Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

E L E K T R O N   B İ Z N E S  
malgöndərmə  konsepsiyası  {Just-in-time)  malgöndərən  və  sifarişçi 
təşkilatların  nəqliyyat  və  anbar  xidmətləri  ilə  məşğul  olan  təşkilatlardan 
asılılığını zəiflətməyə yönəlmişdir. 
Yeni  iqtisadiyyat,  ənənəvi  vasitəçi  şirkətləri  sıxışdırıb  aradan 
çıxarmağa  imkan  yaratmaqla,  eyni  zamanda  elektron  ticarət  bazarında 
informasiyanın yığılması və yayımı ilə məşğul olan vasitəçilərin yaranması 
və sürətlə inkişafı üçün stimul yaradır. İngilis dilli ədəbiyyatda bu şirkətlər 
infomediaries {Information intermediaries - informasion vasitəçilər) adlanır. 
Nisbətən tanınmış yeni tip təşkilatlar olan axtarış portalları iqtisadi 
vasitəçilərdir. Portalların axtarış mexanizmləri kiberfəza istifadəçilərinə lazım 
olan  mal  və  xidmətlərin  haqqında  informasiya  yerləşdirilmiş  informasiya 
serverlərini sadə və səmərəli üsulla axtarıb tapmağa imkan verir. Ticarət 
informasiya  serverlərinin  sahibi  olan  təşkilatlar  öz  serverlərində  axtarış 
mexanizmlərinin  mövcud  olmasında  maraqlıdırlar.  Buna  səbəb  elektron 
mağazaların  assortimentlərinin  kütləvi  surətdə  genişlənməsidir  ki,  bu  da 
satıcını öz ticarət markasını tanıtmaqda və müştəri tapmaqda ciddi çətinliyə 
salır. 
Hal-hazırda  B2C  seqmentində  informasion  vasitəçilərin  təqdim 
etdikləri  xidmətlər  bazarı  sürətlə  formalaşmaqdadır.  Virtual  satıcılar  və 
alıcılar arasında yerləşərək axtarış portalları hər iki tərəfin sorğularını nəzərə 
almağa  məcburdur.  Elektron  ticarət  bazarının  mövcudluğunun  başlanğıc 
mərhələsində  satıcılar  və  alıcılar  axtarış  portallarından  informasion 
vasitəçilikdən  başqa  heç  nə  tələb  etmirdilər.  İndi  vasitəçilərə  verilən 
tələblərin siyahısı əhəmiyyətli dərəcədə artmışdır. 
Elektron mağaza sahibləri informasion vasitəçiləri məcbur edirlər ki, 
həm informasiya serverlərinin adlarını, həm də satışa çıxarılan malların və 
təklif edilən xidmətlərin siyahısını 
1 0 9  


E L E K T R O N   B İ Z N E S  
potensial  müştəriyə  çatdırsınlar.  Marketinq  menecerləri  alıcıların 
bəyəndikləri mallar və xidmətlər barədə informasiya toplanmasında olduqca 
maraqlıdırlar. Bu informasiyanın ən qiymətli mənbəyi axtarış portalları ola 
bilər. Elektron ticarət meydançalarının sahibləri informasion vasitəçilərdən 
müştərilərin cəlb edilməsi və əldə saxlanması sahəsində rəqiblərin uğurları 
barədə informasiya toplamağı tələb edirlər. 
Elektron  ticarət  bazarının  mal  və  xidmətlərinin  istehlakçıları 
informasion vasitəçilərdən axtardıqları mallar və onların qiymətləri barədə 
tam  və  təzə  informasiya  almaqda  maraqlıdırlar.  Son  zamanlar  axtarış 
serverlərində meydana çıxmış My Yahoo! tipli fərdiləşdirilmiş səhifəcilkər bu 
marağı ödəmək üçündür. 
İnformasion 
vasitəçilərin 
mövcudluğunun 
iqtisadi 
məqsədəuyğunluğu həm elektron satıcıların, həm də son istehlakçıların bu 
xidmətlərə  olan  ehtiyacı  ilə  əsaslandırılır.  B2C  seqmentində  işləyən 
informasion  xidmətlər  bazarının  gələcək  inkişafının  aşağıdakı  əsas 
istiqamətlərdə gedəcəyini gözləmək olar. 
Kiberfəzadakı  satıcı  və  alıcıların  cürbəcür  tələblərini  ödəməyə 
uyğunlaşmış olduqca azsaylı universal informasion vasitəçilər global, güclü 
informasion  xidmətlər  firmasına  çevrilə  bilirlər.  Kiçik  portallar  yalnız  dar 
ixtisaslaşmış  bazar  sektorlarında  və  ya  spesifik  alıcı  qruplarına  yönəlik 
taxçalarda uğurla inkişaf edə bilirlər. 
İri  informasion  vasitəçilər  tədicən  sorğu  xidməti  bazarını  ələ 
keçirərək elektron ticarətin müştərilərini öz axtarış mexanizmləri ilə işləmək 
zərurətindən  azad  edirlər.  Lakin  axtarış  portalı  nə  qədər  geniş  məlumat 
verirsə, bir o qədər böyük olur. Buna görə də son zamanlar informasion 
110 


E L E K T R O N   B İ Z N E S  
vasitəçilərin fəaliyyətində fərdi sazlanan 
texnologiyası {customization) sürətlə inkişaf edir. 
xidmətlər 
ELEKTRON SƏHİYYƏ 
Hal-hazırda  öz  fəaliyyətlərində  İnternetdən  istifadə  edən  tibbi 
təşkilatlara vəsait qoyuluşuna maraq artmışdır. Texnologiya inkişaf etdikcə, 
pasientlər (xəstələr) özləri üçün tibbi kartlar əldə etməyə, onlayn rejimdə 
qeydiyyata  düşüb  klinik  dərman  sınaqlarında  iştirak  etməyə  maraq 
göstərirlər.  Qeyd  etmək  lazımdır  ki,  son  istifadəçiyə  yönəlik  elektron 
biznesin digər seqmentlərinə nisbətən səhiyyə xidməti sənayesində hüquqi 
və  etik  problemlər  daha  çoxdur.  Bu  baxımdan,  tibbi  xarakterli  fərdi 
informasiyanın qorunmasının təmin edilməsi problemi xüsusi yer tutur. 
www.zdorovie.ru
 informasiya serverinin kataloqundakı məlumatlara 
görə, 60 kllninkamn İnternetdə öz nümayəndəliyi vardır. Bir qayda olaraq, 
burada  klinikaların  ünvanı,  göstərilən  xidmətlərin  siyahısı  və  müvafiq 
qiymətlər nümayiş etdirilir. 
Bəzən  müştərilərə  informasiya  təqdimatı  ilə  yanaşı,  informasiya 
serveri  ilə  qarşılıqlı  fəaliyyət  rejimində  müəyyən  əlavə  xidmətlər  də 
göstərilir.  Məsələn,  "Меди"  tibb  assosiasiyası  müvafiq  profilli  bir  sıra 
klinikalara  stomatoloji  xidmət  göstərir, 
www.emedi.ru
  informasiya 
serverinə  müraciət  edənlər  klinikaların  ünvanı,  xidmətlərin  siyahısı  və 
qiymətlər barədə informasiya verməklə yanaşı, aşağıdakı xidmət növlərini 
də təklif edir: 
•  Pulsuz  məsləhət  (serverə  müraciət  edən  şirkətin mütəxəssisinə 
sual ünvanlayıb elektron poçtla cavab ala bilir); 
111 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə