Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

E L E K T R O N   B İ Z N E S  
yerləşdirilməsi 
elektron 
biznesin 
informasiya 
texnologiyalarının 
səmərəliliyini müəyyən edən vacib amilə çevrildi. 
QEYD".  Şəbəkə  trafiki  və  ya  i n t e r n e t ( i n g i l i s c ə   Traffic) 
"hərəkət",  "maldövrlyyəsi"  analamını  verir.  Trafık  dedikdə  kompüter 
şəbəkəsi ilə müəyyən vaxt ərzində ötürüiən informasiyanın həcmi başa 
düşüiür. Trafiklər paketiər, bitiər, baytiar və s. öiçülür. 
Trafıkin dörd növdə olur: 

 
Daxil olan (şəbəkəyə daxil olan informasiya); 

 
Xaric olan (şəbəkədən daxil olan informasiya); 

 
Daxili (müəyyən şəbəkə daxilində, adətən lokal); 
•Xarici (müəyyən şəbəkədən xaricdə, adətən İnternet- 
trafik). 
Şəbəkə trafikini hesablayan proqramlara TMeter, BWMeter, 
NetWorx, DUMeter, NetTraffic, NetBalancer proqramlarını aid etmək 
olar. ___________________________________________________  
SERVERLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN 
EDİLMƏSİ METODLARI VƏ VASİTƏLƏRİ 
PROQRAM SİSTEMLƏRİNDƏ VERİLƏNLƏRİN 
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ QARŞI ƏSAS 
TƏLƏBLƏR 
Verilənlərin  təhlükəsizliyinin  təmin  edilməsi  problemi  aşağıdakı  3 
qarşılıqlı əlaqəli məsələnin həlli kimi təyin edilə bilər: 
l.MəxfiHk - istifadəçi yalnız icazə verilən məlumata müraciət edə bilər; 
1 5 2  


E L E K T R O N   B İ Z N E S  
2.Tamhq-informasiyanın dəyişdirmələrdən qorunması; 
S.Əlçatanhq - istifadəçiyə avtorizə olunmaq imkanının 
verilməsi. 
Bu  məsələlərin  həlli  metodları  və  vasitələri  bütün  informasiya 
sistemləri üçün eynidir. 
VBİS-DƏ İDENTİFİKASİYA VƏ ƏSLLİYİN TƏSDİQİ 
ÜÇÜN İSTİFADƏ EDİLƏN TEXNOLOGİYALAR 
İxtiyari  VB  serveri  müəyyən  əməliyyat  sisteminin  (ƏS-in)  idarəsi 
altında işləyir. Buna görə də verilənlərin mühafizəsi ilk növbədə əməliyyat 
sisteminin  vəzifələrindən biri  olmalıdır.  VB  serverinin  təhlükəsizlik  sistemi 
həm xarici, həm də daxili vasitələrdən təşkil edilir. 
VB serverinə daxil olmağa icazə alınması identifıkasiya, autentifikasiya 
və avtorizasiya kimi 3 prosedurun icrasını nəzərdə tutur. 
İdentifikasiya prosedurunun mahiyyəti server resurslarının istehlakçısı 
olan obyektə ad verməkdən ibarətdir. İstifadəçi adı müəyyən unikal (təkrar 
olunmayan) metkadır (nişandır). 
Autentifikasiya prosedurunun mahiyyəti istifadəçinin təqdim edilməsi 
və bu təqdimatın əslliyinin təsdiqindən ibarətdir. 
Bu  iki  prosedur  icra  olunduqdan  sonra  avtorizasiya  proseduru  icra 
edilərək VB serverinə daxil olmağa icazə alınır. 
1 5 3  


E L E K T R O N   B İ Z N E S  
PAYLANMIŞ VB-LƏRDƏ İNFORMASİYA 
TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ METODLARI 
VƏ VASİTƏLƏRİ 
Verilənlərin paylanmış emalı texnologiyası şəbəkə mühitində vahid 
məntiqi informasiya bazasına əsaslanır. Bu baza istifadəçidən gizli saxlanır. 
Yəni istifadəçi hansı məlumatın hansı kompüterdə yerləşməsini bilmir. 
1 5 4  


E L E K T R O N   B İ Z N E S  
ELEKTRON BİZNESİN ÖDƏMƏ 
SİSTEMLƏRİ 
ELEKTRON ÖDƏMƏ SİSTEMLƏRİ 
İnternetin  infrastruktur  təməli  üzərində  icra  edilən  inkişaf  etmiş 
ödəmə  xidmətinin  mövcudluğu  elektron  biznesin  kamillik  göstəricisi  kimi 
çıxış  edir.  Elektron  biznesin  inkişafının  vacib  problemlərindən  biri 
klberfəzada  səmərəli  ödəmə  sistemlərinin  təmin  edilməsindən  ibarətdir. 
Satınalmalar üzrə elektron ödəmələri təmin edən sistemlərə qarşı qoyulan 
ən vacib tələblər təhlükəsizlik və istifadənin etibarlılığıdır. 
Ənənəvi  ödəmə  sistemləri  aşağıdakı  ödəmə  ssenariləri  ilə  həyata 
keçirilir: 

 
Nağd ödəmə; 

 
Bank köçürmələri ilə ödəmə; 

 
Üstəlik ödənişlə ödəmə; 

 
Poçt və ya teleqraf köçürmələri ilə ödəmə. 
Nağd ödəmə daha çox istifadə edilir. Bu metodun nöqsanı odur ki, 
nağd pulun daşınması və hesablaşmada istifadə edilməsi xeyli təhlükəlidir. 
Bank köçürmələri Hə ödəmə də çox istifadə edilən metoddur. Hüquqi 
şəxslər və iri məbləğdə ödəmələr üçün bu metod əvəzsizdir. Bank göstərdiyi 
xidmət üçün ödənilən məbləğin 3%-ni alır. Bunun nöqsanı odur ki, vəsaitin 
köçürülməsinə  1  həftə  vaxt  sərf  edilir  ki,  bu  da  dolayı  iqtisadi  itkilərlə 
əlaqədar olur. 
Üstəlik ödənişlə ödəmə poçt vasitəsilə sifariş alındığı momentdə həyata 
keçirilir. Xidmət haqqı sifarişin dəyərinin 
1 5 5  


E L E K T R O N
  B I Z N E S
 
20%-i qədərdir. Bu metod o halda istifadə edilir ki, başqa üsullar daha baha 
başa gəlir. 
Poçt və ya teleqraf köçürmələri Hə ödəmə. Poçt köçürmələri ilə ödəmə 
bir-neçə həftə, teleqraf köçürmələri ilə ödəmə 7 günədək çəkir. Xidmətin 
dəyəri köçürülən məbləğin 10%-ə qədəri olduğundan biznes-partnyorlar bu 
metoda maraq göstərmirlər. 
Hal-hazırda  Dünya  ölkələrinin  çoxunda  köhnə  və  təzə  ödəmə 
sistemlərinin paralel istifadəsi geniş yayılmışdır. Elektron ödəmə sistemləri 
tədricən ənənəvi sistemləri sıxışdırır. Bank hesablarına əsaslanan müxtəlif 
plastik kartlardan istifadə genişlənir. 
EMİTENTLƏR VƏ EKVAYERLƏR 
Emltent dedikdə, ödəmə vasitəsi kimi istifadəyə plastik kart buraxıb, 
maliyyə öhdəliklərinin yerinə-yetirilməsinə zəmanət verən təşkilat nəzərdə 
tutulur. Kart ya bank tərəfindən (məsələn, Visa), ya da kredit ödəmə sistemi 
tərəfindən (məsələn, American Express) emitləşdirilir, yəni qiymətli kağızlar 
(kağız  pullar)  buraxılır.  Emitent  müəssisələri  məcburi  qaydada  karta 
keçirməklə məşğul olmur. 
Ekvayer dedikdə, ödəmə sistemi vasitələrinin xidmət göstərməsində 
iştirakçıların qarşılıqlı fəaliyyətini təmin edən lazımi əməliyyatların icraçısı 
olan  təşkilat  nəzərdə  tutulur.  Ekvayer  katr  ödəmə  xidməti  göstərilən 
məntəqələrdə aşağıdakı əməliyyatların icrasını təmin edir: 

 
Avtorizə sorğularının emalı; 

 
Mal və xidmətlərə görə satıcı hesabına pul köçürmələri; 
1 5 6  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə