E L E K T R O N
B I Z N E S
olunur. 2001-ci ildə ABŞ-da AES (Rindael alqoritminə əsaslanan, açarın
uzunluğu 128, 192 və 256 bit olan) standart simmetrik şifrələmədən
istifadə edilir. Rusiya Federasiyasında DÜST 28 147-89 standartına
üstünlük verilir.
E L E K T R O N
B I Z N E S
Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi (elm aləmində əl- Kindi kimi
məşhurdur) ərəb fəlsəfəsiçisi, riyaziyyatçı, musiqi nəzəriyəçisi, astronom
kimi tanınır. İraqın Bəsrə şəhərində (bəzi məlumatlara görə Kufə
şəhərində) anadan olmuşdur. Mühəmməd İbn Musa əl-XorezmI
tərəfin-dən Bağdadda təşkil olunmuş "Müdriklər evi"n-də keçirilən
tədbirlərdə iştirak etmiş, orada elmi işlər ilə məşğul olmuşdur. Bağdada
rəhbərlik edən əl-Mamunun (813-833-cl illər) və əl- Mutasimln
(833-842-ci illər) əziz (istəkli) adamlarından biri olmuşdur. Sonrakı illərdə
(əlk-Mütavəkkilin rəhbərliyi dövründə) daim şəhərdən-şəhərə qovulmuş,
təqib olunmuş, daim axtarışda olmuşdur. əl-Kindi metafizika elmində
çoxlu sayda traktatların müəllifidir. Bununla yanaşı məntiq, etika,
riyaziyyat, kriptoqrafiya, astrologiya, təbabət, metrologiya, optika,
musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş, bu elm sahələrinə
dəyərli tövhələrini vermişdir. Alimi Qərbi Avropada Alkindus kimi
tanıyırlar.
əl-Kindi islam aləmində Aristotelin əsərlərinə müraciət edən ilk
alimdir. Aristotelin əsərlərindən qaynaqlanan alim peripatetizmin
(materializm ilə İdealizm arasında tərəddüd edən qədim yunan filosofu
Aristotelin nəzəriyyəsi) əsasını qoyur. Bu ərəfədə alim "Aristotel
əsərlərinin xülasəsi", "Beş mahiyyət haqqında", "Yaranmanın və məhv
olmanın əsas səbəbləri", "Əşyaların müəyyən edilməsi və təsvir edilməsi"
əsərlərini yazır.
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir ki, "qədim
(köhnə) heç bir zaman mövcud olmayan ola bilməz". Köhnənin var
olması heç bir şeydən asılı deyil, əgər onun məhv olması üçün bir səbəb
yoxdursa, o, məhv olmayacaq və dəyişməyəcək, çünki o cisim deyil. Alim
189
E L E K T R O N B İ Z N E S
kəmiyyətin keyfiyyətə keçməsində əvvəli olmayanları materiya
adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası və atributu olmayan
(fəlsəfədə substansiyanın ayrılmaz xüsusiyyəti, ayrılmaz cəhəti,
məsələn, hərəkət materiyanın atributudur), səbəbsiz, əsli olmayan,
vaxtından qabaq dəyişməyən, bütün bunları insan düşüncəsi anlaya
bilməz, bunlar tədqiqat obyekti ola bilməz, deməli fəlsəfə mövzusuda ola
bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini dərk edə bilir.
əl-Kindi "Hind cəbrinin tətbiqi", "Ədədlərin harmoniyası",
"Rəqəmlər baxımından vahidlik", "Bərabəryanlı çoxbucaqlılar", "Dairənin
iki nöqtəsini birləşdirən düz xəttin - xordanın təxmini hesablaması",
"İzoperimetrik məsələlər haqqında", "Sonsuz ədədlərin və paralel
xətlərin bölünməsi haqqında", "Kriptoqrafik məlumatların deşifrələnməsi
haqqında", "Kürə daxilində qurulanlar haqqında", "Kürənin müstəvi
üzərində layihələnməsi haqqında", "Günəş saatlarının qurulması",
"Yerdən Aya qədər olan məsafənin təyin edilməsi", "Səmada baş
verənlər haqqında", "Planetlərin hərəkəti" və s. bu kimi sanballı əsərlərin
müəllifidir.
əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə etmiş və
müsiqi səsləri arasında olan intervalın ədədlərlə bağlılığını göstərmişdir.
O, ilk dəfə olaraq Şərqdə, ərəb hərflərindən istigfadə etməklə müsiqini
nota almışdır. Alim bu sahədə bir neçə elmi əsər yazmışdır. Bunlara
"Melodiya və səs haqqında", "Melodiyanın tərtib edilmə təcrübəsi", "Ritm
haqqında", "Musiqinin əsas bölmələri", "Musiqi mövzusunun bir neçə səs
tərəfindən ardıcıl surətdə təkrar edilməsinin bölünməsi haqqında" və
digər əsərləri göstərmək
1 9 0
E L E K T R O N
B I Z N E S
olar.
əl-Kindi Pifaqor ideyalarına əsaslanan musiqi nəzəriyyəsindən
istifadə etməklə musiqi sənəti ilə makrokosmosda (kainatda, dünyada,
aləmdə) və mikrokosmosda (kiçik kəmiyyətlər aləmində, atomlar
aləmində) baş verən çoxlu sayda hadisələr arasında olan əlaqəni
göstərmişdir.
Alim musiqi aləti udun simlərinin sayını (Ud musiqi alətində dörd
sim vardır) su, torpaq, hava və od ilə, dünyanın dörd istiqaməti (şimal,
cənub, şərq və qərb) ilə, ilin dörd fəsli (yaz, yay, payız və qış) ilə,
bədəndəki mayenin (qan, soyuqqanlılıq, qara və sarı öd ifrazı) və
başqaları ilə bağlılığını elmi surtədə əsaslandırmışdır. Bununla yanaşı
musiqidə olan yeddi səsin (notun) Kainatda olan yeddi planetə, ud
alətindəki oniki elementi isə (dörd sim, dörd burağac (aşıq) və dörd
pərdə) 12 bürcə uyğunluğunu əsaslandırmışdır.
əl-Kindi "Şüalar haqqında", "Yandırıcı güzgülər haqqında",
"Səmanın mavi rəngdə olmasının səbəbi", "Qabarmanın və çəkilmənin
səbəbləri", "Qarın, ildırımın, dolunun, tufanın, göy gurultusunun səbəbləri
haqqında", "Yağış, leysan və külək haqqında", "Farmakologiya
(dərmanların bədənə təsirindən bəhs edən elm) haqqında", "Ətirli və
distilə edilənlərin kimyası haqqında" əsərlərin müəllifidir. Alim sonuncu
əsərində 100-dən çox ətirli yağların, balzamların, ətirli suların və qiymətli
dərmanların imitasiyasının reseptini vermişdir. Bunlarla yanaşı kitabda
ətirlərin yaradılmasının 107 üsulu və resepti verilmiş, bu məqsədlə
istifadə olunan çoxlu sayda avadanlıqların istifadə olunma qaydaları
göstərilmişdir. ____________________________________________
191
E L E K T R O N B İ Z N E S
Leon Battista Alberti (italyanca Leone Battlsta Alberti: 1404-1472);
italiyalı alim; humamnist, yazıçı, yeni avropa memariq üslubunun
təşəbbüskarlarından biri, intibah dövrü ilə bağlı mədəniyyətin aparıcı
nəzəriyyəçilərindən biridir. L.B.AIberti İlk olaraq istiqbal (gələcək) ilə
riyaziyyatın əsaslarının əlaqəsi nəzəriyyəsini şərh etmişdir. Bununla
yanaşı kriptoqrafiyanın inkişafı ilə bağlı 1466-cı ildə yazdığı "Rəqəmlər
haqqında traktat" əsərində məlumatların şlfrələnməsi üçün çox saylı
əlifbadan istifadəni göstərmişdir. L.B.AIbert İtaliyadan Qeniyaya
qovulmuş, tanınmış florensiyalı bir aiiədə anadan olmuşdur. Universiteti
bitirdikdən sonra kardinal Alberqatinin dəftərxanasında işləmiş, sonralar
isə ömrünün axırına kimi Romada yaşamışdır. Leon Albertin çoxsahəli
fəaliyyəti onu göstərir ki, alim İntibah dövründə hər bir sahə ilə
maraqlanan bir insan olmuşdur. Bunun nəticəsidir ki, o, incəsənət və
memarlıq, ədəbiyyat və arxitektura (memarlıq) sahələri ilə məşğul
192
E L E K T R O N B İ Z N E S
olmuş, bu sahələri dərindən araşdırmaqla bu sahələrə öz tövbələrini
vermişdir. Alim etika və pedaqogika problemləri ilə maraqlanmış,
riyaziyyat və krlptoqrafiya İlə məşğul olmuşdur. L.AIbertinin elmi
araşdırmalarında mərkəzi yerlərdən birini təbiətdə baş verən
qanunauyğunluqların harmoniyası tutur. Onun fiklrincə insan elmi İşlərlə
məşğul olduğu zaman öz fikirlərinə qapanmamalı, əldə etdiyi nəticələri
yaymalı və digərlərinində bu nəticələrdən müxtəlif sahələrdə İstifadə
etməsinə şərait yaratmalıdır. Görkəmli mütəfəkkir və İstedadlı yazıçı L.
Alberti kübar (aristokrat) və ortodoks (bir məsləkin sabit və ardıcıl
tərəfdarı olan şəxs) bir İnsan kimi bütün bunların əleyhinə çıxaraq
insanda elmi baxımdan baş verə biləcək hümanitar ardıcıllığı araşdırır və
onun insan həyatına necə təsir etməsi yollarını elmi əsaslarla təklif edir.
Onun fiklrincə yaratdığın sənə aiddir, amma sən istər dini baxımdan,
İstərsə də insanı baxımdan bütün yaratdıqlarını hamının malı etməlsən.
Alimin araşdırdığı və kitab şəkilində çap elətdirdiyi elmi işlər İndiki
zamanda da müəyyən sahələrdə istifadə olunur.
Klod Elvud Şannon 30 aprel 1916-cı ildə ABŞ-ın Miçiqan ştatında
anadan olmuşdur, 24 fevral 2001-ci ildə ABŞ-ın Massaçusets ştatındakı
Medford şəhərində dünyasını dəyişmişdir. K.E.Şennon amerikalı mühədls
və riyaziyyatçıdır.
Alim informasiya nəzəriyyəsinin yaradıcısıdır, o, ehtimal
nəzəriyyəsinə, avtomatlar nəzəriyyəsinə və idarəetmə sistemləri
nəzəriyyəsinə böyük tövhələr vermişdir. K.Şennon 1948-cl ildə
İnformasiyanın ölçülməsi üçün "bit" ölçü vahidindən İstifadəni təklif
etmişdir. 1932-ci ildə Miçiqan universitetinə daxil olduqdan sonra C.Bul ilə
elmi işlərin
193
E L E K T R O N B İ Z N E S
aparılmasında iştirak etmişdir. Universiteti bitirdikdən sonra görkəmli alim
Vannevar Buş ilə birgə elmi araşdırmalarda iştirak etmişdir. 1937-ci ildə
magistraturada oxuduğu zaman yazdığı "Rele və kommutatorların simvol
təhlili" adlı elmi məqaləsi 1938-ci ildə "Amerika mühəndisləri institutu"
jurnalında çap edildikdən sonra o, çap etdirdiyi elmi məqaləyə görə "Alfred
Nobel" mükafatına layiq görülür.
Alimin apardığı elmi araşdırmalar XX əsrin ən vacib elmi işləri
sayılır. K.E.Şennon 1940-cı ildə "Nəzəri genetika üçün cəbr" adlı doktorluq
dissertasiyasını müdafiə edir. 1950- 1956-cı illərdə alim məntiqi maşının
yaradılması ilə məşğul
1 9 4
E L E K T R O N
B I Z N E S
olur. Onun hazırladığı məntiq maşını şaxmat oynaya bilirdi. 1950-ci ildə
təqaütə çıxdıqdan sonra daim Bell laboratoriyası ilə elmi
məsləhətləşmələri həyata keçirir. Klod Elvud Şennon dövrünün ən
görkəmli alimlərindən biri sayılır. ______________________________
Pul dəyərinin fiziki daşıyıcılarının (sikkə, kupyura, fayi) təhlili göstərir
ki, bütün bunlar bir ümumi xassəyə malikdir. Belə ki, əwəla, dəyərin
ifadəçisi və ödəmə (tədiyə) vasitəsidir, ikincisi də, müəyyən müdafiə
dərəcəsi nümayiş etdirir.
Müxtəlif pul formalarının mövcudluğu istifadə və saxlama
münasibliyi ilə bağlıdır. Elektron nağd pulun istifadə və saxlama münasibliyi
kompüterdə müvafiq faylın idarə edilməsinin sadəliyi ilə təmin edilir. Bu
faylların qorunma dərəcəsi iqtisadi cəhətdən sərfəli olan texniki vasitələrdən
və krlptoqrafık metodlardan istifadə edilməsi ilə təmin edilir. Elektron
pulların müdafiəsini artırmaq üçün ənənəvi pulların bahalı qorunma
vasitələrindən fərqli olaraq məqsəd sistemində yeni proqram təminatı
qurmaq kifayətdir.
Elektron nağd pulların diskretlik dərəcəsi adi pul nişanlarına nisbətən
xeyli yüksəkdir. Belə ki, PayCash texnologiyası pul vahidini mində bir
qəpiyədək xırdalayır. Bu, mikro ödəmələr sistemindən istifadə edilməsinə
imkan yaradır. Buna görə də elektron pulda xırda qaytarmağa ehtiyac
qalmır.
Kredit kartla alqı-satqı edilərkən minimal ölçüdə komission haqq
tutulur. Bu adətən bir-neçə 10 sent təşkil edir. Buna görə də dəyəri 1
dollardan az olan malı kart sistemi vasitəsilə almaq sərfəli olmur.
Elektron ödəmələrin maya dəyəri son dərəcə aşağıdır. Tranzaksiya
icrası üçün cəmi 1 qəpik komission haqq tutulur.
1 9 5
E L E K T R O N
B I Z N E S
Odur ki, 1 dollaradək mlkroödənlşlərin icrası üçün İnternet daha sərfəlidir.
Beləliklə, elektron nağd pul - emitent-bank və ya elektron sertifikat
verə bilən digər təşkilat tərəfindən elektron hesablaşmalar aparmaq
məqsədi ilə təqdimatçıya verilən pul iltizamıdır.
Elektron nağd pullar kompüterin sərt yaddaşında (vinçesterdə)
saxlanan kifayət qədər çoxsaylı rəqəmlər ardıcıllığıdır. Bu ardıcıllıq şəbəkə
vasitəsilə alıcıdan satıcıya ötürülür. Satıcı elektron kupyuranın saxta
olub-olmadığını yoxlmaq üçün banka göndərə bilir. Bu, cəmi bir-neçə
saniyə çəkir.
Mal və xidmətə görə haqq ödənməsi aşağıdakı addımlardan
ibarətdir. Əvvəlcə bank tərəfindən kupyuranın avtorizasiyası yoxlanır.
Bundan sonra (yoxlama uğurlu olduqda) elektron kupyura təkrar istifadə
qadağan edilmiş kupyurlar reestrinə daxil edilir. Sonra elektron kupyuradan
müvafiq məbləğ satıcının hesabına köçürülür.
eCash sistemində Devid Çaumun təklif etdiyi şəkildə istifadə edilən
rəqəmsal sikkənin hansı malın haqqının ödənməsinə sərf edildiyini
yoxlamaq mümkün deyildir. Buna görə də bank bu imkandan nəzəri olaraq
öz xeyrinə istifadə edə bilər.
Elektron nağd pul ideyasının inkişafı sövdələşmə sənədlərində gün,
vaxt, ödəmənin təyinatı və məbləği kimi rekvizitlərin düşünülmüş sisteminə
əsaslanan elektron pul kisəsi konsepsiyasına keçidlə bağlıdır. Elektron nağd
pulla işləyən İstifadəçi adətən öz kompüterində "pul kisəsi" {Wallet)
proqramını qurur ki, bu da kupyur-faylları saxlamaq, bu faylları digər "pul
kisəsi"ndən almaq, kupyurların saxta olub-olmadığını
1 9 6
E L E K T R O N
B I Z N E S
yoxlamaq və kupyur-faylları digər "pul kisəsi"nə ötürmək kimi sadə
əməliyyatları yerinə-yetirə bilir.
"Pul kisəsl"nin konkret təşkili sistemdən asılıdır. Məsələn, PayCash
sistemində məcazi ödəmə kitabçalarından istifadə edilir. Hər bir ödəmə
kitabçası gerçək "pul kisəsi"nin bir bölməsinə müvafiq olaraq müxtəlif
elektron valyutalarda olan nağd pulları saxlayır.
"Pul kisəsi" emitent-bankda ixtiyari sayda sərbəst hesab aşmağa
imkan verir. Açılan momentdə hesablar boş olur. Bunlara real pullar daxil
edildikdən sonra müştəri "Pul kisəsi" proqram təminatının köməyi ilə
müəyyən məbləği ödəmə kitabçalarından birinə elektron nağd pul şəklində
köçürə bilir. Ödəmə İcra edilərkən alıcını "pul kisəsi" satıcının "pul kisəsi" ilə
əlaqələndirilir və ödəniş məbləği bir kisədən digərinə köçürülür. Satıcının
kisəsi bu məbləği banka ötürür. Bank tranzaksiyanın düzgünlüyünü yoxlayır
və ödəniş məbləğini alıcının hesabından çıxıb satıcının hesabına əlavə edir.
Sonra bank satıcının kisəsinə ödənişin təsdiqini göndərir.
Funksional baxımdan, elektron ödəmə sistemi alqı-satqı prosesinə
ənənəvi ictimai zamin duran bank, dövlət strukturları və notariat kontorları
kimi təşkilatların rolunu xeyli azaldır. Lakin burada da yenə maliyyə
zəmanəti emltent-bankın öhdəsində qalır.
ÖDƏMƏ SİSTEMLƏRİNİN MİKROPROSESSORLU
KARTLARDA QURULMASI PRİNSİPLƏRİ
Mikroprosessorlu kartlarada qurulmuş ödəmə sistemlərinin təqribən
20 illik təcrübəsi göstərmişdir ki, bu
1 9 7
E L E K T R O N
B I Z N E S
sahədə ciddi novator ideyaları texnoloji həllərə keçərək yeni qaydalar və
standartlar yaratmışdır.
İndi karta aparat və proqram təminatlarının, həmçinin texnoloji
prosedurlar və onların tətbiqinin ayrılmaz məcmusu kimi baxılır.
Ödəmə
sistemlərinin
yaradılması
üçün
istifadə
edilən
mikroprosessorlu kartlar aşağıdakı xassələrə malik olmalıdır:
•
Beynəlxalq standartlara və mövcud ödəmə sistemlərinin
tələblərinə cavab verməlidir;
•
Çoxfunksiona! olmalıdır, yəni bir fiziki daşıyıcıda mümkün qədər
çoxsaylı funksiyalar (həm ənəvi ödəmə funksiyaları, həm də
qeyri-bank funksiyaları) dəstəklənməlidir;
•
Bütün əməliyyatların yüksək səviyyədə təhlükəsiz icrası təmin
olunmalıdır, potensial hücumlar nəzarətə götürülməli və
diaqnostikası keçirilməlidir;
•
Ümumi təyinatlı kommunikasiya şəbəkələrində işi dəstəkləyən
vasitələrə malik olmalıdır;
•
Kartda proqram əlavələrinin çevik və münasib idarəetmə
vasitələrinin yaradılması hesabına geniş müştəri servisləri yığımının
reallaşdırılması;
•
Elektron biznes sistemlərində və mobil ticarət şəbəkələrində tətbiq
oluna bilən olmalıdır;
•Avadanlıq cəhətdən interoperabe! olmalı, yəni aparat komponentləri
istehsalçılardan və malgöndərənlərdən asılı olmamalıdır.
Bu tələblərin yerinə-yetirilməsi ödəmə sistemlərini kommersiya
baxımından cazibədar, iqtisadi cəhətdən isə səmərəli edir.
E L E K T R O N
B I Z N E S
ƏDƏBIYYAT
1.
Балабанов И.Т Электронная коммерция. СПб: Питер,
2001
.
2.
Козье Д. Электронная коммерция: Пер. с англ. М.: Русская
редакция, 1999.
3.
Минс Г., Шнайдер Д. Метакапитализм и революция в
электронном бизнесе: Какими будут компании и рынки в XXI веке. М.:
Альпина-Паблишер, 2001.
4.
Просихин В.П. Безопасность электронных платежей в сети
Интернет. СПб. Гос. ун-т телекоммуникаций им. М.А.Бонч-Буревича,
2000.
5.
Смирнов С.Н. Электронный бизнес. М.: ДМК Пресс: Компания
АйТи, 2003.
6.
Соколова А.Н., Геращенко Н.И. Электронная коммерция: мировой
и российский опыт. М.: Открытые системы, 2000.
7.
Успенский И. Энциклопедия интернет - бизнеса. СПб: Питер,
2001.
8.
Триливен Ф. Открой свой электронный бизнес: 10 золотых
правил начинающего бизнесмена в сфере высоких технологий. М.:
ФАИР-ПРЕСС, 2002.
9.
Успенский И. Энциклопедия Интернет - бизнеса. СПб: Питер,
2001.
10.
Эймор Д. Электронный бизнес. Эволюция и/или революция. М.:
Вильямс, 2001.
1 9 9
E L E K T R O N B İ Z N E S
11.
Кони Гульельмо. Марк Андриссен и Бен Хоровиц — венчурные
хулиганы с миллиардами.
12.
Маге Andreessen (American software engineer) (англ.). Encyciopedia
Britannica.
13.
Chris Anderson. The Man Who Makes the Future: Wired Icon Marc
Andreessen (англ.). Wired.
14.
Mark Andreessen (англ.). Internet Haii of Fame.
Çapa imzalanmışdır: 23.02.2016.
Kağız formatı: 60x84 1/16.
Şərti çap vərəqi: 12,5.
Tirajı: 500.
“UniCild”MMC-nin mətbəəsində çap olunmuşdur.
Ünvan: Bakı ş, Mətbuat pr.18/7. 539-cu məhəllə.
Mob: (+99455) 640-00-94.
E-mail:
mb.valeh@gmail.com
.
200
Dostları ilə paylaş: |