Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

E L E K T R O N   B İ Z N E S  
çevrilmişdir. İnteqrasiyanın əsas məqsədi müştərilərə, malgön- dərənlərə 
və  digər  biznes-tərəfdaşlara  korporativ  informasiya  sistemi  ilə  İşləmək 
imkanı yaratmaqdır. 
Müəssisələr  üçün  ideal  variant  biznes-tərəfdaşla  vahid  qarşılıqlı 
fəaliyyət standartı, məsələn, elektron biznes tələblərinə adaptasiya edilmiş 
EDIFACT  standartı  tətbiq  etməkdir.  Lakin  müasir  bazar  seqmentlərinin 
olduqca  çoxplanlı  müxtəlifliyi  ilə  əlaqədar  olaraq  standart  formatların 
yaradılması çox vaxt sərfi tələb edə bilər. Müəssisə biznesi genişləndikcə, 
biznes-partnyorlarla  qarşılıqlı  fəaliyyət  göstərmək  üçün  müvafiq  şöbələrə 
yeni  işçilərin  qəbul  edilməsi  və  ya  elektron  sənəd  mübadiləsi 
mexanizmlərindən istifadə edilməsi kimi iki yoldan birinin seçilməsi problemi 
ilə  qarşılaşma  baş  verir.  Elektron  sənəd  mübadiləsi  qaimə  xərclərini 
minimumlaşdırmağa imkan verir. 
MÜƏSSİSƏNİN ELEKTRON BİZNES 
İNFRASTRUKTURUNUN TEXNOLOJİ 
KOMPONENTLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ 
Müəssisələrin  informasiya  serverlərinin  perspektiv  inkişafı 
A/TTT^serverdən  (İnternetə  qoşulmanı  təmin  edən  xidmətlər  yığınıdır), 
əlavələr  serverindən  (biznes-əlavələrin  məntiqini  reallaşdıran  xüsusi 
serverdir  -  Application  Serveı)  və  VB  serverindən  ibarət  3  səviyyəli 
arxitekturaya  keçməklə  bağlıdır.  Bu  arxitektura  funksionallıq  baxımından 
kamil  olmaqla,  həm  də  yüklənmə  dinamikasına  adekvat  reaksiya  verə 
bilməlidir.  Bununla  yanaşı,  yenə  də  strukturun  etibarlı  fəaliyyətini  təmin 
etmək mürəkkəb problem olaraq qalır ki, 3 səviyyəli arxitekturanın sonrakı 
inkişafı bunu da həll etməlidir. 
1 4 9  


E L E K T R O N
  B I Z N E S
 
MÜƏSSİSƏ 
informasiya  serverlərində  //TTT^server  problemsiz 
işləyir. Əsas problemlər keş-serverlərlə, informasiya təhlükəsizliyi serverləri 
ilə  və  /Atrafikinin  idarə  edilməsi  sistemi  ilə  bağlı  olur.  Son  zamanlar 
keşləşdirmənin (buferləşdirmənin) arxitektur əhəmiyyəti artmışdır. 
Müəssisənin  informasiya  serverlərinin  idarə  edilməsini  təmin  edən 
proqram təminatında malgöndərənlər üçün maraqlı olan element çoxsaylı 
serverlərarası 
yüklənmələrin 
paylanmasını 
reallaşdıran 
düyünün 
yüklənməsinin  idarə  edilməsidir.  Bunun  üçün  marşrutizator  səviyyəsində 
yüklərin balanslaşdırılması texnologiyasından istifadə edilir. 
Son  zamanlar  Veb-əlavələr  texnologiyası  sürətlə  inkişaf  edir. 
Hal-hazırda ən əhəmiyyətli arxitekturalar: JavaBeans/Enterprise Java Beans, 
COM və CORBA hesab olunur. 
Sifarişçilər çox hallarda əlavələri öz qüvvələri hesabına inteqrasiya 
edirlər.  Lakin  son  zamanlar  firmasının  Oracle  Application  Server,  IBM 
korporasiyasının WebSphere Application Server və Sun və Netscape alyansının 
Netscape Application Server adlı inteqrasiya edilmiş proqram əlavələri geniş 
populyarlıq qazanmışdır. Bu layihələrdə elə funksiyalar vardır ki (Məsələn, 
imtinaların  emalı,  yəni,  serverlərdən  biri  imtina  edərkən  tranzaksiyaların 
başqa  serverə  yönəldilməsi,  tranzaksiyaların  vəziyyətinin  idarə  edilməsi, 
yəni,  tranzaksiyalar  üçün marşrutların  verilməsi  və  s.),  bunları  müəssisə 
mütəxəssislərinin qüvvəsi ilə proqramlaşdırmaq çətin məsələdir. 
Ən vacib problem konkret elektron biznes əməliyyatının icrası üçün 
lazım olan verilənlərin harada yerləşdiyini təyin etməkdir. Operativ yaddaş 
mikrosxemlərinin dönmədən ucuziaşması "rezident" (Rezident - elçidən bir 
rütbə aşağı 
1 5 0  


E L E K T R O N
  B I Z N E S
 
diplomatik  nümayəndə.  Bu  mənada,  "rezident"  VBİS  nisbətən  aşağı 
səviyyəli VBİS deməkdir) VBİS-lərdən istifadə meylini gücləndirmişdir. Bu 
VBİS-lərdə VB bütünlüklə işin sonunadək kompüterin operativ yaddaşında 
saxlanır.  Disk  yaddaşı  (vinçester)  yalnız  sistem  jurnalını  aparmaq  üçün 
istifadə edilir. Bu sxem nisbətən nadir hallarda dəyişən verilənləri saxlamaq 
üçün daha münasibdir. Məsələn, əmtəə kataloqlarının operativ yaddaşda 
saxlanması sorğuların emalını 100-1000 dəfə sürətləndirir. 
Sistemin  fasiləsiz  işləməsinin  rolu  artdıqca,  informasiya  serverinin 
yüksək  hazırlıq  səviyyəsinin  {high availability)  təmin  edilməsi  məsələsi  ön 
plana keçir. 
Yeni istiqamətlərdən biri də verilənlərin saxlanması şəbəkəsinin {SAN 
-  Storage  Area  Network)  yaranmasıdır.  Bu  sırada  opik  kanallar 
texnologiyasının  və  həqiqətən  bircins  olmayan  saxlama  mühitinin 
formalaşmasının  qeyd  edilməsi  də  yerinə  düşür.  Saxlama  mühitinin,  o 
cümlədən, texnologiya və aparaturanın ucuzlaşması korporativ verilənləri 
nəinki  təkcə  iri  müəssisələr,  həm  də  geniş  sifarişçilər  kontingenti  üçün 
əlçatan edir. 
İnformasiya  serverlərinin  müəssisənin  infrastrukturunun  ayrılmaz 
tərkib  hissəsinə  çevrilməsi  müəssisənin  idarə  edilməsinin  informasiya 
təminatının 
xarakteristikalarında 
fundamental  dəyişikliklər  törətmişdir.  Keşləşdirmə  (buferləşdirmə), 
l?-trafikin 
idarə  edilməsi,  yüklənmələrin  balanslaşdırılması  və  s.  geniş 
istifadə edilməyə başladı. Yeni arxitektura səviyyəsinin - əlavlər serverinin 
meydana  çıxması  müəssisənin  informasiya  serverinin  srukturunu 
dəyişdirdi. Əlavələr serverinin yüklənmələrinin  planlaşdırılması və 
bunlarda biznes-prosesləri müşayiətedlci elementlərin 
1 5 1  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə