Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

E L E K T R O N
  B I Z N E S
 
olunur. 2001-ci ildə ABŞ-da AES (Rindael alqoritminə əsaslanan, açarın 
uzunluğu 128, 192 və 256 bit olan) standart simmetrik şifrələmədən 
istifadə  edilir.  Rusiya  Federasiyasında  DÜST  28  147-89  standartına 
üstünlük verilir. 
 


E L E K T R O N
  B I Z N E S
 
Əbu Yusif Yaqub ibn İshaq əl-Kindi (elm aləmində əl- Kindi kimi 
məşhurdur) ərəb fəlsəfəsiçisi, riyaziyyatçı, musiqi nəzəriyəçisi, astronom 
kimi  tanınır.  İraqın  Bəsrə  şəhərində  (bəzi  məlumatlara  görə  Kufə 
şəhərində)  anadan  olmuşdur.  Mühəmməd  İbn  Musa  əl-XorezmI 
tərəfin-dən  Bağdadda  təşkil  olunmuş  "Müdriklər  evi"n-də  keçirilən 
tədbirlərdə iştirak etmiş, orada elmi işlər ilə məşğul olmuşdur. Bağdada 
rəhbərlik  edən  əl-Mamunun  (813-833-cl  illər)  və  əl-  Mutasimln 
(833-842-ci illər) əziz (istəkli) adamlarından biri olmuşdur. Sonrakı illərdə 
(əlk-Mütavəkkilin rəhbərliyi dövründə) daim şəhərdən-şəhərə qovulmuş, 
təqib  olunmuş,  daim  axtarışda  olmuşdur.  əl-Kindi  metafizika  elmində 
çoxlu  sayda  traktatların  müəllifidir.  Bununla  yanaşı  məntiq,  etika, 
riyaziyyat,  kriptoqrafiya,  astrologiya,  təbabət,  metrologiya,  optika, 
musiqi kimi elm sahələri ilə dərindən məşğul olmuş, bu elm sahələrinə 
dəyərli  tövhələrini  vermişdir.  Alimi  Qərbi  Avropada  Alkindus  kimi 
tanıyırlar. 
əl-Kindi  islam  aləmində  Aristotelin  əsərlərinə  müraciət  edən  ilk 
alimdir.  Aristotelin  əsərlərindən  qaynaqlanan  alim  peripatetizmin 
(materializm ilə İdealizm arasında tərəddüd edən qədim yunan filosofu 
Aristotelin  nəzəriyyəsi)  əsasını  qoyur.  Bu  ərəfədə  alim  "Aristotel 
əsərlərinin xülasəsi", "Beş mahiyyət haqqında", "Yaranmanın və məhv 
olmanın əsas səbəbləri", "Əşyaların müəyyən edilməsi və təsvir edilməsi" 
əsərlərini yazır. 
Aristotelin əsərlərini təhlil edən alim belə nəticəyə gəlir ki, "qədim 
(köhnə)  heç  bir  zaman  mövcud  olmayan  ola  bilməz".  Köhnənin  var 
olması heç bir şeydən asılı deyil, əgər onun məhv olması üçün bir səbəb 
yoxdursa, o, məhv olmayacaq və dəyişməyəcək, çünki o cisim deyil. Alim 
189 


E L E K T R O N   B İ Z N E S  
kəmiyyətin  keyfiyyətə  keçməsində  əvvəli  olmayanları  materiya 
adlandırır. Bununla yanaşı alim qeyd edir ki, əsası və atributu olmayan 
(fəlsəfədə  substansiyanın  ayrılmaz  xüsusiyyəti,  ayrılmaz  cəhəti, 
məsələn,  hərəkət  materiyanın  atributudur),  səbəbsiz,  əsli  olmayan, 
vaxtından  qabaq  dəyişməyən,  bütün  bunları  insan  düşüncəsi  anlaya 
bilməz, bunlar tədqiqat obyekti ola bilməz, deməli fəlsəfə mövzusuda ola 
bilməz, çünki fəlsəfə ancaq olanların təbiətini dərk edə bilir. 
əl-Kindi  "Hind  cəbrinin  tətbiqi",  "Ədədlərin  harmoniyası", 
"Rəqəmlər baxımından vahidlik", "Bərabəryanlı çoxbucaqlılar", "Dairənin 
iki  nöqtəsini  birləşdirən  düz  xəttin  -  xordanın  təxmini  hesablaması", 
"İzoperimetrik  məsələlər  haqqında",  "Sonsuz  ədədlərin  və  paralel 
xətlərin bölünməsi haqqında", "Kriptoqrafik məlumatların deşifrələnməsi 
haqqında",  "Kürə  daxilində  qurulanlar  haqqında",  "Kürənin  müstəvi 
üzərində  layihələnməsi  haqqında",  "Günəş  saatlarının  qurulması", 
"Yerdən  Aya  qədər  olan  məsafənin  təyin  edilməsi",  "Səmada  baş 
verənlər haqqında", "Planetlərin hərəkəti" və s. bu kimi sanballı əsərlərin 
müəllifidir. 
əl-Kindi harmoniya haqqında qədim əlyazmanı tərcümə etmiş və 
müsiqi səsləri arasında olan intervalın ədədlərlə bağlılığını göstərmişdir. 
O, ilk dəfə olaraq Şərqdə, ərəb hərflərindən istigfadə etməklə müsiqini 
nota  almışdır.  Alim  bu  sahədə  bir  neçə  elmi  əsər  yazmışdır.  Bunlara 
"Melodiya və səs haqqında", "Melodiyanın tərtib edilmə təcrübəsi", "Ritm 
haqqında", "Musiqinin əsas bölmələri", "Musiqi mövzusunun bir neçə səs 
tərəfindən  ardıcıl  surətdə  təkrar  edilməsinin  bölünməsi  haqqında"  və 
digər əsərləri göstərmək 
1 9 0  


E L E K T R O N
  B I Z N E S
 
olar. 
əl-Kindi  Pifaqor  ideyalarına  əsaslanan  musiqi  nəzəriyyəsindən 
istifadə etməklə musiqi sənəti ilə makrokosmosda (kainatda, dünyada, 
aləmdə)  və  mikrokosmosda  (kiçik  kəmiyyətlər  aləmində,  atomlar 
aləmində)  baş  verən  çoxlu  sayda  hadisələr  arasında  olan  əlaqəni 
göstərmişdir. 
Alim musiqi aləti udun simlərinin sayını (Ud musiqi alətində dörd 
sim vardır) su, torpaq, hava və od ilə, dünyanın dörd istiqaməti (şimal, 
cənub,  şərq  və  qərb)  ilə,  ilin  dörd  fəsli  (yaz,  yay,  payız  və  qış)  ilə, 
bədəndəki  mayenin  (qan,  soyuqqanlılıq,  qara  və  sarı  öd  ifrazı)  və 
başqaları  ilə  bağlılığını  elmi  surtədə  əsaslandırmışdır.  Bununla  yanaşı 
musiqidə  olan  yeddi  səsin  (notun)  Kainatda  olan  yeddi  planetə,  ud 
alətindəki  oniki  elementi  isə  (dörd  sim,  dörd  burağac  (aşıq)  və  dörd 
pərdə) 12 bürcə uyğunluğunu əsaslandırmışdır. 
əl-Kindi  "Şüalar  haqqında",  "Yandırıcı  güzgülər  haqqında", 
"Səmanın mavi rəngdə olmasının səbəbi", "Qabarmanın və çəkilmənin 
səbəbləri", "Qarın, ildırımın, dolunun, tufanın, göy gurultusunun səbəbləri 
haqqında",  "Yağış,  leysan  və  külək  haqqında",  "Farmakologiya 
(dərmanların  bədənə  təsirindən  bəhs  edən  elm)  haqqında",  "Ətirli  və 
distilə edilənlərin kimyası haqqında" əsərlərin müəllifidir. Alim sonuncu 
əsərində 100-dən çox ətirli yağların, balzamların, ətirli suların və qiymətli 
dərmanların imitasiyasının  reseptini  vermişdir.  Bunlarla  yanaşı  kitabda 
ətirlərin  yaradılmasının  107  üsulu  və  resepti  verilmiş,  bu  məqsədlə 
istifadə  olunan  çoxlu  sayda  avadanlıqların  istifadə  olunma  qaydaları 
göstərilmişdir. ____________________________________________  
191 


E L E K T R O N   B İ Z N E S  
 
Leon Battista Alberti (italyanca Leone Battlsta Alberti: 1404-1472); 
italiyalı  alim;  humamnist,  yazıçı,  yeni  avropa  memariq  üslubunun 
təşəbbüskarlarından  biri,  intibah  dövrü  ilə  bağlı  mədəniyyətin  aparıcı 
nəzəriyyəçilərindən  biridir.  L.B.AIberti  İlk  olaraq  istiqbal  (gələcək)  ilə 
riyaziyyatın  əsaslarının  əlaqəsi  nəzəriyyəsini  şərh  etmişdir.  Bununla 
yanaşı  kriptoqrafiyanın  inkişafı  ilə  bağlı  1466-cı  ildə  yazdığı  "Rəqəmlər 
haqqında  traktat"  əsərində  məlumatların  şlfrələnməsi  üçün  çox  saylı 
əlifbadan  istifadəni  göstərmişdir.  L.B.AIbert  İtaliyadan  Qeniyaya 
qovulmuş, tanınmış florensiyalı bir aiiədə anadan olmuşdur. Universiteti 
bitirdikdən sonra kardinal Alberqatinin dəftərxanasında işləmiş, sonralar 
isə  ömrünün  axırına  kimi  Romada  yaşamışdır.  Leon  Albertin  çoxsahəli 
fəaliyyəti  onu  göstərir  ki,  alim  İntibah  dövründə  hər  bir  sahə  ilə 
maraqlanan  bir  insan  olmuşdur.  Bunun  nəticəsidir  ki,  o,  incəsənət  və 
memarlıq, ədəbiyyat və arxitektura (memarlıq) sahələri ilə məşğul 
192 


E L E K T R O N   B İ Z N E S  
olmuş,  bu  sahələri  dərindən  araşdırmaqla  bu  sahələrə  öz  tövbələrini 
vermişdir.  Alim  etika  və  pedaqogika  problemləri  ilə  maraqlanmış, 
riyaziyyat  və  krlptoqrafiya  İlə  məşğul  olmuşdur.  L.AIbertinin  elmi 
araşdırmalarında  mərkəzi  yerlərdən  birini  təbiətdə  baş  verən 
qanunauyğunluqların harmoniyası tutur. Onun fiklrincə insan elmi İşlərlə 
məşğul olduğu zaman öz fikirlərinə qapanmamalı, əldə etdiyi nəticələri 
yaymalı  və  digərlərinində  bu  nəticələrdən  müxtəlif  sahələrdə  İstifadə 
etməsinə şərait yaratmalıdır. Görkəmli mütəfəkkir və İstedadlı yazıçı L. 
Alberti  kübar  (aristokrat)  və  ortodoks  (bir  məsləkin  sabit  və  ardıcıl 
tərəfdarı  olan  şəxs)  bir  İnsan  kimi  bütün  bunların  əleyhinə  çıxaraq 
insanda elmi baxımdan baş verə biləcək hümanitar ardıcıllığı araşdırır və 
onun insan həyatına necə təsir etməsi yollarını elmi əsaslarla təklif edir. 
Onun  fiklrincə  yaratdığın  sənə  aiddir,  amma  sən  istər  dini  baxımdan, 
İstərsə də insanı baxımdan bütün yaratdıqlarını hamının malı etməlsən. 
Alimin  araşdırdığı  və  kitab  şəkilində  çap  elətdirdiyi  elmi  işlər  İndiki 
zamanda da müəyyən sahələrdə istifadə olunur. 
Klod Elvud Şannon 30 aprel 1916-cı ildə ABŞ-ın Miçiqan ştatında 
anadan olmuşdur, 24 fevral 2001-ci ildə ABŞ-ın Massaçusets ştatındakı 
Medford şəhərində dünyasını dəyişmişdir. K.E.Şennon amerikalı mühədls 
və riyaziyyatçıdır. 
Alim  informasiya  nəzəriyyəsinin  yaradıcısıdır,  o,  ehtimal 
nəzəriyyəsinə,  avtomatlar  nəzəriyyəsinə  və  idarəetmə  sistemləri 
nəzəriyyəsinə  böyük  tövhələr  vermişdir.  K.Şennon  1948-cl  ildə 
İnformasiyanın  ölçülməsi  üçün  "bit"  ölçü  vahidindən  İstifadəni  təklif 
etmişdir. 1932-ci ildə Miçiqan universitetinə daxil olduqdan sonra C.Bul ilə 
elmi işlərin 
193 


E L E K T R O N   B İ Z N E S  
aparılmasında iştirak etmişdir. Universiteti bitirdikdən sonra görkəmli alim 
Vannevar Buş ilə birgə elmi araşdırmalarda iştirak etmişdir. 1937-ci ildə 
magistraturada oxuduğu zaman yazdığı "Rele və kommutatorların simvol 
təhlili" adlı elmi məqaləsi 1938-ci ildə "Amerika mühəndisləri institutu" 
jurnalında çap edildikdən sonra o, çap etdirdiyi elmi məqaləyə görə "Alfred 
Nobel" mükafatına layiq görülür. 
 
Alimin  apardığı  elmi  araşdırmalar  XX  əsrin  ən  vacib  elmi  işləri 
sayılır. K.E.Şennon 1940-cı ildə "Nəzəri genetika üçün cəbr" adlı doktorluq 
dissertasiyasını müdafiə edir. 1950- 1956-cı illərdə alim məntiqi maşının 
yaradılması ilə məşğul 
1 9 4  


E L E K T R O N
  B I Z N E S
 
olur. Onun hazırladığı məntiq maşını şaxmat oynaya bilirdi. 1950-ci ildə 
təqaütə  çıxdıqdan  sonra  daim  Bell  laboratoriyası  ilə  elmi 
məsləhətləşmələri  həyata  keçirir.  Klod  Elvud  Şennon  dövrünün  ən 
görkəmli alimlərindən biri sayılır. ______________________________  
Pul dəyərinin fiziki daşıyıcılarının (sikkə, kupyura, fayi) təhlili göstərir 
ki,  bütün  bunlar  bir  ümumi  xassəyə  malikdir.  Belə  ki,  əwəla,  dəyərin 
ifadəçisi  və  ödəmə  (tədiyə)  vasitəsidir,  ikincisi  də,  müəyyən  müdafiə 
dərəcəsi nümayiş etdirir. 
Müxtəlif  pul  formalarının  mövcudluğu  istifadə  və  saxlama 
münasibliyi ilə bağlıdır. Elektron nağd pulun istifadə və saxlama münasibliyi 
kompüterdə  müvafiq  faylın  idarə  edilməsinin  sadəliyi  ilə  təmin  edilir.  Bu 
faylların qorunma dərəcəsi iqtisadi cəhətdən sərfəli olan texniki vasitələrdən 
və  krlptoqrafık  metodlardan  istifadə  edilməsi  ilə  təmin  edilir.  Elektron 
pulların  müdafiəsini  artırmaq  üçün  ənənəvi  pulların  bahalı  qorunma 
vasitələrindən  fərqli  olaraq  məqsəd  sistemində  yeni  proqram  təminatı 
qurmaq kifayətdir. 
Elektron nağd pulların diskretlik dərəcəsi adi pul nişanlarına nisbətən 
xeyli  yüksəkdir.  Belə  ki,  PayCash  texnologiyası  pul  vahidini  mində  bir 
qəpiyədək xırdalayır. Bu, mikro ödəmələr sistemindən istifadə edilməsinə 
imkan  yaradır.  Buna  görə  də  elektron  pulda  xırda  qaytarmağa  ehtiyac 
qalmır. 
Kredit  kartla  alqı-satqı  edilərkən  minimal  ölçüdə  komission  haqq 
tutulur.  Bu  adətən  bir-neçə  10  sent  təşkil  edir.  Buna  görə  də  dəyəri  1 
dollardan az olan malı kart sistemi vasitəsilə almaq sərfəli olmur. 
Elektron ödəmələrin maya dəyəri son dərəcə aşağıdır. Tranzaksiya 
icrası üçün cəmi 1 qəpik komission haqq tutulur. 
1 9 5  


E L E K T R O N
  B I Z N E S
 
Odur ki, 1 dollaradək mlkroödənlşlərin icrası üçün İnternet daha sərfəlidir. 
Beləliklə, elektron nağd pul - emitent-bank və ya elektron sertifikat 
verə  bilən  digər  təşkilat  tərəfindən  elektron  hesablaşmalar  aparmaq 
məqsədi ilə təqdimatçıya verilən pul iltizamıdır. 
Elektron  nağd  pullar  kompüterin  sərt  yaddaşında  (vinçesterdə) 
saxlanan kifayət qədər çoxsaylı rəqəmlər ardıcıllığıdır. Bu ardıcıllıq şəbəkə 
vasitəsilə  alıcıdan  satıcıya  ötürülür.  Satıcı  elektron  kupyuranın  saxta 
olub-olmadığını  yoxlmaq  üçün  banka  göndərə  bilir.  Bu,  cəmi  bir-neçə 
saniyə çəkir. 
Mal  və  xidmətə  görə  haqq  ödənməsi  aşağıdakı  addımlardan 
ibarətdir.  Əvvəlcə  bank  tərəfindən  kupyuranın  avtorizasiyası  yoxlanır. 
Bundan sonra (yoxlama uğurlu olduqda) elektron kupyura təkrar istifadə 
qadağan edilmiş kupyurlar reestrinə daxil edilir. Sonra elektron kupyuradan 
müvafiq məbləğ satıcının hesabına köçürülür. 
eCash sistemində Devid Çaumun təklif etdiyi şəkildə istifadə edilən 
rəqəmsal  sikkənin  hansı  malın  haqqının  ödənməsinə  sərf  edildiyini 
yoxlamaq mümkün deyildir. Buna görə də bank bu imkandan nəzəri olaraq 
öz xeyrinə istifadə edə bilər. 
Elektron nağd pul ideyasının inkişafı sövdələşmə sənədlərində gün, 
vaxt, ödəmənin təyinatı və məbləği kimi rekvizitlərin düşünülmüş sisteminə 
əsaslanan elektron pul kisəsi konsepsiyasına keçidlə bağlıdır. Elektron nağd 
pulla  işləyən  İstifadəçi  adətən  öz  kompüterində  "pul  kisəsi"  {Wallet) 
proqramını qurur ki, bu da kupyur-faylları saxlamaq, bu faylları digər "pul 
kisəsi"ndən almaq, kupyurların saxta olub-olmadığını 
1 9 6  


E L E K T R O N
  B I Z N E S
 
yoxlamaq  və  kupyur-faylları  digər  "pul  kisəsi"nə  ötürmək  kimi  sadə 
əməliyyatları yerinə-yetirə bilir. 
"Pul  kisəsl"nin  konkret  təşkili  sistemdən  asılıdır.  Məsələn,  PayCash 
sistemində  məcazi  ödəmə  kitabçalarından  istifadə  edilir.  Hər  bir  ödəmə 
kitabçası  gerçək  "pul  kisəsi"nin  bir  bölməsinə  müvafiq  olaraq  müxtəlif 
elektron valyutalarda olan nağd pulları saxlayır. 
"Pul  kisəsi"  emitent-bankda  ixtiyari  sayda  sərbəst  hesab  aşmağa 
imkan verir. Açılan momentdə hesablar boş olur. Bunlara real pullar daxil 
edildikdən  sonra  müştəri  "Pul  kisəsi"  proqram  təminatının  köməyi  ilə 
müəyyən məbləği ödəmə kitabçalarından birinə elektron nağd pul şəklində 
köçürə bilir. Ödəmə İcra edilərkən alıcını "pul kisəsi" satıcının "pul kisəsi" ilə 
əlaqələndirilir və ödəniş məbləği bir kisədən digərinə köçürülür. Satıcının 
kisəsi bu məbləği banka ötürür. Bank tranzaksiyanın düzgünlüyünü yoxlayır 
və ödəniş məbləğini alıcının hesabından çıxıb satıcının hesabına əlavə edir. 
Sonra bank satıcının kisəsinə ödənişin təsdiqini göndərir. 
Funksional baxımdan, elektron ödəmə sistemi alqı-satqı prosesinə 
ənənəvi ictimai zamin duran bank, dövlət strukturları və notariat kontorları 
kimi  təşkilatların  rolunu  xeyli  azaldır.  Lakin  burada  da  yenə  maliyyə 
zəmanəti emltent-bankın öhdəsində qalır. 
ÖDƏMƏ SİSTEMLƏRİNİN MİKROPROSESSORLU 
KARTLARDA QURULMASI PRİNSİPLƏRİ 
Mikroprosessorlu kartlarada qurulmuş ödəmə sistemlərinin təqribən 
20 illik təcrübəsi göstərmişdir ki, bu 
1 9 7  


E L E K T R O N
  B I Z N E S
 
sahədə ciddi novator ideyaları texnoloji həllərə keçərək yeni qaydalar və 
standartlar yaratmışdır. 
İndi  karta  aparat  və  proqram  təminatlarının,  həmçinin  texnoloji 
prosedurlar və onların tətbiqinin ayrılmaz məcmusu kimi baxılır. 
Ödəmə 
sistemlərinin 
yaradılması 
üçün 
istifadə 
edilən 
mikroprosessorlu kartlar aşağıdakı xassələrə malik olmalıdır: 

 
Beynəlxalq  standartlara  və  mövcud  ödəmə  sistemlərinin 
tələblərinə cavab verməlidir; 

 
Çoxfunksiona!  olmalıdır,  yəni  bir  fiziki  daşıyıcıda  mümkün  qədər 
çoxsaylı  funksiyalar  (həm  ənəvi  ödəmə  funksiyaları,  həm  də 
qeyri-bank funksiyaları) dəstəklənməlidir; 

 
Bütün  əməliyyatların  yüksək  səviyyədə  təhlükəsiz  icrası  təmin 
olunmalıdır,  potensial  hücumlar  nəzarətə  götürülməli  və 
diaqnostikası keçirilməlidir; 

 
Ümumi  təyinatlı  kommunikasiya  şəbəkələrində  işi  dəstəkləyən 
vasitələrə malik olmalıdır; 

 
Kartda  proqram  əlavələrinin  çevik  və  münasib  idarəetmə 
vasitələrinin yaradılması hesabına geniş müştəri servisləri yığımının 
reallaşdırılması; 

 
Elektron biznes sistemlərində və mobil ticarət şəbəkələrində tətbiq 
oluna bilən olmalıdır; 
•Avadanlıq cəhətdən interoperabe! olmalı, yəni aparat komponentləri 
istehsalçılardan və malgöndərənlərdən asılı olmamalıdır. 
Bu  tələblərin  yerinə-yetirilməsi  ödəmə  sistemlərini  kommersiya 
baxımından cazibədar, iqtisadi cəhətdən isə səmərəli edir. 
 


E L E K T R O N
  B I Z N E S
 
ƏDƏBIYYAT
 
1.
 
Балабанов И.Т Электронная коммерция. СПб: Питер, 
2001
.
 
2.
 
Козье  Д.  Электронная  коммерция:  Пер.  с  англ.  М.:  Русская 
редакция, 1999. 
3.
 
Минс  Г.,  Шнайдер  Д.  Метакапитализм  и  революция  в 
электронном бизнесе: Какими будут компании и рынки в XXI веке. М.: 
Альпина-Паблишер, 2001. 
4.
 
Просихин  В.П.  Безопасность  электронных  платежей  в  сети 
Интернет.  СПб.  Гос.  ун-т  телекоммуникаций  им.  М.А.Бонч-Буревича, 
2000. 
5.
 
Смирнов С.Н.  Электронный  бизнес.  М.:  ДМК  Пресс:  Компания 
АйТи, 2003. 
6.
 
Соколова А.Н., Геращенко Н.И. Электронная коммерция: мировой 
и российский опыт. М.: Открытые системы, 2000. 
7.
 
Успенский  И.  Энциклопедия  интернет  -  бизнеса.  СПб:  Питер, 
2001. 
8.
 
Триливен  Ф.  Открой  свой  электронный  бизнес:  10  золотых 
правил  начинающего  бизнесмена  в  сфере  высоких  технологий.  М.: 
ФАИР-ПРЕСС, 2002. 
9.
 
Успенский  И.  Энциклопедия  Интернет  -  бизнеса.  СПб:  Питер, 
2001. 
10.
 
Эймор Д. Электронный бизнес. Эволюция и/или революция. М.: 
Вильямс, 2001. 
1 9 9  


 
E L E K T R O N   B İ Z N E S  
11.
 
Кони Гульельмо. Марк Андриссен и Бен Хоровиц — венчурные 
хулиганы с миллиардами. 
12.
 
Маге Andreessen (American software engineer) (англ.). Encyciopedia 
Britannica. 
13.
 
Chris Anderson. The Man Who Makes the Future: Wired Icon Marc 
Andreessen (англ.). Wired. 
14.
 
Mark Andreessen (англ.). Internet Haii of Fame. 
Çapa imzalanmışdır: 23.02.2016. 
Kağız formatı: 60x84 1/16. 
Şərti çap vərəqi: 12,5. 
Tirajı: 500. 
“UniCild”MMC-nin mətbəəsində çap olunmuşdur. 
Ünvan: Bakı ş, Mətbuat pr.18/7. 539-cu məhəllə. 
Mob: (+99455) 640-00-94. 
E-mail: 
mb.valeh@gmail.com

200 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə