Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

E L E K T R O N   B İ Z N E S  
ELEKTRON BİZNESİN ƏSAS ANLAYIŞLARI 
Artıq qeyd edildiyi kimi, cəmiyyətin inkişafı prosesi yeni mühitin - 
informasiya fəzasının və ya kiberfəzanın yaranmasına gətirib çıxarmışdır. 
İnformasiya  fəzası,  digər  obyektiv  hadisələr  kimi,  onun  yaradılmasında 
iştirak  edən  insanların  düşüncəsindən,  arzusundan  və  İradəsindən  asılı 
olmayaraq sərbəst surətdə mövcuddur. Kiberfəza öz qanunları İlə inkişaf 
edir,  bəşəriyyətin  həyatını  dəyişdirir,  bəşəri  mövcudluğun  yeni  amilinə 
çevrilir, virtual gerçəklik yaradır. 
İnformasiya  fəzasında  çox  şey  adi  şeylərə  çox  bənzəsə  də,  köklü 
mahiyyət  ferqi  vardır.  İnformasiya  fəzasının  meydana  çıxması  -  bəşəri 
təkamülün növbəti həlqəsi, inkişafın yeni səviyyəsinə keçiddir. Cəmiyyətin 
yeni vəziyyəti 
insan 
cəmiyyətinin 
özünün  törətdiyi texnologiyalardakı 
qlobal 
dəyişikliklərlə şərtlənmişdir. Texnologiyaların təkmilləşdirilməsi cəmiyyətin 
özünün  transformasiyasına  gətirib  çıxarmışdır.  Baş  verən  dəyişikliklər 
insanın iqtisadi fealiyyətlnin təməl strukturlarına, 
iqtisadi uğurları 
müəyyən edən proseslərə 
toxunmuş, konkret fərdin cəmiyyət üzvləri ilə qarşılıqlı fəaliyyətində rolunu 
və yerini təyin etmişdir. 
Ənənəvi 
olaraq  belə hesab edilmişdir ki, 
daxili 
səmərəliliyin müəyyən səviyyəsinə çatmadan ixtiyari biznesin uğurunu və 
rəqabət mübarizəsində liderliyi təmin etmək mümkün deyildir. Hal-hazırda 
vəziyyət  əhəmiyyəti 
f-r.e.d.,  prof..  Əliyev  Ələkbər  Əliağa  oğlu  İ 
dərəcədƏ dəyişmişdir. 
Tədqiqatlar {Forrester Research (
www.forrester.com
)) göstərmişdir ki, 
Fortune 500 sxia\\\s\na daxil olan şirkət rəhbərlərinin 
68
%-i hesab edir ki, işçi 
heyətin və menecerlərin 


E L E K T R O N
  B I Z N E S
 
mədəniyyət  ənənələri  yeni  texnologiyaların  tətbiqi  yolunda  ən  böyük 
maneədir. 
Əlavə dəyərin formalaşmasının elektron zəncirinin idarə edilməsinin 
yeni  texnologiyaya  keçirilməsi  təkcə  texnoloji  yenilik  deyil,  həm  də 
İdarəetmədə  və  biznes-proseslərin  təşkilinin  səmərəliliyinin  ölçülməsində 
prinsipial dəyişiklikdir. 
İnternetin 
texnoloji 
təməli 
üzərində 
tranzaksiyaların 
reallaşdırılmasının səmərəli vasitəsi kimi başlayan elektron biznes tədricən 
təkamül edərək yeni mədəniyyətə, əlavə dəyərin elektron zənciri bazasında 
istehsal və bölgünün yeni prinsipləri sisteminə çevrilmişdir. Elektron biznesin 
idarə edilməsinin düzgün təşkili şirkətə rəqiblər üzərində strateji üstünlük 
qazandırır,  partnyorlarla  əlaqələri  gücləndirir,  istehsalın  səmərəliliyini 
yüksəldir, istahsal xərclərini azaldır, insan resurslarından istifadə edilməsini 
optlmallaşdırır. 
Kommersiya  İnternetinin  nümunəsi  (örnəyi)  olan  Telnet 
texnologiyasının 30 il əvvəl reallaşdırılmasına baxmayaraq orta və yuxarı 
səviyyə menecerlərinin əksəriyyəti biznesdə bu texnologiyadan İstifadə ilə 
yalnız indi ciddi məşğul olurlar. 
Elektron biznesə standart ümuməlçatan şəbəkələrdən istifadə etməklə 
xidmətlərin, məhsulların və informasiyanın alqı-satqısı sferasına informasiya 
texnologiyaları  əlavəsi  kimi  baxmaq  olar.  Şəbəkələrin  ümuməiçatanhğı  - 
əvvəlki  qapalı  və  ya  ayrılmış  şəbəkələrin  əvəzinə  gələn  biznesin  yeni 
aparılması  formasının  vacib  cəhətidir.  Elektron  biznes  elmi  anlayışlar 
siyahısına  bir  qədər  əvvəl  daxil  edilmiş  elektron  kommersiya  anlayışını 
genişləndirmişdir. 
Elektron  kommersiya  İnternetin  texnoloji  təməli  üzərində  həyata 
keçirilən marketinqdən, məhsul və xidmətlərin alqı- satqısından ibarətdir. 
Elektron biznes əlavə dəyər istehsalı, 
8  


E L E K T R O N
  B I Z N E S
 
məhsuldarlığın artırılması və istehsalçı ilə istehlakçı arasında münasibətlərin 
təkmilləşdirilməsi  üçün  elektron  şəkildə  təqdim  edilən  informasiyadan 
istifadə edir. 
Elektron  biznes  -  strateji  planlaşdırma  və  biznes-  proseslərdən  ta 
partnyor və müştərilərlə münasibətlərin formalaşdırılmasınadək - istehsalın 
təşkilinin bütün aspektlərinə təsir göstərir. Müəssisənin daxili səmərəliliyini 
təyin edən müasir metod və texnologiyalar yaxşı öyrənilmiş, geniş tətbiq 
edilir və uğurla istifadə olunur. Buna görə də rəqabət üstünlüyünü qorumaq 
üçün biznesin aparılmasına yenidən baxmaq lazımdır. 
Bazarın  müəyyən  sektorunda  fəaliyyət  göstərən,  səmərəliliyi  eyni 
olan iki müəssisənin biri digərindən nədə üstün ola bilər? Aydındır ki, bu 
halda o müəssisə üstünlük qazanır ki, istehsal edilmiş məhsul və xidmətlər 
üçün  mümkün  qədər  daha  böyük  müştəri  auditoriyasına  yiyələnir.  Yeni 
minillikdə  rəqabət,  hər  şeydən  əvvəl,  müştəri  uğrunda  gərgin  mübarizə 
formasında təzahür edir. 
Maksimum geniş və tədiyyəqabiliyyətli potensial müştəri çoxluğuna 
əlçatanlığı  müasir  texnologiyalardan  hansı  təmin  edir?  Əlbəttə,  İnternet. 
Müştəri ilə ünsiyyətin sadə və universal vasitələri, sifarişin keyfiyyətinə təsir 
edən hər cür informasiyaya bütün gün ərzində əlçatanlıq - bütün bunlar hər 
bir  müştəri  ilə  uzunmüddətli  qarşılıqlı  münasibətlər  qurmağın  zəruri 
şərtləridir. 
İnformasiya  fəzasında  son  istehlakçının  tələbatını  ödəməyə  və 
uzunmüddətli  iqtisadi  münasibətlərin  formalaşdırılmasına  yönəlik  iqtisadi 
fəaliyyət  sahəsi  son  istifadəçiyə  yönəlik  elektron  biznes  {Business  to 
Customers - B2Cj adlanır. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə