Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

E L E K T R O N
  B I Z N E S
 

 
Kartdan istifadə edilməklə baş tutmuş alqı-satqının qeyd edildiyi 
kağız və elektron sənədlərin qəbulu, çeşidlənməsi və göndərilməsi; 

 
Bu  və  ya  digər  səbəbdən  əməliyyatı  dayandırılmış  kartların 
(stop-vərəqlərin) siyahısının yayımlanması. 
Ekvayer və emitent funksiyalarının icrası bir bank tərəfindən aparıla 
bilər. Ekvayer-bankın  əsas funksiyası satıcılarla hesablaşmaların icrası ilə 
bağlı olan maliyyə fəaliyyətidir. Bundan əlavə, ekvayer-bank öz şöbələri və 
ya  ona  aid  bankomatlar  vasitəsilə  plastik  kart  üzrə  nağd  pul  verə  bilir. 
Müəyyən  texniki  funksiyaları  ekvayer-bank  ixtisaslaşdırılmış  servis 
təşkilatlarına - prosessinq mərkəzlərinə həvalə edə bilər. 
Hər bir ekvayer-bank satıcılara emitent-bank kartlarının sahiblərinin 
konkret  ödəmə  sisteminə  daxil  olan  tədiyələri  üzrə  vəsait  köçürə  bilir. 
Ekvayerin  xərclədiyi  müvafiq  vəsait  emitentlər  tərəfindən  razılaşdırılmış 
müddətdə ekvayerin hesabına köçürülməlidir. Ekvayerlə emitent arasında 
qarşılıqlı hesablaşmaların operativ qaydada həyata keçirilməsi üçün ödəmə 
sisteminin elementlərindən biri olan hesablaşma bankından istifadə edilə 
bilir. Bunun üçün ekvayer və emitent hesablaşma bankında müxabirələşmə 
hesabları açmalıdırlar. 
ÖDƏMƏ (TƏDİYƏ) SİSTEMİ 
Ödəmə sistemi dedikdə, bank tərəfindən ödəmə (tədiyə) vasitəsi kimi 
buraxılmış  və  müəyyən  standarta  cavab  verən  plastik  kartların  istifadə 
edilməsi üzrə texnoloji metodlar çoxluğu nəzərdə tutulur. 
Ödəmə sistemi yaradılarkən həll edilən əsas məsələlərdən biri qarşılıqlı 
ödəmə hesablaşmalarının aparılması zamanı 
1 5 7  


E L E K T R O N   B İ Z N E S  
emitent sisteminə daxii oian kartiara göstərilən ümumi xidmət qaydalarının 
seçilməsi və riayət oiunmasıdır. Bu qaydaiar kartiarla aparılan əməliyyatların 
həm  texnoloji  məsəiələrini,  yəni  veriiənlərin  standarta  uyğun  oimasını, 
avtorizə  prosedurlarını,  avadanlıqlardan  istifadə  təiimatlarını,  həm  də 
kartlara  xidmət  göstəriiməsi  iiə  bağiı  maliyyə  məsəiəiərini,  yəni  xidmət 
şəbəkəsinin  tərkibinə  daxil  olan  ticarət  təşkilatları  ilə  hesablaşma 
prosedurlarını, banklararası hesablaşma qaydalarını və tarifləri əhatə edir. 
Ödəmə sisteminin nüvəsi - müqavilə öhdəliklərinə əsasianan bankiar 
çoxluğundan  ibarətdir.  Ödəmə  sisteminin  tərkibinə,  həmçinin  ticarət 
təşkiiatiarı, xidmət məntəqəiəri şəbəkəsi əməiə gətirən servis müəssisələri 
daxiidir. Ödəmə sisteminin normai fəaiiyyət göstərməsi üçün kartlara texniki 
dəstək  xidməti  göstərən  ixtisaslaşmış  qeyri-maliyyə  təşkilatları,  yəni 
prosessinq mərkəzləri və texniki xidmət mərkəzləri olmalıdır. 
Auditor  funksiyasının  İcrası  üçün  zəruri  ilkin  şərt  tranzaksiyalar 
protokollarının aparılmasıdır. Tranzaksiyalar protokolu dedikdə, ödəmə kartları 
iiə həyata keçirilən əməliyyatlara, o cümlədən, nağd pul verilməsinə dair 
məlumatların avtomatik qeyd edilməsi nəzərdə tutulur. 
Prosessinq  mərkəzi  -  ekvayerlərdən  və  ya  bilavasitə  xidmət 
məntəqələrindən daxil olan avtorizasiya və/və ya tranzaksiyalar protokoluna 
sorğuların  emalı  ilə  məşğul  olan  ixtisaslaşdırılmış  servis  təşkilatıdır. 
Prosessinq  mərkəzi  ödəmə  sisteminin  iştirakçıları  olan  banklar  və  kart 
sahibləri  barədə  məlumatlar  saxlanan  VB-ni  işlədir.  Prosessinq  mərkəzi 
konkret  kart  sahibləri  üçün  ödəmə  həcminə  qoyulmuş  məhdudiyyətləri 
saxlayır və emitent-bankın öz VB-si olmadıqda, yəni off-iine 
1 5 8  


E L E K T R O N
  B I Z N E S
 
bank  rejimində  avtorizasiya  sorğularını  da  icra  edir.  Prosessinq  mərkəzi 
VB-də  operativ  avtorizasiya  əməliyyatı  barədə  emitent-banka, 
emitent-bankdan aldığı kart barədəki məlumtları ekvayerə ötürür. 
QEYD: 
Ekvayer ticarət-servis və bankomat 
şəbəkəsində  kartlardan  istifadə  etməklə  qarşılıqlı  əlaqələri  yerinə 
yetirmək üçün bütün əməliyyatlar spekterlni həyata keçirən bank və ya 
şirkətdir. Şəbəkədə yerinə yetirilən əməliyyat barədə məlumat alan kimi 
ekvayer  həmin  məlumatları  hesablamalar  aparmaq  üçün  sistemə 
göndərir.  Ekvayer  məhsulların  satış  nöqtələrinə  yerləşdirilməsinə  və 
həmin  məhsullarin  alınmasının  və  ya  satılmasının  kartlardan  istifadə 
olunmaqla həyata keçirilməsinə cavabdehdir.  ___________________  
Texnoloji  baxımdan,  prosessinq  mərkəzi  məhsuldar  rabitə 
kanallarına  etibarlı  qoşulmuş  ixtisaslaşdırılmış  hesablayıcı  mərkəzdir.  Bu 
mərkəz kifayət qədər sərt şərtlərdə işləyir. Belə ki, real vaxt miqyasında baş 
verən intensiv tranzaksiyalar axınlarının zəmanətli emalını həyata keçirir. 
Debet  kartından  istifadə  edilməsi  ödəmə  sisteminin  ixtiyari  xidmət 
məntəqəsindəki  alqı-satqının  avtorizasiyasının  on-Une  rejimində  həyata 
keçirilməsini  zəruri  edir.  Kredit  kartı  ilə  əməliyyatlar  üçün  avtorizasiya 
həmişə  lazım  olmur.  Lakin  bankomatdan  pul  götürüldükdə  avtorizasiya 
məcburidir. 
Gün  ərzində  (və  ya  razılaşmaya  əsasən,  başqa  vaxt  perlodunda) 
yığılmış tranzaksiyalar protokollarının əsasında prosessinq mərkəzi yekun 
məlumat  hazırlayıb  ödəmə  sisteminin  iştirakçıları  olan  banklar  arasında 
qarşılıqlı hesablaşmalar aparailması üçün yayımlayır. Emitentin sorğusu 
1 5 9  


E L E K T R O N   B İ Z N E S  
na əsasən prosessinq mərkəzi stop-vərəqlər hazırlayıb ekvayerlərə, bəzən 
isə bilavasitə xidmət mənəqələrlnə göndərir. 
Gündəlik  yekunlar  üzrə  qarşılıqlı  hesablaşmaların  icrası  üçün 
prossesinq  mərkəzinin  hesablayıcı  imkanları  üzərinə  çox  ciddi  tələblər 
qoyulur. Çünki tranzaksiya protokollarının əksəriyyəti bir-neçə saat ərzində 
avtomatlaşdırılmış emaldan keçməlidir. 
Prosessinq  mərkəzi,  həmçinin  emitent-bankların  yeni  kartlara 
tələbatını da təmin etməlidir. Bu kartların hazırlanması üçün zavoda sifariş 
verilməli  və  sonra  onlar  ayrı-ayrı  fərdiləşdirilməlidir.  Bütün  bu  işləri  də 
prossesinq mərkəzi öz öhdəsinə götürür. Prossesinq mərkəzi bütün servis 
funksiyalarını  öz  üzərinə  götürürsə,  plastik  kartların  fərdiləşdirilməsini, 
POS-terminalların (POS - Point Of Sale) və bankomatların təmirini də icra 
etməlidir.  Ödəmə  sisteminin  texniki  cəhətdən  etibarlı  və  dayanıqlı 
fəaliyyətinin təmin edilməsi üçün prossesinq mərkəzində güclü hesablayıcı 
sistem və kommunikasiya infrastrukturu olmalıdır. Prossesinq mərkəzi üçün
 
əlavə yüklənmə mənbəyi 
banklararası 
qarşılıqlı 
hesablaşmalara aid elektron sənəd mübadiləsidir. 
Qeyd  etmək  lazımdır  ki,  paylanmış  ödəmə  sistemlərində  bir  neçə 
prossesinq  mərkəzi  ola  bilər.  Bunların  bəziləri  əyalət  səviyyəsində 
ekvayer-bank  kimi  də  işləyə  bilir.  Prossesinq  mərkəzlərinin  səmərəli 
fəaliyyət  göstərməsi  üçün  yüksək  məhsuldarlığa  malik  verilən  ötürən 
şəbəkə olmalıdır. Yəni, verilən ötürən şəbəkə arxitektura cəhətdən ödəmə 
sisteminin ayrılmaz tərkib elementi olmalıdır. 
1 6 0  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə