Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

E L E K T R O N
  B I Z N E S
 
KIBERFƏZADA ƏLAVƏ ISTEHLAK DƏYƏRİ ZƏNCİRİNİN 
FORMALAŞDIRILMASININ ƏSAS ÜSULLARI 
PricewaterhouseCoopers  firmasının  hazırladığı  konsepsiyaya  əsasən, 
əlavə  istehlak  dəyəri  zənciri  dedikdə,  müəssisə  və  təşkilatlar  tərəfindən 
müştərilərə  təklif  edilən  məhsul  və  xidmətlərin  istehlak  dəyərini  artıran 
işlərin məcmusu nəzərdə tutulur. İstahsal prosesləri əsas və əlavə olmaqla 
2 yerə bölünür. Əsas proseslər istehlakçı gözündə son məhsulun istehlak 
dəyərini formalaşdırır. Əlavə proseslər bilavasitə əlavə dəyər yaratmır, lakin 
təşkilatın iqtisadi fəaliyyətində əlaqələndirici rol oynamaqla əsas proseslərin 
icrasına kömək edir. 
Elektron biznes prosesində əlavə dəyər zəncirinin formalaşdırılması 
aşağıdakı 4 mərhələdəki məsələlərin ardıcıl həllini özündə birləşdirir: 

 
Qarşılıqlı fəaliyyət kanallarının təkmilləşdirilməsi - tranzaksiyaların 
təhlükəsizliyinin  təmin  edilməsi,  kataloqların  operativ  qaydada 
təzələnməsi, veb-saytların elan edilməsi; 

 
Əlavə  dəyər  zəncirlərinin  (Bu  zəncirlərin  müvafiq  blznes- 
partnyorlar  və  biznes 
autsorsinqi 
zəncirləri  ilə  inteqrasiyası  da 
daxil olmaqla) inteqrasiya edilməsi; 

 
Sənayenin kökündən dəyişdirilməsi - konsorsiumların (Konsorsium 
-  müəyyən  maliyyə  tədbirini  həyata  keçirmək  üçün  bir-neçə  iri 
bank və ya bankirin inhisarçı birləşməsi) yaradılması, fəaliyyətin 
kiberfəzaya keçirilməsi, virtual təşkilatların yaradılması; 

 
Qovuşdurma 
{konvergensiya 
- bənzəmə, uyğunlaşma, birləşmə, 
eyniləşmə, görüşmə) - sənayelərin 
2 1  


E L E K T R O N
  B I Z N E S
 
inteqrasiyası, 
şəffaflığın 
artırılması, 
elektron 
portalların 
yaradılması. 
QEYO.  Autsorsinq  (ingiliscə  outsourcing  -  outer-  source-using 
sözbirləşməslndən  əmələ  gəlmişdir,  xarici  mənbənln/resursun  istifadə 
edilməsi  anlamını  verir)  dedikdə  təşkilatın  müqavilə  əsasında  digər 
şirkətə  xidmət  göstərməsi  (müəyyən  biznes-prosesləri  və  ya  istehsal 
funkisiyasını yerinə yetirməsi) başa düşülür. ____________________  
Gerçək həyatda bu mərhələlər heç də həmişə bu ardıcıllıqla getməsə 
də, adətən ilk iki mərhələ biznes-modelin dəyişilməsi ilə əlaqədardır, son iki 
mərhələ isə bütövlükdə sənayedəki meylləri təyin edir. 
Əiavə dəyər zənciri anlayışı göndərmə zənciri anlayışı ilə sıx bağlıdır. 
Göndərmə zənciri dedikdə, məhsul və ya xidmətlərin tələb olunan həcminə 
müəyyən məkanda və zamanda əlçatanlığı təmin edən mexanizm nəzərdə 
tutulur. Göndərmə zənciri təşkilatı, fiziki prosesləri və istifadəçilərin Istehlak 
etdiyi  məhsul  və  ya  xidmətlərdəki  ilkin  materialın  dəyişdirilməsi 
mexanizminin informasiya təmintını özündə birləşdirir. 
Göndərmə
 
zəncirinin 
bütün 
həlqələrində 
(İstifadəçilərin tələblərinin təhlili və məhsulun layihələşdirilməsi, istehsalı, 
marketinqi, satışı və müştərilərin dəstəklənməsi) istehlak dəyərinin əlavə 
edilməsi həyata keçirilir. Zəncirin bütün həlqələrində xərclərin və hər bir 
biznes- prosesdən ötrü nail olunmuş məqsədlərin müəyyən edilməsi üçün 
biznes-proseslər təhlil edilir. Bundan əlavə, dəyər əlavə 
2 2  


E L E K T R O N
  B I Z N E S
 
edilməsi  prosesinə  təşkilatın  infrastrukturunun,  menecmentin  və  işçi 
heyətin idarə edilməsinin təsiri də təhlil edilir. 
QEYD".  Konvengensiya  (latınca  convergere  sözündən  əmələ 
gəlmədir, 
"yaxınlaşmaq", 
"bənzərlik" 
kimi  anlamları 
verir). 
Konvengensiya  XX  əsrin  ikinci  yarısında  yaranmış  siyasi  nəzəriyyədir, 
keçmiş  sovetlər  məkanında  tədricən  liberal.  Qərbdə  isə  sosialist 
nəzəriyyəyə çevrilir. Konvengensiya nəzəriyyəsi əsasında sosializm və 
kapitalizm  prinsiplərinin  birləşməsi  baş  verir  və  bununda  nəticəsində 
sosial-iqtisadi  ortaq  yaranır  (məsələn,  planlı  iqtisadiyyat  və  siyasi 
demokratiyanın uyğun olaraq birləşməsi). Konvengensiya geniş mənada 
eyni  tarixi  dövrdə  yaşayan,  müxtəlif  cəmiyyətlər  arasında  xarici 
iqtisadiyyatı və qeyriiqtisadi bərabərsizliyi, sosial münaqişələri, yenidən 
təşkil  edilmiş  liberal-demokratik  münasibətləri  məntiqi  olaraq 
nizamlayan, aradan götürən oxşarlığın gücləndirilməsidir. 1960-1970-ci 
illərdə  konbvengensiyanın  siyasi  ideoloqu  (Idioloq  bir  ictimai  sinfin, 
ictimai-siyasi quruluşun, cərəyanın ideologiyasını ifadə və müdafiə edən 
şəxs) keçmiş sovetlər məkanında akademik A.D.Saxarov (1921-1989) 
olmuşdur. İki sistemin yaxınlaşma ideyasını ilk dəfə P.A.Sorokin (1889- 
1968) 1944-cü ildə yazdığı "Rusiya və Birləşmiş Ştatlar" əsərində irəli 
sürmüşdü. 
Xarici  ölkələrdə  də  bu  nəzəriyyə  ilə  dövrünün  görkəmli 
alimlərindən Con Helbreyt (1908-2006), Uolt Rostou (1916- 
2 3  


E L E K T R O N
  B I Z N E S
 
2003), Fransua Perm (1903-1987), Yan Tinbergen (1903- 
1994) və başqaları məşğul olmuş, bu sahəyə öz tövbələrini 
vermişlər. 
Pitlrim Meksandroviç Sorokin Andrey Dmitreviç Saxarov 
İndiki zamanda bəzi xarici ölkələrdə bir neçə siyasi partiyanı da 
''Konvengensiya'' adlandırırlar. ______________________________   
Qlobal  informasion  infrastrukturun  inkişafı  biznesin  aparılması 
şərtlərini köklü surətdə dəyişdirmişdir. 
Elektron  biznes  şirkətlərə  yeni  artım  və  təkmilləşmə  yolları  təklif 
edir.  Təkmilləşmə  əməli  fəaliyyət  konsepsiyasının  dəyişdirilməsi  və 
müştərilərlə daha sıx qarşılıqlı münasibətlər yaratmaq hesabına əldə edilir. 
Elektron  biznesin  iqtisadi  əsası  auditoriyanın  kəskin  şəkildə 
genişləndirilməsindən, marketinqin 
2 4  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə