Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 178 ____________________________ 
sertifikatlı  mütəxəssislərin  sayı,  informasiya  sistemləri 
xidmətlərində  avtomatlaşdırılmış  proseslərin  xüsusi 
çəkisi və s. aiddir. 
İnformasiya 
sistemləri 
xidmətinin 
nəticəliliyini 
qiymətləndirən bütün bu göstəricilər qarşılıqlı əlaqəli olmaqla, 
vahid tarazlaşdırılmış göstəricilər sistemi əmələ gətirir. Bu isə 
o  deməkdir  ki,  bütün  bu  göstəricilər  müəyyən  məqsədlə 
bağlıdır.  Məqsədsiz  göstərici  mənasızdır.  Təşkilatın  məqsədi 
bu  və  ya  digər  göstərici  sahəsini  ön  plana  keçirməkdir.  Əgər 
təşkilat  bölmələrinin  sayını  artırmaqla  böyüməyi  qarşısına 
məqsəd  qoymuşdursa,  bölmələri  əlaqələndirən  informasiya 
sistemləri birinçi dərəcəli əhəmiyyət daşıyır. Bu halda öyrənmə 
və  innovasiyalar  ön  plana  keçir.  Əgər  artımın  xidmətlərin 
artırılması  ilə  əldə  edilməsi  məqsədi  önə  çəkilirsə,  onda  satış 
göstəriciləri  daha  vacib  olur.  Əgər  təşkilat  xərcləri 
minimumlaşdırmaq  məqsədini  güdürsə,  onda  maliyyə 
göstəriciləri  daha  vacib  mövqe  qazanır.  Əgər  müəssisə 
məhsuldarlığın  artırılmasını  daha  vacib  sayırsa,  onda daxili 
proses göstəricilərinə diqqət artırılır. 
 
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 179 ____________________________ 
İNFORMASİYA SİSTREMLƏRİNİN 
FƏALİYYƏTİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ 
XƏRCLƏRİNİN  
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
İNFORMASİYA SİSTEMLƏRİNƏ ÇƏKİLƏN XƏRCLƏRİ 
NECƏ HESABLAMALI? 
 
İnformasiya 
sistemləri 
xərclərinin 
uçotu 
və 
xərciçıxartmanın  qiymətləndirilməsi  köhnə  problemdir.  Hətta 
informasiya sistemlərinin idarə edilməsinin təşkilat (müəssisə) 
üçün  elə  bir  əhəmiyyət  daşımadığı  dövrlərdə  də 
xərciçıxartmanın  qiymətləndirilməsi  zəruri  idi  və  geniş  tətbiq 
edilirdi.  Həmin  dövrdə  informasiya  sistemləri  layihələri 
aşağıdakılarla xarakterizə olunurdu: 

 
Xərclərin  irihəcmli  olması. Bu, çox baha böyük 
hesablayıcı 
maşınların 
(Geniş 
tətbiq 
edilən 
maynfreymlərin lizinqi investisiya xərclərini cari xərclərə 
çevirirdi  ki,  bu  da  maliyyə  risklərini  azaltmağa  imkan 
verirdi. Bu halda xərclərin məbləği bank faizi səviyyəsinə 
qalxırdı) istismarı ilə bağlı idi;  

 
Layihələrin  azsaylı  olması.  Bu,  zəruri  hallarda 
qiymətləndirmə üçün lazım olan verilənlərin yığılmasının 
ixtisaslaşdırılmış sistemini yaratmağa imkan verirdi; 

 
İnformasiya  sistemləri  vasitələri  ilə  həll  edilən 
məsələlərin  məhdud  saylı  olması.  Bu,  göstəricilərin 
sayını  və  qiymətləndirmə  metodikasının  ixtisar 
edilməsinə səbəb olurdu; 

 
İ
stehlakçılar  üçün  informasiya  sistemlərinin  müşayiət 
edilməsinin maya dəyərinin kalkulyasiyasının aparılması 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 180 ____________________________ 
probleminin  olmaması.  Çünki  istehlakçı  təyin  edilmiş 
abonent ödəməsi ödəyirdi. 
Bu 
şəraitdə 
məsələ 
həllinin 
maya 
dəyərinin 
qiymətləndirilməsi  son  dərəcə  sadə  idi.  İnformasiya 
sistemlərinin  maya  dəyəri  lizinq  ödəmələrindən  və  müşayiət 
üçün  abonent  ödəmələrindən  əmələ  gəlirdi.  İnformasiya 
sistemlərinin  istismarından  gələn  gəlir  isə  adətən  kənar 
təşkilata  sifariş  edilən  xüsusi 
konsaltinq  (Konsaltinq  – 
məsləhətləşmə anlamını verir, hər hansı prosesin səmərəliliyini 
yüksəltmək  üçün  istifadə  edilən  fəaliyyətdir)  tədqiqatları  ilə 
hesablanır. 
İrihəcmli 
layihələrə 
nəzərən 
konsaltinq 
tədqiqatlarının  dəyəri  nəzərəçarpacaq  deyildi.  Xərclərə  aid 
verilənlərin məlum olduğu halda xərciçıxartma həllinə ehtiyac 
qalmayan trivial məsələyə çevrilirdi. 
 
QEYD: Maynfremlərin yaranma tarixi 1964-cü il hesab 
olunur.  Bu  ildə  IBM  şirkəti  IBM  System/360  maynfremini 
istehsal edir. İstehsal olunan hesablama maşınına 5 milyard 
dollar  xərc  çəkilir.  Maynfrem terminini  müəyyən  tip 
mikroprosessorların ləmələrə (rəflərə) ardıcıl düzülməsi kimi 
qəbul etmək olar. 
Maynfrem (ingiliscə 
mainframe anlamımnı verir) böyük 
məhsuldarlığa  və  müəyyən  giriş-çıxış  ehtiyatlarına  malik, 
dayanmadan işləyən, böyük operativ və xarici yaddaşı olan, 
kritik  lazımlı  sistemlərdə  işləməyə  yararlı  olan  (ingiliscə 
mission-critical)  informasiyanı  intensiv  paket  formasinda 
təhlil edən hesablama maşınıdır. 
Maynfremin  əsas  istehsalçısı  IBM  şirkətidir.  Müxtəlif 
vaxtlarda  maynfremi  digər  firma  və  şirkətllərdə  istehsal 
edirdilər. 
Bunlara 
milsal 
olaraq 
Hitachi, Bull, Unisys, DEC, Honeywell, Burroughs, Siemens, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 181 ____________________________ 
Amdahl, Fujitsu firma və şirkətlərini göstərmək olar. 
IBM  maynfremləri  dünyanın  25  min  təşkilatında 
istifadə  olunur.  Biznes-verilənlərin  70%-I  maynfremlərdə 
təhlil edilir. 
     
 
 
IBM şirkətinin istehsalı olan maynfrem 
  
“Fərdi  kompüterlər  inqilabı”  informasiya  sistemləri 
xərclərinin  qiymətləndirilməsi  problemini  kəskin  şəkildə 
mürəkkəbləşdirdi. 
Əvvəla, 
maynfreymlərə 
əsaslanan 
“platformalaşdırılmış” sistemlərdə “avadanlıq - sistem proqram 
təminatı - tətbiqi proqram təminatı” əlaqəsi asan sezilirdi. Yeni 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə