Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

E L E K T R O N
  B I Z N E S
 
Monete!  firmasının  EFTIO  W5-terminalı  aşağıdakı  xarakteristikalara 
malikdir: 

 
İxtisaslaşdırılmış 32-bitlik mikroprosessor; 

 
128 Kbaytlıq quraşdırılmış aparat mühafizəsi olan birbaşa 
müraclətli yaddaş; 

 
32 Kbaytlıq /?OAfyaddaş; 

 
İkisətrli /.COmonitor; 

 
57 mm enində çap imkanı olan termoprinter; 
•Avtozəngetmə imkanı olan modern; 

 
/Wklaviatura qoşmaq üçün port; 

 
Standart ardıcıl port. 
Bu  qurğunun  çəkisi  900  qram,  ölçüləri  233x160x90  mm-  dir. 
Komplektə  A N S I C C + +   dillərinin  kros-kompüilyatoru  və  sazlayıcı 
daxildir. 
179 


E L E K T R O N
  B I Z N E S
 
 


E L E K T R O N
  B I Z N E S
 
MIKROPROSESSORLU KARTLARDA 
ÖDƏMƏ SİSTEMLƏRİNİN YARADILMASI 
PRİNSİPLƏRİ 
ÖDƏMƏ SİSTEMLƏRİNİN TƏKAMÜLÜ 
Hal-hazırda  ödənişlər  etdiyimiz  pul  nişanları  həmişə  bu  cür 
olmamışdır. Ödəmələrin təşkili vasitələri və texnologiyaları da dəyişilməz və 
tamamilə  qərarlaşmış  deyildir.  Tarix  boyu  iqtisadi  fəaliyyət  subyektləri 
ödəmə sistemlərinin təşkili sferasında həmin tarixi dövrün tələblərinə daha 
yaxşı cavab verən sistem axtarıblar. 
Bizim  adət  etdiyimiz  formaya  uyğun  İlk  pullar  qədim  Persiyada 
kəsilən metal pullardır. Pulun yarandığı gündən ən ümumi xassəsi dəyərin 
ekvivalenti olmaqdır. Bu, pulun əzəli və əbədi xassəsidir. 
Dəyərin  ümumi  ekvivalenti  olan  pul  nişanlarının  xarici  görünüşü 
böyük  təkamül  yolu  keçmişdir.  Pulun  xarici  görünüşü,  ilk  növbədə, 
sivilizasiyanın  texnoloji  səviyyəsindən  asılı  olmuşdur.  Pul  nişanları 
təhlükəsizlik  və  istifadəyə  münasiblik  baxımından  dəyişikliyə  uğramışdır. 
Hər  bir  dövlət  pul  kəsərkən  çalışmışdır  ki,  saxta  pul  kəsmək  mümkün 
olmasın, lakin bu, həmişə mümkün olmamışdır. 
Yeni  texnologiyaların  meydana  çıxması  yeni  pul  nişanlarının 
yaranmasına səbəb oldu. Ödəmə vasitələrinin inkişafı həm texnologiyanın, 
həm də real mal mübadiləsinin tələbləri ilə müəyyən olunur. 
Lakin alıcı və satıcı arasında qarşılıqlı iqtisadi fəaliyyət heç də həmişə puldan 
istifadə etməklə baş verməmişdir. İlk 
181 


E L E K T R O N
  B I Z N E S
 
dövrlərdə indiki barter ticarətinin örnəyi (proobrazı) olan mübadilə ticarəti 
olmuşdur.  Ticarət  inkişaf  etdikcə,  pul  dövrüyyəsində  müxtəlif  pul 
əvəzediciləri,  veksellər,  borc  iltizamları,  çeklər  işlədilməyə  başlamışdır. 
Qədim  dünya  ölkələrində  borc  yazılarından  istifadə  edilmişdir.  Borc 
iltizamları ilk dəfə Renesans (dirçəliş) dövründə öəmə vasitəsi kimi istifadə 
edilmişdir. Böyük coğrafi kəşflər dövründə ticarətin inkişafı İlə bağlı olaraq 
ödəmə vasitəsi kimi vekseldən istifadə edilməyə başlasa da, sonra bu, geniş 
yayılmadı. 
Bank uçotunun inkişafı ilə əlaqədar olaraq kredit kartları və bank 
hesablarını məsafədən idaə etmək üçün digər vasitələr meydana çıxdı ki, bu 
da nağd pulu əhəmiyyətli dərəcədə sıxışdırdı. Kredit kartları, ilk növbədə, 
bank  xidmətləri  bazarını  genişləndirən  texnologiyaların  inkişafına  kömək 
etdi.  Ötən  əsrin  60-cı  İllərində,  bank  kartlarının  yaranması  ərəfəsində, 
kataloqlarla ticarət geniş tətbiq tapmışdı. Kredit kartları kataloqlarla ticarət 
texnologiyasına  da  böyük  təkan  verdi.  Yeni  sxemin  üstün  cəhəti 
ödənilməsinə bank zəmanəti verən müştəriyə poçt vasitəsilə sifariş vermək 
imkanı yaratması idi. 
İnternetin  yaranması  ilə  məsafədən  ödəniş  etmək  üçün  istifadə 
edilən plastik kartlarla həyata keçirilən hesablaşmaların bəzi nöqsanları üzə 
çıxdı. İnternet vasitəsilə alqı-satqı edən alıcı satıcıya öz bank hesabını idarə 
etmək üçün zəruri İnformasiya olan kredit kartının nömrəsini verir. Lakin bu 
fırıldaqçılar  üçün  fəaliyyət  meydanı  açır.  Belə  ki,  ABŞ-da  plastik  kartla 
alqı-satqı edənlərin 1,5%-i saxtadır. Fırıldaqların təxminən yarısı İnternetin 
payına düşür. 
Lakin,  çox  güman  ki,  real  rəqəmlər  daha  çox  təəssüfləndiricidir. 
Çünki  fırıldaq  qurbanlarının  bir  hissəsi  hüquq-mühafizə  orqanlarına 
müraciət etmir. Fırıldaqla bağlı 
182 


E L E K T R O N   B İ Z N E S  
pozucu fəaliyyətin iqtisadi nəticələri birbaşa itkilərdən daha acınacaqlı ola 
bilir.  İngiltərənin  Experian  agentliyi  xəbər  verir  ki,  elektron  ticarət  aparan 
təşkilatların yalnız 57%-i fırıldaq faktları barədə hüquq-mühafizə orqanlarına 
müraciət edir. Məhkəmə araşdırmasına isə hadisələrin yalnız 10%-i gedib 
çıxır. 
Plastik  kartlarla  bağlı  fırıldaqların  geniş  yayılması  kartla  ödəmə 
sistemindən istifadə edən şirkətləri narahat edir. Hər bir şirkət kart sahibləri 
üçün riskin azaldılmasına xeyli vəsait sərf edir. 
Kartla  ödəmə  sisteminin  təhlükəsizliyinin  yüksəldilməsi  sahəsində 
müəyyən  ümidlərin  yaranması  SSL  adlı  qorunan  verilən  mübadiləsi 
protokolunun tətbiqi ilə bağlıdır. Lakin ödəmə sistemlərinin təcrübəsi göstərir 
ki, şifrlənmiş verilən mübadiləsi də bütün problemləri həll etmir. Çünki kredit 
kartındakı kritik məlumatlar, yəni kart sahibinin identlfikasiyası və ödəmə 
tranzaksiyaları  barədə  hüquqi  əhəmiyyət  kəsb  edən  informasiyanın  satıcı 
serverində saxlanması həll edilməmiş problem olaraq qalır. Elektron ticarət 
aparan  mağaza  serverlərinin  ixtiyarsız  açılması  (sındırılması)  kriminal 
strukturların  mənfəətli  biznesinə  yol  açır.  Təhlükəsizliyin  təmin  edilməsi 
yollarından biri müştəri ilə satıcı arasında prosessinq mərkəzinin vasitəçilik 
etməsi  variantından  istifadə  edilməsidir.  Çünki  bu  halda  kartdakı  kritik 
məlumatlar mağazanın VB-slnə daxil olmur. Rusiyada bu texnologiya geniş 
istifadə  edilir.  BGS  Smartcard  Systems  i 
www.bas.rds
  firmasının  bazara 
çıxardığı  DUET {Dua! Universal  Electronic  Transaction System)  sistemində  bu 
ideya  məntiqi  sonluğa  çatdırılmışdır.  Belə  ki,  ödəyicinin  bank  rekvizitləri 
barədə kritik vacib informasiya heç bir əməliyyat zamanı qorunmaz şəkildə 
kartdan çıxarıla bilmir. 
183 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə