Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

E L E K T R O N
  B I Z N E S
 
İnformasiyanı  oxuya  bilən  avtomatlaşdırılması  sisteminin  yaradılması 
barədə  söhbətini  eşidir.  Silver  eşitdiyi  söhbət  barədə  dostları  Norman 
Cozef  Vudlanda  (Norman  Joseph  Woodland)  (1921—2012)  və  Cordin 
Cohansona (Jordin Johanson) danışır. Dostlar həmin gündən başlayaraq 
müxtəlif  məhsullar  üzərindəki  cürbəcür  markaları  təhlil  etməyə 
başlayırlar. Bir müddət araşdırmalardan sonra dostlar ilk işləyən sistemi 
yaradırlar. Sistem ultrabənövşəyi mürəkkəbdən istifadə etməklə işləyirdi. 
O zaman istifadə olunan ultrabənövşəyi mürəkkəb həddindən artıq baha 
qiymətə olmaqla yanaşı keyfiyyətsiz olduğu üçün rəngi tez solurdu. Bu 
dostlar üçün böyük prpoblem idi. 
 
Bernard Silver 
Norman Cozef Vudfand 
Sistemin həyata keçən olduğuna əmin olan N.C.Vudland Filadelfiyanı tərk 
edir və Floridaya köçür. Bir 
169 


E L E K T R O N
  B I Z N E S
 
müddət atasının evində məskunlaşır və burada araşdırmalarını davam 
etdirir.  Araçdırmalar  nəticəsində  bu  iş  üçün  Morze  əlifbasının  əlverişli 
olduğunu müəyyənləşdirir. 20 oktyabr 1949-cu ildə Silver və Vudland 
yaradıqları  sistemə  patent  almaq  üçün  müraciət  edirlər  və  7  oktyabr 
1952-ci  ildə  patent  alırlar.  1951-ci  ildə  Silver  və  Vudland  ideyalarının 
həyata keçirilməsi üçün IBM şirkətini maraqlandırmağa cəhd göstərirlər. 
IBM  şirkəti  alınmış  məlumatın  təhlil  edilməsindən  ötrü  mürəkkəb 
avadanlığın hazırlanmasını nəzərə aldığı üçün onların təklifi rədd edir və 
onları əmin edir ki, gələcəkdə bu məsələni ətraflı araşdıracaq. 
 
Samue! FInli Briz Morze 
Morzenin aparat! 
Çarəsiz qalan Silver və Vudland 1952-ci ildə patenti Filko şirkətinə (Philco 
- şirkət sonralar Helios Electric 
170 


E L E K T R O N
  B I Z N E S
 
Company adlandırılır) satırlar. Həmin ildə də şirkət patenti RCA şirkətinə 
baha qiymətə satır. 
Müxtəlif ştrixlərdən istifadə olunur. 
Xətti ştrix. Xətti ştrixi əksər vaxtlar zolaqlı kod da adlandırırlar. Ən 
çox yayılmış xətti ştrixlər bunlardır: 8 rəqəmli EAN-8, 13 rəqəmli EAN- 
13,  CodeSG,  Codel28,  Codabar  və  s.  Xətti  ştrixdən  çox  da  böyük 
olmayan informasiyanı kodlaşdırmaq üçün istifadə olunur. 
İkiölçülü ştrix kod. 
Böyük 
həcmdə olan 
informasiyanı  kodlamaq  üçün  istifadə  olunur.  Kodun  şifrələnməsi  iki 
ölçüdə (üfqi və şaquli ölçüdə) aparılır, ikiölçülü kod çoxsəviyyəli (stacked) 
və  matrisalı  (matrix)  koda  bölünür.  Tarixi  baxımdan  çoxsəviyyəli  kod 
daha keçmiş zamanda yaranmışdır. 
8 7 6 5 4  3 2   1   0 9  
Xətti 
Ştrix kod 
 
Həkimin yazdığı resept üzərində 
ikiöiçüiü ştrix kod 
171 


E L E K T R O N   B İ Z N E S  
 
''Wikipedia, the free encyciopedia"mətninin "Data 
Matrix" kodu vasitəsiiə kodiaşdıniması 
İndiki zamanda çoxlu sayda ikiölçülü ştrixkodlardan istifadə 
olunur. Onlara nümunə aşağıda verilmişdir: 
•Aztec Code 
•Data Matrix 
•MaxiCode 
•PDF417 •OR 
код > Microsoft 
Tag 
Aşağıdakı şəkildə məhsulun üzərinə vurulmuş EAN ştrix kopdun 
açılışı verilmişdir. 
172 


E L E K T R O N   B İ Z N E S  
 
1
 
- Ölkənin kodu 
2
 
- İstehsalçının kodu 
3
 
- Məhsulun kodu 
4
 
- Nəzarət rəqəmi 
5
 
- Lisenziya əsasında hazırlanmış 
məhsulun işarəsi 
Ştrixkoddan  istifadə  olunmasında  bəzi  maraqlı  fakrlar 
mövcuddur. 
l.Ilk  ştrixkod  verilmiş  məhsul  Wrigley's  saqqızıdır.  Ştrixkodlu 
saqqız  26  iyun  1974-cü  ildə,  saat  8°^-də,  auksionda  baha  qiymətə 
həvəskara  satılmışdır.  İndiki  zaman  kimi  Smitson  institutunun 
muzayində saxlanılır. 
2.0nüç rəqəmli informasiyanı ştrixləməkdən ötrü 12 ştrix qrupa 
malik rəqəm tələb olunur. 
2.Ştrixkod fotoqrafik pozitivdə, həmçinin neqativdə eyni şəkildə 
müəyyən edilir. 
4.
 
Kino filmləri montaj edərkən Keykod ştrix kodundan istifadə 
olunur. 
5.
 
Nəzəri olaraq 14-cü rəqəmdən də ştrix kodda istifadə etmək 
olar. 
6.
 
Bəzi  kitablara  verilmiş  ştrix  kodda  kitabın  çap  olunduğu 
ölkənin prefiksi (önşəkilçi) yazılır. 
7.
 
 'işgüzar Peterburq"  ("Деловой  Петербург") 
qəzetinin hər təzə nəşri yeni ştrix kod ilə nəşr olunur. 
8.
 
Bəzi məhsullar eyni zamanda EAN və UPC ştrix koduna malik 
olur. 
9.
 
 Rusiya  Federasiyası Prezidentinin bütün 
173 


E L E K T R O N
  B I Z N E S
 
sərəncamları 2 rəqəmi ilə başlayan şthx koda malikdir. 
lO.Hitman  Агент  47  adlı  kompüter  oyunlarının  qəhrəmanının 
başının arxasına (peysərinə, ənsəsinə) 47 ştrix kodu həkk edilmişdir. _  
MaqnitH kartlar və ya maqnit zolaqlı kartlar. Bu kartlar dünya bazarında 
geniş yayılmışdır. Hal-hazırda 2 milyarddan atrıq belə kartdan istifadə edilir. 
Maqnitli kartlar bazarı inkişaf etmiş ölkələrin əksəriyyətində qərarlaşmışdır. 
Buna  görə  də  bu  kartların  tətbiqi  hələ  uzun  müddət  davam  edəcəkdir. 
Rusiyada maqnitli kartlar ğdəmə sisteminin elementi kimi, nəqliyyatda, o 
cümlədən  Moskva  metropolitenində  uğurla  tətbiq  edilir.  Bu  kartlar  Bakı 
metropolitenində də tətbiq edilir və tezliklə şəhər nəqliyyatı da bu kartlara 
keçiriləcəkdir. 
Maqnit zolağı kartın arxa tərəfində ISO 7811 standartına uyğun, 3 
cığırdan  ibarətdir.  Cığırlardan  ikisi  identifikasiyaedici  verilənləri  saxlamaq 
üçün,  üçüncü  cığır  isə  əlavə  informasiya,  məsələn,  debet  kartlarında 
hesabdakı qalığın cari qiymətini yazmaq üçündür. Adətən maqnitli kart bir 
dəfə  yazılır  və  sonra  yalnız  oxuma  rejimində  istifadə  edilir.  Maqnitli  kart 
ştrix-kodlu karta nəzərən daha yaxşı qorunur. Lakin bu kartlar fırıldaqçılar 
üçün kifayət qədər münasibdir. Buna görə də bu kartlarda əlavə mühafizə 
tədbirləri görmək, qoloqramlardan, qeyri- standart şriftlərdən və s. istifadə 
etmək lazım gəlir. 
Hal-hazırda  maqnit  zolaqlı  Visa,  MasterCard,  AmEx  kartları  İntensiv 
istifadə edilir. Lakin bu kartlar hamı tərəfindən və hər yerdə istifadə edilmir. 
Bu kartların üstündə ilk 6 rəqəm bankın kodu, növbəti 9 rəqəm kartın 
bank  nömrəsi,  sonuncu  5  rəqəm  nəzarət  rəqəmidir  ki,  bunun  da  son  4 
rəqəmi qoloqramla həkk edilir. 
174 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə