Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

E L E K T R O N
  B I Z N E S
 
müştəridir (brauzerdir). İstifadəçi verilənlər bazası İlə brauzer vasitələrində 
təsvir  edilən  formaları  doldurmaq  yolu  ilə  qarşılıqlı  fəaliyyət  göstərir.  VB 
serverinə  göndərilən  sorğu  istifadəçi  üçün  şəffaf  şəkildə  formalaşdırılır. 
İstifadəçidən  yalnız  verilənlərin  gerçək  strukturu  və  müraciət 
texnologiyasının  xüsusiyyətləri  gizlədilmişdir.  Universal  müştəri  və 
informasiya  serveri  arasındakı  qarşılıqlı  fəaliyyət  sxemi  1  saylı  şəkildəki 
kimidir. 
 
ŞəfdH 1. Universal müştəri və informasiya serveri arasındakı 
qarşılıq İ! fəaliyyət sxemi 
İnformasiya serveri ilə qarşılıqlı fəaliyyət göstərməkdən ötrü daha 
mürəkkəb  aiqoritmiər  tələb  edən  proqram  əlavələri  üçün  brauzerin 
imkanlarını  genişləndirən  standart  üsullar  mövcuddur.  Brauzerin 
imkanlarını genişləndirən proqram  Java dilində yazıla bilər. Java - obyekt 
yönümlü proqramlaşdırma dilidir. Bu, paylanmış mühitlər üçün yaradılan 
proqram  əlavələrini  işləyib  hazırlamaqdan  ötrü  xüsusi  olaraq  yaradılmış 
dildir. Java texnologiyası kompüter qrafikası, fayi sistemləri və 
1 3 2  


E L E K T R O N
  B I Z N E S
 
kompüter  şəbəkələri  ilə  işləməyə  imkan  verən  tam  dəyərli  proqram 
əlavələri yaratmağa imkan verir. 
75i/<^texnologiyanın ən vacib xassələrindən biri proqram əlavələrin 
daşınabilən  olmasıdır.  Daşınabilənlik  konsepsiyası  odur  ki,  Java  dilində 
yazılmış və sazlanmış 7^/<^kod İstənilən proqram-aparat platformasında 
icra edilə bilir. Daşınabilənlik konsepsiyasının gerçəkləşdirilməsi üçün Java 
dilində  yazılmış  proqramı  universal  bayt-koda  kompilyasıya  etmək 
kifayətdir.  Çünki  universal  bayt-kod  virtual  Java-maşın  deyilən  xüsusi 
proqram təminatı ilə müxtəlif mühitlərdə interpretasiya edilə bilir. Bayt-kod 
proqram və verilənlərin universal formatı olub, bütün aparat platformaları, 
yəni, fərdi kompüterlər, korporativ ^A7/>-serverlər və böyük hesablayıcı 
sistemlər üçün eynidir. 
Kompilyasiya mərhələsində səhvlər aşkar edilir və proqram qismən 
optimallaşdırılır.  Virtual  Java-rwaşxn  icra  olunarkən  proqram  əlavəsinin 
proqram  koduna  bəzi  nəzarət  formaları  təmin  edilir.  Belə  ki,  stekin  (1 
baytlıq  yaddaş  elementidir)  aşıb-daşması,  massivlərin  sərhədlərinin 
işlənilməsi və s. nəzarətə götürülür. Proqram əlavəsi icra edilərkən virtual 
Jau'^^maşın onun kodunu ba^-kodla müqayisə edir, əmrlərin kompüter 
və şəbəkə üçün təhlükəsiz olub-olmadığını və bir sıra başqa şərtləri yoxlayır. 
Bu  yoxlamalar  proqram  əlavəsinin  işini  bir  qədər  ləngitsə  də,  yüksək 
təhlükəsizlik  səviyyəsi  saxlayır.  Proqram  əlavələrinin  mənbəyi  olan 
informasiya serverindən həm də pozucu fəaliyyət proqramları - viruslar da 
yüklənə  bilir.  Proqram  əlavəsinin  bilavasitə  təşəbbüskarlığından  əvvəl 
virtual 
Java-v(\dş\w 
həmin 
proqramın 
fraqmentlərini 
müvafiq 
bibliotekalardan  (kitabxanalardan)  toplayır  və  adlararası iqtibaslara icazə 
verir. Fraqmentlər lokal sistemdə saxlanan və İnternet serverindən daxil 
olan bayt-kodlardan alınır. 
1 3 3  


E L E K T R O N   B İ Z N E S  
HTML  dilində  sənəd  hazırlanması  texnologiyası  Java  dilində  olan 
proqram əlavəsinin kodunu sənədin mətninə daxil etməyə imkan verir. Bu 
daxiletmə  iqtibas  şəklində  rəsmiləşdirilir.  7jK<^-əlavələr  yazılarkən, 
sazlanarkən  və  bayt-  koda  kompilyasiya  edilərkən  apIet  adlanan  xüsusi 
şəkildə rəsmiləşdirilir. Həm proqramın kodu, həm də informasiya səhifeləri 
brauzerə HTTP protokolu ilə göndərilir. Brauzerin xüsusi komponenti olan 
virtual Java-xwaş\x\ bayt-kodu interpretasiya və icra edir. 
Bayt-kodun  apIetinə  iqtibas  yerləşən  sənədi  alan  kimi,  universal 
müştəri  proqramı  müvafiq  informasiya  serverindən  zəruri  bayt-kodu 
soruşur. Kod bilavasitə müştəri kompüterinə ötürüldükdən sonra icra edilə 
və ya xüsusi əmrin köməyi ilə aktivləşdirilə bilər. ApIetlər istifadəçidən bəzi 
informasiyanı  almaq  üçün  və  ya  parametrlərinin  istifadəçi  tərəfindən 
verilməsi  tələb  olunan  hazır  proqramın  icrası  zamanı  istifadə  edilir. 
ApIetlərdən istifadənin vacib mexanizmi informasiya serveri ilə əks-əlaqə 
yaratmaqdır.  Bu,  adətən  uzaqda  yerləşən  verilənlər  bazası  ilə  qarşılıqlı 
fəaliyyət  zamanı  istifadə  edilir.  Güclü  daxili  verilən  emalı  tələb  olunan 
proqram əlavələri üçün, məsələn, informasiya serveri tərəfdə reallaşdırılan 
kifayət  qədər  mürəkkəb  biznes-məntiq  serverin  imkanlarının  müvafiq 
standart genişləndirilməsini nəzərdə tutur. Bu cür İmkan genişləndirməsi 
informasiya serverinə başqa serverlərin qoşulması yolu ilə əldə edilir. Həm 
də burada informasiya serverinə təkcə VB serveri deyil, həmçinin proqram 
əlavələri cerveri də qoşula bilir. İstifadəçi mövqeyindən iş texnologiyasında 
heç bir dəyişiklik baş vermir. Universal müştərinin İnformasiya serveri ilə 
genişləndirilmiş qarşılıqlı fəaliyyəti 2 saylı şəkildəki kimidir. 
1 3 4  


E L E K T R O N
  B I Z N E S
 
Qeyd etmək lazımdır ki, informasiya serveri və VB serveri müxtəlif 
instrumentariyaya malikdir. Lakin bütün VB serverləri sənaye səviyyəsində 
müvafiq  serverlərlə  inteqrasiya  olunmaq  üçün  formal  Interfeyslə  təmin 
olunmuşlar. Bu qeyd həmçinin əlavələr serverinə də aiddir. 
 
Şəki! 2. Universal müştərinin informasiya serveri Hə genişiəndiriimiş 
qarşılıqlı fəaliyyəti 
ŞƏBƏKƏ NƏQLİYYATI. ÜNVANLAŞDIRMA 
İnternet  və 
İntranetdə  informasiyanın  təqdim  edilməsi 
texnologiyalarını daha dərindən anlamaq üçün şəbəkə nəqliyyatının təşkili, 
yəni, informasiya paketlərinin informasiya serverindən universal müştəriyə 
çatdırılması mexanizmi barədə ümumi təsəvvür yaratmaq lazımdır. 
1 3 5  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə