MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 143 ____________________________
xidmət vaxtının 95% əlçatanlığı o deməkdir ki, servis
həftədə 2 saat boşdayanır. Çünki 40 saatlıq (8x5) iş
həftəsinin 5%-i 2 saatdır.
•
Etibarlılıq. Bu, servis təqdimatının imtina ehtimalıdır.
Etibarlılıq imtinanın aradan qaldırılması üzrə orta vaxtla,
daha doğrusu, iki əlçatan servis arasındakı imtina
müddətinin orta qiyməti ilə ölçülür. Bu halda imtina
momentindən bərpa momentinədək keçən vaxt nəzərə
alınmır. Məsələn, 8x5 xidmət vaxtında əlçatanlığın 95%
olduğunu nəzərə alıb, fərz etsək ki, həftə ərzində orta
hesabla servis 2 dəfə imtina edir, onda bu o deməkdir
ki, bu halda imtinanı aradan qaldırmaq üçün 19 saat
vaxt sərf edilir (40-2):2=19).
•
Məhsuldarlıq. Bu, verilmiş servisin vaxt vahidi ərzində
icra
edə
bildiyi
determinləşdirilmiş,
standart
əməliyyatlardır. İnformasiya sistemləri servisinin
məhsuldarlığını ölçməkdən ötrü sənədlərin daxil
edilməsi, hesabatların hazırlanması və s. kimi son
istifadəçi üçün əhəmiyyətli olan əməliyyatlardan istifadə
etmək lazımdır. Məhsuldarlıq vaxt vahidi ərzində icra
edilən əməliyyatların sayı ilə ölçülür (Məsələn, 1 saatda
20 qaimə daxil edilməsi).
•
Məxvilik. Bu, verilənlərə icazəsiz müraciət ehtimalıdır.
Bu göstəricinin ədədi qiyməti adətən hesablanmır (Bu,
xüsusi metodika ilə ölçülür. Məxvilik yüksək
təhlükəsizlik səviyyəsi ilə təmin edilir). Bunun əvəzinə,
servis təminatı göstərən informasiya sistemləri məxvilik
dərəcəsinə
görə
təsnifləşdirilir.
İnformasiya
sistemlərinin hansı sinfə aid olması xüsusi sertifikatla
təsdiq edilir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 144 ____________________________
•
Miqyas. Bu, servisin dəstəklənməsi işinin həcmini və
mürəkkəbliyini ifadə edir. Miqyasın vahid ölçüsü
yoxdur. Bunu işçi yerlərinin sayı ilə, uzaq məsafələrdəki
saytların sayı ilə, istifadə edilən proqram əlavələrinin
mürəkkəbliyi ilə və s. təyin etmək halları mövcuddur.
•
Servisə çəkilən xərclər. Bu, servisin dəstəklənməsinə
cəlb edilən bütün resursların və servis imtinaları ilə
bağlı itkilərin məcmu dəyəridir.
Beləliklə, informasiya sistemləri xidməti fəaliyyətinin son
məhsulu olan
informasiya texnologiyaları servisi dedikdə,
informasiya texnologiyalarına əsaslanan xidmət, informasiya
sistemləri xidməti fəaliyyəti və bu fəaliyyətin formallaşdırılması
nəzərdə tutulur.
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN İDARƏ
EDİLMƏSİNİN FUNKSIONAL SAHƏLƏRİ
Artıq qeyd edildiyi kimi, informasiya sistemləri
təşkilatdakı informasiya proseslərini dəstəkləmək üçündür.
Odur ki, informasiya sistemləri xidmətinin əsas vəzifəsi
təşkilatdakı informasiya proseslərini informasiya sistemləri
vasitələri ilə dəstəkləməkdən ibarətdir (Lakin təşkilatdakı
informasiya proseslərinin dəstəklənməsi yalnız informasiya
sistemləri və informasiya sistemləri xidməti ilə bitmir.
Təşkilatın bütün idarəedici işçi heyəti, menecment, maliyyə
uçotu xidməti, mühasibatlıq, hüquq xidməti və s. informasiya
proseslərinin iştirakçılarıdır. Buna görə də informasiya
proseslərinin informasiya sistemləri vasitələri ilə yanaşı, uçot,
hüquqi və digər dəstəklənmələrə də ehtiyacı vardır).
İnformasiya proseslərinin dəstəklənməsi razılaşdırılmış
parametrlərlə informasiya texnologiyaları servisi vasitəsilə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 145 ____________________________
həyata keçirilir. İnformasiya texnologiyaları servisini təşkilatın
idarə edilməsi prosesində istifadə edilən başqa servislərdən
məhz texnoloji baza, yəni informasiya texnologiyaları
fərqləndirir.
İnformasiya sistemləri xidməti fəaliyyətində 4 məsələ
sinfi və ya 4 funksional istiqamət ayrılır. Hər bir funksional
istiqamət də bir-neçə funksiyaya bölünür:
1.
Planlaşdırma və təşkiletmə. Bu istiqamət çərçivəsində
informasiya sistemləri sahəsində strategiyanın işlənib
hazırlanması, təşkilatın informasiya sistemlərinin inkişafının
əlaqələndirilməsi, informasiya sistemləri xidməti resurslarının
(büdcə, insan resursları, xarici xidmətlər və s) planlaşdırılması,
risklərin idarə edilməsi, keyfiyyətin idarə edilməsi məsələləri
həll edilir.
Bunlara uyğun olaraq, aşağıdakı funksiyalar ayrılır:
•
İnformasiya sistemləri xidməti üzrə strateji planın
tərtibi, həmin planın təşkilatın rəhbərliyi və digər
bölmələri ilə razılaşdırılması;
•
İnformasiya sistemləri xidməti üzrə cari istehsal
planlarının tərtibi;
•
İnformasiya sistemləri xidməti üzrə büdcənin tərtibi və
icrasına nəzarət edilməsi;
•
Təşkilatın informasiya sistemlərinin arxitekturasının,
informasiya sistemləri və informasiya texnologiyaları
sahələrində standartlar sisteminin işlənib hazırlanması;
•
Bütövlükdə təşkilatın və ayrı-ayrı informasiya
texnologiyaları servislərinin təhlükəsizliyi siyasətinin
müəyyən edilməsi;
•
İnformasiya texnologiyaları servisi və ya servisləri
qrupunun planlaşdırılması;
Dostları ilə paylaş: |