Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

E L E K T R O N
  B I Z N E S
 
Elektron biznes üçün xarakterik olan mal və xidmətlərin dəyərinin 
artırılması priyomu alıcıya fərdi yanaşmaqdan ibarətdir. 
Yahoo! portalının menecerlərinin təklif etdiyi texnologiya müştərilərlə 
qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə ciddi kömək edir. 
1 1 6  


E L E K T R O N
  B I Z N E S
 
ELEKTRON BİZNES ÜÇÜN TEXNOLOJİ 
HƏLLƏR 
1973-cü  ildə  Robert  Ken  və  Vinston  Serf  International  NetWork 
Working Group seminarında çıxış edərək İnternet şəbəkəsinin fəaliyyətinin 
əsas  prinsiplərini  qısaca  dürüst  ifadə  etdilər.  Həmin  İldə  ABŞ  ərazisində 
fəaliyyət  göstərib  inkişaf  edən  ARPANET  həqiqi  qlobal  şəbəkəyə  çevrildi. 
Belə ki, ABŞ-ın ARPANET şəbəkəsi London Universitet kollecinin və Norveç 
Krallığının 
radiolokasiya 
cəmiyyətinin 
hesablayıcı 
resursları 
ilə 
əlaqələndirildi.  1980-ci  illərin  əvvəllərinə  İnternetin  TCP/IP  adlı  baza 
telekommunikasiya  protokolları  ailəsi  formalaşdı,  elektron  poçt,  faylların 
ötürülməsi protokolu (FTP), qlobal advermə xidməti (DNS) kimi İnternet 
üçün  xarakterik  olan  çoxsaylı  texnologiyalar  təşkil  edildi,  texniki 
sənədləşdirildi və sınaqdan keçirildi. 
Texnologiyalar  İnkişaf  etdikcə,  kompüter  texnikası  ucuzlaşdıqca, 
potensialı  şəbəkə  texnologiyalarının  inkişafına  yardımçı  olan  yeni 
universitetlər, elmi-tədqiqat müəssisələri layihəyə qoşuldular. 1971-ci ildə 
ARPANET  şəbəkəsi  15  düyündən  ibarət  idi.  1972-ci  ildə  düyünlərin  sayı 
40-a, 1977-ci İldə 100-ə çatdı. 1984-cü ildə 1000 düyün, 1986-cı İldə 5000 
düyün, 1989-cu ildə 100 min düyün fəaliyyət göstərirdi. 1990- cı ildə milli və 
beynəlxalq qlobal şəbəkələrdə xüsusi şlüzlərlə birləşdirilmiş 300 min düyün 
fəaliyyət  göstərirdi  ki,  bunlar  da  müxtəlif  dövlət,  kommersiya  və  digər 
təşkilatları təmsil edirdi. Beləliklə, aydın oldu ki, kompüter texnologiyalarına 
əsaslanan transmilli telekommunikasiya infrastrukturu yaranmışdır. 
1 1 7  


E L E K T R O N
  B I Z N E S
 
Kommunikasiya  infrastrukturunun  informasiya  infrastrukturuna 
çevrilməsi Tim Berners-Li tərəfindən ixtira edilən və İnternetə yönəldilən 
hipermətn sənədi konsepsiyasının nəşri ilə bağlıdır. Beləliklə, T.Berners-Li 
Ümumdünya  hörümçək  torunun  (WWW  və  ya  Veb)  texnoloji  əsasını 
yaratdı. 
QEYI>. Sayt ingiliscə Website sözbirləşməsindən əmələ gəlmişdir, 
burada "web - hörümçək toru, şəbəkə" və "site - yer" anlamını veriri. Site 
sözü  hərfi  mənada  "şəbəkədə  yer,  seqment,  hissə"  deməkdir.  Sayt 
ümumi  ünvana  (domen  adlı  və  ya 
IP
  ünvanlı)  malik  kompüter 
şəbəkəsində  hüquqi  şəxsin  və  ya  təşkilatın  elektron  sənədlər  (fayllar, 
verilənlər  və  kodlar)  sistemidir.  Bütün  saytların  toplumu  Ümumdünya 
Hörümçək Torunu əmələ gətirir. 
Dünyada  ilk  saytı  {info.cem.ch  20  dekabr  1990-cı  ildə  Tim 
Berners-Li  yaratmışdır.  Müəllif  yaratdığı  saytda  World  Wide  Web 
texnologiyası  haqqında  məlumat  vermişdir.  Sayt  HTTP  verilənlər 
protokolu  texnologiyasını,  URL  ünvanlar  sistemini  və  HTML  hipermətn 
dilini dəstəkləyirdi. Yaradılmış sayt dünyada ilk İnternet-kataloq oldu. 
İndiki zamanda Tim Berners-Li yaratdığı Ümumdünya Hörümçək 
Toru  Konsorsiumuna  (World  Wide  Web  Consortium)  rəhbərlik  edir. 
Təşkilat İnternet standartlarının tədqiqatı və tətbiqi ilə məşğul olur. 
1 1 8  


E L E K T R O N   B İ Z N E S  
 
Bloq  ingiliscə  bbg  sözbirləşməsidir,  yəni  web  və  !og  sözlərindən 
ənnələ  gəlmişdir,  log  -  İnternet,  hadisələr  jurnalı,  gündəlik, 
onlayn-gündəlik, həmçinin əsasını mətnlər, təsvirlər və ya multimediya, 
mütamadi  əlavə  olunan  yazılar  təşkil  edən  Veb-sayt.  Bloq  üçün  qısa 
yazılmış  mətnlər,  mütamadi  daxil  olunan  xronoloji  əhəmiyyətə  malik 
qeydlər  xarakterikdir.  Bloq  ilə  məşğul  olan  insanları  bloqimer“ 
adlandırırlar.  Şəbəkədə  toplanmış  bütüm  bloqlar  bloq  mühiti  adlanır. 
Fərdi saytı da bloq kimi qəbul etmək olar. 
İlk  bloq  1992-ci  ildə  Tim  Berners-Linin  bloqu  sayılır.  O, 
özünəməxsus  məqalələri  bloqunda  çap  etdirmişdi.  Bloqun  geniş 
yayılması  1996-cı  İldən  başlayır.  1999-cu  ildə  Pyra  Labs  şirkəti 
San-Fransisko şəhərində Blogger.com saytının açılışını elan edir. Açılmış 
bloq pulsuz istifadəçilərə xidmət göstərirdi. 
1 1 9  


E L E K T R O N
  B I Z N E S
 
"Bloq" termini 1997-ci ilin dekabr ayında Yorn Barqer tərə^ndən 
düşünülüb tapılmışdır. Bloq sözünün qısaldılmış şəkildə yazılışını isə Pyotr 
Merxoloz  təklif  etmişdir.  Bu  1999-  cu  ilə  təsadüf  edir.  Pyra  Labs 
laboratoriyasının  əməkdaşı  Even  Uilyams  isə  "bloqer"  terminindən 
istifadəni təklif etmiş və laboratoriyada istifadə üçün Bloqqer.com saytını 
yaratmışdır. 
Yorn Barqer Pyotr Merxoloz Even Uilyams 
Veb-texnologiya biznes, elm, siyasət sahələrində işləyən istifadəçilər 
arasında tez bir zamanda böyük populyarlıq qazandı. Veb-in əsas üstünlüyü 
informasiyanın  şəbəkədə  təqdimatının  sadəliyində,  elektron  sənədlərə 
müraciətin münasibliyi və vahid formada olmasında və hipermətn sənədləri 
şəklində təqdim edilən informasiyanın kifayət qədər inkişaf etmiş axtarışı 
vasitələrinin  mövcud  olmasındadır.  Veb-  texnologiyadan  istifadə  etməklə 
informasiyanın  çap  edilməsi  qısa  müddətdə  o  qədər  geniş  populyarlıq 
qazanmışdır  ki,  çox  hallarda  Ümumdünya  Hörümçək  Toru  ilə  İnternet 
eyniləşdirilir. Texnologiya sürətlə təkmilləşdirilmiş çoxsaylı peşəkar proqram 
əlavələri ilə dəstəklənmişdir. Aydın olmuşdur ki, Veb- 
120 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə