata  keçirilir.  Bu 
işlə  şirkətin  2  tip  bölmələri:  sənəd  emalı  (sənədin  alınması, 
qeydiyyatdan  keçirilməsi,  saxlanması,  tələb  üzrə  təqdim 
edilməsi və ləğv edilməsi) ilə məşğul olan ümumi bölmələr və 
yeni məhsul modelləri hazırlayan layihə büroları məşğul olur.  
Strateji  səviyyədə    yuxarı  səviyyə  menecerləri  şirkətin 
uzunmüddətli inkişafı problemlərini həll edir və həmçinin, ətraf 
aləmdə  baş  verən  dəyişikliklərin  meyllərini  izləyirlər.  Bunların 
əsas  vəzifəsi  ətraf  aləmdə  baş  verən  dəyişikliklərin  şirkətin 
biznes  fəaliyyəti  üçün  təhlükəli  olan  məqamlarını  (Şirkətin 
biznes  fəaliyyətində  uduzmalara  səbəb  ola  biləcək  yeni 
materialların,  məhsulların,  texnologiyaların  meydana  çıxması) 
aşkarlamaqdan ibarətdir. 
Strateji  səviyyədə  həll  edilən  məsələlərə nümunə  olaraq 
aşağıdakıları göstərmək olar: 

 
Şirkət yaxın illərdə hansı məhsulları istehsal edəcəkdir? 

 
5  ildən  sonra  şirkətə  hansı  mütəxəssislər  və  hansı 
ixtisas  səviyyələrinə  malik  mütəxəssislər  lazım 
olacaqdır? 

 
Şirkətin  əsas  rəqibləri  hansı  məhsulun  istehsalı 
strategiyasını seçmişlər? 
Aydındır  ki,  strateji  səviyyə  üçün  əsasən  xarici 
informasiya  tələb  olunur  ki,  bunu  da  əldə  etmək  həmişə 
mümkün  olan  iş  deyildir.  Məsələn,  rəqiblərin  strateji  istehsal 
planları çox gizli saxlanır.  
Qeyd  edək  ki,  hər  bir  idarəetmə  və  qərar  qəbulu 
səviyyəsinin özünəməxsus funksional məsələləri vardır.  


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə