MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 138 ____________________________
proseslərinin reinjinrinqi şirkətdən olduqca böyük kapital
qoyuluşları da tələb edə biləndir.
2.
Yeni kompüterləşdirilmiş informasiya sistemlərinin
təsiri.
Yeni
kompüterləşdirilmiş
informasiya
sistemləri
müəssisənin həm mövcud informasiya sisteminin informasiya
təminatının səviyyəsinə, həm də onun texnoloji infrastruk-
turuna təsir edir. Məsələn, çoxsaylı son istifadəçilərə xidmət
göstərən informasiya sistemlərinin yeni nəsli informasiyanın
alınmasının operativliyini əhəmiyyətli dərəcədə artıra bilir.
Lakin müəssisənin bu sahədə təcrübəsi azdırsa, müasir
sistemlərin tam gücü ilə işlədilməsi ilə bağlı problemləri ola
bilər.
3.
Biznes-prosesin reinjinrinqi üçün prototiplər və
əlavələr.
Tətbiqi proqram təminatı, məsələn, simulyatorlar
(bənzərini yaradanlar) və modelləşdirmə vasitələri biznes-
proseslərin reinjirinqindən əvvəlki və sonrakı vəziyyətlərinin
modellərini qurmağa imkan verir. Belə proqram təminatı
istehsal müəssisələrində tez-tez istifadə edilir.
4.
Təşkilati
mədəniyyət
və
yeni
informasiya
sistemlərindən tam istifadə edilməsi imkanı.
Təşkilati mədəniyyət informasiya texnologiyalarına
qoyulan investisiyaların ölçüsünü təyin edir. Məsələn,
konservativ
təşkilat
kompüterləşdirilmiş
informasiya
sistemlərinə böyük pul vəsaitini çox çətinliklə ayırır. Bununla
yanaşı, hətta əgər bu pul ayrılsa da, həmin sistemin tətbiqi və
istismarı böyük çətinliklərlə qarşılaşır. Buna görə də hansı
proseslərin reinjirinqi aparılacaqsa, onlar təkmilləşdirmə
tədbirlərindən əvvəl və sonra düzgün qiymətləndirilməlidir.
Məsələn, aydınlaşdırmaq lazımdır ki, müştəriyə hesab-faktura
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 139 ____________________________
təqdim edilməsi neçəyə başa gəlir, yaxud daşınmaz əmlakı
girov qoymaqla kredit almaq istəyən bir müştəriyə bankda nə
qədər xidmət vaxtı sərf edilir. Bu məlumatları reinjinirinqdən
sonrakı müvafiq məlumatlarla tutuşdurub reinjinirinqin verdiyi
nəticəni qiymətləndirmək olar.
Biznes-proseslərin reinjinirinq modelləri
Workflow (“işlər
axını” anlamını verir)
texnologiyası ilə reallaşdırılır. Bu
texnologiyada sənədlər və verilənlər bir yerdən başqa yerə
cəld və səmərəli keçirilə bilir. Çünki bu texnologiya lokal
tətbiqi sistemlərlə işləyən xüsusi proqram məhsulları ilə
reallaşdırılır.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 140 ____________________________
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 141 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ
XİDMƏTLƏRİNİN İDARƏ EDİLMƏSİ:
FUNKSIYALAR, PROSESLƏR, ÖLÇMƏLƏR
Təşkilati idarəetməyə informasiya sistemləri (İNSİ)
xidməti bir tərəfdən xidmətin predmeti, digər tərəfdən də
funksional sahə baxımından şərh edilməyi tələb edir. Hər bir
funksional sahəyə uyğun konkret informasiya sistemləri
xidməti mövcud olduğundan, onların vahid mərkəzdən
əlaqələndirilməsi zərurəti yaranır. Buna informasiya sistemləri
xidmətinin idarə edilməsi və ya informasiya sistemləri
xidmətinin biznes-prosesi deyilir.
İnformasiya sistemlərinin xidmətləri proseslərinin etalon
modelləri mövcuddur. Bu modellər içərisində standart kimi
qəbul edilmiş model
ITIL (IT Infrastrukture Library -
İnformasiya Texnologiyaları infrastrukturu üzrə kitabxana)
ideyası təməli üzərində yaradılmış
ITSM (IT Service
Management – informasiya texnologiyaları servislərinin idarə
edilməsi) modelidir. Bu model
ITIL/ITSM adlanır. ITIL/ITSM
modelinin mərkəzi elementi servis səviyyələri üzrə bağlantı
(SLA-
Service Level Agreement) adlanır.
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ FƏALİYYƏTİNDƏ
İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSİ
İnformasiya sistemləri xidmətinin təşkili və idarə edilməsi
şərh edilərkən əvvəlcə təyin etmək lazımdır ki, bu xidmət nə
işlə məşğuldur? Təşkilatda onun rolu nədir? Təşkilata əlavə
dəyər verən informasiya sistemləri xidmətinin son məhsulu
nədən ibarətdir?
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 142 ____________________________
Qabaqcıl idarəetmə təcrübəsi təsdiq edir ki, təşkilatda
informasiya texnologiyalarının əsas rolu təşkilatın bölmələrinə
informasiya xidməti göstərməkdən ibarətdir. “İnformasiya
xidməti” olduqca geniş anlayış olduğundan, burada
“İnformasiya texnologiyalarının informasiya servisi” və ya
qısaca, “İnformasiya texnologiyaları servisi” anlayışından
istifadə etmək daha məqsədəuyğundur.
İnformasiya servisi
dedikdə, bir və ya bir-neçə biznes-proseslə və ya layihə ilə
təyin edilmiş rejimdə fəaliyyət göstərən informasiya prosesi
nəzərdə tutulur. Lakin heç də bütün informasiya prosesləri
informasiya texnologiyaları vasitələri ilə reallaşmır. Məsələn,
hüquqşünasın müəyyən hadisəyə uyğun qanun maddəsi
axtarıb tətbiq etməsi mahiyyətcə, informasiya servisi olsa da,
informasiya texnologiyaları servisi deyildir. Halbuki, məsələn,
1C proqramında balans tərtibi informasiya texnologiyaları
servisidir.
İnformasiya texnologiyaları servisinin bir-sıra xassələri
vardır ki, bunardan da bəziləri aşağıdakılardır:
•
Məzmun (və ya funksionallıq). Bu, həll edilən məsələni
və onun həlli üçün lazım olan vasitələri təyin edir;
•
Razılaşdırılmış xidmət vaxtı. Bu, informasiya sistemləri
xidmətinin həmin servisi dəstəklədiyi müddətdir. Bu
müddət ərzində informasiya sistemləri xidməti həmin
servisin kəsilmədən fəaliyyəti üçün məsuliyyət daşıyır.
Razılaşdırılmış xidmət vaxtı günün və ya həftənin hissə-
si ilə ölçülür. Məsələn, 24x7 göstərir ki, verilmiş servis
həftənin 7 günü 24 saat dəstəklənir. 8x5 isə həftənin 5
günü 8 saatlıq iş günləri ərzində dəstəklənməni
göstərir.
•
Əlçatanlıq. Servisin əlçatan olduğu razılaşdırılmış vaxt
hissəsidir və faizlə ölçülür. Məsələn, 8x5 razılaşdırılmış
Dostları ilə paylaş: |